Bextiyar_Vahabzade_Seirler_I_cild
.pdf
__________________Milli Kitabxana_________________
SEVƏ BİLƏRİMSƏ...
Ancaq məhəbbətçün yaranmışam mən, Alammaz əlimdən bu haqqı kimsə. Xoşbəxtem,
küsmərəm öz taleyimdən, Əgər sevirəmsə...
sevilirəmsə...
Məhəbbət - amalım, arzularımdır, Ona kainatım, cahanım deyim. Mənim dövlətimdir, mənim varımdır Bütün varlığımla sevə bilməyim. Sevə bilirəmsə, əgər ürəkdən Dünyanın ən gözəl adamıyam mən.
Səni sevirəmsə, sevirəm demək Həyatı,
dünyanı,
yoxdur düşmənim...
Əgər sevirəmsə - qəlbim aynatək Şəffafdır,
həssasdır, kövrəkdir mənim...
Bu könül aynama gülümsəyərək, Göylər də,
yerlər də
əks olur həmən. Sevirəm, sevirəm, sevirəm, demək,
Bütöv bir aləməm, kainatam mən.
Mən ki, kainatam, aləməm, nə qəm, Ayım da,
Günüm də, Ulduzum da var. Həm zülmət,
251
__________________Milli Kitabxana_________________
həm də ki, aydınlıq gecəm, Həm açıq,
həm tutqun gündüzüm də var.
De məndən varlısı dünyada varmı? Sevən də özünü yoxsul sanarmı?
Mənim öz eşqimin öz ulduzları Dağıdır, könlümə nur, qucaq-qucaq...
Axı, bu sərvəti, dövləti, varı Məhəbbət bəxş edir insana ancaq. Bəli, ilk insanla həmyaşam artıq,
Bilmirəm aydayam, ya gündəyəm mən. Zamandan, məkandan çıxmışam artıq, Dünyəvi aləmin fövqündəyəm mən.
Öz böyük eşqimlə fəzadayam mən. Məni endirməyin yerə, amandır. Dünya çox kiçikdir məhəbbətimdən, Hər arzum bir cahan, bir asimandır. Verir arzularım göydə səs-səsə, Deməyin yerdə uç, yer bəs deyilmi? Yanan bir ürəyə, sevən bir kəsə Asiman özü də qəfəs deyilmi?
Sevə bilirəmsə, əgər ürəkdən Dünyanın ən yaxşı adamıyam mən!
Dekabr 1964
TƏZƏDƏN
Bu şirin sevdaya düşəndən bəri Neçə yol ayrıldıq bir-birimizdən. Ayrılıq günləri, hicran günləri Uzandı...
Ömrünə ömr aldı bizdən.
Biz ki, öyrənmişik hicrana artıq.
252
__________________Milli Kitabxana_________________
Cövrü yadda qalır, qəm unudulur. Sevən könüllərçün, gülüm, uzaqlıq Ən böyük, ən gözəl yaxınlıq olur.
Yağış dayandımı? Qalın buluddan
Sıyrılıb yenidən təzə gün doğur. Hər uzun ayrılıq, hər qısa hicran Səni mənim üçün təzədən doğur. Ayrılıq dəmləri düşürkən yada Təzədən sevirəm, təzədən səni. Elə bilirəm ki, bu gen dünyada
İlk dəfə görürəm, gülüm, mən səni.
Ayrılıq günləri düzülür səfə,
Hər gün gözləyirik, hər gün bir günü, Ayrı bir adamsan, gülüm, hər dəfə Vüsalın əvvəli, hicranın sonu. Teleqraf kağızı... kiçik bir varaq. Alışan könlümə su səpir yenə Səndən ayrıldığım on gündür, ancaq Milyon illərdir ki, həsrətəm sənə.
On gündə əzabla neçə-neçə min, Dəqiqə, saniyə yola saldıq biz. Bu uzun anların, dəqiqələrin Hansını yaşadıq bir-birimizsiz? Sənin də yerinə danışıram mən, Qoy olsun, qəlbimiz ayrı deyildir! Biz iki olsaq da vüsal günləri, Ayrılıq günləri bir oluruq, bir!
Həsrət, ürəyimdə qaladan möhkəm, Hicran çöplərindən bir yuva qurmuş. Sənin yanında da sənə həsrətəm,
Həsrət ayrılıqdan uzun olunmuş...
Görüş qışdan sonra gələn bahardır, Ayrılıq, görüşlə bitir... tez olur. Eh! Ona nə var ki, müddəti vardır, Həsrətsə ölçüsüz, müddətsiz olur.
253
__________________Milli Kitabxana_________________
Bil, yaman gündə də, yaxşı gündə də, İstərəm qovuşam, mən yetəm sənə. Gözüm gözlərinə dikiləndə də Həsrətəm, həsrətəm, həsrətəm sənə!
İyul 1965, Qusar
ÖZÜNDƏN AYRILA BİLMƏYƏCƏKSƏN
Deyirsən, dərd oldu bizə eşqimiz, Sarsıntı, üzüntü yetməzmi artıq? Ürəkcə nə qədər bir olsaq da biz Həyat yollarında ayrılmalıyıq.
Ayrılmaq! Söz asan, əməl çətindir, Sevmək! Bu ki, sənin öz fitrətindir. Necə ayırasan odu ürəkdən,
İstini atəşdən, ətri çiçəkdən?..
Mənim öz istəyim, mənim öz kamım – Sənin öz istəyin, sənin öz kamm. Sənin ad günündür mənim bayramım, Mənim ad günümdür sənin bayramın. Biri-birimizçün doğulmuşuq biz. Birdir hər eşqimiz, hər istəyimiz.
Hərdənbir darıxıb gəzməyə çıxsan, Ayağını öpən göy otlar mənəm. Başmı qaldırıb göylərə baxsan, Kövrəlib qaralan buludlar mənəm. Demə ki, yanımca nə hərlənirsən?.. Mehvərin başına gərək hərlənəm. Bəzən səbəbsiz də kədərlənirsən, Səbəbi axtarma, o səbəb mənəm! Qəlbin çox ucalır, çox qanadlanır,
254
__________________Milli Kitabxana_________________
Ona zirvə mənəm, Ona son mənəm.
Yata da bilmirsən uzun gecələr, Gözlərindən qaçan o yuxun mənəm...
Hər kəsə tutmadın, axı, tən məni. Sən də bu dünyada mənimçün təksən. Sən qova bilərsən evindən məni, Qəlbindən ki, qova bilməyəcəksən. Sənin hər dəqiqən, hər anın mənəm, Axı, adın mənəm, ünvanın mənəm.
Qapını üzümə bağlasan da sən, Özündən ayrıla bilməyəcəksən...
Sən ki, sən deyilsən, Sən də bil, mənəm.
Yaşını çoxaldan, səni ucaldan, Gün mənəm,
Ay mənəm, Gülüm, il mənəm!..
1965
UNUTDURDUN SƏN MƏNƏ
Xəyalınla, fikrinlə Həmişə sərxoşam mən. Unutmuşam özümü, Dönüb sən olmuşam mən. Öz könlümün səsindən, Öz könlümə ün düşüb Dağlar başı qaralıb Dərələrə gün düşüb, Niyə belədir, gülüm,
Sən özün bilməlisən, Fikrimə düyün düşüb!
Həqiqət, - güman olub
Xəyalım - duman olub
Gah düzəndə sürünür
255
__________________Milli Kitabxana_________________
Gah təpədə görünür. İlişir kolluqlara Fikirlər – qırıq-qırıq, Arzular - para-para, Ümidlər pərən-pərən, Qəsəmlər - yalan olub An var dönüb il olub, İl var dönüb an olub. Həsrətim, bu anlan, günləri, danır mənim. Saatımın əqrəbi Yalnız sənin başma Dönüb dolanır mənim. Sənə könül verəli, Mənim üçün bu köhnə vaxt ölçüsü pozuldu, Sənin məhəbbətinin Dərəcəsi, ölçüsü
Mənim vaxt ölçüm oldu. Bir şaxtalı qışdayam, Mənə əlvan baharı Unutduran sən oldun. Ancaq hər gün bahan Məndən soran sən oldun! Ümmanam, sahilimi Unutdurdun sən mənə. Qarlı dağam,
selimi
Unutdurdun sən mənə.
Gecəyəm,
gündüzümü Unutdurdun sən mənə İnsanam, öz-özümü Unutdurdun sən mənə Bu dünyada hər şeyi Unutdurub sən mənə
256
__________________Milli Kitabxana_________________
Çəkdirmisən göz dağı, Əvəzində öyrətdin Səni unutmamağı!..
1965
NÖQTƏYƏ DÖNDƏRƏRDIM
Mən burdayam, sən orda...
Yenə hicran, yenə qəm...
Yerdəyəmmi? - bilmirəm,
Göydəyəmmi? - bilmirəm...
Aramızda sədd kimi,
uçrum kimi dayanan
Bu uzun yollar deyil,
Gülüm, zamandır, zaman!..
Məhəbbətimiz qədər Əzabımız var bizim. Aramızda dayanmır Bu uzun yollar bizim!.. Aramızda dayanır Neçə-neçə il, gülüm, Neçə-neçə ay, gülüm! Bu ayları, illəri Fikrimin sürətilə
Necə udum, ay gülüm! Bizim istəyimizlə Qara dönüb ağ olmur! Yolu qısaltmaq olur, Vaxtı qısaltmaq olmur.
Uzun yollar, dolaylar Əgər olsaydı dərdim, Mən onları kəmərtək Belimə dolandırıb Nöqtəyə döndərərdim!
Avqust, 1965
257
__________________Milli Kitabxana_________________
AZADLIQ
Azadlıq istəyirdin...
İndi məndən uzaqda Azadsan, cismən azad. İndi buyur, sevgilim, Mən dustağam, sən azad!.. Beləmi?
İnanmıram.
Biz bir şəhərdə ikən, Dəqiqəni, anını, Sapa düzüb incitək, İzləyirdim səni mən.
İndi məndən uzaqda İzləmir heç kəs səni. Ancaq, azad deyilsən, İzləyir, öz köksündə Aldığm nəfəs səni. Orda pərəstişkarın
Bir deyil, min-min olsun. Qorxmuram, yox, qorxmuram, Mən yox, sənin öz hissin, Sənin gözətçin olsun!
Sən sevən bir ürəyin Özü boyda dağısan! Mənim dustağım deyil, Hissinin dustağısan, Qəlbinin dustağısan.
İyul 1966, Şəki
* * *
Nəğmə olub gecələr Sənə layla çalaydım, Dönüb yuxun olaydım. Ayaqların altına
258
__________________Milli Kitabxana_________________
Sərəydim gül-çiçəkli Çölü mən, çəməni mən. Nağıllar dünyasma Aparaydım səni mən.
Çıxıb çərçivələrdən Göylərə baş vuraydıq. Vaxtı da donduraydıq. Qanunlara od vurub Sərhədləri qıraydıq. Eşqimizin oduna Dünyanı yandıraydıq. Biz məhəbbət ünvanlı Təzə dünya quraydıq.
Səni hər an, hər saat
Görmək üçün, sevgilim,
Gecələr ay olaydım,
Gündüzlər gün olaydım.
Sənin gözəlliyindən
Səhər-axşam həzz alan
Dilsiz güzgün olaydım.
Güzgün olsaydım əgər,
Qəm yeməzdim yenə mən;
Səni, öz diləyimcə
Göstərərdim sənə mən.
Sentyabr 1966
KÜÇƏDƏ İTİRDİM...
"Yaşaya bilmirəm bu sayaq daha, Bəsdir,
Yorulmuşam, Qurtaraq daha!"
Deyə avtobusa mindin...
Dayandım,
Vaxt da mənim kimi dayandı, sandım. Yox! O dayanmadı, işlədi yenə.
259
__________________Milli Kitabxana_________________
Minib avtobusa səninlə birgə
Bir göz qırpımında zaman da getdi, İxtiyar da getdi, güman da getdi...
Bu nədir?
ayağım üzüldü yerdən.
Hər şey öz yerini dəyişdi birdən, Dayandım...
Arxamca yollar süründü,
Saat da tərsinə dolandı, döndü. Səndən ayrılmadım,
Səndən mən, gülüm, Özümdən ayrıldım, Özümdən, gülüm!
Bilmədim nə idim, indi nəyəm mən?
Küçələr uçruma döndü gözümdə. Səni itirdiyim bu anda bilsən, Yolların üstündə itdim özüm də. Dolaşdı kainat,
Qarışdı aləm,
Kimdir qulağımda belə hönkürən? Küçədə itirdim səni, dözmürəm; Həyatda itirsəm neylərəm görən?
İyun, 1967
UNUDAM GƏRƏK
Ayrıldıq... güc gəldi bizə hücumlar, Ayrıldıq, usanıb tənədən, sözdən; Bizdən razı qaldı yadlar, qohumlar, Biz razı qalmadıq öz-özümüzdən.
Ayrıldıq... nəğməmiz qaldı yarımçıq, Fikirlər pərişan, könüllər qırıq. Ayrıldıq... de harda ləngidi zaman? İndi nə sən sənsən, nə də mən mənəm. Başımda tufanlar hayqırdığından, Meyvəsi dəyməmiş tökülən mənəm.
260
