- •I fesil
- •I Təhmasin hakimiyyetə gəlməsi ərəfəsində sosial,iqtisadi və siyasi
- •Vergi və mükəlləfiyyətlər.
- •I Sultan Süleymanın yürüşləri
- •I sultan süleymanin azərbaycana ilk yürüşü
- •I sultan süleymanin azərbaycana ikinci yürüşü
- •I sultan süleymanin azərbaycana üçüncü yürüşü:
- •I süleymanin azərbaycana dördüncü yürüşü:
- •1555-Ci il amasya sülhü:
- •XVI əsrin 60-70-ci illərində səfəvi-osmanli
I süleymanin azərbaycana dördüncü yürüşü:
Mənbələrin məlumatına belli olur ki, Sultan Süleyman “Şərq diyarına” etmiş olduğu uğursuz üçüncü yürüşdən 6 il sonra yenidən Azərbaycana hücuma keçmişdir. Bildiyimiz kimi o, dördüncü yürüşə üçüncü yürüşdən az sonra başlamaq
____________________
1)Tarix-i aləm aray-i Abbasi, səh.75-77
istəmiş, lakin başı imperiyanın niyyətini tezliklə həyata keçirə bilməmişdir. Lakin bu heç də o demək deyildir ki, Osmanlı sultanı dördüncü yürüş barədə 6 il düşünüb-daşınmamışdır. Biz Azərbaycan torpağında və İraqi-Əcəmdə ipək libasların polat paltarlarla əvəz etmişdir. Əgər o tərəfdən də din qoşunları hücuma keçerse, o yolunu azmış tayfa yer üzündən silinər. Həmin yolunu azanlar olduqca zəifdirlər. Əgər sizin də qoşunlarınız o müridləri əzmək üçün, gələrsə,işlərimiz düzələr1.
Sultan Süleyman hicri 961 (1554)-ci ilin yazında böyük ordu ilə Azərbaycana yeridi və Naxçıvanı tutdu. Öz taktikasına sadiq qalan I Şah Təhmasib düşmənin başlıca qüvvələri ilə toqquşmadan çəkinərək, sultan qoşunlarının hərəkət edəcəyi gözlənilən yollara viranedici həmlələr edirdi. İsgəndər bəy Münşinin yazdığına görə, sultanın Naxçıvana hərəkəti zamanı qızılbaşlar yollarda osmanlılara qəfil basqınlar edir, ayrı-ayrı dəstələri qılıncdan keçirir və əsir alırdılar. Şahın əmri ilə qızılbaşların bir dəstəsi Van və Vostan bölgələrinə, digəri isə Pasinə göndərildi. Bu basqınların məqsədi düşmənin geri çəkiləcəyi yolun üstündəki yerləri xarabaya çevirməkdən ibarət idi ki, “həmin diyarda abadlıqdan əsər əlamət qalmasın”. Kəskin ərzaq çatışmamazlığı ilə üzləşən sultan qabaqcadan od vurub yandırdığı Naxçıvanı tərk etdi və geriyə-Ərzuruma qayıtdı. Qızılbaş qoşunları geri çəkilərkən türklərin ardınca osmanlı ərazilərinə qədəm qoydular. Onlar bir döyüşdə türklərin böyük dəstəsini darmadağın edərək, türk sultanının yaxın adamlarından biri olan Sinan bəyi əsir aldılar.
Yürüşün yorub əldən saldığı Sultan qoşunları arasında narazılıq artırdı. Əlbəttə, Sultanın özü və yaxın adamları da ordunun əhval-ruhiyyəsi, həmçinin özlərinin Azərbaycana yürüşlərinin faydasızlığı ilə hesablaşmağa məcbur idilər. Buna görə də, Osmanlı Türkiyəsi Səfəvilərin dəfələrlə təkid etdiyi sülh danışıqlarına başlamağa razı olduğunu bildirdi2.
Bir sıra Osmanlı mənbələrində Osmanlı qoşunları müqabilində guya qızılbaş qoşunlarının və şəxsən Şah Təhmasibin həmişə qaçdıqları kimi yalnış məlumatlar boldur. Bir daha qeyd edək ki, Şah Təhmasib özünün uzaqgörənliyi sayəsində mənasız müharibəyə girərək, mütləq məğlubiyyətə uğramasından ötrü doğrudan da qızılbaş ordusunu Osmanlı ordusuna dəfələrlə ciddi həmlələr edilmiş, xəsarət yetirilmişdir.
1555-Ci il amasya sülhü:
Azərbaycanı işğal etmək cəhdlərinin nəticə vermədiyini əmin olduqdan sonra Sultan Süleyman Səfəvilərlə sülh danışıqlarına başlamağa razı oldu. O, hələ Naxçıvandan qayıdarkən bu barədə baş vəzir Məhəmməd paşaya müvafiq
______________________________
1)Firidun bəy. Münşəat, I cild, səh. 606-608
2)Oktay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti”. Bakı 2007. Səh.90
göstərişlər verdi. Məhəmməd paşa isə sərhədyanı qızılbaş əmirlərinə məktub göndərərək şahdan Sinan bəyi azad etməyi və danışıqlar aparmaq üçün onunla öz numayəndəsini göndərməyi xahiş etdi. Sinan bəy həbsxanadan azad edildi. Amasyada aparılmış danışıqlar nəticəsində “Amasya sülhü” adı altında məşhur olan sülh müqaviləsi bağlandı.
Farsdilli mənbələrdə bu sülhün dəqiq tarixi verilmir. Məsələn, Həsən bəy Rumluda Fərruxzad bəyin elçiliyi barədə məlumat hicri 961(1554)-ci ilə aid edilir. Qəffarinin və Əli Zeynalabdinin salnamələri haqqında da eyni sözləri demək olar. Bu hadisənin dəqiq taarixini göstərən türk mənbələrinə görə, Amasyada sülh hicri 962-ci il rəcəbin 8-də (1555-ci il mayın 19-da) bağlanmışdır1. Hammer bunu Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasında bağlanmış ilk rəsmi sülh müqaviləsi adlandırır.
1555-ci ilin sülh müqaviləsinə görə, Qərbi Gürcüstan vilayətləri Osmanlı Türkiyəsinin təsir dairəsinə keçirdi. Şərqi Gürcüstan vilayətləri isə Səfəvilər dövlətinin hakimiyyəti altına düşürdü. Türkiyə tarixçisi İsmayıl Haqqı Uzunçarşılının belə bir iddiası heç nə ilə əsaslandırılmır ki, guya bu sülhə görə Azərbaycan (Təbriz də daxil olmaqla) Osmanlı Türkiyəsinin hökmranlığı altına düşmüşdür.
XVI əsrin birinci yarısında Osmanlı-Qızılbaş müharibələri Cənubi Qafqaz ölkələrinin xarici siyasət tarixinin ən əhəmiyyətli amillərindəndir. Osmanlı sultanları Səlim və Süleymanın Azərbaycanı zəbt etmək cəhdləri hər şeydən əvvəl iqtisadi mülahizələrdən, xüsusən də ölkənin ipək xammalının iri tədarükçüsü olmasından, təbii ehtiyatlarının zənginliyindən və nəhayət, Avropa və Asiyanın gəlirli tranzit ticarət yollarının Azərbaycandan keçməsindən irəli gəlirdi.
Sülhün yaranması XVI əsrin II yarısında ilk növbədə Azərbaycan ərazisində əmin-amanlığın bərqərar olmasına və Səfəvi hərbi qüvvələrinin müəyyən dincliyinə səbəb oldu. Türkiyə isə hələ qüvvələrinin Qərb dövlətləri , o cümlədən Avstriya, Venesiya, Macarıstan və Kiprlə öz hərbi münaqişələrini davam etdirirdi. Səfəvi-Osmanlı müharibələrinin davamını arzulayan Almaniyanın Türkiyədəki səfiri Busbekin mülahizəsinə görə, əgər İran olmasaydı, Türkiyə bərk şadyanalıqla onlarla öz haqq-hesabını çürüdə bilərdi. “Bizimlə ölüm arasında İran durur” deyən səfir Amasya sülhündən bərk narahat olduğunu açıq-aşkar nümayiş etdirir2.
Osmanlı ordusu yalnız sayca və texniki təchizat cəhətdən deyil, həm də qoşunun təşkilində, intizamda Səfəvi ordusundan xeyli üstün idi. Qızılbaşların ləyaqətini qeyd etmək lazımdır. Onlar türk qoşunlarına məharətlə müqavimət göstərərək hər
___________________________
1)J. Hammer. Histoire de L’Empire Ottomane, t. VI, p.70.
2)Şahin Fazil Fərzəlibəyli “Azərbaycan və Osmanlı İmperiyası”(XV-XVI əsrlərdə) Bakı-1995, səh.81
dəfə basqından sonra onları Azərbaycandan geri çəkilməyə məcbur edirdilər. Bu da nəzərə alınmalıdır ki, Səfəvilər dövləti tez-tez iki cəbhədə, həm türklərə qarşı, həm də ardı-arası kəsilməyən Xorasana soxulan özbəklərə qarşı müharibə aparırdı.
Bu müharibələrdə Osmanlı Türkiyəsi təcavüzkar, hücum edən tərəf olduğuna görə, qəzəlbaşlar öz strategiyalarını başlıca olaraq müdafiə üzərində qururdular. Türk ordusunun Səfəvilər dövlətinin ərazisində irəliməsini daha çox çətinləşdirmək üçün onlar bir sıra tədbirlər görürdülər. Məsələn, Osmanlı ordusunun güman edilən yolu boyunca ərzaq ehtiytları məhv edilir, içməli su mənbələri torpaqla doldurulur, buğda və digər dənli bitki əkinlərinə od vurulurdu. Osmanlılar Azərbaycan ərazisində olduqları zamanda da mübarizə dayandırılmırdı. Qızılbaş hissələri qəfil basqınlar edir, Osmanlı qoşunlarının ayrı-ayrı dəstələrini tələfata uğradır, onların burada sonralar da qalmasını dözülməz edən şərait yaradırdılar. Buna görə də türklər hər dəfə ölkədə qısa müddət qalır və geri qayıtmağa məcbur olurdular. Düşmənlə mübarizənin sonuncu sonuncu mərhələsində qızılbaş qoşunları ağır yürüşdən, aclıq və xəstəliklərdən yorulmuş, geri çəkilən Osmanlı ordusunun ardınca gedir, ona canlı qüvvə cəhətdən təsirli itkilər verirdi. Sonra isə düşməni izləməkdə davam edərək sultanın tabeliyində olan əraziyə daxil olur, Kürdüstanda və Şərqi Anadoluda böyük dağıntılar törədirdilər. Qızılbaşlar Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasındakı sərhəd ərazilərini boşaltmağa və əhakidən məhrum etməyə çalışırdılar. Bu, mümkün ola bilən müharibələr zamanı düşmənin yürüşlərini çətinləşdirmək məqsədi güdürdü1.
I Təhmasib “viran edilmiş ərazi” taktikasının həyata keçirməkdə ilk və yegane hakim deyildi. Bu taktika onun atası Şah İsmayıl tərəfindən, 1514-cü ildə edilməsi, I Səlimin Azərbaycana soxulmuş qoşunlarına qarşı da uğurla tətbiq edilmiüdi.
“viran edilmiş ərazi” taktikasının tətbiqi Osmanlı qüvvələrinin böyük üstünlüyə malik olmasından irəli gəlirdi. Azərbaycana yürüşləri zamanı, yalnız osmanlı sultanları onların tabeliyində olan Suriya, Misir, Ərəb İraqı və Kürdüstandan deyil, habelə istila etdikləri Avropa ölkərindən toplamış olduqları böyük ordudan istifadə edirdilər.
İsgəndər bəy Münşinin söylədiyinə görə, I Süleymanın üçüncü yürüşü zamanı osmanlı qoşunları Azərbaycandan çəkilməyə başlayanda, qızılbaş qoşunları geri çəkilən düşməni təqib edərək Şərqi Anadoluda böyük dağınılar törətmişdilər. Tarixçi yürüşün şərhini aşağıdakı şəkildə başa çatdırır: “Sultan-Süleymanın Əcəm ölkəsinə gəlişi ilə vurulmuş zərər və itkinin əvəzi on qat artıq ödənildi. Bu yürüşdə qalibiyyətli qazilərin qisasçı qılınclarının sayəsində təqribən 20 min türk viran edilmiş yollardan keçerkən öldürüldü. I Şah Təhmasib Ərzincandan geriyə dönüb İrəvana gəldi. Oradan isə Qarabağ istiqamətində hərəkət etdi”2.
_________________
1)Oktay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti”, Bakı 2007, səh.94
2)Tarix-i aləm aray-i Abbasi, səh.73
III FƏSİL
