- •1. Tərbiyə anlayışı. Kiçik məktəblilərlə tərbiyəsinin təşkili formaları və onun həyata keçirilməsi
- •1.Əxlaq tərbiyəsi:
- •2. Əmək tərbiyəsi:
- •3. Estetik tərbiyə:
- •4. Fiziki tərbiyə:
- •5. Hüquq tərbiyəsi:
- •6. Ekoloji tərbiyə:
- •2. Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər
- •3. Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri
- •4. Tərbiyənin metodları
- •1. Şüuru formalaşdıran metodlar – buna inandırma metodları deyilir.
- •2. Fəaliyyətin təşkili və davranış təcrübəsini formalaşdıran metodlar – buna alışdırma metodları deyilir.
- •3. Fəaliyyət və davranışı stimullaşdıran metodlar – buna rəğbətləndirmə və cəzlandırma metodları deyilir.
4. Fiziki tərbiyə:
Fiziki tərbiyə insanın sağlamlığını möhkəmlədən, şəxsiyyətin fiziki və mənəvi-iradi keyfiyyətlərini inkişaf etdirən təsirlər sistemidir.
Fiziki tərbiyə şəxsiyyətin ahəngdar inkişafının mühüm şərtini təşkil edir.
Fiziki tərbiyə əqli inkişafa kömək edir. Sağlamlıq səmərəli zehni fəaliyyətin vacib şərtidir: o, insanın fikir qüvvəsini artırır, yorğunluğu götürür, iş qabiliyyətini bərpa edir. Fiziki tərbiyə insanın əxlaqi-iradi inkişafının da mühüm vasitəsidir: o, iradəni möhkəmlədir, insanda dözümlülük, intizam, kollektivçilik, yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə edir. Fiziki tərbiyə insanı əməyə və vətən müdafiəsinə hazırlayır. O, estetik tərbiyə ilə də sıx bağlıdır.
Fiziki tərbiyə üzrə sinifdənxaric işlər uşaq və gəncləri sistemli şəkildə bədən tərbiyəsi və idmana cəlb etməyə, onların asudə vaxtını səmərəli təşkil etməyə imkan verir. Sinifdənxaric fiziki tərbiyə tədbirlərinə idman dərnəkləri və bölmələri, oyun və əyləncələr, idman yarışları, idman bayramları, Spartakiadalar və s. daxildir.
Fiziki tərbiyə sahəsində məktəbdənkənar işlər də çoxcəhətli və rəngarəngdir. Bu işləri uşaq idman məktəbləri, uşaq turist stansiyaları, mədəniyyət və istirahət parkları, idman bazaları, könüllü idman təşkilatları, MKİS işçiləri və başqa müəssisə və təşkilatlar təşkil edir.
5. Hüquq tərbiyəsi:
Hüquq tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafına yönələn ideya-tərbiyə işləri kompleksinin mühüm bir istiqamətini təşkil edir. Hazırda, hüquqi dövlət quruculuğunun həyata keçirildiyi bir dövrdə gənc nəslin hüquq tərbiyəsi böyük əhəmiyyət kəsb edir
Sinifdənxaric və məktəbdənkənar işlər uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkilində böyük əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, məktəblilərin, xüsusən yeniyetmələrin asudə vaxtı düzgün təşkil edilmədikdə onların bir qismi günlərini boş-boşuna keçirir, nəzarətsiz qalır, bəzən mənfi təsir altına düşür, hətta hüquqazidd hərəkətlərə (xuliqanlıq, sərxoşluq, narkomaniya və s.) yol verirlər. Yeniyetmə cinayətkarlığının təhlili göstərir ki, onların böyük qismi (60-70%-i), bir qayda olaraq, idman, mütaliə, bədii özfəaliyyət və digər ictimai-mədəni fəaliyyətlə məşğul olmamışlar. Bunu nəzərə alıb, şagirdlərin dərsdənkənar fəaliyyətini mənalı təşkil etmək, onları müxtəlif fəaliyyət növlərinə - idmana, ictimai-faydalı əməyə, elmi-texniki və bədii yaradıcılıq işlərinə, mütaliəyə geniş cəlb etmək lazımdır.
Hüquq tərbiyəsinin müvəffəqiyyəti onun planlı, məqsədyönlü və mütəşəkkil təşkilindən, bu sahədə məktəb, ailə və ictimaiyyətin sıx əməkdaşlığını təmin etməkdən asılıdır.
6. Ekoloji tərbiyə:
"Ekologiya" yunan sözü olub, yurd (məkan) haqda təlim deməkdir. Ekoloji tərbiyə ahəngdar şəxsiyyət tərbiyəsinin mühüm tərkib hissəsidir. O, gənc nəsli ekoloji biliklərlə silahlandırmağa, ekoloji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir.
Ekoloji tərbiyə sahəsində dərslərdə aparılan iş sinifdənxaric və məktəbdənkənar tədbirlər yolu ilə daha da dərinləşdirilir. Yerli şəraitdən asılı olaraq təbiəti mühafizə işinin müxtəlif formalarından istifadə olunur: məktəb meşəçiliyi, gənc təbiətçi dərnək və klubları, məktəb qoruqları, meyvə bağları, şagird istehsalat briqadaları, ekologiya üzrə olimpiada və viktorinalar, məktəb ekologiya cəmiyyəti, ekologiya ayları, ekologiya reydləri və s. belə maraqlı formalardandır. Məktəblərdə və yaşayış yerlərində yaşıllıq iməciliklərinin keçirilməsi, mavi və yaşıl keşikçi dəstələrinin yaradılması, ilk çiçək bayramlarının, meşə və quş günlərinin, təbiət dostları və gənc bağbanların müsabiqələrinin təşkili kimi tədbirləri məktəblərdə ənənə şəklinə salmaq lazımdır.
Tərbiyənin qanunauyğunluqları: Cəmiyyətdə mövcud olan tərbiyə prosesinin öz qanunauyğunluqları var. Bu məsələyə görə müasir pedaqoqlar arasında ciddi mübahisə mövcuddur. Bir qrup pedaqoqlar tərbiyənin obyektiv qannularını inkar edir, tərbiyəyə insanın daxili qüvvələrinin fərdi inkişafı nəticəsində, xüsusi tərbiyə təsiri olmayan imkanların özünün ifadəsi prosesi kimi baxırlar. Onlara görə tərbiyə ancaq bu inkişafa şərait yaratmağa xidmət edir. Bir qrup pedaqoqlar isə tərbiyəni insanın sosial həyat varlığının qanunauyğunluqları və ictimai şəxsiyyət kimi, onun psixoloji xüsusiyyətləri ilə şərtlənən bir proses kimi nəzərdən keçirir. Professor B.Əhmədov tərbiyə qanunlarını aşağıdakı şəkildə qruplaşdırmış və təhlil etmişdir: 1. Həyatın bütün sahələrində, o cümlədən tərbiyə prosesində fəaliyyət göstərən qanunlar; 2. Pedaqoji prosesin bütün sahələri, o cümlədən, tərbiyədə fəaliyyət göstərən qanunlar; 3.Psixoloji və fizioloji qanunlar; 4.Tərbiyənin spesifik qanunları. Birinci qrup qanunlara dialektik materializmin qanunları aiddir. Belə ki, bu qanunlar bütün həyat hadisələrinə tətbiq edildiyi kimi pedaqoji prosein bütün sahələrinə də, o cümlədən, tərbiyə proseisnə də tətbiq edilir. Tərbiyənin bu qanunları həmçinin mədəniyyət və incəsənət müəssisələrindəki tərbiyələndirmə fəaliyyətində də hökm sürən əsas qanunlardır. Bu müəssisələrdə aparılan tərbiyə tədbirlərində həmin qanunlar əsas götürülür. Çünki bu cəmiyyətin tələblərindən doğan tərbiyə qanunlarıdır. Mədənityyət müəssisələrində istər eyni yaş qruplarında aparılan tərbiyə işləri, istərsə də müxtəlif yaş səviyyəli insanlarda aparılan tərbiyə işləri mövcud tərbiyə qanunları əsasında aparılır. Asudə vaxtın səmərəli təsirinə xidmət edən bütün tələblər cəmiyyətin əxlaq, ümumiyyətlə, tərbiyə tələbləri baxımından aparılır. Ona görə də tədbirlər ümumpedaqoji tələblərə əsasında təşkil edilir və aparılır
Tərbiyə Prinsipləri: İstənilən fəaliyyətdə rəhbər tutulan qayda və qanunlar sistemi prinsip adlanır. Tərbiyə prinsipləri isə tərbiyənin bütün qanunauyğunluqlarını özündə əks etdirən, şəxsiyyət formalaşdırılması işinin daha da səmərəli və məqsədyönlü təşkilinə istiqamət verən, rəhbərlik edən qaydalar sistemidir. Bu prinsiplər ayrı-ayrı tərbiyəçilər tərəfindən uydurulmur, müəyyən edilmir, tərbiyənin obyektiv qanunları, cəmiyyətin pedaqoji proses qarşısında qoyduğu şəxsiyyət formalaşdırması məqsədinin tələbləri və vəzifələri əsasında müəyyən edilir.. Son dövrdə nəşr edilmiş pedaqogika dərsliklərinin əksəriyyətində tərbiyə prinsipləri ümumi və xüsusi olmaqla iki qrupa bölünür. Ümumi prinsiplər həm təlim, həm tərbiyə, ümumimyyətlə, bütün pedaqoji prosesdə rəhbər tutulan prinsiplərdir. Bura tərbiyənin həyatla, quruculuq işi ilə əlaqələndirilməsi, sistematiklik və ardıcıllıq, şüurluluq və fəallıq, yaşa uyğunluq və fərdi yanaşma prinsipləri daxildir. Bu prinsiplərin tətbiqi zamanı hər sahənin spesifik xüsusiyyətləri nəzərə alınır. Məsələn, təlim prosesinin əsas məqsədi maddi aləm qanunauyğunluqlarını dərk etdirməkdir. Ona görə də ümumi prinsiplər bu məqsədin həyata keçirilməsinə xidmət edir. Tərbiyənin məqsədi insanlarda çoxcəhətli münasibət formalaşdırmaq olduğundan ümumi prinsiplər tərbiyə prosesində məhz bu məqsədin müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət edir. Ümumiyyətlə tərbiyə prinsiplərini aşağıdakı şəkildə təsnif etmək olar: 1. Tərbiyənin həyatla quruculuq işi ilə əlaqələndirilməsi. 2. Yaşauyğunluq. 3. Fərdi yanaşma. 4. Sistematiklik və ardıcıllıq. 5. Şüurluluq və fəallıq. 6. Nikbinlik. 7. Hörmət və tələbkarlıq. 8. Kollektivdə tərbiyə. 9. Tələblərdə vahidlik.
Tərbiyənin həyatla quruculuq işi ilə əlaqələndirilməsi prinsipi bütün dövr və zamanlar üçün aktual olan bir prinsipdir.
Yaşauyğunluq prinsipi. Tərbiyə olunanlarla aparılan hər bir tərbiyəvi işlərdə onların yaşlarının, fiziki və psixoloji inkişaflarının xüsusiyyətləri nəzərə alınmalıdır.
Fərdi yanaşma prinsipi. Cəmiyyətdə, hətta bir ailədə eyni xarakterli iki insan tapmaq qeyri mümkündür. Belə ki, eyni şəraitdə, eyni valideynlərin təsiri və tərbiyəsi altında böyüyən uşaqlar eyni yaş səviyyəsində özlərini müxtəlif şəkildə aparırlar.
Sistematiklik və ardıcıllıq prinsipi. Mövcud pedaqogika dərsliklərinin əksəriyyətində sistematiklik və ardıcıllıq təlim prinsipi kimi verilmişdir.
Şüurluluq və fəallıq prinsipi. Şüurluluq və fəallıq prinsipi də tərbiyənin ümumi prinsipidir. Bu prinsip həm təlim həm də tərbiyə prosesində rəhbər tutulan prinsipdir.
Nikbinlik prinsipi. Bu humanist prinsip olub insana, onun müsbət istiqamətdə dəyişə bilməsinə inam yaradır. Nikbinlik prinsipinin mahiyyətinə görə heç bir yaxşı cəhəti olmayan, dəyişməz düzəlməz insan yoxdur.
Hörmət və tələbkarlıq prinsipi. Bu prinsipə görə tərbiyəçi tərbiyə fəaliyyətində tərbiyə olunanın şəxsiyyətinə mümkün qədər çox hörmət etməli və tərbiyə tələblərinin yerinə yetirilməsindəç eyni dərəcədə tələbkar olmalıdır.
Kollektivdə və kollektiv vasitəsilə tərbiyə prinsipi. Hər adam cəmiyyətdə müxtəlif xarakterli insanlar əhatəsində yaşayır, fəaliyyət göstərir. Onun fəaliyyəti müəyyən kollektiv daxilində mövcud olur.
Tələblərdə vahidlik prinsipi. Tərbiyə prosesində zəruri əxlaqi keyfiyyətlərin və adətlərin formalaşmasında bu prinsip əhəmiyyətli yer tutur.
Tərbiyə Prosesinin Mahiyyəti: Cəmiyyətin qarşıya qoyduğu şəxsiyyət modelinə uyğun olaraq böyüməkdə olan nəslin formalaşdırılmasına mütəşəkkil, məqsədyönlü rəhbərlik tərbiyə prosesi adlanır. Bu tərbiyəyə verilən ümumi tərifdir. Konkret olaraq isə tərbiyə olunanda həyata düzgün münasibət formalaşdırmaq, çəmiyyətin müəyyən etdiyi əxlaq normaları və davranış qaydalarına yiyələndirmə işi tərbiyə adlanır.
Bu prosesdə böyüyən nəsl cəmiyyət üçün faydalı, yüksək mənəvi potensiala malik, əməyə meylli və əmək qabiliyyətli ideyaca mətin, estetik görüşlərə malik və fiziki cəhətdən sağlam insanlar formalaşdırılır. Ümumiyyətlə, tərbiyə vasitəsilə şəxsiyyət sosiallaşır, həyata, cəmiyyətə maksimum ictimai-fayda verəcəyi sahəyə hazırlanır, sistemli tərbiyə vasitəsilə formalaşan insan həyatda müstəqil şəkildə özünü təmin edə bilir. Tərbiyə prosesi ictimai münasibətlər təcrübəsi əsasında böyüyən insanların fəaliyyətinin düzgün istiqamətləri müəyyənləşdirilir. Beləliklə də tərbiyə olunanlarda əməyə, biliklərə, təlimə, ümumiyyətlə fəaliyyətə çoxcəhətli münasibət yaranır. Bu isə obyektiv ictimai münasibətlərin şəxsi münasibətlərə çevrilməsi, insanların ictimai münasibətlərin şüurlu dərk etməsi deməkdir. Obyektiv ictimai münasibətlərin şüurlu dərk olunması nəticəsində obyektiv tələb, insanın şəxsi tələblərinə, tərbiyə motivlərinə, tərbiyənin hərəkətverici qüvvələrinə çevrilir. Deməli, tərbiyə insanlarda konkret münasibətlər formalaşdırır. Münasibət kateqoriyası isə bir sıra ictimai elmlər tərəfindən tədqiq edilir. Məsələn, fəlsəfi kateqoriya kimi münasibət subyektin obyektlə əlaqəsinin dialektikasını ifadə edir. Etik kateqoriya kimi münasibətlər adamlar arasında əxlaqi etik əlaqələr halında - xeyir, şər, ədalətlilik mövqeli qiymətlər kimi göstərir. Psixoloji kateqoriya kimi münasibətlər şəxsiyyətin ən ümumi mövqeyitək izah olunur.
Hər bir proses özündə müəyyən nəticənin əldə edilməsi üçün qanunauyğun və məqsədyönlü fəaliyyətləri birləşdirir. Tərbiyə prosesinin əsas nəticəsi isə hərtərfli inkişaf etmiş, cəmiyyətin tələbləri ilə uyğunlaşan insanlar formalaşdırmaqdan ibarətdir. Bu isə ikitərəfli fəal prosesdir. Burada tərbiyəçinin fəallığı üstünlük təşkil edir. Belə ki, tərbiyə işinin məzmunu mahiyyəti, üsulları, vasitələri, formalarını və s. tərbiyəçi müəyyən edir, tərbiyə olunanın fəaliyyətini düzgün istiqamətə yönəldir, onların diqqətini cəmiyyətdə zəruri olan tərbiyə problemlərinə cəlb edir. Şəxsiyyətirn formalaşdırılması prosesi isə bir sıra xüsusiyyətlərə malikdir.
Tərbiyə işi və onun komponentləri arasında əlaqə o dərəcədə möhkəmdir ki, tərbiyə komponentlərinin birində baş verən dəyişiklik mütləq başqalarına da təsir edir. Belə ki, bu sistemdə hər bir tərbiyə komponenti şəxsiyyət formalaşdaırılması işinin digərləri ilə əlaqədə olan zəruri həlqəsini, tərəfini, mərhələsini təşkil edir. Ona görə də baş verən hər dəyişiklik digərlərinə də təsir edir. Tərbiyəyə hərtərəfli və kompleks yanaşma prinsipi tərbiyələndirmə fəaliyyətində də belə hərtərəfli təsir edən pedaqoji sistemin, pedaqoji yanaşmanın yaradılmasını tələb edir. Bu tərbiyə sistemi şəxsiyyətin əqli, fiziki, əxlaqi, estetik, ideya siyasi, hüququ və s. cəhətlərdən formalaşmasının kompleks şəkildə aparılmasını özündə birləşdirməlidir. Bu sistem həmçinin insanları əhatə edən mühitə, ətrafdakılara ictimai, sosial münasibət formalaşdarılmalıdır. Tərbiyə prosesi göründüyü kimi təbiət etibarilə hərtərəflidir. Bu isə tərbiyə təsirlərinin müxtəlif və çoxcəhətliliyindən irəli gəlir. Belə ki, tərbiyə prosesində tərbiyəçi ilə yanaşı ətrafdakıların mütamadi, çoxcəhətli təsirləri mövçud olur. Bu təsirlər insanın ömrünün axırına qədər davam edir. İnsana hamı, hər şey valideyn, tərbiyəçi, təbiət - çanlı və çansız təbiət - istehsalat, istehsal münasibətləri, onu əhatə edən mikro mühit və s. təsir edir. Bu müxtəlif forma və məzmunlu tərbiyə təsirləri insan anadan olandan ömrünün sonuna qədər zddiyyətli və uzun müddətdə davam edir. Tərbiyənin təsiri insanlarda müxtəlif şəkildə olur və təzahür edir. Buna səbəb tərbiyə təsirlərinin müxtəlifliyi ilə bərabər həm də tərbiyə olunanların özləri müxtəlifliyidir. Tərbiyəçilər müxtəlif fərdi-psixoloji xüsusiyyətlərə, inkişafa malik insanlara tərbiyəvi təsir göstərirlər. Bu tərbiyəvi təsirləri, tələbləri hər kəs öz fərdi münasibətləri, inkişaf səviyyələri baxımından qəbul edir. Ona görə də eyni tərbiyəvi təsir eyni yaşlı insanlarda müxtəlif şəkildə təzahür edir.
Təlim və tərbiyə şəxsiyyət formalaşdırılması prosesinin dialektik vəhdət təşkil edən iki qütbüdür. Həm tərbiyə həm də təlim şəxsiyyətin həyata hazırlanmasına xidmət edir. Lakin, bunlar xüsusi predmetə və anlayışlara malik ayrı-ayrı pedaqoji proseslərdir. Məsələn, təlim böyüyən nəsldə bilik, bacarıq, vərdiş formalaşdırmaqla obyektiv aləm hadisələrini dərk etdirir. Tərbiyə prosesində isə əqidə, rəftar, adətlər yaratmaqla cəmiyyətin müəyyən etdiyi əxlaq normaları, davranış qaydaları mənimsədilir ki, bunun nəticəsində də insanlar da onu əhatə edən hər şeyə münasibət formalaşır. Təlimin bilik, bacarıq, vərdiş kimi anlayışları mövcuddur. Tərbtyənin əqidə, rəftar, adət kimi anlayışları vardır. Bu anlayışlar mexanizm etibarilə uyğun və oxşardırlar. Bilik-təbiət və cəmiyyətin obyektiv inkişaf qanunları haqqında insanların şüurunda möhkəmləndirilmiş elmi məlumatlardır. Əqidə-əxlaq qaydaları, normaları sistemi və buna riayət etmənin zəruriliyi haqqında insanların həm şüurunda həm də fəaliyyətində möhkəmləndirilmiş məlumatlar sistemidir. Bacarıqlar biliklərin tətbiq edilə bilmnməsidir. Rəftar mənimsənilmiş əxlaq normalarını icra etməkdir. Vərdiş avtomatlaşmış bacarıqdır. Adət avtomatlaşdırılmış rəftardır. Bunlar arasında fərq ondan ibarətdir ki, bilik , bacarıq və vərdişlər maddi aləmin dərk edilməsi ilə , rəftar, adət və əqidə anlayışları isə həyata münasibətlər formalaşdırmaqla bağlıdır. Bəzən, vərdiş və adət anlayışını qarışdırırlar. Bunların fərqli cəhəti ondan ibarətdir ki, adətlər həmişə adamı adət olunmuş fəaliyyətə təhrik edir, həmin iş görülməyəndə adam özünü narahat hiss edir. Vərdişlər icra edilmədikdə isə heç bir narahatlıq yaranmır.
