- •Müəllifdən
- •Birinci fəsil qur᾽anin əzəməti qarşisinda
- •Qur᾽an — qur᾽an və hədis baximindan
- •İkinci hədis:
- •Qur᾽an oxumağin fəzilətləri və onun qaydalari
- •1. Qur᾽anin üzündən oXuNmasi
- •2. Qur᾽anin evlərdə oxunmasi
- •Qur᾽an tilavətinin fəziləti haqda uydurulmuş hədislər
- •İkinci fəsil qur᾽anin mö᾽cüzəsi
- •Mö᾽cüzəni tanimaq
- •Qur᾽an ayələrinin mə᾽nalarinda diqqət və təfəkkür
- •Mö᾽cüzə hansi şəraitdə yerinə yetirilməlidir
- •Mö᾽cüzə, peyğəmbərliyi təsdiq edən amildir
- •Mö᾽cüzənin peyğəmbərliyin sübutunda qoyduğu tə᾽sir
- •Əş᾽ərilərin nəzəriyyəsi
- •Mö᾽cüzƏlƏr arasinda olan oxşarliq
- •Qur᾽an ilahi mö᾽cüzədir
- •Bir irad və üç cavab
- •Qur᾽anin əql və fəlsəfə baximindan mö᾽cüzələri qur᾽an və savadsiz peyğəmbər
- •Qur᾽anda təkallahliq
- •Qur᾽anda peyğəmbərlik
- •Qur᾽anin tövrat və incillə müqayisəsi
- •Qur᾽anin UyĞunluq e᾽cazi
- •Qur᾽anin qanunvericilik baximindan e᾽cazi qur᾽andan əvvəlki dövrlər
- •Qur᾽anda bərabərlik
- •1. Sərvət və mülkiyyət
- •2. Intiqam və əfv etməkdə ədalət
- •3. Maddi və mə᾽nəvi işlərdə ədalət
- •4. Iqtisadiyyatda ədalət
- •5. Həyat yoldaşini seçməkdə ədalət
- •6. Rəftar və ünsiyyətdə ədalət
- •Qur᾽anda ümumi nəzarət qanunlari
- •Qur᾽anda bərabərlik qanunu və üstünlük me᾽yari
- •Qur᾽anda dəyişilməz həqiqətlər
- •Qur᾽anda qeybi xəbərlər
- •1. BƏdr dÖyüşünün ƏvvƏlcƏdƏn xƏbƏr verilmƏsi
- •1. PeyğəmbəRin (s) düşmənləri haqda verilən xəbərlər
- •3. Islamin bütün dinlərə qalib gəlməsi
- •4. Iran-rum müharibəsi
- •5. Islam düşmənlərinin məğlubiyyəti
- •6. Əbu ləhəbin aqibəti
- •Qur᾽anda yaradilişin sirləri
- •Qur᾽anda cütləşmə qanunu
- •3. Qur᾽anda evlənmə qanunu
- •5. Qur᾽anda taninmayan qitələr
- •6. Qur᾽aNda yerin dairəliyi
- •Yerin dairəviliyinə dair nəql olunmuş rəvayətlər
- •İmam Sadiq (ə) deyir: Mən ona dedim ki, hər qövm və millət bütün dini mərasimləri öz üfüqü əsasında həyata keçirməlidir.»
- •Qur᾽anin e᾽cazi haqda irəli sürülən mülahizələr və onun cavablari
- •Qur᾽anda ədəbi səhvlər
- •Qur᾽anin e᾽cazi hami tərəfindən dərk olunasi deyildir
- •QUr᾽anla mübarizə aparmaq mümkündürmü?
- •Qur᾽an əvvəlki səmavi kitablarla müxalifdiRmi?
- •Qur᾽anda heç bir ziddiyyət yoxdur
- •Qur᾽anin e᾽cazinda ziddiyyət
- •Qur᾽anla mübarizə aparilmasinin səbəbləri
- •Qur᾽anin e᾽cazi ilə toplanmasi arasinda olan uyğunluq
- •Qur᾽anin ifadə tərzi ilƏ natiqlərin çixiş üslubu arasinda olan fərq
- •Qur᾽anla mübarizə
- •Fatihə surəsi ilə mübarizə
- •Kovsər surəsi ilə mübarizə
- •Mö᾽cüzəni inkar edən ilk ayənin araşdirilmasi
- •İslam peyğəmbərinin mö᾽cüzəsinin digər peyğəmbərlərin mö᾽cüzəsindən üstünlüyü
- •1. Mütəvatir hədis və rəvayətlər;
- •2. Peyğəmbərin (s) digər peyğəmbərlərdən üstünlüyünün vacibliyi.
- •Yanliş təsəvvür
- •3. Mö᾽cüzələr təkzib olunduqdan sonra gəlmiş bəlalar haqda nazil olmuş ayələr
- •Mö᾽cüzəni rədd edən ikinci ayənin araşdirilmasi
- •2. Allahın gətirilməsi;
- •4. Allahdan məktub gətirmək.
- •Mö᾽cüzəni inkar edən üçüncü ayənin araşdirilmasi
- •İncil və tövratda həzrət məhəmmədin (s) peyğəmbərliyi haqda
- •1. Abdullah ibni amir dəməşqi
- •İbni amirin raviləri
- •İbni kəsir məkki
- •İbni kəsirin raviləri
- •Asim ibni bəhdilə kufi
- •Asimin raviləri
- •Rical alimlərinin həfsə olan münasibətləri
- •Əbu əmrin raviləri
- •Həmzə kufi
- •Həmzənin raviləri
- •Nafe᾽ mədəni
- •Nafe᾽nin raviləri
- •Kəsai kufi
- •Kəsainin raviləri
- •Xələf ibni hişam
- •Yə᾽qub ibni ishaq
- •Yəzid ibni qə᾽qa
- •Mütəxəssislər tərəfindən qiraətlərin mütəvatir olmAmaSina dair irəli sürülən nəzəriyyələr
- •Qiraətlərin mütəvatirliyi haqda irəli sürülmüş nəzəriyyənin araşdirilmasi
- •Araşdırma
- •Yeddi qiraət növü ilə yeddi qiraət üslubu ayri-ayri şeylərdir
- •Qiraətlərin dəlil olmasi haqda şəriət məsələlərində yeddi qiraət üslubu ilə istidlal etmək olarmi?
- •Yeddi qiraət üslUbLarinin hər biri ilə namaz qilmaq olarmi?
- •Yeddinci fəsil
- •1. «Yeddi hərf» və «yeddi oxunuş» haqda nazil olmuş rəvayətlərin araşdırılması;
- •2. «Yeddi hərf» və «yeddi oxunuş» üslubunun mə᾽na və məfhumu.
- •«Yeddi hərf» və «yeddi oxunuş» haqda nazil olmuş rəvayətlərin araşdirilmasi hədislərin mətni
- •Yeddi oxunuş səbkinin mə᾽na və məfhumu
- •1. Sinonim kəlmələr
- •Nəzəriyyəni sübuta yetirəcək dəlillər
- •FƏsahƏtli ibarƏtlƏr
- •Yeddinci nəzər Qur᾽anda nƏzƏrƏ Çarpan digƏr ixtilaflar
- •Səkkizinci nəzər saylarin çoxluğu
- •Doqquzuncu nəzər yeddi qiraət üsulu
- •Onuncu nəzər
- •2. Hərf və hərəkələrdəki təhriflər;
- •3. Kəlmələrdəki təhriflər;
- •4. Ayələrdəki təhriflər;
- •5. Əlavələr nəticəsində meydana gəlmiş təhriflər;
- •6. Əskiltmələr nəticəsində meydana gəlmiş təhriflər.
- •Müsəlmanlar qur᾽anin təhrif olunub-olunmamasi haqda hansi əqidəyə əsaslanirlar
- •Qur᾽anda tilavətin nəsx olunması
- •Bu haqda nəql olunmuş rəvayətlər
- •İkinci nəzər:
- •Qur᾽anin təhrifə olan baxişi qur᾽anin təhrif olunmamasina dəlalət edən ayələr
- •İkinci ayə:
- •Sünnə və hədislərin təhrifə olan baxişi
- •Qur᾽an surələrinin namazda oxUnMasi
- •Qur᾽an xəlifələr tərəfindən təhrif olunmamişdir
- •1. Bilərəkdən yaranmış təhriflər;
- •2. Siyasi mə᾽na daşımayan ayələrin təhrifi;
- •3. Qur᾽anın siyasi xarakter daşıyan ayələrinin təhrifi;
- •Qur᾽anin osmanin xilafəti dövründə təhrif olunmasi
- •Qur᾽anin sonraki dövrlərdə təhrif olunmasi
- •Təhrifə dair dəlillər
- •1. Tövrat və İncilin təhrif olunması:
- •3. Təhrifə dair nəql olunmuş rəvayətlər
- •1. Birinci hissə:
- •İkinci hissə:
- •Üçüncü hissə
- •Dördüncü hissə
- •Doqquzuncu fəsil qur᾽anin yiğilib kitab halina salinmasi
- •1. Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlər;
- •2. Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlərə verilən cavablar:
- •3. Qur᾽anın yığılmasına dair irəli sürülmüş düzgün nəzəriyyə;
- •Qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlər qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərdən edilən sui-istifadələr
- •Qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərə verilən cavablar birinci cavab qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərdə nəzərə çarpan nöqsan və çatişmamazliqlar
- •Birinci sual: qur᾽an nə vaxt bir yerə yiğilmişdir?
- •İkinci cavab qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərdə nəzərə çarpan ziddiyyətlər qur᾽an peyğəmbərin (s) öz zamaninda yiğilmişdir
- •İrad və cavab
- •Üçüncü və dördüncü cavab əql və qur᾽an nöqteyi-nəzərindən qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlər qur᾽anin, qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərə baxişi
- •Qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərə əqli dəlillər
- •1. Qur᾽anin bəlağəti
- •3. Qur᾽anin əzbərlənməsi
- •4. Savab
- •Müsəlman icmasi qur᾽ana əlavələr olunmamasina istinad edirlər
- •İrad və cavab
- •Qur᾽anin yiğilmasina dair irəli sürülmüş düzgün nəzəriyyə
- •Onuncu fəsil ayələrin zahiri mə᾽nalarinin höccət və dəlil olmasi
- •Qur᾽anin zahiri mə᾽nalarinin höccət olmasini isbat edən dəlillər
- •1. Qur᾽an ümumbəşəri kitabdir
- •2. Qur᾽an peyğəmbərliyi sübuta yetirəcək dəlildir
- •3. Qur᾽an, müsəlmanlarin müraciət etdikləri ən böyük və ən mö᾽təbər mənbədir
- •4. Qur᾽an rəvayətlərin məhək daşidir.
- •5. Imamlar qur᾽anin zahiri mə᾽nalarina istinad etmişlər
- •Qur᾽anin zahiri mə᾽nalarinin höccət olmadiğini isbat edən dəlillər
- •1. Qur᾽anin dərk olunmasi müəyyən İxTisasmi tələb edir?
- •2. Qur᾽an şəxsi rə᾽y əsasinda təfsir olunmamalidir
- •3. Qur᾽anin dərin mə᾽na daşiyan ayələri
- •4. Qur᾽anin zahiri mə᾽nalari nəzərdə tutulMurmu?
- •5. Mütəşabih ayələrə əməl olunmamalidir
- •6. Təhrifin, qur᾽anin zahiri mə᾽nasinin höccət olmasina göstərdiyi tə᾽sir
- •On birinci fəsil
- •Səqələyn hədisini nəql edən mənbələr
- •Haris ibni həmdaninin şərhi-hali
- •«Lətərkəbunnə sunənə mən qəbləkum» hədisini nəql edən mənbələr
- •Müəllifin bir yəhudi alimi ilə apardiği elmi mübahisə
- •Qur᾽anin tərcüməsi və tərcüməyə lazim olan şərtlƏr
- •Qüreyşin peyğəmbərə (s) qarşi mücadilə və çəkişmələri
- •İzahat Təqiyyə – Can təhlükədə olarkən insanın öz əqidəsini gizli saxlaması.
- •Mündəricat
Birinci fəsil qur᾽anin əzəməti qarşisinda
1. Qur᾽an — Qur᾽an və hədis baxımından;
2. Qur᾽an ayələrinin fəziləti və oxunma qaydaları;
3. Qur᾽an tilavətinin fəziləti haqqında uydurulmuş hədislər;
4. Qur᾽an [ayələrinin] mə᾽nalarında diqqət və təfəkkür.
Qur᾽an — qur᾽an və hədis baximindan
Söhbət Qur᾽anın fəzilətindən düşsə, yaxşı olar ki, bu barədə danışmaq istəyən özünü onun əzəməti qarşısında kiçik saysın, onun dərin mə᾽nalarını dərk etməkdə aciz olduğunu e᾽tiraf etsin. Bəlkə də bu, səmimi bir e᾽tiraf Qur᾽an barəsində nə isə deməkdən daha münasib olardı?!
İnsan müvəqqəti, (əql və qüdrət baxımından) məhdud və naqis varlıq olduğu bir halda, özünün elm və qüdrəti hər şeyi əhatə edən mütləqiyyəti, hər şeyi yoxdan yaradan kamil bir varlığı dərk edə bilərmi?
Hər hansı bir yazıçının qələmi və ya çıxış edən natiqin bəyan tərzi nə qədər güclü olsa da, Qur᾽andan üstün və ya ona bərabər bir şey ifadə edə bilərmi? Məhdud bir varlıq özü kimi məhdud varlıqdan başqa bir vücudu vəsf və ya tə᾽rif etməyi bacararmı?
Qur᾽anın əzəmətini layiqincə bəyan etməyə qadir olan yalnız onun öz ayələri və bəşəriyyətin (həzrət Peyğəmbər (s)) vasitəsilə haqqa hidayət, habelə xoşbəxt həyatlarının tə᾽min olunmalarının mö᾽cüzəsi ola bilər.
Bu asimani kitab əsrlər boyu bəşəriyyətin xoşbəxt həyat tə᾽minatçılığını və eyni zamanda onların üzərində olan rəhbərliyi öz öhdəsinə götürmüşdür.
Qur᾽anın bir çox ayələrində bu haqda deyilir:
«Həqiqətən, bu Qur᾽an [bütün bəşəriyyəti] ən doğru yola [islama] yönəldir». (9/17).
«Bu Qur᾽an elə bir kitabdır ki, onu sənə, insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura [küfrdən imana], həm də yenilməz qüvvət sahibi və hər cür tə᾽rifə, şükrə layiq olan Allahın yoluna [islam dininə] çıxartmaq üçün nazil etmişdir». (1/14).
«Bu, [belə əhvalatlar] insanlardan [xalqdan] ötrü [olub keçənlərə dair] bir xəbər, müttəqilərdən ötrü isə doğru yola göstəriş və nəsihətdir». (138/9).
Peyğəmbər (s)-dan bu haqda nəql olunmuş hədisdə deyilir:
«Allah-taala bütün varlıqlardan üstün olduğu kimi, Onun buyurduqları da bütün söylənilənlərdən üstün və fəzilətlidir.»
Demək, Qur᾽anın fəziləti haqda nəyi isə söyləmək insanların bacarıq və qüdrətindən xaricdir. Və belə olduğu bir halda, bu işi Qur᾽anın özündə yaşayan, onunla hidayət olub başqalarını da hidayət edən Əhli-beytin (ə) və Qur᾽an həqiqi mütəxəssislərinin öhdəsinə qoymaq lazımdır.
Qur᾽anın əzəmət və fəzilətini dərk edən həqiqi şəxslər məhz onlardır.
Belə ki, Qur᾽anı bəşəriyyətə çatdıran və onları şər᾽i hökmlərlə tanış edən şəxs, onların (Əhli-beytin) cəddi həzrət Məhəmməd (s) olmuşdur. Onun, Qur᾽anın fəziləti haqqında buyurduğu hədislərdən birində deyilir:
«Mən özümdən sonra sizin üçün iki ədəd çox qiymətli və ağır əmanət qoyub gedirəm. Qur᾽an və Əhli-beytimi. Bu iki əmanət qiyamət gününədək bir-birindən ayrılmayacaqdır və o gün Kovsər hovuzunun kənarında mənə qovuşacaqlar.»
Buradan belə mə᾽lum olur ki, Peyğəmbər (s) və onun Əhli-beyti Qur᾽anı hamıdan daha çox dərk etmiş, özlərində yaşadaraq ona iman gətirmiş və bundan sonra xalqı haqqa doğru hidayət etmişlər. Belə isə, Qur᾽anı yaxından dərk etmək üçün onlar tərəfindən nəql olunmuş hədisləri nəzərdən keçirib, onların haqq yoluna qoşulmalıyıq.
Qur᾽anın fəziləti haqqında Əhli-beyt (ə) tərəfindən onlarlca hədis və rəvayət nəql olunmuşdur. Əllamə Məclisi bu hədisləri «Biharul-ənvar»ın 19-cu cildində bir yerə toplayaraq ayrıca bir fəsil tərtib etmişdir. Burada həmin hədislərdən bir neçəsini təqdim edirik:
Birinci hədis:
Haris Həmdani deyir: «Günlərin bir günündə məscidə daxil olub orada bir dəstə şəxsin faydasız mübahisələrə məşğul olduğunu gördüm. Əli (ə)-ın yanına gedib gördüklərimi ona danışdım. Buyurdu: Doğrudanmı sən bunları özün müşahidə etdin? Dedim: Bəli. Sonra buyurdu: Haris! Bir gün Peyğəmbər (s) mənə bu sözləri dedi: «Çox keçməz (müsəlmanlar arasında) fitnə və qarşıdurmalar yaranar.» Dedim: Ya Rəsuləllah! Bunlardan necə yaxa qurtara bilərik? Buyurdu: «Siz Allahın nazil etdiyi Qur᾽anla bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz. Onun vasitəsilə haqq ilə batil bir-birindən asanlıqla ayrılar. Qur᾽an elə bir kitabdır ki, orada nə bir kəlmə zarafat, nə də bir mə᾽nasız ifadələrə rast gəlmək olar. O elə bir kitabdır ki, zalım və sitəmkarlar onu özlərindən uzaq etmək istəyirlər. Allah-taala da onları xar edərək fəlakətə düçar edər. Hər kim hidayət yolunu Qur᾽andan ayrı bir vasitələrlə axtararsa, şübhəsiz, yolunu azacaq və zəlalətə düçar olacaqdır. Qur᾽an Allahla insanlar arasında olan qırılmaz rabitədir. Bəşəriyyəti haqqa hidayət edən Qur᾽an, nəfsani istəklər və əhrimənlər tərəfindən dəyişilməsi mümkün olmayan hikmətlə dolu bir kitabdır. Qur᾽an keçmişdə və gələcəkdə baş verən əhvalatları əhatə edir.
Qur᾽an vasitəsilə dillər təhrif və dəyişikliklərdən qorunar və heç bir faydası olmayan mübahisələrə birdəfəlik son qoyular. Alim və mütəfəkkirlər Qur᾽an ayələri ətrafında araşdırmalar aparar və heç vaxt yoruldum deməzlər. İllər, əsrlər keçdikcə, Qur᾽an öz mö᾽cüzəsini saxlayar və aşiqlərinin qəlbində daha dərin izlər qoyar.
Qur᾽an hətta cinləri belə, heyrətə gətirmiş və onlar Qur᾽an haqqında bu sözləri demişlər:
«Biz çox qəribə, təsəvvüredilməz dərəcədə gözəl olan bir Qur᾽an eşitdik. O, [xalqa] haqq yolu göstərir. Biz ona iman gətirdik».
Qur᾽anla danışanların sözü kəsərli və məntiqli olacaqdır. Onunla qəzavət edən şəxsin çıxardığı hökm ədalətli, öz əməllərini onunla tətbiq edən şəxslərin aqibəti isə xeyirlə nəticələnəcəkdir. Hər kim insanları Qur᾽ana doğru çağırarsa, onları haqqa hidayət etmiş olar.
Nəsihətlərin sonunda Əli (ə), Harisə bu sözləri buyurdu: «Ey Ə᾽vər, bu hədisi məndən yadigar saxla.» (Sünən Darəmi, 2/435, Səhih Termizi, 11/30).
Hədisin izahı:
Hədisdə bir neçə maraqlı mətləbə toxunulur:
«Qur᾽an keçmişdə və gələcəkdə baş verən əhvalatları əhatə edir.» Burada bir neçə mətləb nəzərə çarpır:
a) Bəlkə də «gələcəkdə baş verən əhvalatlar» deyildikdə, qiyamət günü nəzərdə tutulur. Çünki, Qur᾽anın bir çox ayələrində insanın qiyamət gününə, məhşərdə aparılacaq sorğu-suallara, onların gördükləri işlərə müvafiq olaraq mükafatlandırılıb-cəzalandırılacaqlarına əhəmiyyət vermələrinə xüsusi diqqət yetirilmişdir. Və eyni zamanda Əli (ə)-ın buyurduğu «Qur᾽anla siz bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz. Qur᾽an sizin axirət dünyanızı və öldükdən sonra bir daha diriləcəyinizi belə bəyan edir» sözləri bir daha bunları sübuta yetirir.
b) Bəlkə də «gələcək» deyildikdə məqsəd, Qur᾽anın gələcək hadisələr barəsində əvvəlcədən xəbər verməsidir. Belə ki, bir çox hadisələr Qur᾽an ayələri nazil olduqdan sonra baş vermişdir.
v) Bu barədə verilən üçüncü nəzəriyyə Qur᾽anın keçmiş qövm və millətlər barəsində xəbər verməsidir. Qur᾽an onların keçmiş tarixinə nəzər salaraq gələcək millət və nəsillərin bu yolu keçəcəklərinə işarə etmişdir. Bu ehtimala əsasən deyə bilərik ki, yuxarıdakı hədislərdə İnşiqaq surəsinin 19-cu ayəsi nəzərdə tutulur. Orada deyilir:
«Siz [ey kafirlər, qiyamət günü] haldan-hala düşəcəksiniz».
Yə᾽ni, siz də özünüzdən əvvəlki qövmlərin getdikləri batil yolu gedəcək və özünüzü ağır həlakətə düçar edəcəksiniz.
Eyni zamanda bu hədis Peyğəmbər (s)-dan nəql olunmuş hədisə də dəlalət edə bilər. Hədisdə deyilir: «Siz də özünüzdən əvvəlkilərin puç və batil həyat tərzini dirildəcək və onların adət-ən᾽ənələrini davam etdirəcəksiniz.» (Kənzul ummal, 6/40).
2. «Qur᾽an elə bir kitabdır ki, zalım və sitəmkarlar onu özlərindən uzaq etmək istərlər. Allah-taala da onları xar və böyük fəlakətə düçar edər» deməklə, Peyğəmbər (s) Qur᾽anın zalım və bid᾽ətçilər tərəfindən təhrif olunmayacağını və əbədi olaraq öz əzəmətini saxlayacağını bəyan etmək istəmişdir.
Onlar əvvəlki səmavi kitabları təhrif etdikləri kimi, heç vaxt Qur᾽anı əyləncə vasitəsinə çevirməyə və onun hökümlərini dəyişməyə nail olmayacaqlar. («Əlhuda ila dinul Mustəfa», 1/34).
«Şəxsi meyl və istəklər orada dəyişikliklər apararaq onun həqqaniyyətinə xələl gətirə bilməzlər.»
Biz bilirik ki, bəşər Qur᾽an ayələrini öz şəxsi rə᾽y və nəzərləri ilə təfsir etmiş və oradan müxtəlif mə᾽nalar əldə etmişlər. Amma bütün bunlara baxmayaraq, onun həqiqi mə᾽nası öz dəyişilməzliyini saxlamış və qiyamət gününə qədər də toxunulmaz olaraq qalacaqdır.
3. Hədisdən əldə etdiyimiz üçüncü mühüm mətləb Qur᾽anın bütün ixtilaf və keşməkeşləri həll etməsidir. Belə ki, hədisdə deyilir «Allahın nazil etdiyi Qur᾽anla siz bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz.» Bu bir daha Qur᾽anın qəzavət və ictimai ədalətin bərqərar olunması üçün ən gözəl vasitə olduğunu sübuta yetirir.
Bəli, əgər müsəlmanlar öz maddi və mə᾽nəvi həyatlarında Qur᾽ana sığınaraq onun hökmlərindən lazımı qaydada istifadə etsəydilər, həqiqəti tamamilə dərk edər və Peyğəmbər (s)-ın Əhli-beytinin (ə) məqamından agah olardılar. O Əhli-beyt ki, Peyğəmbər (s) onların əhəmiyyətini Qur᾽anla eyni səviyyədə tutmuş və özündən sonra məhz onları canişin tə᾽yin etmişdir.
Həqiqətən, əgər müsəlmanlar Qur᾽anı özləri üçün haqq və ədalət şüarı bilsəydilər, bu gün belə bir çıxılmaz vəziyyətə düşməzdilər. Əgər onlar Qur᾽an nuru altında hərəkət etsəydilər, hər bir ali hədəflərinə çatar və bir daha haqq yoldan azmazdılar.
Amma təəssüflər olsun ki, müsəlmanlar Qur᾽ana arxa çevirib cahiliyyət dövrünün adət-ən᾽ənələrinə üz tutmuşlar. Onlar zəlalət bayrağı altına pənah aparmış və nəticədə din, əqidə, təriqət və s. bu kimi ixtilaflara düçar olmuşlar. Bu ixtilaflar günbəgün böyüyərək müxtəlif cərəyanların yaranmasına səbəb olmuşdur. Biri digərini küfr və itaətsizlikdə təqsirləndirir, nahaq qanını tökür və var-dövlətini haqsız olaraq qarət edir. Onlar müxalif təriqətləri təhqir və tənqid etməyi, hətta lə᾽nət oxumağı belə özləri üçün ibadət sanır və bununla Allaha yaxınlaşmaq istəyirlər. Bütün bunların səbəbi isə bizə mə᾽lumdur. Qur᾽andan uzaq düşmək, onu şəxsi rə᾽y, yaxud müəyyən nəzərə əsaslanaraq təfsir etmək bütün fəsadların mənşəyidir.
