Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Cəlil Məmmədquluzadə- Anamın kitabı.doc
Скачиваний:
0
Добавлен:
01.07.2025
Размер:
499 Кб
Скачать
☆

3 Ә h r a b ә y I m. Ay balalarım, sizә belә mәnim canım qurban, bir mәnә deyin görüm, o dediyiniz adamlar kimdilәr? Yaxşımı adamdılar, nәçidirlәr?

R ü s t ә m b ә y. Ana, mәn dediyim Aslan bәy çox yaxşı adamdı; özü dә keçәn il yurist dәrsi oxuyurdu, sonra peşiman oldu, vastoçni fakultetә girdi. İndi istәyir mal hәkimi olsun.

Z ә h r a b ә y i m (Sәmәd Vahidә). Bala, sәn dediyin adam kimdi, nәçidi? Bir qulluğu varmı?

S ә m ә d V a h i d. Ana, Hüseyn Şahid bizim gәnc әdiblәrimizdәndir, özü dә xeyriyyә mәktәbindә әdәbiyyat dәrsi müәllimidir.

Mirzә Mәhәmmәdәli başını bulayır.

M i r z ә M ә h ә m m ә d ә l i. Pәh-pәh-pәh! Elә bizim gәnc әdibimiz әskik idi. Allah bәd nәzәrdәn saxlasın. (Hirsli). A kişi, mәn bilmirәm әdib nәdi, axır ey?

R ü s t ә m b ә y. Qardaşlarım, mәn sizdәn xahiş edirәm ki, hәr nә elәmәk istәyirsiniz, mәslәhәtnәn vә ağıl ucuynan elәyin. Onu siz gәrәk bilmiş olasınız ki, o şey ki, mehribançılıqnan vә mәslәhәtnәn aşar, dava-qalmaqalnan aşmaz. Genә dә deyirәm ki, Gülbahar bizim bacımızdı, gәrәk biz üçümüz dә sәy, tәlaş edәk ki, bacımız bәdbәxt olmasın. O axı heyvan deyil ki, yapışaq әlindәn, kimә ki istәyirik--verәk. Sәn bir söz deyirsәn, mәn bir söz deyirәm, o bir söz deyir. Qardaşlarım, belәliknәn bir mәtlәb hasil olmaz. Qız hazır, bax, o qapının dalındadı (әlini içәri qapıya uzadır), çağıraq bu saat özündәn sual elәyәk ki, görәk meyli kimәdi? Aslanbәyә istәr, Aslanbәyә gedәr, Mirzә Bәxşәliyә istәr, Mirzә Bәxşәliyә gedәr, Hüseyn Şairdi-nәdi, onu istәr, ona gedәr.

S ә m ә d V a h i d. Belә mәslәhәtә qarşı bәn bir söz söylәmәm.

R ü s t ә m b ә y (Mirzә Mәhәmmәdәliyә). Niyә dinmirsәn, Mәhәmmәdәli?

M i r z ә M ә h ә m m ә d ә l i. Özünüz bilin, mәnim işim yoxdur.

Rüstәm bәy durur, qapıdan Gülbaharı çağırır. G ü l b a h a r girir içәri.

Z ә h r a b ә y i m (Gülbahara). Bala, Gülbahar, gәl otu yanımda, durma ayaq üstә.

R ü s t ә m b ә y. Gülbahar, keç otu vә qulaq as, gör nә deyirәm. Biz bu saat sәnin barәndә danışırdıq. Sözün açığı budur ki, sәni üç adam istәyir: biri Aslanbәydi, biri Mirzә Bәxşәlidi, biri dә Hüseyn Şahiddi.... İndi sәn dә fikirlәş, allaha şükür, yekә qızsan, dәxi sәni öyrәtmәk lazım deyil. Qәlbin kimә yapışır, ona da get; bizim heç sözümüz yoxdu. Aslan bәy mәnim dostlarımdandı, özü dә intelligentdi; bәlkә görmüş, ya eşitmiş olasan. Mirzә Bәxşәli vә Hüseyn Şahid dә müәllimdirlәr, amma mәn onlara yaxşı bәlәd deyilәm. Özün bil, fikirlәş vә cavab ver.

Gülbahar dinmir.

Z ә h r a b ә y i m (Gülbahara). Bala, niyә dinmirsәn?

G ü l b a h a r (Rüstәm bәyә). Dadaş, әvvәl bu ki, sәn dediyin adamların heç birinә mәn bәlәd deyilәm vә qaldı ki, sizin mәnim barәmdә çalışmağınız әbәsdir; çünki mәn bilirәm ki, mәn bir kәsi xoşlasam da, sәn razı olsan, Mәhәmmәdәli dadaşım razı olmayacaq; Mәhәmmәdәli dadaşım razı olsa, sәn izin vermәyәcәksәn; hәr ikiniz dә xoşlasanız, Sәmәd dadaşım bәyәnmәyәcәk. Bir yadınıza salın, görün indiyә kimi mәnim üstümdә siz üç qardaşın neçә dәfә dava-mәrәkәsinә qonşular yığışıb tamaşaya. Yox-yox, mәn heç kәsә getmәk istәmirәm. Kaş siz bir-biriniznәn yola gedin. (Durub çıxır gedir).

Mirzә Mәhәmmәdәli gәlib oturur yerindә.

R ü s t ә m b ә y. İş belә olan surәtdә mәn mәslәhәt görürәm ki, bir surәtdә ki, Gülbahar biz dediyimiz adamların heç birinә bәlәd deyil, sabah axşam gәrәk ki, cәmiyyәti-xeyriyyәnin zasedaniyasıdır, özü dә növbәtә görә gәrәk bizim evә yığışalar. Aslan bәy--necә ki, üzv zasedaniyaya gәlәcәk. Gәrәk hesabnan müәllimlәrdәn dә olalar; çünki proqramlar barәsindә müәllimlәrdәn cavab istәyiblәr. Gәrәk onlardan şikayәt dә var. Xülasә, onlar gәrәk gәlәlәr zasedaniyaya. Gülbahar da istәyәr, çıxar onlarnan tanış olar.

M i r z ә M ә h ә m m ә d ә l i (sağ әlini oynadır). Bәli, istәr, çıxar, onlarnan tanış olar....

R ü s t ә m b ә y. Nә eybi var, çıxmaz, qapının arasından baxar, hamısını görәr.

S ә m ә d V a h i d. İzdivaci-niyyәt edib, toğrudan-toğruya mülaqatda bulunmaq, zәrrә qәdәr eyb törәtmәz, zәnnindәyәm.

M i r z ә M ә h ә m m ә d ә l i (hirsli, Sәmәd Vahidә). Allah xatirinә, öz dilindә danış, peyğәmbәr xatirinә, öz dilindә danış!

Çöl qapı taqqıldayır.

R ü s t ә m b ә y. Kimsәn? Gәl!

Daxil olur T e y m u r b ә y, qoltuğunda papka; Zәhra bәyim üzünü tutur o tәrәfә ki, T e y m u r b ә y görmәsin.

T e y m u r b ә y. Sәlam әleyküm.

R ü s t ә m b ә y. Ay әleykәssәlam, Teymur bәy. Gәl әylәş.

T e y m u r b ә y. Yaxşıdı, gedәcәyәm.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]