Bextiyar_Vahabzade_Seirler_I_cild
.pdf
__________________Milli Kitabxana_________________
Eşqimi aparıb sən getdin demək, Eşqsiz bir könül nəyimə gərək? Soyuq daşa döndü o gündən ürək Sinəmdən asılan daşı neylərəm?
Həmişə ayrıyıq, gecə-gündüzük, Birimiz təpəyik, birimiz düzük. Üstünün qaşıyla tanmar üzük, Əgər üzük yoxsa, qaşı neylərəm?
Niyə yaşayıram, mən niyə sənsiz? Nə yerə baxmaram, nə göyə sənsiz. Mən ki, kor olmuşam hər şeyə sənsiz, Kor gözün üstündə qaşı neylərəm?
Mart 1967
SƏNİN DİLİNDƏN
İllərlə bir eşqin cövrünü çəkdik – Ayrılsaq, gün sönər, il qınar bizi. Eniş-yoxuşunu bir ötdüyümüz Yollara nə deyək, yol qınar bizi.
Sən dedin, başlanan qurtarsın gərək! Mən dedim, doymayır arzudan ürək! Birgə əkdiyimiz gülü dərməsək Tikanlar əl çalar, gül qmar bizi.
Bəs deyil bu ələm, bu kədər mənə. Elədin dünyanı sən hədər mənə. Gözəl sözlər dedin nə qədər mənə, Gəl indi danlama, dil qınar bizi.
Çox çəkə bilmədik nazını eşqin, Qış gəlib, yaşadıq yazını eşqin. Yamanca sındırdıq sazını eşqin, Bilmədik, axırda tel qınar bizi.
281
__________________Milli Kitabxana_________________
Dedin ki, eşqimlə bəxtiyaram mən. Dedin ki, dönmərəm qəlbin səsindən. İndiysə çəkinib el tənəsindən Deyirsən, ayıbdır, el qınar bizi.
İyul 1967
BAKIYLA TƏBRİZİN
ARASINDAYAM
Mənim qismətimdir alatoranlıq Gecəylə gündüzün arasındayam, Qurulur içimdə mizan-tərəzi,
O gözlə, bu gözün arasındayam.
Yollar ayrıcında çox talanmışam, Fikirlər əlində haçalanmışam. Təpədən qorxmuşam, düzü danmışam, İndi dağla düzün arasındayam.
İlişib qalmışam qəm çalasmda, Bir gözəl tilsimin daş qalasında, Həmişə qapılar astanasında Bayırla dəhlizin arasındayam.
Bəxtiyar, sinəndən neçə "mən" keçir Biri dərdli keçir, biri şən keçir, Məftilli çəpərlər sinəmdən keçir. Bakıyla Təbrizin arasındayam.
May 1969
QOCALMIR
Qocaldır insanı, qocaldır zaman; Ürəyin atəşi, közü qocalmır. Dağları, daşları qocaldan zaman, Bilmirəm, bəs niyə özü qocalmır?
282
__________________Milli Kitabxana_________________
Getdi baharımız, yer qışa qaldı. Düzlər qara qaldı, yağışa qaldı. Bizimki bir quru baxışa qaldı, Neyləyək arzunun gözü qocalmır.
Bəxtiyar, düşünək biz dərin-dərin. Xəyallar möhtəşəm, arzular şirin. Əsl sənətkarın, əsl şairin
Özü qocalsa da, sözü qocalmır.
1965
DÜNYANIN
Baş çıxarmaq həm çətindir, həm asan İblisindən, mələyindən dünyanın. Adəm satdı bir buğdaya cənnəti, Tora düşdü kələyindən dünyanın.
Nə gözəldir, ürək geniş, söz açıq, Yaşamadım bir sevdamı yarımçıq. Əzab adlı dəyirmandan narın çıx, Keçəcəksən ələyindən dünyanın.
Arzum üçün bir mələyən cüyürdüm, O təpədən bu təpəyə yüyürdüm. Niyə qorxum kəfənindən?
Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?
Biz özümüz özümüzdən öc aldıq Keçən günə gələn günü bac aldıq Ömrümüzün yarısında qocaldıq Şilləsindən, kötəyindən dünyanın.
Könül üzgün, xəyal küskün, dərbədər Özün söylə zülm olarmı bu qədər? Arxasınca palaz kimi sürüdər
Bərk yapışsam ətəyindən dünyanın.
283
__________________Milli Kitabxana_________________
Könül düşdü min arzumun izinə Biləmmədik əyrisi nə, düzü nə? İndi kəfən toxuyuruq özünə
Öz gülündən, çiçəyindən dünyanın.
1977
VAY HALINA
Doğulduğun, böyüdüyün Vətənində Haqq tapdanıb, şər udulsa, vay halına! Səxavətin unudulsa, qəm eləmə, Ləyaqətin unudulsa, vay halma!
İmzası var yasda toyun, toyda yasın, Bu qütblər bir-birindən ayrılmasın. Sənə şorun bahalığı dərd olmasın, Yağın şorla bir tutulsa, vay halına!
Hər söhbətin hər məclisdə yeri deyil, Unutma ki, qocalırsan sən ilbəil. Yaşıdların sənə gülsə, zarafat bil, Balan yaşlı cavan gülsə, vay halına!
Həyatından gileylənib çox ağlama, Ötənləri yana-yana varaqlama. Arzuların ölməsinə yas saxlama, İnam ölsə, iman ölsə, vay halına!
Nöqsanını üzə deyən namərd deyil, Kirayədə yaşadığın ev, yurd deyil. Anan sənə ögey olsa, bir dərd deyil, Zaman sənə ögey olsa, vay halına!
Yanvar, 1989
284
__________________Milli Kitabxana_________________
YALAN HAKİM OLUB
Qorxu kölgəsinə sığınmış bu gün Sədaqət, dəyanət, məhəbbət, allah. Yalan hakim olub, böhtan gözətçi, Çürüyür zindanda həqiqət, allah.
Əyri əyriliyi yeridir daşa, Keçib əyriliklə hamıdan başa. Doğru həsrət qalıb isti bir aşa.
Görən hara gedir bu millət, Allah.
Həftələr dəyişdi, günlər dəyişdi, Tərəflər dəyişdi, yönlər dəyişdi. Qiblələr dəyişdi, dinlər dəyişdi, İtə ot verilir, ata ət, Allah.
Ünvanı dəyişib rəzalətin də, Qaymaq da satılır şor qiymətində. İndi sədaqətin səltənətində, Əyləşib hökm edir xəyanət, Allah.
Ha çığır, ha bağır, yatan ayılmaz, Yaxşını yamandan ayıran olmaz. Satsan, üzünə də baxan tapılmaz, Necə ucuzlaşıb ləyaqət, Allah.
Yalanlar həqiqət qiyafəsində, Yeklər cövlan edir şeş xanəsində. Oğrular, əyrilər zəmanəsində Əyrilik sayılır fərasət, Allah.
İyul, 1989.
285
__________________Milli Kitabxana_________________
HAQQI YOX
Cavanşir Quliyev bəstələmişdir
Yad əlində tapdanırkən şərəf, şan,
Türkün türklə ədavətə haqqı yox.
Hər işimiz başlanırkən sıfırdan
Türkün türklə ədavətə haqqı yox.
Dayaq olsun bu gün gərək sol sağa,
Bu vəhdətdən yurdumuza gün doğa.
Bütün millət dönməliykən yumruğa
Türkün türklə ədavətə haqqı yox.
Tarix bizi imtahana çəkirkən İmdad umur hamımızdan bu Vətən. Dünya da haqq səsimizə kar ikən Türkün türklə ədavətə haqqı yox.
Sındırıldı dəyirmanda pərimiz, Əsir oldu divə bizim Pərimiz. Dağılırkən ocağımız, pirimiz Türkün türklə ədavətə haqqı yox.
Nə çox imiş bu torpağa göz dikən,
Baxa-baxa gözümüzə mil çəkən.
Düşmənimiz dostumuzdan çox ikən
Türkün türklə ədavətə haqqı yox.
Sinəsini yarmalıyıq zülmətin,
Bu məqsədə getdiyimiz yol çətin.
Hər gün neçə şəhid verən millətin
Bir-birilə ədavətə haqqı yox.
İyun, 1992, Şəki.
286
__________________Milli Kitabxana_________________
SÖZ OLUB
"Düşdüyümüz oyuna bax"
Kürsü qalır, oturanlar dəyişir, Gələn deyir, gəlişimlə yaz olub. Bircə ili başa vurub qışqırır: "Dəyişdirdim, əyri dönüb düz olub".
Sən yalanın boyuna bax, ay Allah, Divanına, toyuna bax, ay Allah. Düşdüyümüz oyuna bax, ay Allah, Otuz ilin fahişəsi qız olub.
İpək imiş açılmamış barama?
Hər çiçəkdən məlhəm olmaz yarama. Hər dənizdən sən mirvari arama, Yaxşı pisdən, qızıl misdən az olub.
Alqışlara, təriflərə uyma çox, Nüfüzunu dağ başına qoyma çox, "Mən, mən" deyə öz döşünə döymə çox Hansı sərçə ləpirindən iz olub?
Gördüm vaxtın fitnəsini, felini, Ey Bəxtiyar, saxla görək dilini. Sındırıblar həqiqətin belini, İndi dönüb ağızlarda söz olub.
1988-1995
DİDƏRGİN
Başına haranın külünü töksün Sinəsi əzabdan dağ-dağ didərgin. Təzə Vətənində qərib, çəkingən Köhnə Vətənindən qaçaq didərgin.
287
__________________Milli Kitabxana_________________
Başının üstündə öz tavanı yox, Yavanlıq bir yana, heç yavanı yox. Bu günə, sabaha bir gümanı yox, Ay özü özündən uzaq didərgin.
Əsdi, hardan əsdi bu sətnum yeli? Əl başı kəsmədi, kəsdi baş əli. İsti yuvasından perik düşəli
Gah orda, gah burda qonaq didərgin.
Hamının arzusu onunla birkən Xeyirə dolanmır yenə bu örkən. Özü bu dünyadan haqq istəyirkən Adını qoydular nahaq didərgin.
Könlündə köz tutub Vətən həsrəti Qurtarıb gileyi, sözü-söhbəti.
Öz acı taleyi, öz müsibəti Özünün başına qınaq didərgin.
Soyuq baxışlardan xoş xəbər umar Ağlamaz, göz yaşı ahından damar. Ümidsiz sabaha o, ümid yamar Ümidi ömrünə yamaq didərgin.
İyul, 1993, Şəki
QORXURAM
İki yolun ayrıcında dayanıb,
Gah o yandan, gah bu yandan qorxuram. Divdən deyil, milçək qədər gücüylə Mən özünü div sayandan qorxuram.
Haqq evində haqq divanı qurulmuş, Hər qazancın öz bahası sorulmuş. Təmənnasız boynumuza yük olmuş Bağışlanan şərəf-şandan qorxuram.
288
__________________Milli Kitabxana_________________
Bu dünyadan umacağım mizandır, Qorxduğum kəs bu mizam pozandır. Tox gədanın qudurması yamandır Acandan yox, mən doyandan qorxuram.
Uyuruqsa nəfs adlanan elçiyə, Tüpürürük vicdan kəsən ölçüyə. Odur verən düz qiyməti hər şeyə
Vicdanından qorxmayandan qorxuram.
Dekabr, 1998
KÖRPÜ ÇAYDAN UZAQ DÜŞÜB
Dostum H.Şirməmmədə
Hələ toxum cücərməmiş, Tarlamıza alaq düşüb. Başımız da daz olalı, Əlimizə daraq düşüb.
Xəyallarım - qanad-qanad, Ətəyimdən dartdı həyat. Dünənimə Dürat, Qırat, Bu günümə ulaq düşüb.
Əlim üzüldü diləkdən, Dilim yandı "gəl" deməkdən. Öz haqqını gözləməkdən Haqqın gözünə ağ düşüb.
Bu tayda sən, o tayda mən, Üzəmmədim bu çayda mən. Ömr əritdim harayda mən, Körpü çaydan uzaq düşüb.
Dekabr, 1992
289
__________________Milli Kitabxana_________________
İNSAN KİMİ SAXLA MƏNİ
Ulu tanrı, köməyim ol, Arzuma adaxla məni. Məni insan yaratmısan, İnsan kimi saxla məni.
Göl olmuşam dama-dama, Məlhəm qoyma sən yarama. Bu sevdaya bu mərama Daha betər bağla məni.
Fikirlərim qatar-qatar,
Biri atar, biri tutar.
Yaxınlara əlim çatar,
Qovuşdur uzaqla məni.
Dünənimi dana-dana Göz dikirəm gündoğana. Əgər gündə bir zindana Çəkic vursam, ağla məni.
Ey ümidim, ey gümanım, Sözüm haqsa, necə danım? Qurban olsun haqqa canım, Nahaq işdən saxla məni.
Soruşdular: Kimdir mənim Yaxşıma da pis deyənim?
Həm dostum, həm də düşmənim Göstərdi barmaqla məni.
İyul, 1991, Şəki
290
