Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
d_word_kurs_tarix_5846.docx
Скачиваний:
1
Добавлен:
01.07.2025
Размер:
65 Кб
Скачать
☆

I sultan süleymanin azərbaycana ikinci yürüşü

1534-1535-ci ilin qışını Bağdadda keçirən Sultan Süleyman 1535-ci il yazın əvvəlində Təbrizə hərəkət etdi. Bundan əvvəl şah, sakinləri Təbrizdən köçürmüş, şəhəri boşaltmışdı. Həmin ərazidə yaşayan tayfalar İraqa və Farsa köçürülmüşdü. Suvarma kanalları və kəhrizlər torpaqla doldurulmuşdu. Taxıl və əkinlər yandırılmış, yerdə qalan nə varsa, mal-qaraya yedizdirilmişdi. Sonra şah Sultaniyyəyə çəkildi. Onun arxasınca türk qoşunları Təbrizə daxil oldu. Sultan və İbrahim paşa ilə sülh danışıqlarına başlamaq üçün iki dəfə öz səfirlərini onların yanına göndərdi, lakin rədd cavabı aldı. Şah qoşunları Sultaniyyədən Dərəcəzinə gedən yolda əkinləri yandırdılar. Türk ordusu Sultaniyyəyə çatanda sultanın canlı ordusu böyük təlafat verdi.

Ərzaq çatışmazlığı və başlamış taun xəstəliyi Osmanlı qoşunun vəziyyətini daha da ağirlaşdırdı. Osmanlı ordusu bu dəfə də Azərbaycanda möhkəmlənə bilmədi və tələsik geri çəkilməli oldu. Qızılbaş qoşunu yenidən geri çəkilməkdə olan düşməni təqib etdi və ona güclü zərbələr endirdi1.

Bəhram Mirzə bir dəstə əmirlə İbrahim paşanı təqib etmək üçün göndərildi. Şah özü Van qalasına yola düşmüşdü. Məhəmməd paşa özünün sayca üstünlüyünə arxalanıb qızılbaşlarla döyüşə girməyə qərara aldı. Şiraz hakimi Qazi xan Zülqədər türkman və zülqədər tayfalarından olan qorçilər dəstəsi ilə düşmənə hücum etdi. Həsən bə Rumlunun sözləri ilə desək, “bir anda dörd yüzə qədər türk qızılbaşlar tərəfindən öldürüldü və onların başları şah atının ayaqları altına atıldı”. Qızılbaşlar düşməni Bidlisədək təqib etdilər. Onlar boyük qənimət ələ keçirdilər. Bəhram Mirzə əmirlərlə Ərcişə yola düşdü. Sinan paşa və başqa Osmanlı sərkərdələri ilə birlikdə yüzlərlə türk məhv edildi. Bunu eşidən Sultan Süleyman Ərcişdə mühasirədə qalanlara kömək göndərdi. Lakin qızılbaşlar İbrahim paşanın göndərdiyi dəstəni də darmadağın etdilər. Bundan sonra İbrahim paşa qalanın sakinlərini də özü ilə götürərək oranı tərk etdi. Beləliklə, Van və Ərciş əraziləri şahın əlinə keçdi.

Sultan Süleymanın qızılbaş torpaqlarında qala bilmədiyini nəzərə çatdıran Əbdüllüseyn Nəvai yazır: “Mərkəzi avropada Vyana şəhərini tutan və İstanbuldan İsveçrəyə qədər ölkələri zəbt eden sultan Süleyman İranla bacarmadı, Avropada hökmranlıq edən ən qüdrətli türk sultanı İranla bacarmadı”.

ŞİRVANIN SƏFƏVİLƏR DÖVLƏTİNƏ BİRLƏŞDİRİLMƏSİ:

Osmanlı Türkiyəsi ilə müharibədə yaranmış fasilədən istifadə edən I Şah Təhmasib Şirvanı öz dövlətinə birləşdirdi. Şirvanşah II İbrahim Şeyxşahın üç oğlu qalmışdı: Sultan Xəlil, Məhəmməd Mirzə və Müzəffər Mirzə. Şirvan taxtı I Şah İsmayılın qızı Pərixan xanımla evlənmiş Şeyxşahın böyük oğlu Sultan Xəlilə,

___________________________

1)Azərbaycan tarixi. III cild (VII cilddə) Bakı 2007. Səh. 222

yaxud onun rəsmi adı ilə deyilərsə, II Xəlilüllaha keçdi. I Şah Təhmasib Şirvanın

Təbriz taxtına tam tabe edilməsi planını çoxdan idi ki, hazırlamışdı və öz niyyətini həyata keçirmək üçün əlverişli vürsət axtarırdı. Məlumatlar var ki, şirvanşah Xəlilüllah 1534-cü ildə Təbrizi tutmuş türk sərkərdəsi İbrahim paşaya qiymətli hədiyyələr göndərmişdi1. 1535-ci ildə oğlu olmayan II Xəlilüllah vəfat etməsi ilə Şirvan taxtı varissiz qalmışdı. Onun qardaşı oğlunu Şamaxıya gətirdilər və taxta oturdular. Lakin ölkədə hakimiyyət azyaşlı Şahruxun adından fəaliyyət göstərən Hüseyn bəy adlı bir vəkilin başçılıq etdiyi Şirvan əyanlarının əlində cəmləşmişdi. Feodalların özbaşınalığı baş alıb gedirdi. İsgəndər Münşi göstərir ki, Şirvanda “qayda-qanundan əsər qalmamışdı, iğtişaşlar və asayişin pozulması bu ölkədə adi hal aldı”.

Bu vaxt Mahmudabaddan və Salyandan qələndər çıxış etməyə başladı və Şirvanın paytaxtına hərəkət etdi. Əmirlər arasında birliyin olmaması və qoşunakı çəkişmələr, Şirvan əyanlarını Şamaxı sarayını müqavimət göstərmədən təslim etməyə və Buğurd qalasında gizlənməyə məcbur etdi. Üsyançılar Şamaxını ələ keçirdilər. Lakin aydın məqsədləri, möhkəm rəhbərliyi olmadığından onlar öz hakimiyyətlərini təşkil edə bilmədilər və buna görə də şəhərdə 40 gündən çox qala bilmədilər2. Qləndərin çəkilməsi xəbərini alan Şirvan əyanları Şahruxla bərabər qaladan çıxdılar və üsyançiları təqib etməyə başladılar. Baş vermiş döyüşdə üsyançılar darmadağın edildilər.

Mənbələrdə bu hadisənin dəqiq tarixi yoxdu. Budaq Qəzvini üsyanın tarixini göstərmir. Üsyan haqqında daha çox təfərrüfatla danışan Hürşah qış soyuqları mövsümünə işarə vurmaqla kifayətlənir. Həsən Bəy Rumlu üsyanı hicri 944(1537-1538)-ci ildə baş vermiş hadisələrə aid edir ki, bu da 1537-ci ilin sonu və 1538-ci ilin əvvəlinə düşür.

Şirvanda hərc-mərclik, vətəndaş müharibəsi buradakı işlərə qarışmaq üçün bahanə axtaran I Şah Təhmasibin xeyrinə idi. I Təhmasib Şirvandakı iğtişaşdan istifadə edərək buranı tamamilə zəbt etmək qərarına gəldi. 1538-ci ilin yayında başda qardaşı əlqas Mirzə olmaqla 20 minlik Səfəvi qoşunu, habelə Qarabağ və Muğandan yığılmış qoşun Şirvana daxil oldu. Surxab, Qorci və Qəbələ qalaları tutuldu. Şirvan əyanları Qəbələyə sığınmışdılar. Dörd aylıq mühasirədən sonra Buğurd qalası zəbt olundu, Şirvanşahların və yerli əyanların ,o cümlədən Hüseyn bəyin xəzinəsi müsadirə edildi. Şahrux əsir alınaraq Təbrizdə gizli edam olundu3.

Beləliklə, varlığına son qoyulmuş Şirvaşahlar dövləti Səfəvilər dövlətinin bəylərbəyliklərindən biri kimi onun tərkibinə daxil oldu. Şahın qardaşı Əlqas Mirzə Şirvanın birinci bəylərbəyi oldu. Şirvan əyanları hələ uzun müddət baş

______________________________________

1)J.Hammer.Osmanlı devleti tarihi,c.I, səh.334

2)Əhsən ət-təvarix,səh.282

3)Azərbaycan tarixi I cild(ən qədim zamanlardan XX əsrədək) Bakı-2005.səh.432

vermiş bu gərçəkliklə və imtiyazlarının itirilməsi ilə barışa bilmirdilər. Sülalənin

ayrı-ayrı nəsillərinin itirilmiş səltənəti bərpa etmək səyləri sonralar, Azərbaycanı ələ keçirməyə cəhd göstərən Osmanlı sultanları tərəfindən istifadə olunmuşdu. Şirvanın Azərbaycan Səfəvilər dövlətinin tərkibinə daxil olması Azərbaycan xalqının tarixində obyektiv olaraq müsbət rol oynadı. Ölkənin cənub və şimal vilayətlərinin Azərbaycan Səfəvilər dövlətinin hüdudlarında birləşməsi Azərbaycanın sonrakı iqtisadi və mədəni yüksəlişinə şərait yaratdı1.

ŞİRVAN BƏYLƏRBƏYİ ƏLQAS MİRZƏNİN QİYAMI:

Yeni Osmanlı basqını ərəfəsində Şirvan bələrbəyisi, şahın qardaşı Əlqas Mirzənin qiyamı Səfəvilər dövlətinin vəziyyətini mürəkkəbləşdirdi. Yerli Şirvan əyanlarının separatçılığından istifadəedən Əlqas Mirzə özünü müstəqil dövlət başçısı elan etmək qərarına gəldi. Hicri 952-ci ilin (1546-ci ilin əvvəlində) Qəzvində qışlama zamanı Şirvanda qaçmış Oruc Ağa Rumlu adlı bir şəxs şahın yanına gələrək Əlqas Mirzənin hazırladığı qiyam barədə ona məlumat verdi. 1546-cı ilin yazında I Şah Təhmasib qoşunla Təbrizə hərəkət etdi və Əlqas Mirzə ilə danışıqlar aparmaq üçün Ürgənc oğlunu Şirvana göndərdi. Lakin şahın öz qoşunları ilə yaxınlaşdığını biləndə, anası Xanbəyi xanımı və böyük oğlu Sultan Əhmədi şah sarayının yerləşdiyi Çərəndaba göndərdi. Ana öz oğlunun peşman olduğunu və bunun bir daha tekrar olunmayacağı barədə vəd verməklə bağışlanmaq xahişini şaha xəbər verdı. I Şah Təhmasibin elçiləri ona hər il xəzinəyə min Təbriz tüməni məbləğində pul verməsi və hərbi xidmət üçün min atlı göndərməsi barədə öhdəlik götürməsi haqqında and içirdilər. Əmirlər Şirvandan qayıtdıqdan sonra paytaxtda qızılbaş əyanları arasında baş vermiş tayfa münaqişəsindən istifadə edən Əlqas Mirzə yenidən özünü müstəqil hakim elan etdi və öz adından məscidlərə xütbə oxutdurdu, pul zərb etdirdi. Buna görə də I Şah Təhmasib Gürcüstandan qayıdarkən özünün qiyamçı qardaşı ilə hesablaşmaq qərarına gəldi.

Əlqas Mirzə şahın elçiləri ilə Cavadda görüşdükdən sonra altı minlik qoşunla Dərbəndən Cənubi Dağıstana hərəkət etdi. Həsən bəy Rumlunun məlumatına əsasən, burada soyuqlar düşdüyündən Əlqasın qoşunu müvəffəqiyyət qazanmadı. Əlqas geri qayıdarkən “çərkəzlərlə” döyüşdə məğlub oldu. Əlqas mirzəxəbər tutdu ki, I Şah Təhmasib otuz min nəfərlik ordu ilə Şirvandadır. Əlqasın qayıtması xıbırini alan şah bir dəstə göndərdi. Əlqas xanlığa qaçdı. Qoşun kütləvi şəkildə şahın tərəfinə keçməyə başladı. Əlqas qoşunun qalıqları ilə Samur çayını keçdi. Qızılbaşların hissələri onlara çatdılar və qoşunu darmadağın etdilər. Əlqas özünü Şamxalın ölkəsinə çatdırdı. Sonra o, Azov dənizinə keçerək Kəfəyə gəldi,oradan isə İstanbula yola düşdü2). Qızılbaşlar üc ay müddətində alınmaz qalanı mühasirədə

_____________________

1)Oktay Əfəndiev “Azərbaycan Səfəvilər dövləti”.Bakı 2007.səh.78

2)Əhsən ət-təvarix, səh.314-321.

saxladılar. Onlar iki-üç ay ərzində qala bürcünün altından lağım atir və toplardan istifadə edirdilər. Yalnız divar uçurulduqdan sonra Köhnə Şahverdi Əlqas Mirzənin anası Xanbəyi xanımla birlikdə qaladan çıxaraq şaha təslim oldular. Həsən bəy Rumlu yazır ki, elə həmin vaxtda Sulut qalasının hakimi Məsih Şirvani adlı bir şəxs də şahın yanına gəldi və qalanı təslim etdi. Beləliklə, Şirvan əslində, “ikinci dəfə” I Şah Təhmasib tərəfindən fəth olundu. Şahın oğlu İsmayıl Mirzə Şirvanın yeni nbeylərbəyisi təyin olundu, onun lələsi Göyçə Sultan Qacar isə ona köməkçi kimin saxlanıldı. 1547-ci ilin payızında Şirvanın idarə aparatının qiyamçılardan, Əlqas Mirzənin yaxın adamlarından təmizləyən Şah Təhmasib Təbrizə qayıtdı1.