Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bütün insanlar qardaşdır.doc
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
1 Мб
Скачать
☆

Dünya barışı

  • Bir fərd ruhi açıdan uğur qazandığında ətrafındakılarının zərərə uğrayıb acı çəkəcəklərinə inanmıram. Mən mütləq ruh olan “advaita”ya inanıram. İnsan və yaşayan bütün canlıların vəhdətinə (birliyinə) inanıram. Bu üzdən ruhi uğur qazanımına bütün dünya bəlli ölçüdə qatılırkən, birinin uğursuzluğunda da bütün dünya zərər görmüş olur.

  • Heç bir saqınım (imtina), yalnızca tək bir adamın mutluluğu ilə sınırlı qalmadığı kimi, əxlaqi çöküş də sadəcə bir fərdə ziyan verməklə sınırlı qalmaz. Bu üzdən birinin yaxşı, ya da kötü olması, yalnızca özünü ilgiləndirən qonu deyildir. Həm öz toplumu, həm də bütün dünya ilə ilişkilidir.

  • Doğada bolca qırılmalar olsa da, yaşam cazibə və bağlanmalar üzərində qurulur. Qarşılıqlı məhəbbət doğanın varlığına səbəb olmaqdadır. Insan məhv etməklə yaşamaz. Özümüzə olan sayqımız başqalarına da sayqı gərəkdirər. Uluslar onu oluşduran bireylərin arasındakı qarşılıqlı sayqı ilə oluşar. Uluslar içindəki uyumluluq və sayqı bir gün bütün dünyada yayqınlaşmalıdır. Oğuş (ailə) içi yasalar genişləyib ulus adında daha böyük bir oğuş uluşdurar.

  • Bəşəriyət vahid bir toplumdur. Çünkü hamısı bənzər əxlaqi yasalara tabedirlər. Tanrı yanında bütün insanlar eşitdir. İnsanlığın müxtəlif uluslara bölündüyü doğrudur. Ancaq şəxsin pozisionu yüksəldikcə sorumluluğu da artar.

  • Mənim görəvliliyim, yalnızca Hind toplumunun qardaşlığını, Hindistanın qurtuluşunu və özgürlüyünü içərməz. Hindistanın qurtuluşu və özgürlüyü bütün zamanımı alsa da, düşünürəm ki, Hindistanı azad etməklə bütün dünyaya xidmət etmiş olacağam. Yurdsevərliyim özəl bir şey deyil, bütün insanları içinə almaqdadır. Başqa millətləri sevməzlikdən gələn, başqa uluslara zərər vermək istəyən yurdsevərlik mənim ülkülərimə ayqırıdır (tərsdir). Yurdsevərliyim bütün insanlığı içinə almazsa, heç bir önəmi yoxdur. Yurdsevərliyim, yalnızca bütün insanları deyil, həyatın bütün görünümlərini içərməkdədir. Qardaşlıq və birlik duyqularını, yalnızca insanlar arasında deyil, bütün canlılar, sürüngənlər arasında bilə, oluşdurmaq istəyirəm. Əvət, bəlkə çox şaşırdıcı görünə bilər, ancaq sürüngən canlıların da haqlarını qorumaq istərdim. Bütün canlıların yaradıcısının Tanrı olduğuna inanırıqsa, hansı biçimdə olursa olsun, yaradılış qaynağımız birdir.

  • Ulusçu olmayan kimsə, internasionalist ola bilməz. Nasionalismin üzərində internasionalism qurular. Hər ölkənin insanları öz ulusunu təşkil edər və hər açıdan güvənlik oluşdura bilirlərsə, bu, kəndiliyindən dünya barışına xidmətdən başqa bir şey deyildir. Ulusçuluq kötü bir şey deyil. Kötü olan ulusların düşüncələrinin genişləməsini önləyən dargörüşlülükdür. Dargörüşlülük üzündən bir ulus başqa bir ulusun yenilgəsi üzərinə öz mutluluğunu qurmağı düşlər. Bir ulus başqa ulusun bədbəxtliyi hesabına uzun sürəli mutlu ola bilməz.

  • Mən Hindistanın kiçik bir xidmətçisiyəm. Hindistana dayanaraq bütün bəşəriyətə xidmət edirəm. Əlli illik siyasi-toplumsal həyatıma və təcrübələrimə dayanaraq, anladım ki, dünyaya yararlı olmanın tək yolu öz ulusuna yararlı olmaqdan keçər. Bu, çox yüksək əxlaqa dayanan işdir. Bu düşüncəni qəbul etmək öz-özünə dünyada durumun yaxşılaşmasına xidmət edər və uluslar arasında yayqın olan qarşılıqlı qısqanclıq və həsədi ortadan qaldırar.

  • Başqaları ilə yardımlaşma və başqalarına bağlılıq duyqusu istiqlal duyqusu qədər dəyərli olmalıdır. Insan toplumsal bir varlıqdır. Toplumla qarşılıqlı bağlar qurmadan vücud aləmi ilə birliyi gerçəkləşdirmək olmaz. Qarşılıqlı toplumsal ilişkilər insana öz inancını denəmə olanaqları sağlamış olur. İnsanın gerçəkçi oluşuna yardım edir. Insan özünü bütün ilişkilərdən üstün görəcək durumda olursa, o zaman onda öyləsinə təkəbbür baş qaldırar ki, gerçəkdən də onun həyatı dünya üzərinə ağır və anlamsız bir yük olar. Topluma bağlılıq insana insanlıq dərsi öyrədir. Hər kəsin öz önəmli ehtiyaclarını anlaması gərəkir. Mənə görə başqalarına möhtac olmamaq insanı toplumdan ayırırsa, bu, bir gühandır. Bir adam öz oğuş (ailə) üyələrindən (üzvlərindən) yardım ala bilirsə, nədən qonşularından da almasın? “Dünya mənim oğuşumdur” deyimi çox dərin və anlamlı bir deyimdir.

  • İnsanın öz oğuşuna (ailəsinə), yurduna və dünyaya olan görəvliliyi bir-birindən ayrı və bağımsız deyillər. Kimsə özünü, oğuşunu zərərə uğradaraq yurduna yararlı ola bilməz. Sonucda oğuşumuzun (ailəmizin) yaşaması üçün biz ölməliyik. Yurdumuzun da yaşaması üçün oğuş ölməlidir. Dünyanın yaşaması üçün də yurd ölməlidir. Yalnız ən təmiz varlıqların qurbanlığa layiq olduğunu unutmamaq gərəkir. Bu üzdən də insanın öz nəfsini bu yolda arındırması birinci addımdır. Könlümüz təmiz və arınmış olursa, hər an və bütün durumlarda görəvimizin nə olduğunu qolayca anlarıq.

  • Yaşamın altun yolu dünyanı sevmək və bütün bəşəriyəti bir bütün olaraq anlamaqdır. Öz məzhəbini başqa məzhəblərdən üstün sayan adam dindaşlarını yanlış yola sürükləməkdədir. Bu yanlış tutumu ilə sayqısızlıq və dinsizlik yolunu da açmış olur. Bütün dinlər eşitdir.

  • Mən Hindistanın özgürlüyü üçün yaşayıram və bu yolda ölməyə hazıram. Çünkü bu, doğruluğun bir parçasıdır. Yalnız özgür bir hind gerçək Tanrıya ibadət edə bilər. Hindistanın özgürlüyü üçün çalışıram. Təmiz ulusal duyquları özündə barındıran “sevadşi” Hindistanı sevməmi öyrətməkdədir. Çünkü Hindistanda doğulmuşam və onun mənəvi mirasından irs aparmışam. Hər kəsdən daha çox Hindistana xidmət etməyə layiqəm. Hər kəsdən daha çox məndən bəkləntisi olmalıdır Hindistanın. Ancaq mənim yurdsevərliyim qısır və sınırli bir anlayış deyildir. Bu yurdsevərlik, yalnızca başqa millətlərə zərər verməməyi amaclamamışdır, həm də bütün millətlərin yararını göz önündə bulundurmaqdadır. Mənim düşlədiyim üzərə Hindistanın özgürlüyü dünyaya heç bir təhdid və təhlükə oluşdurmaz.

  • Öz vətənimizə özgürlük istəyirik. Ancaq bu özgürlüyü başqa ulusların zərəri hesabına istəmirik. İngiltərəni qorxunc bir zərərə uğradacaq olan Hindistanın özgürlüyünü əsla istəmərəm. Başqalarının da yararlana biləcəyi özgür Hindistanı istəyirəm. Hindistanın özgürlüyünün dünya barışına yararlı olmasını diləyirəm. Mənim vətənsevərlik anlayışım bu fəlsəfəni içərməkdədir ki, adam öz oğuşu (ailəsi) üçün, oğuş kənd üçün, kənd qəsəbə üçün, qəsəbə əyalət üçün, əyalət ölkə üçün ölə bilər. Ölkə də bağımsız və özgür olmalıdır ki, gərkdiyində dünya barışı uğruna ölə bilsin. Bu üzdən də mənim ulusçuluqdan amacım ölkəmin özgür olmasıdır. Özgür olmalıdır ki, gərəkdiyində bütün Hindistan məhv olsun, ancaq yer üzündə bəşər məhv olmasın. Bəşərin məhv olmasını önləmək üçün Hindistan özünü fəda etməyi başarmalıdır. Mənim inancımda nifrət və kinə yer yoxdur. Bizim nasionalizmimizin də böylə olmasını diləyirəm.

  • Sınırlarımızın ötəsində qonşularımıza və başqa uluslara xidmət etməmizi heç bir şey önləyə bilməz. Çünkü bu sınırları Tanrı icad etməmişdir.

  • Mənim amacım bütün dünya insanlarını sevməkdir. Ən yüksək məhəbbəti ən yüksək etirazımla bir yerdə yalanla qarışdırıb yalanı yenə bilərəm.

  • Mənim üçün yurdsevərliklə insansevərlik eşanlamlardır. İnsan olduğum və insana bağlı olduğum üçün yurdsevərəm. Hindistana xidmət üçün İngiltərəyə və ya Almaniyaya zərər vermək istəmirəm. Mənim həyat tərzimdə imperializm və sömürgəçilik deyə bir anlayış yoxdur. Bir yurdsevərin yaşam yasası ilə insanlığa xidmət edən bir ruhaninin yaşam yasasının fərqi yoxdur. Bir vətənsevər, həm də sarsılmaz bir insansevər olmazsa, vətənsevərliyinin bir anlamı olmaz. Xüsusi yasa ilə siyasi yasa arasında ziddiyət yoxdur.

  • Bizim Qeyri—Əməkdaşlıq Hərəkətimiz İngiltərə ilə əməkdaşlıq etməmək deyildir. İngiltərənin icad etdiyi yöntəmlə biz əməkdaşlıq etmək istəmirik. Çünkü İngiltərənin yöntəmi zəifləri sömürmə üzərində qurulmuşdur. Bizim amacımız özümüzü öz içimizdə sınırlamaqdır. İngiltərənin məmurları ilə əməkdaşlıq etməməkdir. Bizim qeyri—əməkdaşlığımız ingilis məmurları ilə işbirliyi etməməkdir. Biz onlara deyirik: “Gəlin bizim bulunduğumuz duruma görə bizimlə əməkdaşlıq edin. Bu əməkdaşlıq bizə, sizə və bütün dünyaya çox yararlı olacaqdır.” Ayaqlarımızın altını boşaltmalarına izn verməməliyik. Özü dənizdə boğulan adam bir başqasına yardımçı ola bilməz. Başqalarını qurtara bilmək üçün öncə özümüzü qurtarmalıyıq. Hind nasionalismi özəl, saldırqan və uçurucu deyildir. Bu nasionalism sağaldıcı və məzhəbidir. Bu üzdən də insansevərdi. Bəşər toplumunun azadlığı yolunda ölməyi başara bilməsi üçün Hind azad yaşamağı öyrənməlidir.

  • İngiltərənin yenilgəsini və ya aşağılanmasını istəmirəm. Londondakı böyük Sentpol kilsəsi uçurularsa, çox üzgün olaram. Bu xəbər məni hindlilərin kaşdeşuanat məbədinin, ya da Dehlidə müsəlmanların camisinin uçurulma xəbərini duyacağım qədər rahatsız edər. Mən kaşdeşuanat məbədi, Dehli camisi və hətta Sentpol kilsəsi yolunda özümü fəda etməyi tərcih edirəm. Ancaq onları savunan kimsənin canını almaq istəmirəm. Mənim ingilis xalqı ilə əsas fərqim də budur. Bu üzdən də özümü ingilis xalqı ilə dərddaş hiss edirəm. Umarım ki, ingilislər, konqrə üzvləri və ya mənim səsimi duyan hər kəs yanlış anlamamışdır və mənim nəyi savunduğumu bilmişlər. Kimsə mənim ingilislərlə dərddaşlığımı bu şəkildə anlamamalıdır ki, ingilisləri sevirəm və örnəyin almanlara nifrət edirəm. Alman və ya italiyan millətinin ingilis millətindən daha kötü olduqlarına inanmıram. Biz hamımız bir soydanıq. Böyük bəşər toplumuna mənsubuq. Mən heç bir üstünlüyü qəbul etmirəm. Hindlilərin də üstün millət olduqlarına inanmıram. Hamımızın bənzər kötülüklər və yaxşılıqlarımız var. Bəşər toplumu ayrı hovuzçalar kimi, bir-birindən ayrı deyildir. Bəşər bir bütün olaraq bir-birinə bağlıdır. Mən demirəm “Hind diri qalsın, ancaq Hindin dışında bütün dünya batırsa, batsın.” Mənim böylə görüşüm ola bilməz. Başqa millətlərin və bütün dünyanın rahatlığı və rifahı şərti ilə Hindistan diri qalmalı və böyüməlidir. Yer kürəsinin kiçik bir bölümü olan Hind adlı coğrafiyada öz bəşəri sevgimi sınırlandıra bilmərəm. Hindistana dayanaraq bütün bəşəri sevmək mənim ülkümdür. Bəzi millətlər və ölkələrlə qiyasda Hind daha böyük görünür. Ancaq bütün geniş dünya və varlıq aləmi ilə qiyasda Hind nədir ki?

  • Qalarğı və əbədi barışa inanmamaq, təbiətin Tanrısal tərəfinə qarşı çıxmaqdır. Barış yolundakı girişimlərin uğursuz olmasının səbəbi bu girişimdə bulunanların səmimi olmamalarındandır. Bəlkə özləri öz səmimiyətsizliklərinin bilincidə deyillər. Gərəkən bütün ortamlar barış üçün sağlanılmadığından barış gerçəkləşə bilməmişdir. Kimyəvi bir tərkibdə bütün şəraitlər bərqərar olmazsa, gərəkən sonuca çatmaq mümkün olmayacaqdır. Əllərində məhvedici silahlar olan dünyanın tanınmış öndərləri bu silahların bütün durumlarda qullanımından imtina etsəydilər, qalarğı barış bərqərar olardı. Dünyanın böyük dövlətləri öz imperialist niyyətlərindən vaz keçmədikləri sürəcə, barış uğruna çabalamaların sonucu olmayacaq. Bu da bu dövlətlərin adam öldürmə yarışmalarından əl çəkmədikcə, mümkün olmayacaq.

  • Qeyri—aqressiv nəzəriyənin dövlətlər arası ilişkilərdə keçərli ola biləcəyinə inanıram. İkinci Dünya Savaşına işarə edərsəm, mövzu çox həssaslaşacaqdır. Ancaq mövzunu aydınlığa qovuşdura bilməm üçün ona işarə etmək zorunda qalacağam. Bu savaş zəif millətlərin ölkələrindəki zənginlikləri paylaşmaq amacı ilə olmuşdur. Daha doğrusu dünya ticarəti üçün başladılmış savaş idi. Avropa intihar etmək istəmirsə, bir gün silahsızlanmağa başlamaq zorundadır. Hansısa bir millət o gün gəlmədən böyük fədakarlığa başlayaraq silahsızlaşsa, bu, dünya xalqlarının alqışlarını qazanan qeyri—aqressiv yöntəm üçün bir fürsət olacaqdır. Öz güvənliyi yolunda bu hərəkəti etmiş olan bu millət, həm də dünya millətlərinə yararlı olacaqdır.

  • Silahlanma yarışı bu şəkildə dəlicəsinə davam edərsə, tarixdə bənzəri olmayan qırğınla sonuclanacaqdır. Gələcəkdə baş verməsi sanılan bu savaşın fatehi olmayacaq. Olursa, onun uğuru həyat şəklində bir ölüm olacaqdır. Bu qorxunc çıxmazdan qurtulmanın tək yolu qeyri—aqressivliyi parlaq sonucu ilə bir yerdə qeydsiz—şərtsiz qəbul etməkdir.

  • Acgözlülük olmasaydı silahlanmaya da ehtiyac qalmazdı. Qeyri—aqressivlik ilkəsi hər tür sömürgəçilikdən vaz keçməyi gərəkdirər.

  • Sömürgəçilik ruhu ortadan qaldırıldıqdan sonra silahlanmaya da ehtiyac qalmaz. Dünya ulusları bir-birini sömürmə düşüncəsindən vaz keçmədikcə, gerçək silahsızlanma da olmayacaqdır.

  • Bu dünya bir gün vahid bir dünyaya dönüşməzsə, onda yaşamağa çox da istəkli olmaram.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]