Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
ahli-sunna-useymin.doc
Скачиваний:
2
Добавлен:
01.07.2025
Размер:
643 Кб
Скачать
☆

Yeddinci hissə bunlara imanin faydalari

Böyük əsasları özündə birləşdirən bu pak iman ona inananlar üçün əhəmiyyətli faydalar bəxş edir.

ALLAHA İMAN ETMƏYİN FAYDALARI:

Allaha, gözəl adlarına və uca sifətlərinə iman edirik; əmrlərini yerinə yetirmək və qadağalarından çəkinməyə görə bir bəndəyə Allah sevgisi və Allahı ucaltma duyğusu verir. Allahın əmrini yerinə yetirmək və qadağalarından da çəkinməklə fərd və cəmiyyəti dünya və axirət səadətinə çatdırır. Allah subhənəhu və təalə bu haqda belə buyurur: «Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq». (Nəhl 97).

MƏLƏKLƏRƏ İMAN ETMƏYİN FAYDALARI:

1. Cinləri və insanları yaradanın əzəmətini, qüdrət və hökmranlığını anlamağa kömək edir.

2. Qullarına verdiyi dəyərə görə Allaha layiqincə şükür etməyə kömək edir. Belə ki, Allah subhənəhu və təalə bəndələrini qorumaq, əməllərini yazmaq və onların mənfəətləri üçün bir sıra mələklər təhkim etmişdir.

3. Allaha ən gözəl bir şəkildə ibadət etdiklərinə və Allahdan möminlər üçün bağışlanma dilədiklərinə görə mələkləri sevməyə yönəldir.

KİTABLARA İMAN ETMƏYİN FAYDALARI:

1. Allahın bəndələrinə olan mərhəməti və onlara verdiyi dəyəri bilməyi təmin edir. Belə ki, Allah subhənəhu və təalə hər qövmə doğru yolu tapmaları üçün bir kitab göndərib.

2. Allahın hikmətinin təzahürü olaraq, bu kitablarda hər ümmət üçün o ümmətə uyğun olanı din etmişdir. Bu kitabların sonuncusu Qurani-Kərim, hər zaman və məkana uyğun, Qiyamətə qədər bütün yaradılmışlar üçün ən uyğun olan kitabdır.

3. Allahın verdiyi bu nemətinə şükür etməyi təmin edir.

PEYĞƏMBƏRLƏRƏ İMAN ETMƏYİN FAYDALARI:

1. Allahın bəndələrinə olan mərhəməti və onlara verdiyi dəyəri başa düşməyə kömək edir. Belə ki, Allah subhənəhu və təalə insanlara doğru yolu göstərmək və onları o yola çağırmaq üçün hər qövmə bir peyğəmbər göndərmişdir.

2. Allahın bu böyük nemətinə şükür etməyi anlamağa kömək edir.

3. Peyğəmbərləri sevməyi, onları layiq olduqları şəkildə tərif etməyi təmin edir. Çünki peyğəmbərlər, Allahın elçiləri və seçilmiş bəndələridir. Peyğəmbərlər, Allaha ibadət edən, Onun elçilik vəzifəsini təbliğ edən, Allahın qullarına nəsihət edən və Onun uğrunda əziyyətlərə səbr edən şəxslərdir.

AXİRƏT GÜNÜNƏ İMAN ETMƏYİN FAYDALARI:

1. Axirət gününün savabını ümid edərək Allaha ibadət etməyə və o günün əzabından qorxaraq günah etməkdən çəkinməyə təşviq edir.

2. Dünya nemətlərini ümid edib, amma əldə etməyən möminləri, axirət nemətləri və savabını əldə edəcəyi ilə təsəlli edir.

QƏZA VƏ QƏDƏRƏ İMAN ETMƏYİN FAYDALARI:

1. Bir şeyi edərkən səbəbləri götürməkdə Allaha güvənməyə kömək edir. Çünki həm fel/hərəkət, əməl, həm də nəticəsi Allahın qəza və qədəri ilə olur.

2. Buna inanan bir nəfs həm rahat olur, həm də qəlbi sakit və əmin olur. Çünki baş verənlərin Allahın qəza və qədəri ilə olduğunu və istənilən arzuolunmaz vəziyyətin qaçılmaz olduğunu bilir. Belə nəfs rahatlıq tapır, qəlbi sakit olur və Rəbbinin qəzasına razı olur. Qədərə inanan kimsədən daha gözəl həyat sürən, nəfsi daha rahat, qəlbi daha əmin və sakit olan heç kəs yoxdur.

3. Qəza və qədərə iman, arzuolunan bir şey olduqda insanın özünü bəyənməkdən xilas olmasını təmin edir. Çünki Allahın təqdir etdiyi səbəblərdən olan xeyir və uğurun həyata keçməsi bir nemətdir. Ona görə bu nemətin əvəzində Allaha şükür edir və özünü bəyənməyi tərk edir.

4. Qəza və qədərə iman, arzuolunan bir şeyin əldə edilməməsi və ya arzuolunmayan bir şeyin baş verməsi halında həyəcan və sıxıntıdan xilas olmasını təmin edir. Çünki bu vəziyyət, göylərin və yerin hökmü əlində olan Allahın qəzası ilə olmuşdur. Bunun baş verməsi qaçılmazdır. Beləliklə də bu vəziyyətə səbr edir və savabını Allahdan umur.

Allah subhənəhu və təalə bu hala işarə edərək belə buyurur: «Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda (müəyyən edilmiş) olmasın. Şübhəsiz ki, bu Allah üçün çox asandır! (Allah bunu) əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə (həddindən artıq) sevinməyəsiniz deyə (belə izah edir). Allah heç bir özündən razını, özünü öyəni sevmir». (Hədid 22 - 23).

Allahdan bizi bu əqidə üzrə sabit etməsini, onun faydalarından bəhrələnməyi, bizə lütf və ehsanından verməsini, bizi haqq yola yönəltdikdən sonra qəlblərimizi imandan üz döndərməməyi və bizə mərhəmətini bəxş etməsini diləyirik. Şübhəsiz ki, O, bəndələrinə əvəzsiz və bol verəndir. Həmd, aləmlərin Rəbbi Allahadır!

Allahın salavatı və salamı, Peyğəmbərimiz Muhəmmədə, ailəsinə, səhabələrinə və onlara ən gözəl şəkildə tabe olanların üzərinə olsun! (Amin!)

Muhəmməd bin Saleh əl - Useymin

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]