- •Birinci dәrs
- •Islam ictimai dindir
- •Camaat namazi
- •Cümә namazi
- •Xeyirli işlәrә dә᾽vәt, pis işlәrdәn çәkindirmәk
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Ikinci dәrs
- •Islam qardaşliği
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlarlar
- •Valideynin hüququ
- •Xoşa gәlmәz rәftarlardan çәkinmәk
- •Mehribançiliq
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlarlar
- •Qohum-әqrәba ilә gözәl ünsiyyәt
- •Qohumluq әlaqәlәrinin kәsilmәsi
- •Qonşunun әzab-әziyyәti
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Altinci dәrs әxlaqi davranişlar
- •Gözәl xüsusiyyәt
- •Әxlaq vә gözәl davranişin nәticәlәri
- •Tәvazökarliğin әlamәt vә lazimi hәddi
- •Tәvazökarliğin nәticәlәri
- •Әhdә vәfa etmәyin әhәmiyyәti
- •Çixiş yolu nәdәdir?
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Onuncu dәrs sәbirli vә tәmkinli olmaq (2)
- •Sәbirli vә tәmkinli olmaq haqda nәql olunmuş rәvayәtlәr
- •Qәzәbin yatirilmasi haqda nәql olunmuş rәvayәtlәr
- •Sәbirli vә tәmkinli olmağin hәddi-hüdudu
- •Tәmkinli davraniş
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On birinci dәrs
- •Hansi şәraitdә әfv vә güzәşt olunmalidir
- •Әxlaqi incәlik
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Zaraft vә gülәrüzlülük
- •Zarafat
- •Zarafatin müsbәt xüsusiyyәt olduğu haqda nәql olunmuş rәvayәtlәr
- •Zarafatin mәnfi tә᾽sir qoyduğu haqda nәql olunmuş rәvayәtlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Çәtinliklәrin hәlli
- •Mö᾽minlәr arasinda sülh vә әmin-amanliğin bәrqәrar olunmasi
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On altinci dәrs yetim vә kimsәsizlәrә qayği göstәrmәk
- •Və [xalqı] yoxsulu yedirtməyə rəğbətləndirməz [nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar]».
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On yeddinci dәrs
- •Müsәlmanlarin xәstәlәrin görüşünә getmәlәrinә sövq olunmalari
- •Görüş zamani riayәt olunmasi lazim olan şәrtlәr
- •1. Hədiyyə;
- •2. Xəstənin yanında mümkün qədər az oturulmalı və onun rahatlığı pozulmamalıdır;
- •3. Xəstələrin halını soruşub onlar üçün dua etmək;
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On sәkkizinci dәrs müsәlmanlarin sevinc vә kәdәrindә şәrik olmaq
- •Ziyafәt (qonaqliq)
- •Qonaqliqda riayәt olunmasi lazim olan şәrtlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirminci dәrs salam
- •Salam vermәyin qaydalari
- •Eyb vә nöqsanlar
- •Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;
- •Qeybәtin tә᾽rifi
- •Qeybәtin harmliği
- •1. Vicdan rahatlığı;
- •3. Məsxərə və istehza;
- •5. Başqaları ilə həmrə᾿ylik;
- •6. Təhlükənin qarşısını almaq;
- •Qeybәtin istisna hallari
- •Qeybәtә qulaq asmaq
- •Bәdgümanliq
- •Bәdgümanliğin verdiyi nәticәlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirmi yeddinci dәrs mәsxәrә vә xәbәrçilik
- •Xәbәrçilәrlә rәftar vә davraniş
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirmi sәkkizinci dәrs
- •Hәsәdin tә᾽rifi vә növlәri
- •Qur᾽anin hәsәdә olan baxişi
- •Nәql olunmuş rәvayәtlәrdә hәsәd vә hәsәd edәn şәxslәr haqda
- •Hәsәdә sәbәb olan amillәr
- •1. Xəbislik;
- •2. Düşmənçilik;
- •3. Məqam və var-dövlət sevgisi;
- •6. Xudpəsəndlik;
- •Qur᾽anin yalana olan baxişi
- •Yalan - hәdis vә rәvayәtlәrdә
- •Yalanin tә᾽rifi
- •Qur᾽anda düzlük vә sәdaqәt
- •Icazә verilәn yalanlar
- •1. Zəruri hallar;
- •2. Islah və vasitəçilik;
- •3. Döyüş zamanı [düşməni] aldatmaq məqsədilə deyilən yalanlar;
- •4. Zarafat məqsədilə deyilən yalanlar.
- •Tövriyyә
- •Birinci cildin sonu
Xәbәrçilәrlә rәftar vә davraniş
Xəbərçilər müsəlmanlar arasında təfriqə salıb öz çirkin niyyətlərinə nail olmasınlar deyə, Şəhid Sani Qur᾽an və nəql olunmuş rəvayətlərə istinad edərək, onların dediklərini dinləyən şəxslərin üzərinə altı vəzifənin düşdüyünü qeyd edir:
1. Hər şeydən əvvəl sözlərinə e᾿tina etməyib onları qəbul etməməli. Hucurat surəsinin 6-cı ayəsində onlar haqda deyilir:
«...Әgər bir fasiq sizə pis bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın...»
2. Xəbərçilik etməkdən çəkindirib onlara nəsihət etməli. Loğman surəsinin 17-ci ayəsində bu mətləbə işarə olunaraq buyurulur:
«...Yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə...»
3. Onlarla, dedikləri sözlərə görə şəxsi qərəzlə deyil, Allaha xatir düşmənçilik etməli; Çünki, Allahın dostları ilə dostluq, düşmənləri ilə düşmənçilik etmək lazımdır.
4. Dediklərini eşidərkən dərhal müsəlman qardaşına qarşı pis fikrə düşməməlidir. Hucurat surəsinin 12-ci ayəsində bu haqda deyilir:
«...Çox zənn və gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bə᾽zisi [heç bir əsası olmayan zənn] günahdır...»
5. Xəbərçinin söylədiklərindən maraqlanıb başqalarının şəxsi həyatına dəxalət etməməlidir. Həmin ayədə deyilir:
«...[Bir-birinizin eyb və sirrini] arayıb axtarmayın...»
6. Həmin şəxs özü də xəbərçilik etməsin deyə, eşitdiklərinə razı olub başqalarına danışmamalıdır.
Bu barədə nəql olunmuş rəvayətlərdən birində deyilir:
Uzun illər ayrılıqdan sonra böyük alimlərdən birinin dostu onun görüşünə gəlir. Dostu söhbət əsnasında başqa birisinin alim barədə dediklərini ona nəql edir. Alim eşitdiklərindən çox narahat olub deyir: Neçə ildən sonra mənim görüşümə üç böyük günahlamı gəldin?! Әvvəla ona görə ki, məni o şəxsə qarşı bədbin edib aramızda düşmənçilik yaratdın. Ikincisi ona görə ki, bir qədər əvvəl çox rahat idim, indi isə eşitdiklərimdən kədərlənib nigarançılıq çəkməyə başladım və nəhayət üçüncü ona görə ki, başqasının haqqını tapdadığın üçün mənim nəzərimdə öz e᾽timadını itirmiş oldun.
Bu səbəbdən də xəbərçilərlə qarşı-qarşıya gəldikdə hər şeydən əvvəl onların dedikləri təkzib olunmalı və onlara qarşı olduqca e᾽tinasız yanaşmaq lazımdır.
Unutmamalıyıq ki, əgər xəbərçi başqalarının dediklərini bizə çatdırırsa, sözsüz ki, bizim də dediklərimizi başqalarına çatdırmaqda heç nədən çəkinməyəcəkdir. Bunun üçün də onlara e᾽timad etməməli və dedikləri təkzib olunmalıdır ki, əvvəla onlar gördükləri işdən peşiman olub bir daha təkrar etməsinlər. Digər tərəfdən də xəbərçilərin çirkin niyyətləri müsəlmanlar arasında dostluq və qardaşlığın aradan getməsinə səbəb olmasın.
Imam Musa Kazim (ə)-ın səhabələrindən olan Məhəmməd ibni Fəzl deyir: Imam Musa Kazim (ə)-dan soruşdum: E᾽timad etdiyim şəxslərdən yaxın dostlarım barədə xoşagəlməz şeylər eşidirəm. Lakin o, deyilənləri təkzib edir. Imam (ə) cavabında buyurdu: Ey Məhəmməd! Özü inkar etdiyi zaman əlli nəfər şəhadət versə belə, müsəlman qardaşın [mənfi xüsusiyyətləri] barədə deyilənlərə göz yum. Әlli nəfərin dediklərini təkzib, müsəlman qardaşının dediklərini isə təsdiq et. Şəxsiyyətinə xələl gəlməsin deyə, eşitdiklərini kimsəyə söyləmə. Yoxsa bu ayənin aşkar nümunəsnə çevrilərsən:
«Mö᾽minlər arasında [onları nüfuzdan, hörmətdən salmaq məqsədilə] pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir...»1
Tarixə nəzər saldıqda Mə᾽sum imamların xəbərçilərlə kəskin şəkildə davrandıqlarının şahidi oluruq.
Belə ki, bir şəxs Әli (ə)-ın hüzurunda başqa birisi barədə xoşagəlməz sözlər dedikdə, o həzrət dərhal onun sözünü kəsərək buyurdu:
Bil ki, sənin dediklərini yaxşıca araşdıracağıq. Düz demiş olsan (xəbərçilik etdiyin üçün) düşmən olduğun üçün, yalan olduqda isə (başqaları barədə xoşagəlməz sözlər dediyin üçün) cəzalandıracağıq. Әgər bağışlanmağını istəsən, səni bağışlayarıq. Həmin şəxs gördüyü işdən peşiman olub üzr istəyir.2
MӘSXӘRӘ
Məsxərə və ya istehza — kimlərinsə əxlaqi və cismi xüsusiyyətlərinə gülmək və ya güldürmək məqsədilə qeyri-adi tərzdə bəyan və ya təqlid olunmasına deyilir.
Mö᾽minlərin şəxsiyyət və mə᾽nəviyyatına xələl gəlməsinə və onların təhqir olunmasına səbəb olduğu üçün islam dinində kiminsə məsxərə və ya istehza olunması qətiyyətlə pislənilir. Qur᾽ani-Kərimdə mö᾽minlərə e᾽tinasız yanaşanlar və onları xar və rüsvay etmək istəyən şəxslər haqda deyilir:
«...Şərəf-şan da, qüvvət və qələbə də yalnız Allaha, Onun Peyğəmbərinə və mö᾽minlərə məxsusdur...»1
Başqa bir ayədə deyilir:
«Iman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır».2
Peyğəmbər (s) buyurur:
Allah-taala buyurur: And olsun Öz izzəti-cəlalıma! Elə bir məxluq yaratmadım ki, onu mö᾽min bəndələrimdən çox sevmiş olum.3
Cabir ibni Abdullah deyir: Bir gün Peyğəmbər (s) Kə᾽bəyə nəzər salıb buyurdu:
Mərhaba sənə ey Kə᾽bə! Allah yanında nə qədər hörmətin var. And içirəm ki, Allah yanında mö᾽minlərin hörməti səndən çoxdur. Çünki, Allah-taala səni bir, mö᾽minləri isə üç şeyə görə hörmət sahibi etmişdir. Onların malı, canı və haqlarında kimsəyə bədbin olmaq halal edilməmişdir.4
Imam Baqir (ə) buyurur:
Mö᾽minlərin hörməti Kə᾽bədən daha çoxdur.5
Allah-taala mö᾽minlər üçün olduqca böyük hörmət və ehtiram müəyyən etmişdir. Imam Sadiq (ə) bu haqda buyurur: Allah-taala buyurur:
Mö᾽min bəndəmi xar və rüsvay edən kəslər Mənimlə müharibəyə hazır olsunlar. Mö᾽min bəndələrimi əziz tutan kəslər isə özlərini qəzəbimdən amanda qalacaqlarına əmin olsunlar.6
Məsxərə və istehza mö᾽minlərin mə᾽nəviyyatına böyük zərbə vurduğu üçün Qur᾽an və nəql olunmuş hədis və rəvayətlərdə bu xoşagəlməz xüsusiyyətin tərk olunmasına qətiyyətlə tə᾽kid olunur.
Hucurat surəsinin 11-ci ayəsində deyilir:
«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyanlardan [Allah yanında] daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd etməsinlər. Bəlkə, rişxənd olunanlar rişxənd edənlərdən daha yaxşıdırlar...»
Başqa bir ayədə mö᾽minlərin məsxərə olunması münafiqlərə xas olan xüsusiyyətlərdən biri kimi göstərilir:
«Onlar mö᾽minlərlə qarşılaşdıqları zaman: Biz də [sizin kimi] iman gətirdik, — deyirlər. Halbuki öz şeytanları ilə [onları aldadan dostları ilə] təkbətək qalanda: Biz də sizinləyik, biz ancaq [mö᾽minlərə] istehza edirik, — deyirlər».1
Tövbə surəsinin 79-cu ayəsində isə mö᾽minləri istehza edən kəslərə kəskin cavab verilərək axirət günü böyük əzaba düçar olacaqlarına xəbərdarlıq edilir:
«Könüllü surətdə [bollu] sədəqə verən mö᾽minlərə tə᾽nə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!»
