Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
d_word_kurs_tarix_5846.docx
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
65 Кб
Скачать
☆

I sultan süleymanin azərbaycana üçüncü yürüşü:

Sultan Süleyman 1548-ci ilin yazında Azərbaycana üçüncü yürüşünə başladı. Bu yürüşə mükəmməlhazırlıq görülmüşdü. Avropa, Asiya və Afrikada sultana tabe olan bütün ərazilərdən böyük ordu toplanmışdı.

Şərəf xanın verdiyi məlumata görə, Sultan Səfəvilər üzərinə yürüş etmək üçün dilə tutmuş Əlqas Mirzə ona demişdi ki, Sultan İraqa daxil olan kimi qızılbaşlar şahdan üz döndərəcəklər. Lakin tarixçinin göstərdiyi kimi, qızılbaşlardan heç biri Sultanın ən yaxın silahdaşlarını qarşılamadı. Əksinə, Əlqasla birlikdə İstanbula gəlmiş mülazimlər onu tərk edərək şahın yanına qayıtmağa başladılar2.

Qızılbaşlar türk ordusunun hərəkətini çətinləşdirmək üçün Osmanlı sərhədindən Təbrizin özünə qədər olan ərazini xüsusi olaraq viran qoyurdular. Burada düşmənə “bir toxumcuq, ot saplağı” belə saxlanılmadı, daşınmaz əmlaka isə od vuruldu. Özlərinin fədakarlığı ilə tanınan Təbriz sakinləri su mənbələrini, suvarma kanallarını elə bağladılar ki, hətta “özlərinin içməsi üçün belə lazım olan qədər su qalmasın”

Bu zaman Sultan Süleyman əsas qüvvələri ilə Təbrizə daxil olaraq orada cəmisi 4 gün qala bildi. Həmin günlər Osmanlı ordusu üçün çox kədərli keçdi. Həsən bəy Rumlu xəbər verir ki, yem olmadığına görə türklərin 5 min atı, dəvəsi və qatırı tələf oldu. Şəhərdə ərzaq olmadığına görə türk döyüşçüləri .əhərlilərin şəxsi əmlakını qarət etməyə başladılar. 1548-ci il iyunun2-də Sultan Təbrizi tərk etməyə məcbur oldu. Sakinlər işğalçılara qarşı üsyan qaldırdılar. Salnaməçi qeyd edir ki, “Təbrizin qara caamatı və pozğun ünsürləri zorakı əllərini sultanın atlarına və məiyyətinə uzadaraq, onun adamlarının çoxunu qətlə yetirdilər”. Qızılbaş qoşunu da Osmalılara rahatlıq vermirdi. Qızılbaşlar uzaqlaşmış olan ayrı-ayrı dəstələri məhv edir və əsir alırdılar. Osmanlılar hətta özlərinə yemək tapmaq üçün düşərgələrindən bir addım belə uzaqlaşa bilmirdilər. Azərbaycan xalqının artan müqaviməti, qızılbaş qoşunun hücumları və ərzaq cəhətdən dözülməz vəziyyəti

_______________

1)Oktay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti”. Bakı 2007.səh.81

2)Şərəfnamə, c. II, səh.198

Osmanlı ordusunun yenidən Azərbaycandan çıxmağa məcbur etdi. Beləliklə, Osmanlı sultanının Azərbaycana üçüncü yürüşü də uğursuzluqla nəticələndi. Düşmən tərəfinə keçmiş bəzi qızılbaş əmirlərinin və hakimlərinin qiyamıları Azərbaycan Səfəvilər dövlətinin müdafiə qabiliyyətini zəiflədirdi. 1530-1531-ci illərdə Təbriz bələrbəyi Üləma bəy Təkəli naib vəzifəsini ələ keçirməyə cəhd göstərdi, lakin müvəffəqiyyətsizliyə uğradı, qoşunun bir hissəsi ilə Türkiyəyə qaçdı. O, Osmanlı sultanın Azərbaycana üç yürüşünün hamısında fəal iştirak etmişdi. 1547-ci ildə Şirvan bələrbəyi, şah Təhmasibin qardaşı Əlqas Mirzə də şah qoşununa müqavimət göstərə bilməmiş, İstanbula qaçmışdı. Əlqas Mirzə də osmanlıların Azərbaycana üçüncü yürüşündə iştirak etmişdi, lakin 1549-cu ildə şahın əlinə düşərək Qəhqəhə qalasına salınmış və qətlə yetirilmişdi. Osmanlıların Azərbaycana yeni yürüşlərini çətinləşdirmək, qənimət əldə etmək məqsədilə qızılbaş qoşunu Kürdüstandakı Osmanlı sərhəd bölgələrini xarabazarlığa çevirdi. Yürüşlərdən birində böyük qənimət ələ keçirilmişdi. ŞahTəhmasib bu hərbi əməliyyatda şəxsən özü iştirak etmişdi1.

ŞƏKİNİN SƏFƏVİLƏR DÖVLƏTİNƏ BİRLƏŞDİRİLMƏSİ:

Azərbaycanın sonuncu müstəqil xanlığının-Şəkinin süqutuda bu dövrə təsadüf edir. Həsən bəyin oğlu və varisi Dərviş Məhəmməd xanın vaxtında Şəki xanlığının Səfəvilərlə münasibətləri pisləşdi. 1538-ci ildə I Şah Təhmasib qızılbaş qoşunlarını Şirvanı zəbt etmək üçün göndərəndə, Dərviş Məhəmməd xan Şəkin qoşunları ilə Buğurd qalasında mühasirədə olan Şirvanşah Şahruxun köməyinə gəldi və qızılbaşlara qarşı gecə həmləsi təşkil etdi2.

Şirvan müttəfiqini itirəndən sonra Dərviş Məhəmməd xan Şəkinin müstəqilliyini saxlamaq ümidilə Təhmasiblə yaxınlaşmağa başladı. 1539-cu ildə Səfəvilərlə sülalə izdivacına girdi. O, Təhmasibin bacısı II Xəlilullahın dul arvadı Pərixan xanımla evləndi. Lakin sonuncunun ölümündən sonra münasibətlər yenidən pozuldu. Dərviş Məhəmməd xan vaxtı ilə Əlqas Mirzənin Səfəvi dövlətlərindən ayrılmaq cəhdini müdafiə etmiş, qardaşı Şahnəzər vasitəsilə ona hərbi yardım göstərmişdi. Ona görə də Sultan Süleyman Azərbaycandan qayıdan kimi, Təhmasib 1548-ci ilin sonunda xanı ittiham etmək üçün Qarabağdan Sevindik bəy Əfşarı 2500 qorçu ilə Şəkiyə göndərdi. Qızılbaşlar bu yerləri dağıtdılar, talan edib geri qayıydılar. 1551-ci ildə Təhmasib Şəkinin müstəqilliyinə son qoymağı qərara aldı. Şah Ərəşdə düşərgə salıb öz qasidini otağındakı əmirlə Şəki hakimi Dərviş Məhəmməd xanın yanına göndərdi. Qasid bildirdi:”Gəl sən də bizə xidmət, özünü məhv etmə. Şah sənə böyük mərhəmət göstərər”. Şəki hakimi qasidə rədd cavabı verdi. Bu da qızılbaşların Şəki üzərinə hücumu üçün formal səbəb oldu. Şəkililər,xanın özü, əyanlar Kiş və “Gələsən görəsən” qalalarında möhkəmləndilər. Şəkililərin bir hissəsi dağ yamaclarındakı sığınacaqlarda yerləşmişdilər. Öz rəqiblərinin üstünlüyünə baxmayaraq, şəkililər inadlı müqavimət göstərdilər. Lakin

____________________

1)Azərbaycan tarixi.III cild (7 cildə). Bakı 2007.səh.224

2)Əhsən ət-təvarix, səh.288

top atəşi altında Kiş qalasının divarları dağdıldı. Şəkililərin müqaviməti qırıldı. Şəhərin komendantı Mahmud bəy müqavimətin mənasız olduğunu bildirdi, təslim olub qalanın açarlarını şaha təhvil verdi. Kişin təslim olmasını bilən sığınacaqlarda da mübarizəni tədricən dayandırdılar. Beləliklə, vilayət Səfəvilərin tabeliyinə keçdi. I Təhmasib Toygün bəy Qacarı Şəkiyə hakim təyin etdi1.

SƏFƏVİLƏRİN OSMANLI ƏRAZİSİNƏ SOXULMASI:

Hicri 959(1552)-cu ildə I Şah Təhmasib Osmanlı ərazilərinə daxil olaraq müdafiədən fəal hücum əməliyyatlarına keçdi. 1552-ci ilin yayında Şah Təhmsibin əmri ilə qoşunların toplanmasına başlandı.Onlar4 hissəyə bölündülər və dörd istiqamətə göndərildilər. Bu hərbi əməliyyatın məqsədi Osmanlı Türkiyəsinin sərhəd ərazilərinin viran qoymaqdan, həmçinin hərbi qənimət ələ keçirməkdən ibarət idi. Qızılbaşlar düçmənin yeni basqını qarşısında osmanlı ordularının bu ərazilərdən gəlib-getməsini çətinləşdirmək niyyətində idilər. Bu əməliyyatda I Şah Təhmasib şəxsən iştirak edirdi.

Ərzurumun “dikbaş” hakimi olan İsgəndər paşanı “cəzalandırmaq” qərara alındı. Şah öz oğlu İsmayıl Mirzənin başçılığı altında ordunu ona qarşı göndərdi. Öz qüvvələrinin sayca üstünlüyünə arxayın olan İsgəndər paşa qaladan çıxaraq İsmayıl Mirzə ilə döyüşə girmək qərarına gəldi. Türklər şəhərin yarım fərsəxliyində döyüşə hazır oldular. Türklər qızılbaşların hücumuna davam gətirməyib vahimə içərisində qala tərəfə qaçmağa başladılar. Onlardan bir çoxu Ərzurum qalasının dövrəsindəki xəndəyə düşdü. Çaxnaşmada türklər qapıları bağlamağı yaddan çıxardılar və üç qızılbaş qalaya girə bildi. Lahin qorçilər buna imkan vermirdilər. Görkəmli Osmanlı əyanları Trabzon hakimi Xeyrəddin bəy və bir çox başqaları əsir alındılar1). Sonra İsmayıl Mirzə Ərçiş yaxınlığındakı şah düşərgəsinə yetişdi. Qaladakı hərbi hissənin döyüşçüləri qalabeyini qalabeyini öldürdülər və qalanı qızılbaşlara təslim etdilər. Şahın əmri ilə qala istehkamı dağıdıldı. İsmayıl Kürdüstana yola düşdü. Bu yürüşdə “qazilər” böyük qənimət ələ keçirdilər. 1553-cü ildə Təhmasib sülh danışıqları aparmaq üçün əmir Şəmsəddin Dilcanini sultanın yanına göndərdi. Lakin Həsən bəy Rumlunun yazdığına görə, geri qayıdan elçinin gətirdiyi məktubda sultan “Şərqin və Qərbin” padşahına kifayət qədər ehtiram bildirməmişdi. Buna cavab olaraq şah oğlu İsmayılı yenidən qoşunla Kürdüstana göndərmişdi. Onlar Van, Vostan, Ərciş və Adilcəvazı xarabazara döndərərək qənimətlə Naxçıvana şah qərargahına qayıtdılar.