- •I fesil
- •I Təhmasin hakimiyyetə gəlməsi ərəfəsində sosial,iqtisadi və siyasi
- •Vergi və mükəlləfiyyətlər.
- •I Sultan Süleymanın yürüşləri
- •I sultan süleymanin azərbaycana ilk yürüşü
- •I sultan süleymanin azərbaycana ikinci yürüşü
- •I sultan süleymanin azərbaycana üçüncü yürüşü:
- •I süleymanin azərbaycana dördüncü yürüşü:
- •1555-Ci il amasya sülhü:
- •XVI əsrin 60-70-ci illərində səfəvi-osmanli
Vergi və mükəlləfiyyətlər.
XV əsrdən etibarən soyurqal feodal torpaq institunun genişləndirilməsi ilə əlaqədar olaraq iri feodal torpaq mülkiyyəti artmağa başladı. Sahibkarlar isə müxtəlif vergi növləri ilə rəiyyəti əldən salır və get-gedə varlanırdılar. Vergilər xüsusi dövlət vergiyığanları-mühəssillər vasitəsilə toplanırdı. Onlar vergiləri müəyyən olunmuş miqdardan artıq yığmağa çalışrdılar. Vergi vere bilməyənləri işgəncə ilə məcbur edir, çoxlu mal ələ keçirməyə çalışırdılar. Bu öz başınalıq şəhər və kəndlərdə narzılıq yaradır və bəzi hallarda üsyana səbəb olurdu.
XƏRAC və BAC: XV əsrdən xərac istilahini əvəz mal, mal-o çehat, bəhrə sözləri daha çox işlənməyə başladı. İ.Pş Petruşevski və Ə.Ə.Əlizadə xərac istilahını kənd təsərrüfatından yığılan əsas vergi mənasında vermişlər. Lakin məlum olduğu kimi xərac yalnız kənd təsərrüfatı məhsullari ilə yox, pul ilə də ödənilirdi. Əgər xərac verilişi dayandırılsaydı xərac verməli olan yer hücuma məruz qalırdı. Ümumiyyətlə, xərac ağır vergi olmuşdur. Orta əsrlər Azərbaycanda ticarət yollarından istifadə olunaraq mal daşınarkən, şəhərə giriş darvazısında bac alınırdı.
1)Şahin Fərzəliyev “Azərbaycan XV-XVI əsrlərdə”. Bakı-1983.səh.55
alınırdı.Bacı, əsasən, tacirlərdən tələb edirdilər ki, bu da olduqca pis təsir göstərirdi.
Mal: Müxtəlif xüsusi əmlakdan bağ, meşə sahəsi, dəyirman və.s-dən, ümumiyyətlə, rəiyyət və köçərilərdən alınan vergi olmuşdur. Bəzən mal dedikdə dövlət xəzinəsinə daxil olan vergilər yığımı nəzərdə tutulurdu. Mal məhsul ya da pulla verilirdi.
MAL-O CEHAT: Məhsulun bir hissəsi kimi yığılan renta vergi növüdür. Bu vergi olduqca gəlirli olmuşdur. Bəzən müəyyən bir yerin mal-o-cehatı şəxsə məvacib əvəzinə verilirdi. Sübut üçün bu cümlə kifayətdir: “bu yerin mal-o-cehatı mevacibi olan İsgəndər bəy Əfşar”.
QAN BAHASI: Döyüş vaxtı çoxlu hərbi qüvvəsini itirən hökmdar məğlubiyyətə uğratdığı yerdən qan bahası tələb edirdi. Qan bahası, əsasən, əsrlərin bağışlanmasından ötrü verilən böyük məğləb pul olmuşdu.
İXRACAT: Əyalətlərdə olan döyüşçü və dövlət qulluqçularının ehtiyaclarını ödəməkdən ötrü əhalidən yığılan vergi olmuşdur. Hökmdar ixracatı azaltmaq, yaxud ləvğ etməklə onsuzda halı ağır olan rəiyyətin vəziyyətini bir qədər yüngüllətməyə, öz nüfuzunu isə xalq yanında, heç olmasa, bu yolla artırmağa çalışmışdır.
TAMĞA: Ticarət və istehsal edilən sənətkarlıq malları satılarkən onların üzərinə qoyulan vergi olub, əsasən, pul ilə yığılırdı. Tamğa haqqının ağırlığına görə şəhərlərdə təsərrüfat həyatı pisləşir və ticarət tənəzzül edirdi. Bəzən müəyyən bir yerin tamğası ləvğ olunurdu ki, bu da, şəksiz, ticarət və mal istehsalını artırmaq məqsədilə edilirdi. 1564-65-ci ildə I Şah Təhmasib 30000 tümən məğləbində olan tamğanı və Naxçıvanın tamğasını ləvğ etmişdi. O, belə hərəkət etməklə dövlət xəzinəsinin əsas gəlirindən biri olan vergidən məhrum olmaq istəməzdi. Görünür ki, onu belə hərəkətə rəiyyətin yoxsulluğu, xüsusilə sənət və ticarətin getdikcə zəifləməsi vadar etmişdi. İ.P. Petruşevski haqlı olaraq müəyyən vergilərin ləvğinin səbəbini hökmdarın bu yolla xalq həyəcanlarının qarşısını almaq istəməsində görmüşdür. Tamğanı toplayan şəxs tamğaçı adlanmışdır.
RÜSUM: Xüsusi xidmətləri olan nüfuzlu şəxslərə verilən mükəlləfiyyət növüdür1.
XVI yüzilin əvvələrindən Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatındakı irəliləyişlər və Səfəvi şahlarının iqtisadi siyasətinə uyğun olaraq köhnə vergi sistemində müəyyən dəyişiliklər edilmişdi.
1)Şahin Fərzəliyev “Azərbaycan XV-XVI əsrlərdə”(Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” əsəri üzrə). Bakı 1983. Səh. 59
II FƏSİL
