Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Əqaid üsullarının tə’limil.doc
Скачиваний:
17
Добавлен:
01.05.2025
Размер:
1 Мб
Скачать
☆

Peyğəmbərlərin sayi

Qeyd olunduğu kimi, bizim əqlimiz peyğəmbərlərin və asimani kitabların sayını tə’yin etməyə qadir deyildir. Bu kimi mətləblərin isbat olunması nəqli dəlildən başqa yolla müyəssər ola bilməz. Qur’ani-kərimin Mütəal Allahın hər bir ümmətə peyğəmbər göndərməsini iddia etməsinə baxmayaraq,4 ümmətlərin və onların peyğəmbərlərin sayını müəyyən etməmiş, ilahi peyğəmbərlərdən iyirmidən bir qədər artığının adını qeyd etmiş, bə’zilərinin də adını çəkmədən onların bir neçəsinin başına gələn əhvalatlara işarə etmişdir.5 Lakin Əhli-beytdən (ə) nəql olunan bir neçə rəvayətdə qeyd olunur ki, Mütəal Allah 124 min peyğəmbər göndərmişdir.6 Peyğəmbərlər silsiləsi bəşər atası həzrət Adəmlə (ə) başlanır və həzrət Məhəmmədlə (s) sona çatır.

Allahın peyğəmbərləri xüsusi ilahi mənsəb olan “nəbi” adına malik olmaqdan əlavə “nəzir”, “münzir”, “bəşir” və “mübəşşir” kimi sifətlərə də malik olmuş, salehlərdən və müxləslərdən sayılmışlar. Onlardan bə’ziləri risalət məqamına da nail olmuşlar. Bə’zi rəvayətlərdə risalət sahibi olan rəsulların sayı 313 nəfər qeyd edilmişdir.1

Bununla bağlı «nübüvvət» və «risalət»in məfhumu, «nəbi» ilə «rəsul» arasındakı fərqlə əlaqədar bir qədər izah veririk.

Nübüvvət və risalət

“Rəsul” kəlməsi xəbərgətirən, “nəbi” kəlməsi isə, əgər “nə-bə-ə” kökündən alınıbsa mühüm xəbər sahibi, əgər “nə-bə-və” kökündən alınıbsa yüksək məqam sahibi mə’nasınadır.

Bə’ziləri güman etmişlər ki, «nəbi» məfhumu «rəsul»dan daha ümumidir, belə ki, «nəbi» dedikdə Allah tərəfindən ona vəhy olunan şəxs nəzərdə tutulur, istər onu başqalarına çatdırmağa mə’mur olsun, istərsə olmasın. Lakin «rəsul» dedikdə vəhyin təbliğ olunmasına da mə’mur edilən şəxs nəzərdə tutmuşlar. Bu iddia düzgün deyildir. Çünki Qur’anın bə’zi ayələrində “nəbi” sifəti “rəsul” sifətindən sonra gəlmişdir.2 Halbuki, yuxarıdakı bəyana əsasən məfhum cəhətindən ümumi olan sifət – “nəbi” xüsusi sifət olan “rəsul”dan qabaq gəlməli idi. Bundan əlavə, vəhyin təbliğ olunması mə’muriyyəti təkcə rəsullara məxsus deyildir.

Bə’zi rəvayətlərdə qeyd olunur ki, nübüvvət məqamı vəhy mələyini yuxuda görüb oyaq halda yalnız onun səsini eşidir. Halbuki, risalət məqamının sahibi vəhy mələyini ayıq halda da görür.3

Amma bu fərqi də sözlərin məfhumuna aid etmək olmaz. Hər bir halda bunu qəbul etmək olar ki, nəbi xarici nümunə cəhətindən (nəinki, məfhum cəhətindən) rəsuldan daha ümumidir. Yə’ni bütün peyğəmbərlər nübüvvət məqamına malik olmuşlar, lakin risalət məqamı onlardan yalnız bir qrupuna məxsus olmuşdur. Əvvəldə qeyd olunan rəvayətlərə əsasən, rəsulların sayı 313 nəfər olmuşdur və təbiidir ki, onların məqamı digər peyğəmbərlərin məqamından yüksək olacaqdır. Rəsulların özü də məqam və fəzilət baxımından eyni səviyyədə olmamışlar.4 Onlardan bə’ziləri imamət məqamına çataraq iftixar etmişlər.5

Ulul-əzm peyğəmbərlər

Qur’ani-kərimdə Allah peyğəmbərlərindən bir qrupu “ulul-əzm” kimi təqdim olunmuşdur.1 Lakin onların xüsusiyyətləri bəyan edilməmişdir. Əhli-beyt (ə) rəvayətlərindən aydın olur ki, ulul-əzm peyğəmbərlər beş nəfərdir: Həzrət Nuh (ə), həzrət İbrahim (ə), həzrət Musa (ə), həzrət İsa (ə), həzrət Məhəmməd (s).2

Onların Qur’ani-kərimdə işarə edilən səbr və müqavimət kimi məziyyətlərindən əlavə, hər birinin müstəqil şəriət və kitabı da olmuşdur. Onlarla müasir olan, yaxud sonra gələn peyğəmbərlər də növbəti ulul-əzm peyğəmbər məb’us olub yeni kitab və şəriət gətirənə qədər onların şəriətinə tabe olmuşlar.

Deməli, vahid zamanda iki peyğəmbərin bir yerdə olması mümkündür. Məsələn, həzrət Lut (ə) həzrət İbrahimlə (ə), həzrət Harun (ə) həzrət Musa (ə) ilə eyni zamanda peyğəmbərliyə çatmış, həmçinin həzrət Yəhya (ə) da həzrət İsanın (ə) dövründə yaşamışdır.

BİR NEÇƏ MƏSƏLƏ

Bu dərsin axırında nübüvvət məsələsi ilə bağlı bir neçə mətləbi qısa şəkildə qeyd edirik:

a) Allahın peyğəmbərləri bir-birini təsdiq edir və özündən sonra peyğəmbərin gələcəyini xəbər verirdilər.3 Deməli, əgər bir kəs nübüvvət iddiası etsə, amma özündən əvəlki, yaxud onunla müasir olan peyğəmbəri təkzib etsə şübhəsiz yalançıdır.

b) Allah peyğəmbərləri ilahi risalət və peyğəmbərlik vəzifəsini yerinə yetirməkdə camaatdan heç bir muzd istəmirdilər.4 Yalnız İslam Peyğəmbəri (s) özünün Əhli-beytinə (ə) məhəbbət bəsləməyi öz risalətinin əcr və muzdu kimi müəyyən etmişdir.5 Bu, bir növ, onlara (ə) tabe olmaq üçün tə’kid məqsədi ilə müəyyən olunmuşdur. Həqiqətdə bu işin faydaları ümmətin özünə aid olur.1

v) Allah peyğəmbərlərinin bə’zilərinin mühakimə, hakimiyyət və s. kimi digər ilahi mənsəblərə də malik olmuşlar. Peyğəmbərlər arasında nümunə olaraq həzrət Davud (ə) və həzrət Süleymanı (ə) göstərmək olar. “Nisa” surəsinin 64-cü ayəsində hər bir peyğəmbərə mütləq şəkildə itaət etməyin vacib edilməsindən aydın olur ki, bütün peyğəmbərlər belə məqama malik olmuşlar.

q) İxtiyar sahibi və mükəlləf məxluq olan, adi halda insanlar tərəfindən görünə bilməyən cinlər bə’zi peyğəmbərlərin də’vətindən agah olmuşlar. Aralarında pərhizkar və əməlisalehləri onlara iman gətirmişlər. Onların arasında həzrət Musanın və həzrət Məhəmmədin (s) adrıcılları vardır. Bə’ziləri də İblisə tabe olaraq Allahın peyğəmbərlərini inkar etmişlər.2

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]