- •4. Elliptik tipli tənliklərə gətirilən məsələlər
- •4.1. Sərhəd məsələlərinin qoyuluşu. Laplas tənliyinin fundamental həlləri
- •4.2. Qrin düsturları. Harmonik funksiyaların bəzi xassələri və sərhəd məsələlərinin həllinin yeganəliyi
- •4.3. Sadə oblastlarda sərhəd məsələlərinin həllinə Furye üsulunun tətbiqi
- •4.4. Elliptik tipli tənliklər üçün sərhəd məsələlərinin Qrin funksiyası üsulu ilə həlli
- •4.5. Laplas tənliyi üçün Qrin funksiyası və onun əsas xassələri
- •4.6. Potensialların sərhəd məsələlərinin həllinə tətbiqi
- •Verilmiş sərhəd şərtlərini ödəyən və dairəsinin daxilində harmonik funksiyasını tapın.
- •Vahid radiuslu dairənin daxilində harmonik olan və sərhəd şərtini ödəyən funksiyasını tapın.
- •Verilmiş sərhəd şərtlərində Laplas tənliyinin oblastında həllini tapın.
4.6. Potensialların sərhəd məsələlərinin həllinə tətbiqi
Bir çox hallarda diferensial tənliklər üçün Koşi və sərhəd məsələlərinin həllini uyğun inteqral tənliklərin həllinə gətirmək əlverişli olur. Sərhəd məsələlərinin inteqral tənliklərə gətirilməsinin ideyası ondan ibarətdir ki, sərhəd məsələlərinin həlli xüsusi inteqrallar şəklində, məsələn, paylanma sıxlığı məlum olmayan potensiallar şəklində axtarılır.
Əvvəlcə potensialların bəzi xassələrini nəzərdən keçirək.
Həcm
potensialı.
Üçölçülü
fəzanın
hər hansı
P
nöqtəsində
yerləşdirilmiş
yükünün
yaratdığı
elektrostatik
sahənin bu
fəzanın M
nöqtəsindəki
potensialı
olar, burada - M və P nöqtələri arasındakı məsafədir.
Əgər
nöqtələrində
yükləri yerləşdirilmişdirsə,
bu yüklərin
yaratdığı elektrostatik
sahənin potensialı
.
(4.86)
olar.
Tutaq ki, D
oblastında yüklər
sıxlığı ilə yerləşdirilmişdir. P
nöqtəsini özündə
saxlayan
həcmində qiyməti
olan yük
yerləşir. Bu
yükün yaratdığı
sahənin potensialının
təqribi qiyməti
olar. D oblastında yerləşdirilmiş yüklərin yaratdığı sahənin potensialı isə
(4.87)
şəklində yazılar.
(4.87) inteqralına həcm potensialı deyilir. İkiölçülü fəzada (müstəvidə) həcm potensialının ifadəsi aşağıdakı kimi olar:
.
(4.88)
Xassə 1.
Məhdud
sıxlıqlı
həcm
potensialı
hər yerdə
təyin
olunmuşdur
və
kəsilməzdir.
Xassə 2. Həcm potensialının M nöqtəsinin koordinatlarına görə birinci tərtib hər yerdə kəsilməz törəmələri vardır.
Xassə 3. Həcm potensialı yüklərin (kütlələrin) yerləşdiyi D oblastının xaricində harmonik funksiyadır.
Xassə 4. D oblastının nöqtələrində həcm potensialı
(4.89)
tənliyini ödəyir.
Xassə 5.
Əgər D
sonlu
oblastdırsa
və
olarsa, onda
M
nöqtəsi
sonsuzluğa
yaxınlaşdıqda
həcm
potensialı
sıfra
yaxınlaşır.
Xassələrin isbatı «Riyazi fizika tənlikləri» kursuna aid ədəbiyyatlarda verilmişdir [1,12].
Sadə lay potensialı. Tutaq ki, yüklər (kütlələr) S səthində sıxlığı ilə paylanmışdır. Bu yüklərin yaratdıqları sahənin potensialı
(4.90)
olar. Bu inteqrala sadə lay potensialı deyilir.
olduğunu fərz
edərək,
sadə lay
potensialının
bəzi
xassələrini
nəzərdən
keçirək.
Xassə 1. Sadə lay potensialı hər yerdə təyin olunmuşdur.
Xassə 2. Sadə lay potensialı hər yerdə kəsilməzdir.
Xassə 3. Sadə lay potensialı S səthinin nöqtələrindən başqa hər yerdə harmonik funksiyadır.
Xassə 4.
Əgər S
səthi
məhduddursa,
olduqda sadə
lay
potensialı
sıfra
yaxınlaşır.
Xassə 5.
Sadə lay
potensialının
S
səthinin
nöqtələrində
normal
törəmələrinin
sıçrayışına malik
birinci növ
kəsilmə
nöqtələri
vardır.
İ
kiqat
lay
potensialı.
Tutaq ki,
bir-birindən
h
məsafədə
olan P1
və P2
nöqtələrində
-
və
yükləri
yerləşdirilmişdir.
Bu dipolun
yaratdığı elektrostatik
sahənin potensialı
və ya
olar, burada
,
törəmə
(dipolun
oxu)
istiqamətində
hesablanır.
kəmiyyətinə
dipolun
momenti
deyilir.
Əgər
dipolun v
momentini
dəyişmədən
(bu halda
yükünün
qiymətini
artırmaqla)
P1
və P2
nöqtələrini
bir-birinə
yaxınlaşdırsaq,
limitdə (
olduqda) P
nöqtəsində
yerləşmiş
nöqtəvi
dipol
alarıq. Bu
dipolun
potensialı
olar, burada P nöqtəsinin koordinatlarına görə dipolun oxu istiqamətində hesablanmış törəmədir.
Tutaq ki,
iki tərəfli
S səthində
dipollar
sıxlığı ilə
elə yerləşdirilmişdir ki,
onların oxları
hər bir
nöqtədə normalın
müsbət istiqaməti
ilə üst-üstə
düşür.
Onda bu dipolların yaratdığı sahənin potensialına bərabər olan
(4.91)
inteqralına ikiqat lay potensialı deyilir (şəkil 4.4).
Xassə 1. İkiqat lay potensialı hər yerdə təyin olunmuşdur.
Xassə 2. S səthində yerləşməyən M nöqtələrində ikiqat lay potensialı harmonik funksiyadır.
Xassə 3. Əgər S səthi sonlu oblastda yerləşirsə olduqda ikiqat lay potensialı sıfra yaxınlaşır.
Xassə 4.
Əgər
momentlərin
sıxlığı
S
səthində
kəsilməzdirsə,
onda ikiqat
lay
potensialının
S səthinin
nöqtələrində
sıçrayışı
olan birinci
növ kəsilmə
nöqtələri
vardır.
Potensialların qeyd olunmuş xassələri onlardan sərhəd məsələlərinin həll etmək üçün əlverişli aparat kimi istifadə etmək imkanı yaradır. Bunu aşağıdakı məsələ üzərində göstərək.
Məsələ 4.6. C çevrəsi ilə məhdudlanmış və radiusu R olan dairə üçün birinci sərhəd məsələsini həll etməli.
Həlli. Məsələnin riyazi qoyuluşunu yazaq:
,
,
(4.92)
burada S – çevrənin qövsünün uzunluğudur.
Məsələnin həllini ikiqat lay potensialı şəklində axtaraq:
.
(4.93)
Ç
evrənin
hər bir M
nöqtəsində
(şəkil
4.5)
(4.94)
olduğundan sərhəd
şərtlərindən
-i
təyin etmək
üçün
aşağıdakı
inteqral
tənliyi
alırıq:
.
(4.95)
(4.95) tənliyinin həllini
şəklində axtaraq, burada A ixtiyari sabitdir.
Bu funksiyanı (4.95)-də yerinə yazsaq,
alarıq. Buradan
və ya
.
Beləliklə,
.
Deməli, sərhəd məsələsinin həlli aşağıdakı kimi olar:
və ya
.
-dən
(şəkil 4.6) alarıq
:
,
buna görə də
Puasson inteqralını alırıq.
Analoji olaraq, digər sərhəd məsələlərini də potensialların köməyi ilə həll etmək olar. Məsələn, Laplas tənliyi üçün ikinci sərhəd məsləsinin həllini sıxlığı məlum olmayan ikiqat lay potensialı şəklində axtarmaq lazımdır.
Müstəqil həll etmək üçün məsələlər
1. Düzbucaqlı
oblastında Neyman məsələsinin qoyuluşunu yazın.
Cavab:
