Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Nuridə kurs işi.docx
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
68 Кб
Скачать
☆

3. Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Təlim fəaliyyəti dövründə, ümumiyyətlə, insan həyatında kiçik məktəb yaşı dövrü xüsusi yer tutur. İbtidai siniflərdə yaxşı oxumayan şagirdin sonrakı illərdə müvəffəqiyyətlə oxumasına az rast gəlinir. Bu ümumi inkişaf, psixi inkişaf və şəxsiyyətin formalaşması baxımından da belədir.

Məktəbə yeni gələn uşaq bağça dövründən fərqli olaraq sistematik təlim fəaliyyətinə cəlb olunur. Bu zaman birinci gündən başlayaraq şagirddən uzun müddət ayrı‐ayrı cisim və hadisələrə diqqət yetirmək, öz diqqətini zəruri cəhətlərə paylamaq, lazım gəldikdə diqqəti bir sahədən başqa bir sahəyə keçirmək tələb olunur. Bu keyfiyyətlər olmadan təlim fəaliyyətinin səmərəliliyindən də danışmaq olmaz. Məhz buna görə də bu cür tələblər qarşısında qalmalı olur və nəticədə onun diqqəti tədricən inkişaf etməyə başlayır. Göstərilən bu zəruri keyfiyyətlər uşaqlarda birdən‐birə yaranmır. Bu proses təlim‐tərbiyə işinin səmərəliliyi nəticəsində yaranmağa başlayır.

Məktəblilərdə diqqətin mərkəzləşməsi və davamlılığı getdikcə təkmilləşir. Kiçikyaşlı məktəblilərdə diqqətin davamlılığı məktəbəqədər yaşlı uşaqlara nisbətən yüksək olsa da, yuxarı siniflərdə oxuyan uşaqlara nisbətən azdır. 7‐11 yaşlı uşaqlar, xüsusilə 1‐2‐ci sinif şagirdləri öz diqqətdiqqətlərini eyni obyekt üzərində ixtiyarı olaraq 10‐15 dəqiqədən artıq saxlaya bilmirlər. Bu vaxt keçdikdən sonra onların diqqətləri asanlıqla başqa obyektə yönələ bilir.

Kiçik məktəb yaşlı uşaqlarda qeyri‐ixtiyari diqqət ixtiyari diqqətə nisbətən üstünlük təşkil edir. Qeyri‐ixtiyari diqqətin davamlılığı ixtiyari diqqətə nisbətən yüksək olur.

Məlum olduğu kimi, qeyri‐ixtiyari diqqət ən çox uşağın marağı ilə əlaqədardır. Məktəbə daxil olmaqla uşağın marağı, xüsusilə təlim fəaliyyətinə olan marağı genişlənir və inkişaf edir. Lakin ilk dövrlər hələ azyaşlı məktəblilərdə maraq mərkəzləşməmiş olur. İlk dövrlər uşağı təlim prosesində qazanacağı bilikdən çox, onun üçün yeni olan məşğələlər cəlb edir. Ona görə də uşağın diqqəti ilk dövrlər qeyri‐ixtiyari şəkildə həmin sahələrə yönəlir. Get‐gedə uşağın diqqəti bir sahəyə doğru davamlı, başqa sahəyə isə davamsız olur. Bir sahə qeyri‐ixtiyari olaraq uşağın diqqətini özünə cəlb edir, başqa sahə isə cəlb etmir.

Məktəb psixoloqunun fəaliyyətində də kiçik məktəblilərlə işləmək digər yaş dövrləri ilə müqayisədə daha çox yer tutur. Xüsusilə, məktəbə qəbul və I siniflərdə iş. Buna görə də biz məktəb psixoloqunun ibtidai sinif şagirdləri ilə fəaliyyəti üzərində ayrıca dayandıq. Onlarla iş məktəbə qəbuldan başlayır və II-IV siniflərdə davam etdirilir. Uyğun cəhətlərlə yanaşı biz hər bir sinif üçün spesifik olanları, başlıca cəhətləri, onlarla iş qaydalarını ayırmaqla II-IV sinifləri bir paraqraf daxilində təqdim etməyi daha məqsədəuyğun hesab etdik.

İkincilər yeni dərs ilinə artıq “təcrübəli” şagirdlər kimi başlayırlar. Məktəbə adaptasiya olunmaq, yoldaşları ilə tanışlıq, yoldaşları və müəllimlə qarşılıqlı münasibətlərin qurulması mərhələsi artıq başa çatmış olur. İndi məktəb həyatı haqqında, onu məktəbdə nəyin gözlədiyi haqda onda geniş təsəvvür vardır.

İkincilərin öz gələcək fəaliyyətləri ilə bağlı gözləmələri daha çox I sinifdəki vəziyyətlərindən asılıdır: “I sinifdə yaxşı oxuyurdum. Yəqin bu il də yaxşı oxuyacam”, “I sinifdə o qədər də yaxşı oxumurdum, görək, bu il necə olacaq?” və s. oxşar mülahizələri onların valideynləri də söyləyir.

İkincilərin bu şəkildə özünüqiymətləndirməsi onların fəaliyyətinə də təsir göstərir. Məlumdur ki, özünüqiymətləndirmə insanın özü haqqında bilikləri və özünə münasibətini əks etdirir. İkincilərin özünüqiymətləndirmələri bir tərəfdən təlim fəaliyyətləri, digər tərəfdən isə böyüklərin, xüsusilə müəllimin onlara verdiyi qiymətdən çox asılıdır. Eyni zamanda, ikincilərin təlim fəaliyyəti ilə bağlı özünüqiymətləndirməsi birincilərdən fərqlənir. Birincilər daha eqoistdirlər və özünüqiymətləndirmə onlarda, bir qayda olaraq, daha yüksəkdir.

Kiçikyaşlı şagirdlərin psixi inkişafının da özünəməxsus keyfiyyətləri vardır. Bu yaş dövründə uşaqların iradi diqqəti nisbətən zəif inkişaf etmiş olur. Onlar uzun müddət fikirlərini toplamaqda çətinlik çəkir, diqqətlərinini iki iş üzərində bölə bilmirlər. Ona görə də valideynlərdə, müəllimlərdə uşaqların diqqətini formalaşmasına qayğı göstərməlidirlər. Ona görə ki "diqqət ruhumuzu elə bir yeganə qapısıdır ki, şüurumuzda olan hər bir şey mütləq buradan keçir. Deməli təlimin heç bir kəlməsi bu qapıdan keçmədən uşağın ruhuna daxil ola bilməz..." Uşağı bu qapını açıq saxlamağa alışdırmaq birinci dərəcəli əhəmiyyətli bir işdir, təlimin bütün müvəffəqiyyəti buna nail olmaq üzərindəqurulur.Uşaqlarda fəal diqqəti inkişaf etdirmək vacibdir.Çünki fəal diqqətdə əşya insan üzərində deyil,insan əşya üzərində hakim olur.

Uşaqların diqqəti onların maraqları ilə çox əlaqədardır. Maraq diqqətin güclənməsinə səbəb olur. Bu yaşda olan uşaqlar müxtəlif məsələlərlə maraqlanır və çoxlu çətin suallar verirlər. Bellə suallara cavab vermək zəruridir. Kiçik yaşlı məktəblilərdən mexaniki hafizə qüvvətli olsa da, saxlanması yalnız mexaniki yolla deyil, həm də məntiqi yolla olur. Bu yaş dövrünü səciyyələndirən xüsusiyyətlərdən biri də onlarda təfəkkürün inkişafıdır. Şagirdlər ətraf aləmin hadisələlərinin səbəb nəticə əlaqələrinin mahiyyətinə dərindən nüfuz etməyi öyrənmədən əvvəl bu yaş dövründə təfəkkür məşqləri keçir. Bu məşqlər nəticəsində onlar əşya və hadisələrin mahiyyətini görürlər. Uşaqlar canlı obrazı əvvəlcə görür, sonra onu təsəvvür edir və təsəvvüründə yaradır.

Kiçik yaşlı məktəblilərin təfəkküründə konkret və emosiyanalllıq hələ də geniş yer tutur. Onlar müxtəlif müqayisələr, sadə şəkillər, ümumiləşdirmələr aparmağa və nəticələr çıxarmağa, məsələ həll etməyə, bir sözlə, düşünməyə qadirdilər. Lakin bilik ehtiyatları və təcrübələri az olduğu üçün uşaqlarda hələ təfəkkür tələb olunan səviyyədə deyildir. Bu yaş dövründə uşaqlar şəkillər, rənglər, səslər və duyğularla düşünürlər.

Bu yaş dövründə uşaqların bilik dairəsi tədricən genişlənir. Nəticədə, onlarda təfəkkürlərlə yanaşı nitqdə də inkişaf edir. Onlar doğma dilin zənginliyini, xalqın mənəvi sərvəti olduğunu dərk edir, onlarda niqt mədəniyyətinin ilkin ünsürləri formalaşır. Axı, niqt mədəniyyəti insanın mənəvi mədəniyyətinin güzgüsüdür. Şagirdlər mənimsədikləri bilikləri və fikirləri niqt vasitəsi ilə ifadə edirlər.

Bu yaş dövrünə aid şagirdlərin psixi xüsusiyyətlərindən biri də onlarda iradənin inkişafıdır. Onlarda hələ iradi keyffiyyətlər formalaşmış olur. Buna görə də onlar qarşıya qoyduqları məqsədi həyata keçirtməkdə çətinlik çəkirlər.

Kiçik məktəblilərlə təlim-tərbiyə işində bu yaşın xüsusiyyətlərini nəzərə almaq mühüm əhəmiyyət kəsb edir. Onlardan başlıcaları aşağıdakılardan ibarətdir:

a) kiçik məktəblilər hər şeyi öyrənməyə can atırlar; bunu nəzərə alıb şagirdlərdə mütaliə tələbatı formalaşdırmaq lazımdır;

b) uşaqlar şən, emosional təbiətə malikdirlər; müəllim və valideynlər bədii əsər və filmlərdən, canlı sözdən istifadə edib onlarda yüksək mənəvi hisslər (vətənə məhəbbət, xeyirxahlıq, qayğıkeşlik, diqqətlilik və s.) aşılamağa çalışmalıdırlar;

c) kiçik məktəblilərdə ünsiyyət tələbatı güclüdür; bunu nəzərə alıb uşaqları kollektiv tədbirlərə, birgə oyuna, əməyə cəlb etmək, onlarda kollektivçilik, yoldaşlıq, dostluq, nəzakətlilik, qızlara qarşı diqqətlilik kimi keyfiyyətlər aşılamaq lazımdır;

ç) uşaqlar təsir altına tez düşür, müəllimə inanır, onun dediklərini sözsüz yerinə yetirirlər. Bundan şagirdlərin düzgün tərbiyəsi üçün istifadə edilməlidir;

d) ibtidai sinif şagirdləri müəllimin tapşırıqlarını böyük həvəs və səylə yerinə yetirirlər. Müəllim və valideynlər müəyyən tapşırıqlar sistemi tətbiq etməklə, uşaqları həvəsləndirməklə onlarda müsbət keyfiyyətlər tərbiyə etməyə nail ola bilərlər.

Kiçik məktəb yaşı dövründə nitqin bütün istiqamətləri üzrə inkişaf baş verməklə yanaşı məktəblilər ilk dəfə olaraq oxu vərdişlərinə və yazılı nitqə yiyələnməyə başlayırlar. Şagirdlərin düzgün yazı vərdişlərinə yiyələnməərinin əsası məhz bu dövrdən başlayır.Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik məktəblilər düzgün yazı vərdişlərinə yiyələnərkən bəzən ilk növbədə yalnız təsadüfi, zahiri formal əlamətə görə ümumiləşdirmə aparmağa meyl göstərirlər ki, bu da generalizasiya hadisəsi ilə nəticələnir. Təlim prosesində müqayisəli işə geniş yer verilməsi bu kimi halların aradan qaldırılmasına imkan verir. Kiçik məktəb yaşlı uşaqlarda hisslər az davamlı və keçici olur. Onların hissləri asanlıqla bir-birini əvəz edir. Bu dövrdə uşaqlar öz hisslərini gizlətməkdə çətinlik çəkirlər. Kiçik məktəb yaşının sonuna doğru uşaqların hissləri nisbətən davamlı xarakter daşımağa başlayır. Bu dövrdə uşaqlarda zehni, əxlaqi və estetik həsslər də özünəməxsus şəkildə inkişaf edir. Uşaqlarda hər şeyi bilməyə, öyrənməyə həvəs, təlim zamanı rast gəldiyi çətinliyi aradan qaldırmağa inam, şübhə, icra edərkən özündən razı qalmaq, öz “kəşfləri” ilə fəxr etmək və s kimi hallar baş verir.

Kiçikyaşlı məktəblilər daim axtarışda olub bilmədiklərini öyrənməyə həvəs göstərir. Onlar ətraf aləm, təbiət, əmək, müxtəlif əşyalar ilə tanış olur, onların keyfiyyət və xüsusiyyətlərinə dair biliklərə yiyələnirlər. Təbiət hadisələrini dönə-dönə müşahidə etdikcə, uşaqlar onların baş vermə səbəbləri ilə maraqlanır. Getdikcə onların əlamət və keyfiyyətlərinə daha dərindən dayaq olmağa çalışırlar. Beləki onlar sinifdən sinifə keçdikcə havanın vəziyyətini, hər fəslin özünəməxsus əlamətlərini öyrənir, bu sahədə öz təsəvvür və anlayışlarını genişləndirirlər. Uşaqlar öyrənirlər ki, təbiət müxtəlif səslər, rənglər və formalar ilə zəngindir. Təbiət eyni vaxtda bir neçə duyğuya təsir edir.

Vətəni sevmək insanlarda onun düşmənlərinə dərin nifrət hissi oyadır.