- •Məmməd əmin rəsulzadə
- •Müəllifdən
- •Şərq İslam Mədəniyyətinin Üç Ortağı
- •Şərq İslam Mədəniyyətinə Mənsub Şəxsiyyətlər üçün Keçirilən Yubileylər
- •Şərq İslam Mədəniyyətində Azərbaycanın Rolu
- •Türk hakimiyyəti altında fars ədəbiyyatı
- •Azərbaycan xıı əsrdə
- •Forma və məzmun
- •Nizaminin yaradıcılığı
- •Nizami Azərbaycan şairi
- •Unudulmuş Nizami
- •Nizamiyə borcumuz
- •Birinci hissə Nizami kimdir?
- •Nizaminin tərcümeyi-halı
- •Şairin Azərbaycan hökmdarları ilə münasibətləri
- •Nizami öz gözü ilə
- •Nizaminin dünya ədəbiyyatındakı mövqeyi
- •İkinci hissə nizaminin beş kitabi
- •Məxzən-ül-əsrar
- •Xosrov və Şirin
- •Leyli və Məcnun
- •Üçüncü hissə nizami mövzulari baximindan
- •Nizami mövzulari
- •Nizamidə farslıq
- •Nizamidə türklük
- •Nizamidə Qafqaz
- •Nizaminin ruslar haqqında
- •Nizaminin qadına münasibəti
- •Mövzulardan çıxan nəticə
- •Dördüncü hissə nizamidə sənət və ideologiya
- •Nizami şerinin özünəməxsusluğu
- •Nizami sənətinin başlıca mənbəyi
- •Nizami yaradıcılığının təkamülü
- •Nizaminin həyata və insana münasibəti
- •Nizamidə eşq fəlsəfəsi
- •Nizaminin dinə münasibəti
- •Və ictimai idealı
- •Nizaminin dövlət haqqında görüşləri
- •İdeal hökmdar İskəndər
- •Və onun möcüzəsi
- •Nizamidə türk sözləri
- •1/ Əvvəle-şəb Aytəkin vuşaq amədim, leyk
Nizamidə türk sözləri
Nizaminin şerlərində bir çox türk sözləri vardır. “Xəmsə”ni bu baxımdan xüsusi diqqətlə araşdırmadıq. Yalnız rast gəldiklərimizi nümunə olsun deyə, qismən qeyd etdik. Nəticədə bu kiçik sözlük meydana gəldi:
Alaçuq – alaçıq
Çe konəd be pa-ye pilan alaçuq-e torkmani?
(Fil ayağı qarşısında türkmən alaçığı necə dayana bilər?)
Amac – bir ox atımı məsafə, hədəf (“Divani-luğat it-türk”də də var).
Setade qeysər-o-xaqan-o-fəğfur
Yek amac əz besat-e pişgəh dur.
(Qeysər, xaqan və fəğfur ön sıralardan bir amac uzaqda durmuşdular).
Ekdeş (ikdiş, ikdiç) – iki maddədən qarışıq. Metis mənasında.
Gerami ekdeş-əst in nəqş-e dəmsaz
Pedər hendu-vo-madər tork-e tənnaz.
(Atası hindu və anası nazlı türk olan bu xoşagələn nəqş çox ekdeş bir şeydir).
Beyrəq – bayraq
Pərvin ze hərir-e zərd-o-əzrəq
Bər səncəq-e zər keşide beyrəq.
(Pərvin ulduzu sarı ipəkdən olan bayrağı qızıl bir sancağa çəkmişdir). Bizim “bayraq” dediyimiz şeyi Nizami iki yerə ayırır: dirəyinə sancaq, parçasına bayraq deyir.
Bilək – bilək
Həman bilzən mərd-e alət-şenas
Konəd biləkəş-ra be bili qiyas.
(Bel vuran usta biləyini bel zənn edər).
Bisrak – bir dəvə cinsi (“Divani-luğat it-türk”də də var).
Hezar-e nəxostin əz-u bisrak
Be gərdənkeşi kuh-ra kərde xak.
(Bunlardan ilk mini bisrak idi ki, qızışanda dağı torpağa çevirərdilər).
Tutuq – örtü və ya günəşlik (şəmsiyyə).
Ta kərəməş dər totoq-e nur bud
Xar ze qol, ney ze şəkər dur bud.
(onun lütfü işığın tutuğunda olarkən, tikan güldən, qamış da şəkərdən məhrum idi).
Tutmac – bir türk yeməyi (“Divan”da da var).
Ari an-ra ke dər şekəm dohol-əst
Bərg-e totmac beh-ze bərg-e qol-əst.
(Aclıqdan qarnı təbil kimi guruldayana gül yarpağındansa tutmac yaxşıdır).
Cok – çox (qələbəlik mənasında)
Ayəd həme ruz sər qoşade
Coki ço cəg əz pey uftade
(Məcnun haqqında: hər gün başı açıq şəkildə gəlir və arxasınca bir çox (adamlar) düşür).
Çalış – cövlan və həmlə mənasında (“Divan”da güləşmək).
Befərmud şəh ta dəliran-e rum
Nəmayənd çaleş dər an mərz-o-bum.
(Şah buyurdu ki, Rum igidləri burda çalış etsinlər).
Çavuş – çavuş. Farsca şəhərlərdə: “nəqib” və “paspan-e ləşkər” (“başçı” və “qoşun gözətçisi” – red.)
Ze del dadən-e çavoşan-e dəlir
Delavər şode qur bər cəng-e şir.
(İgid çavuşların təşviqi ilə vəhşi eşşək şirlə döyüşə atılmışdı).
Çirkin – çirkinlik
Be siyahi bəsər cəhan binəd
Çerkini bər siyah nə neşinəd.
(Göz qarası sayəsində dünyanı görür, qaraya çirkinlik çökməz).
Dağ – həm “damğa”, həm də “dağ” mənasında.
Ançenan qurxan be kuh-o-be rağ
Qur k-u dağ did rəst ze dağ.
(Qurxan (Bəhram-gur) dağa və yaylağa çıxınca vəhşi eşşək dağı görüb, dağdan (dağlanmaqdan) qurtuldu).
Iylaq – yaylaq, qışlağın əksi. “Dağlıq” mənasında da başa düşülə bilər.
Borun şod əz iylaqiyan sərkeşi
Səvari şetabənde çun atəşi.
(İylaqlılardan bir süvari od kimi meydana atıldı).
Sav – bir vergidən yaxa qurtarmaq üçün deyilir (“Divan”da da var).
Çenan kəşt mostəğni əz sav-o-bac
Ke bər daşt əz keşvər-ə xod xərac.
(Sav ilə bacdan elə asudə oldu ki, məmləkətində vergini aradan qaldırdı).
Səncəq – bayraq dirəyi və ya “tuğ” adlanan dirək.
Hezar-o-çehel sıncıq-e pəhləvi
Rəvan dər pəy-e rayət-e xosrovi.
(Padşah bayrağının ardınca min qırx pəhləvi sancağı irəliləyirdi).
Qəlavuz – bələdçi
Dər an puye təcil misaxtənd
Rəhi bi qəlavuz həmi taxtənd.
(O yolda tələsir və qəlavuzsuz yol gedirdilər).
Qırmızı – məlum rəng.
Şəb ço arayeş degərqun saxt
Kohli ənduxt, qermezi əndaxt.
(Gecə başqa bir tövr aldı, qırmızılığı atıb göyərdi).
Gür – Kür (çay)
Beheşti şode bişe piramonəş
Ze Ğor kousəri bəste bər damənəş.
(Bərdə haqqında: Ətrafı meşələrdən cənnətə dönmüş, yanında Gür adlı kövsər axır).
Nay-i türki - əsgər şeypuru
Foru mande ze bəs qouğa-ye torkan
Ze bang-e nay-e torki nay-e torkan.
N a y – qırtlaq deməkdir. Nay-i türki – türk qırtlağı, məcazi mənada hərbi şeypur deməkdir. Yalnız Nizamidə deyil, klassik şairlərdə də vardır. Beytin tərcüməsi başqa yerdə verilmişdir, təkrar etmirik.
Uşaq – uşaq, çocuq, qulam mənasında.
Cənibətkeş oşaqan-e sərayi
Rəvane səd əz hər su codayi.
(Saray uşaqlarından yüzlərcəsi ayrı-ayrı hər tərəfdə yürüyür).
Ustaq – otaq.
Ço mehdi kər çe şod məğreb osaqəş,
Qozəşt əz sərhəd-e məşreq yətaqəş.
(Mehdi kimi otağı qərbdə olduğu halda, yatağı şərq hüdudunu aşdı). “Yataq” qaravul mənasında işlənmişdir.
Yırıq-dade – arıq at mənasında işlənmişdir. Şərhçilər türkcə bir söz olduğunu ehtimal etmişlər.
Şetabənde-ra əsb-e səhra-xəram
Yereq dade z-an beh ke başəd cəmam.
(Tələsənə yüyrək at lazımdır, kökdənsə yırıq daha yaxşıdır).
Yəzək – qabaqda gedən, öncü (“Divan”da da var).
Borun şod yəzəkdar-e doşmənşenas
Yətaqi kəmər bəste bər cay-e pas.
(Düşmən tanıyan yəzəkçi (öncü) bayıra çıxdı; yataqçı (qaravulçu) da qaravul yerini tutdu).
Yıqlıq – şərhçilərə görə, türk sözüdür və “ox” mənasında işlənmişdir.
Hənuzəş pərr-e yeqleq dər oqab-əst
Hənuzəş bərk-e nilufər dər ab-əst.
(Hələ yıqlıq lələyi qartaldadır: hələ nilufər yarpağı sudadır). Məcazi ifadələrdir. “Hələ gənc və dincdir” – deməkdir.
* * *
Nizami bir sıra türk adlarını və sözlərini sənətinin özünəməxsusluğunu təşkil edən simvol və məcazlarda işlətmişdir. Məsələn:
Əvvəl də işarə etdiyimiz kimi, şair Çin xaqanının İskəndərə hədyyə verdiyi ov quşunu belə təsvir edir:
Toğan şah-e morğan-o-toğrol be nam
Be Soltani əndər ço toğrol təmam.
(Toğrul adlı quşlar şahı bir Toğan ki, sultanlıqda Toğrul kimi tamamdı).
Burada Toğan cinsindən bir quşa verilən Toğrul adı şairin xoşu ilə qoyulmuş gəlişigözəl bir ad deyildir. Toğrul yırtıcı bir quş adıdır. Mahmud Kaşğarinin “Divan”ında da vardır.
Alanlı bir süvariyə Qarınca adını qoyan Nizami bu türk sözü ilə onun farsca tərcüməsi olan “mur” kəlməsi arasında cinas yaratdığından yuxarıda bəhs etmişdik:
Alani səvari qərencə be nam
Honərha nəmude be şəmşir-o-cam.
Qərencə ço did ançenan dəst-e zur
Sepər bər kətf duxt çun pər-e mur.
(Qarınca adlı Alanlı bir süvari ki, həm döyüşdə, həm də məclisdə hünərlər göstərirdi. Qarınca bu qol gücünü gördükdə qalxanı mur (qarışqa) qanadları kimi çiyninə çəkdi).
Diqqətəlayiqdir ki, Nizami həmyerliləri olan gəncəlilərin bu gün də “necə” mənasında işlətdikləri bir sözdən bol-bol istifadə etmişdir: hancarı.
Ço birun-e ğar aməd-o-rah cost
Nəşod hiç hencar bər vey dorost.
(Mağaradan çıxıb axtardısa da, heç bir hencarla yol tapa bilmədi).
* * *
Nizamidə türk şəkilçiləri ilə düzəldilmiş farsca sözlərə də təsadüf olunur. Məsələn, “-çı” şəkilçisi ilə - miyançı.
Miyançı – “miyan” – ara; “miyançı” – araçı (vasitəçi – red.)
Borun əz miyanci-vo-əz tərcome
Bedanest yek-yek zəban-e həme.
Iskəndər haqqında deyir: (miyançıya və mütərcimə ehtiyacı olmadan hamının dilini anladı).
Səng-lax – daşlıq.
Bəsi rand bər şure-vo-sənglax
Gəhi mənzeləş təng-o-qahi fərax.
(Tozluq və daşlıqda çox çapdı; yolu gah dar, gah da geniş idi).
Divlax – divlik, div çox olan yer.
An biyaban ke gərd-e in tərəf-əst
Divlaxi məhoul-o bi ələf-əst.
(Bu tərəfdəki o çöl otsuz bir yer və qorxunc bir divlikdir).
Xacetaş – “xace”, yəni ağa; ağaları bir olanlar.
Avərde be hefz-e durbaşi
Əz şir-e gəvəzn xacetaşi.
(qaravul xidməti üçün aslanla maralı xacetaş etmişdir).
Xeyltaş – bir tayfanın üzvləri
Roxəm sərxeyl-e xuban-e təraz-əst
Kəmine xeylatəşəm kebr-o-naz-əst.
(üzüm Təraz gözəllərinin başçısı (sərxeyl), ən dəyərsiz xeyltaşım (irqdaşım) təkəbbür və nazdır).
* * *
Nizaminin Türküstan şəhərlərindən bəzilərini bir məcaz və rəmz şəklində işlətdiyini göstərən bir neçə misalı da qeyd edək:
Xırxız (qırğız), Çaç və Kaşğər:
Ze Xerxiz-o-əz Çaç o-əz Kaşğər
Bəsi pəhləvan xand zərrin-kəmər.
(Xırxız, Çaç və Kaşğardan çoxlu qızıl kəmərli pəhləvan çağırdı – red.)
Xəllux – Xalaç, Kalaç.
Be xedmət şəmse-ye xuban-e Xəllox
Şəhənşəh-ra çenin dər dad pasox.
(Xəllux gözəllərinin günəşi şahənşaha belə cavab verdi – red.)
Soğd
Berişəm nəvazan-e soğdi sorud
Begərdun bər avərdi avaz-e rud.
(Soğdlu çalğıçılar rudun avazını fələyə qaldırmışlar – red.)
Təraz
Muy be muyət ze həbəş Təraz
Tazi-yo tork aməde dər torktaz.
(Sənin hər tükünlə Həbəşistandan Təraza qədər ərəb və türk hücuma keçmişdir – red.)
Tamğac
Kəməndi ço əbru-ye təmğaçiyan
Be xəm çun kəman-quşe-ye çaçiyan.
(Tamğaclıların qaşları kimi bir kəmənd ki,
Əyrilikdə çaçlıların kamanları kimidir – red.)
Qıfçaq – Qıpçaq
Biyaban həme zeyl-e qefçaq did
Dər-u lobətan-e səmən-saq did.
(Çöllüyü başdan-başa Qıpçaq tayfası gördü, orada ağ baldırlı gözəllər gördü – red.)
1 Nezami-ra ço in menzume xani
Hozurəş dər soxən yabi əyani
Nehan key manəd əz to celvesazi
Ke dər hər beyt quyəd ba to razi
Pəs əz səd sal gər quyi koca u?
Ze hər beyti neda xizəd ke: ha u!
NEZAMİ
2 V.Bartold. İslam mədəniyyəti tarixi. İstanbul, 1940, səh. 71
3 Türk dili artıq XIII əsrdə İslam dünyasının üçüncü mədəni dili sayılırdı. (V.Bartold. İslam mədəniyyəti tarixi. S.125)
4 “Sina”nın filoloji baxımdan türkcə bir ad olduğu da iddia edilir.
5 “Danişməndani-Azərbaycan” adlanan bu kitab, əsərlərini xüsusən ərəb və farsca yazmış azərbaycanlılara həsr olunmuşdur. Kitab farscadır. Hicri 1314-cü ildə Tehranda çap edilmişdir.
6 Məsələn, M.Ə.Tərbiyət məşhur fars peyğəmbəri Zərdüştü də Azərbaycan alimləri içərisində verir. Zərdüşt həqiqətən də azərbaycanlıdır. Əbu Reyhan Biruninin 1000 il əvvəl yazdığı ərəbcə əsərində Zərdüştün Azərbaycanda (Muğanda) doğulub böyüdüyü göstərilir.
7 XVIII əsr Avropa azadfikirliliyini Şərqdə ləyaqətlə təmsil edənlərdən biri də islahatçılığı ilə tanınmış, ilk müsəlman dramaturqu və müasir Azərbaycan ədəbiyyatının banisi Mirzə Fətəli Axundzadədir.
8 Xətib-i Təbrizi adı ilə tanınan bu şəxs məşhur filosof Əbül-Üla Məərrinin şagirdidir. Künyəsi Əbu Zəkəriyyədir. Adı Yəhya oğlu Əlidir (Əli ibn Yəhya). Danışıq dilinin azərbaycanca olduğu xatirələrlə sübut olunmuşdur.
9 Bəhmənyar böyük ustadı Əbu Əli Sinadan 30 il sonra ölmüşdür. Ustadı ilə olmuş mübahisələri məşhurdur. “Kitab əl-behcət və-s-səadət və ma bə-d ət-təbiət” və “Məratib-əl-mövcudat” onun son əsərləridir. Bunlar 1859-cu ildə S.Popper tərəfindən almanca tərcüməsi ilə birlikdə Leypsiqdə nəşr olunmuşdur.
10 Fəridəddin Əbu Həsən Əli ibn Əbdülkərimin ən məşhur astronomik müşahidəsi hicri 541-ci ilə aiddir. Şirvanlı şair Fələkinin də nücuma aid mühüm əsəri vardır. Buna görə təxəllüsü Fələki olmuşdur.
11 Əbdürrəşid Bakuyi adı ilə tanınan bu şəxs rus və türk tayfaları haqqında maraqlı məlumat verən “Təlxis əl-asar fi əcayib əl-əqtar” adlı əsəri ilə Avropada məşhurdur.
12 Sultan Məhəmməd Fatehin şəxsi həkimi olan bu şəxs təhsilini Misirdə almışdı. Təfsir və hədis elmlərinə aid əsərləri də var.
13 Şam-Qazan Təbrizdə bir məhəllədir.
14 G ö y m ə s c i d qaraqoyunlulardan məşhur Cahanşah tərəfindən tikilmişdir. XV əsrin əvvəllərinə aid olan bu məscidin (came) yanında böyük bir kitabxana, elm adamlarına məxsus zaviyələr və bir mədrəsə də varmış ki, hamısına birlikdə “Müzəffəriyyə” deyilirmiş. Cahan şahın bir müddət İraq və Hindistan hüduduna qədər genişlənən Azərbaycandakı hakimiyyəti 35 il sürmüşdür. Elm və sənət hamisi olmaqla bərabər, Cahanşah özü də ədəbiyyata meyl göstərmiş, “Həqiqi” təxəllüsü ilə şerlər yazmışdır.
15 M ö m i n ə x a t u n Azərbaycan Atabəyləri sülaləsinin banisi Eldənizin (Eldəgəz) arvadı və Məhəmməd Cahan Pəhləvanın anasıdır. Türbə 1172 – 1185-ci illərdə tikilmişdir.
16 “Şaşal” İçərişəhər adlanan qədim Bakıda Şah Məscidi ilə Xan sarayının tikildiyi təpəyə deyilir. “Şaşal” adı altı mənasını verən “şeş Əli”dən əmələ gəlmişdir ki, bu da Xan sarayı qapılarından birinin üstündəki ağ daş üzərində yazılmış Əli adının sənətkarlıqla işlənmiş olduğu bir oymadan çıxarılır. Bu oymada Əli adı altı dəfə təkrar olunur.
17 Rus mühəndislərindən birinin Hötenin “memarlıq susmuş musiqidir” sözlərindən ilham alaraq, “daşa dönmüş musiqi” deyə heyran olduğu bu binanı, 1845-ci ildə nəşr olunmuş səyahətnaməsində Kazan universitetinin professoru İ.Berezin “Müsəlman memarlığının ən gözəl abidələrindən biri” kimi qiymətləndirmişdir.
1683-cü ildə Bakını gəzmiş isveçli Kemfero Engelberto bu abidə haqqnda aşağıdakıları yazmışdır: “Divanxana tam heyrət doğurur... özünəməxsus şəkil və memarlıq üslubu ilə də seçilən bu bina sarayın ən möhtəşəm bir zinətini təşkil etməkdədir”.
18 Arif Ərdəbilinin “Fərhad və Şirin” adlı əsərinin bir əlyazma nüsxəsi İstanbulda Aya-Sofya kitabxanasındadır. Şifrəsi 3335-dir.
19 B i n y o n. – Persian miniature painting, Oxford. 1832. s. 183
20 R e n e Q r o u s s e t – Les civilisations de l’orient. Paris. 1929
21 R e n e Q r o u s s e t – Histoire de l’Asie. Paris. 1922
22 Z.V.Togan. İslam ensiklopediyası. “Azərbaycan” məqaləsi.
23 D ö v l ə t ş a h. Təzkirə. Braun çapı. s. 292
24 Z.V.Togan. İslam ensiklopediyası. “Azərbaycan” məqaləsi.
25 S e y r ə f i İslam xəttatlarından Yaqut Müstəsiminin davamçısı. Seyyid Heydər Kündənevisin (kündənevis – qalın yazan) şagirdidir. Təbrizin qədim abidələri, xüsusən “Ustadşagird” adı ilə tanınmış bina onun yazıları ilə bəzənmişdir. Malik Deyləmi onun haqqında belə yazmışdır:
Seyrəfi naqəd-e cəvahere-e xətt
K-əz ney-e kelk gəşt qouhər-riz
Həst bir Hosn-e xətt-e u şahed
Dər-o-divar-e xette-ye Təbriz
(Xətt cövhərlərinin bilicisi (olan) Seyrəfi
ki, qələminin qamışından gövhərlər tökür.
Təbriz diyarının daş-divarı
Onun xəttinin gözəlliyinə şəhadət verir (red.)
M.Ə.Tərbiyətin yazdığına görə, Azərbaycanın olduğu kimi İranın da ən yaxşı xəttatlarının nəsəbləri Seyrəfiyə gedib çıxır.
26 M.Ə.Tərbiyət. Danişməndani-Azərbaycan, Tehran, 1314 hicri
27 Musee de l’Ermitage. Travaux de departement oriental. Tom. III. Tanuscirt de “Clamceh” de Nizami de 1931 art du M.Dirkonov. pp. 274 – 286.
28 F.R.Atay. Hindistanda iki ay. “Ulus”, 29.3.1943
29 Çaldıran döyüşündən sonra Sultan Səlimin 300-ə qədər elm və sənət adamını Azərbaycandan İstanbula köçürməsi kitablarda qeyd olunur.
30 Camenin mehrab hissəsini təşkil edən kaşılarda “əməl-e ostadan-e Təbriz” (Təbriz ustalarının işi) qeydinə rast gəlmək olar. Bursadakı Yaşıltürbə kaşılarından da təbrizli Hacı Əlinin imzası vardır.
31 Cəlaləddin Ruminin “Şəms ül-həqiqət” adlı əsərindən seçmələri ingiliscəyə tərcümə etmiş Nikolson, Şəms Təbrizini yunan filosofu Sokratla müqayisə edir.
32 M a h m u d Ş ə b ü s t ə r i n i n “Gülşəni-raz”ı hicri 829-cu ildə “Şirazi” təxəllüsünü daşıyan bir şair tərəfindən türkcəyə çevrilmişdir (“Danişməndani-Azərbaycan”). Yüz il bundan əvvəl bu əsərin almancaya tərcüməsi ilə bərabər, farsca mətni Vyanada çap olunmuşdur.
“Gülşəni-raz” sufizmin “vəhdəti-vücud”, “insani-kamil” və bir çox başqa ideyalarını sadə və aydın dil ilə izah edən min beytdən ibarət bir əsərdir. Şeyxin bundan başqa da mühüm əsərləri var.
33 Təbrizdə doğulmuş bu şeyx məşhur əsəri “Cavidannamə”ni hicri 796-cı ildə Şirvan həbsxanasında ikən yazmışdır. 796-cı ildə Üləmanın fitvası əsasında Miranşahın əmri ilə Naxçıvanda öldürülmüşdür.
34 Əbu Abdullah Məhəmməd ibn Bakuyi Şirazda bir dağ başında yaşadığı üçün ona B a b a K u h i deyilmişdir. Bakıdan gəlmişdir. Divanı Britaniya muzeyindədir, son zamanlarda Şirazda nəşr edilmişdir.
35 Ş e y x H ü m a m elxanilərdən Abaqa xanın vəziri Sahib-divanın nədimlərindən olmuşdur. Fəsahət və səlislik baxımından “Azərbaycan Sədisi” kimi məşhurdur. Bir qəzəlinin sonunda, təəssüfləmi, ya təvazö iləmi, özü barədə yazdığı aşağıdakı beytləri M.Ə.Tərbiyət nəql etmişdir:
Pəyam deh suy-e bolbol ke ba vocud-e homam,
Rəva bovəd ke soxənha-ye eşq pərdazi?
Homam-ra soxən-e delfərib-o-şirin-əst,
Vəli çe süd ke biçare nist şirazi.
(Hümam varkən söyləyiniz bülbülə,
Münasibmi eşqə nəğmə söyləsin?!
Könül açar dadlı dili hümamın
Zavallı Şirazlı deyil, neyləsin?! – red.)
36
Bu şairlər türk ədəbiyyatı xəzinəsinə daxil olmaqla bərabər, farsca şerlər də yazmışlar.
37 Bu şəxs elxanilər dövründə yaşamış bir şairdir. Əbu Səid Bahadur xanın adına yazdığı “Şahənşahnamə” mənzuməsi Yafəsdən başlayaraq ta Əbu Səid xana qədər baş vermiş dünya hadisələrini əhatə edir. Əsərin tam nüsxəsi Britaniya muzeyindədir. Əsər Rəşidəddinin tövsiyyəsi ilə yazılmışdır.
38 Q a s ı m Ə n v a r farsca ilə bərabər türkcə və gilək dilində də şerlər yazmışdır. Hicri 757-ci ildə Təbriz ətrafındakı Surxabda doğulmuşdur.
39 S a d ı q Ə f ş a r əsərlərini həm farsca, həm də türkcə yazmişdır. Eyni zamanda rəssamlığı da var imiş. Bir tablosu Leninqrad muzeyindədir.
40 S a i b öz zamanında müsəlman Şərqinin ən tanınmış şairi idi. Osmanlı sarayının istəyilə, Səfəvilər Saibin əsərlərini İsfahandan İstanbula hədiyyə göndərirdilər (Encycr de l’İsl). “Encyclopedie de l’İslam”da Saibin isfahanlı olduğu yazılır ki, bu yanlışdır. Saib təbrizlidir, Azərbaycanda doğulmuşdur. Türkcə də gözəl şerlər yazmış və doğum yeri olan Təbrizlə fəxr etmişdir. Aşağıdakı beytlər onundur:
Saeb əz xak-e pak-e Təbriz-əst
Həst Sədi gər gəl-e Şiraz.
(Əgər Sədi Şirazın palçığındandırsa,
Saib Təbrizin pak torpağındandır – red.)
və ya:
Ze hosn-e təb-e to Saeb, ke dər tərəqqi bad,
Bolənd-nam şod əz comle şəhrha Təbriz
(Saib, qoy ucalsın sənin ilhamın ki, onun gözəlliyindən
Təbriz bütün şəhərlərdən yüksək ad qazandı – red.)
və ya türkcə:
Sabiqən zövq verirdi şüəraya Şiraz
Indi Şirazın keçib abü həvayi-Təbriz.
Saibin təbrizli olduğunu ondan sonra yaşamış görkəmli şairlərdən Təsir də aşağıdakı beytində təsdiq edir:
Hazeq-e nəbz-e soxən dər həme-ye aləm nist
Becoz əz Saeb-o-Təsir ke əz Təbriz-ənd
(Təbrizdən olan Saib və Təsirdən başqa
Bütün dünyada sözün nəbzini duyan yoxdur – red.)
41 Bə dour-e kərəm bəxşeş e-nik did,
Ze Məhmud-e keşvərsetan Onsori
Be dəh beyt səd bədre-do-bərde yaft
Ze yek fəth-e Hendustan Onsori.
Şənidem ke əz noğre zəd digdan
Ze zər saxt alat-e xan Onsori.
Mənası:
Verim çağında kərəmlər gördü
Sultan Mahmudu anan Ünsüri;
On beytə qarşı yüz bəxşiş aldı
Hindistan fəthini yazan Ünsüri;
Süfrəsində vardı qızıl qaşıqlar
Mətbəxində gümüş qazan Ünsüri – Xaqani
42 Farsca yazmış türk şairlərindən bəzilərinin adlarını bu yazıda qeyd etdik. Farsca şer yazan türk hökmdarlarından da tarixdə mühüm nümayəndələri vardır. Adları və ləqəblərində belə qədim İran ənənələrini təqlid edən səlcuq hökmdarları arasında belələri çoxdur. Osmanlı sultanlarından da farsca şer yazanlar olmuşdur. Məsələn, Sultan Səlim Yavuzun farsca yazılmış iri bir divanı vardır. Bu divan 1904-cü ildə kayzer II Vilhelmin göstərişi ilə prof. Paul Horn tərəfindən Berlində, Dövlət nəşriyyatında nəfis şəkildə çap olunaraq, Sultan Əbdülhəmidə hədiyyə göndərmişdir.
Mərhum Ziya Paşa məşhur “Xərabat”ında Yavuzun farsca şairliyini bu beytlərdə qeyd edir:
Etmiş o şəhənşəhi-müzəffər,
Mülki-süxəni dəxi müsəxxər.
Əksər sözü farisidir anın,
Məqbulü müsəlləmi cahanın.
Yox Rum aranır isə sərasər,
Ol şivədə farisi demiş ər.
Olmaqla şəhi-cahani-məna
Divanı durur cahanda hala.
43 R e n e G r o u s s e t. Les civilisations de l’orient. Səh. 325
44 R e n e G r o u s s e t. Les civilisations de l’orient. Səh. 288
45 Z.V.T o ğ a n. İslam ensiklopediyası. “Azərbaycan” məqaləsi; M.F.Köprülü. Türk ədəbiyyatında ilk mütəsəvviflər. İstanbul, 1919. s. 25.
46 Səfəvi sülaləsinin banisi Şah İsmayılın “Xətai” təxəllüsü ilə şerlər yazması bəllidir. Türkcə dini şerlərdən, qəzəllərdən və başqa ədəbi parçalardan ibarət “Divan”ı vardır. Xətai azəri türk ədəbiyyatının sütunlarından sayılır. Şahın sarayı azəri türk ədəbiyyatının bir növ akademiyası idi; xidmətindəki şairlərdən Tüfeyli şerlərindən birində ona “türki-tacdar” deyə müraciət edir. Füzuli “Bəngü badə”sini ona ithaf etmişdir. Sultan Səlim ilə Şah İsmayıl arasındakı məktublaşmalar, yazıldıqları dil baxımından diqqətəlayiqdir; Osmanlı məktubları farsca ikən, İran məktubları türkcə yazılmışdır.
47 Xaqanidən:
Bər qəraxan-e şəb-o-ağsonqor-e ruz əz şərəf
Dər toğan-şahiəş toğra dadi əhsənət ey məlek!
48 Zəmirəm əbr-o-soxən qouhər-əst-o-del dərya,
Zəban monadi-ye in qouhər-o-zəmane bəha.
Beçun məni ke əz əqran-e xod səbəq bordəm
Ke əhl-e Gəncə təfaxor kanənd həst rəva.
/Mənim təbiətim bulud, sözüm gövhər, ürəyim dəryadır.
Dilim bu gövhərin carçısı, zamana qiymət verəndir).
Öz yaxınlarından üstün olan mənim kimisi ilə
Gəncə camaatı fəxr edirlərsə, yeri vardır – red./
49 C h a n i R o f f – Memoire sur l’Chagani. Paris. 1864
50 (Zəhir Faryabinin divanını Kəbədə tapsan, oğurla! – red.)
51 An tork-e sorxcame sərvar-e səmənd şad
Yaran həzər konid ke atəş bolənd şad.
52 Bu beytlər onundur:
Anəm ke bər emruz bərəd rəşk diyəm,
Canəm xordəm, tənəm nədanəm ke kiyəm
Çun porsidi, ba to bequyəm ke, kiyəm,
Ostade-soxən, Əsire-Axsikətiyəm.
53 Bu müqayisə və bənzətmənin qiymətini düzgün ölçə bilmək üçün qeyd etmək lazımdır ki, M.İ.Darmsteter tərəfindən fransız kralı XIV Lüdoviqə bənzədilən Sultan Mahmudun sarayında bizim zəmanəmizə yad olan bir xüsusi müəssisə var idi: şer nazirliyi. Məlik-əş-şüəra ləqəbini daşıyan baş şairin nəzarəti altında sarayda 400-dən çox adları dəftərxanada qeydə alınmış şair fəaliyyət göstərirdi. Baş şairin imtahanından keçərək diplom almayan heç bir şair özü ən böyük şairlərdən sayılan Sultan Mahmudun hüzuruna çıxa bilməzdi. Iran ədəbiyyatının məşhur simalarından olan Ünsüri Sultan Mahmudun məlik-əş-şüərası, yəni şer naziri idi.
54 X əsr tarixçisi Məsudi Bərdədən bəhs edərkən onu “Aranın Bağdadı” adlandırmışdı. Həmin əsərin müəllifi İbn Hoyqəl də “Rey ilə İsfahandan sonra Bərdədən daha böyük varlı və gözəl bir məmləkət yoxdur” – deyə, Bərdəni tərif etmişdir.
55 Bu müəllifin əsərinin Xəlil Mükrimin xüsusi kitabxanasında mühafizə edildiyini Z.V.Toğan “İslam ensiklopediyası”ndakı “Azərbaycan” məqaləsində qeyd etmişdir.
56 Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1936 c.1, s. 39
57 Ku şəh-toğane-cud ke mən bəhre-ətməgi
Pişəş zəban be qoftən-e “sən, sən” dər avərəm.
58 Gəncənin zənginliyi Azərbaycanın ümumi zənginliyi ilə bağlı idi. Z.V.Toğanın islam qaynaqları əsasında apardığı tədqiqə görə, ərəblər dövründə 20000 kq gümüş vergisi verən Azərbaycanın Səlcuqların hakimiyyəti ərəfəsindəki vergisi 27000 kq, Elxanilər dövründə isə 59000 kq gümüş olmuşdur.
59 F r a h n – Mem de l’Académie. VI série. Sciences. Politiques. t. III. S 531-532.
60 “Şota Rustaveli i ego vremya”. Moskva, 1937, К.S.Кekelidzenin məqaləsi, s.134.
61 “Şota Rustaveli i ego vremya”. Moskva, 1937, Pavel İnkorokvanın məqaləsi.
62 Yenə orada.
63 “Şota Rustaveli i ego vremya”. Moskva, 1937, Pavel İnkorokvanın məqaləsi.
64 Bax: Agah Sirri Ləvənd. Divan ədəbiyyatı, İstanbul. s. 591-603. Türklər haqqında bu düşməncəsinə hökmü verən “türk şairi” barəsində onun müasirlərindən Tiflinin aşağıdakı beytini də qeyd etmək olar:
Nəfiyi rusiyəhin nidügünü həp bildik
Kəndi Çingənədir, ama babası kürdi-pəlid.
65 Bax: Yenə orada, səh.511. “Qayəlik” deyilən ana dilləriylə katolik dinləri ingilislər tərəfindən qadağan olduğu zaman irlandlar uzun illər rəsmi surətdə ingiliscə danışmış və rəsmən protestant məzhəbində olmuşlar. Lakin bu rəsmiyyətə qarşı İrlandiya millətçiləri mübarizə aparmışlar. Bu mübarizənin ədəbiyyatı uzun zaman ingiliscə olmuşdur. 1911-ci ildə İrlandiyada Qayəlikcəni oxuyub-yazan yalnız 17000 adam olmuşdur. Indi isə /yəni 1940-cı illərdə - red./ bu milli dili əhalinin 60%-i öyrənmişdir. /Johauneg sfoye l’Angleterre dans le monde. Paris, 1936, s.338.
66 O zamankı Azərbaycanda türkcənin müəyyən bir hökmü olduğunu yalnız Nizaminin deyil, müasirləri olan başqa şairlərin də farsca yazdıqları əsərlərində işlətdikləri türk sözlərindən açıq-aydın görürük: məsələn, Xaqaninin aşağıdakı beytlərində işlənmiş Azərbaycan sözlərinə nəzər salaq:
