- •Proqramlaşdırmanın əsasları
- •3. Yaddaş və verilənlərin tipləri
- •3.1. Yaddaş və onun növləri
- •3.2. Standart tip verilənlərin ölçüsü
- •3.3. Dəyişənlərin elan olunması
- •3.4. Konstantlar (Sabitlər)
- •3.5. İfadələr
- •4. Xətti və budaqlanan alqoritmlərin proqramlaşdırılması
- •4.1. Xətti alqoritmlərin proqramlaşdırılması
- •3.7. Tiplərin çevrilməsi
- •Müstəqil işləmək üçün tapşırıqlar
- •4.2. Giriş/çıxış operatorları
- •4.3. Budaqlanan alqoritmlərin proqramlaşdırılması
- •4.3.1. Şərt operatoru
- •4.3.3. Seçmə (variant) operatoru
- •4.3.4. Goto operatoru
- •4.3.5. Proqramın exit operatoru ilə dayandırılması
- •Müstəqil işləmək üçün tapşırıqlar
- •Dövri alqoritmlərin proqramlaşdırılması
- •5.1. Önşərtli dövr operatoru
- •5.2. Sonşərtli dövr operatoru
- •5.3. Parametrli dövr operatoru
- •5.4. Break operatoru
- •5.5. Continue operatoru
- •Müstəqil işləmək üçün çalışmalar
- •Funksiyalar
- •6.1. Funksiyanın sintaksisi
- •6.2. Funksiyanın təyin olunması
- •6.3. Funksiyanın çağırılması
- •6.4. Prototipin yaradılması
- •6.5. Lokal dəyişənlər
- •6.6. Qlobal dəyişənlər
- •6.7. Statik lokal dəyişənlər
- •6.8. Məlumatın funksiyaya göndərilməsi
- •6.9. Funksiyadan qiymətin qaytarılması
- •Müstəqil işləmək üçün tapşırıqlar
- •Massivlər
- •7.1. Birölçülü massivlər
- •7.2. İkiölçülü massivlər
- •İkiölçülü massivin ekrana çıxarılması:
- •Müstəqil işləmək üçün tapşırıqlar
- •Simvollar və sətirlər
- •8.1. Simvol və sətirlərin sintaksisi
- •Sətirlərlə işləyən funksiyalar
- •Müstəqil işləmək üçün tapşırıqlar
- •Fayllar: fayldan daxiletmə
- •Və fayla çıxış
- •Ikilik və mətn faylları
- •Fstream standart kitabxanası
- •Fayla girişin ümumi alqoritmi
- •9.4. Faylın açılması
- •9.4.1. Yazmaq üçün faylın açılması
- •9.4.2. Oxumaq üçün faylın açılması
- •9.4.3. Faylın oxumaq və yazmaq üçün açılması
- •9.5. Faylın bağlanması
- •9.6. Fayla yazmaq və fayldan oxumaq
- •Strukturlar və siniflər
- •Strukturlar və onların elanı
- •Int height;
- •Strukturun dəyişəninin elanı
- •Strukturun inisiallaşdırılması
- •Strukturların funksiya parametri kimi ötürülməsi
- •Siniflər
- •Operatorlar
- •Operatorların üstünlük dərəcəsi
- •Sərhəd qiymətlərinin sabitləri
- •Həqiqi tiplər üçün sabitlər – float.H faylı
- •C dilinin standart funksiyalar kitabxanası
- •Hesabi funksiyalar – math.H faylı
- •Standart fayllar üçün giriş-çıxış funksiyaları- stdio.H faylı
- •Sətirlərlə işləmək üçün funksiyalar- string.H, stdlib.H faylları
- •Mətn rejimində terminalla işləmək üçün funksiyalar- conio.H faylı
- •Xüsusi funksiyalar
- •Mündəricat
3. Yaddaş və verilənlərin tipləri
3.1. Yaddaş və onun növləri
Kompüter proqramları verilənlərdən və instruksiyalardan ibarət olur. Verilənlər – proqramın predmeti olan informasiyadır. Məsələn, əgər sizin kompüter proqramının istifadəçisinə qrupda 600- dən yuxarı bal toplayan tələbələrin siyahısı lazımdırsa, onda verilən olaraq onların orta balları ilə eyni olan bütün tələbələrin siyahısı götürülə bilər.
Kompüter proqramının instruksiya və verilənləri proqramın işləməsi üçün kompüterin yaddaşında yerləşməlidir. Kompüterdə yaddaşın üç əsas növü var:
Mərkəzi prosessor(MP);
Operativ yaddaş(ixtiyari girişli yaddaş, RAM);
Daimi yaddaş.
Prosessor – kompüterin beynidir və onun sürəti nə qədər yüksək olarsa, kompüter bir o qədər tez işləyir. Kompüter əməliyyatlarını koordinasiya etməkdən savayı, prosessor keş-yaddaşa da malikdir. Prosessorun keş–yaddaşı reqistr adlanan seqmentə malikdir. Bu yaddaş tez-tez istifadə olunan instruksiya və verilənlərin saxlanması üçün lazımdır.
Prosessor keş-yaddaşa çox tez müraciət edə bilər, lakin onun tutumu çox kiçik olur. Deməli, qalan instruksiya və proqramlar başqa yerdə yerləşməlidirlər.
Operativ yaddaş – ixtiyari girişli yaddaşdır və ya operativ yaddasaxlama qurğusudur (OYQ). Kompüterdə bu yaddaş nə qədər çox olarsa, onda eyni zamanda daha çox proqram buraxmaq olar və onlar daha tez işləyərlər.
Prosessor operativ yaddaşa da keş yaddaş kimi çox tez müraciət edə bilər. Bununla belə operativ yaddaşın həcmi keş – yaddaşın həcmindən çox böyükdür. Lakin operativ yaddaş da keş-yaddaş kimi müvəqqətidir. Kompüter söndürüldükdə bu yaddaşda saxlanılan informasiyalar yox olur.
Nəhayət, kompüterdə çoxlu sayda digər proqramlar da ola bilər (məsələn, elektron poçt, İNTERNET, mətn və s. proqramları, başqa fayllar-məktublar, sazişlər, xəbərlər və s.) ki, onlardan indi yox başqa vaxtlarda istifadə edilə bilər. Ona görə də yaddaşda keş-yaddaş və operativ yaddaşdan fərqli olan elə digər yaddaş sahəsi də lazımdır ki, verilənləri daimi saxlasın (hətta kompüter yenidən yükləndikdən və söndürüldükdən sonra da). Daimi yaddaş (daimi yaddasaxlama qurğusu) – adətən, bərk diskdir, lakin bu digər qurğular da ola bilər, CD ROM, DVD ROM, disketlər və ya Flash-yaddaş. Lakin növündən asılı olmayaraq daimi yaddaş informasiyanı uzun müddət saxlayır.
Daimi yaddaş qurğusu informasiyanı uzun müddət qorumaqla bərabər, operativ yaddaşa nəzərən təqribən yüz və ya min dəfələrlə böyük həcmə malikdir.
DYQ informasiyanı üzün müddət saxladığından və böyük həcmə malik olduğundan, o həm də proqram və verilənlərin saxlanması üçün də istifadə olunur.
DYQ böyük həcmə malik olmasına və uzun müddətli saxlama imkanlarına malik olsa da, kompüter proqramı daimi yaddaşda yerləşən instruksiyaları yerinə yetirə bilmir. Bu instruksiyalar DYQ –dən operativ yaddaşa yüklənməlidirlər. Həm də kompüter proqramı daimi yaddaşda yerləşən verilənlərlə əməliyyat apara bilmir. Bu verilənlər də DYQ –dən operativ yaddaşa yüklənməlidirlər.
Yaddaşda yer ünvana görə də təyin olunur. Bu ünvanlar 16-lıq say sistemində ifadə olunurlar, məsələn, 0xF7C3. Yaddaşın ünvanı adi küçə ünvanlarında olduğu məntiqlə, yəni ardıcıl modellə həyata keçirilir.
100 |
101 |
102 |
103 |
104 |
105 |
Şəkil 3.1.Yaddaşın ünvanının ardıcıllığı
Yaddaşın hər bir ünvanında saxlanan informasiya bayt adlanır. Qeyd edək ki, kompüter bitlərdə fikirləşsə də 0 və 1 bit ölçülü informasiyanı emal edə bilmir. Kompüterin emal edə biləcəyi ən kiçik informasiya vahidi bayt və ya 8 bitdir. Deməli, hər bir ünvan 1 bayta qədər informasiya (sıfır və birlərdən ibarət olan 8 rəqəm ardıcıllığı) qoruya bilər.
Qiymət
|
00000100 |
10011000 |
01001010 |
00100100 |
|
100 |
101 |
102 |
103 |
104 |
105 |
Yaddaşın ünvanı
Şəkil 3.2. Bayt qiymətlərlə yaddaşın ünvanları ardıcıllığı
