- •Proqramlaşdırmanın əsasları
- •3. Yaddaş və verilənlərin tipləri
- •3.1. Yaddaş və onun növləri
- •3.2. Standart tip verilənlərin ölçüsü
- •3.3. Dəyişənlərin elan olunması
- •3.4. Konstantlar (Sabitlər)
- •3.5. İfadələr
- •4. Xətti və budaqlanan alqoritmlərin proqramlaşdırılması
- •4.1. Xətti alqoritmlərin proqramlaşdırılması
- •3.7. Tiplərin çevrilməsi
- •Müstəqil işləmək üçün tapşırıqlar
- •4.2. Giriş/çıxış operatorları
- •4.3. Budaqlanan alqoritmlərin proqramlaşdırılması
- •4.3.1. Şərt operatoru
- •4.3.3. Seçmə (variant) operatoru
- •4.3.4. Goto operatoru
- •4.3.5. Proqramın exit operatoru ilə dayandırılması
- •Müstəqil işləmək üçün tapşırıqlar
- •Dövri alqoritmlərin proqramlaşdırılması
- •5.1. Önşərtli dövr operatoru
- •5.2. Sonşərtli dövr operatoru
- •5.3. Parametrli dövr operatoru
- •5.4. Break operatoru
- •5.5. Continue operatoru
- •Müstəqil işləmək üçün çalışmalar
- •Funksiyalar
- •6.1. Funksiyanın sintaksisi
- •6.2. Funksiyanın təyin olunması
- •6.3. Funksiyanın çağırılması
- •6.4. Prototipin yaradılması
- •6.5. Lokal dəyişənlər
- •6.6. Qlobal dəyişənlər
- •6.7. Statik lokal dəyişənlər
- •6.8. Məlumatın funksiyaya göndərilməsi
- •6.9. Funksiyadan qiymətin qaytarılması
- •Müstəqil işləmək üçün tapşırıqlar
- •Massivlər
- •7.1. Birölçülü massivlər
- •7.2. İkiölçülü massivlər
- •İkiölçülü massivin ekrana çıxarılması:
- •Müstəqil işləmək üçün tapşırıqlar
- •Simvollar və sətirlər
- •8.1. Simvol və sətirlərin sintaksisi
- •Sətirlərlə işləyən funksiyalar
- •Müstəqil işləmək üçün tapşırıqlar
- •Fayllar: fayldan daxiletmə
- •Və fayla çıxış
- •Ikilik və mətn faylları
- •Fstream standart kitabxanası
- •Fayla girişin ümumi alqoritmi
- •9.4. Faylın açılması
- •9.4.1. Yazmaq üçün faylın açılması
- •9.4.2. Oxumaq üçün faylın açılması
- •9.4.3. Faylın oxumaq və yazmaq üçün açılması
- •9.5. Faylın bağlanması
- •9.6. Fayla yazmaq və fayldan oxumaq
- •Strukturlar və siniflər
- •Strukturlar və onların elanı
- •Int height;
- •Strukturun dəyişəninin elanı
- •Strukturun inisiallaşdırılması
- •Strukturların funksiya parametri kimi ötürülməsi
- •Siniflər
- •Operatorlar
- •Operatorların üstünlük dərəcəsi
- •Sərhəd qiymətlərinin sabitləri
- •Həqiqi tiplər üçün sabitlər – float.H faylı
- •C dilinin standart funksiyalar kitabxanası
- •Hesabi funksiyalar – math.H faylı
- •Standart fayllar üçün giriş-çıxış funksiyaları- stdio.H faylı
- •Sətirlərlə işləmək üçün funksiyalar- string.H, stdlib.H faylları
- •Mətn rejimində terminalla işləmək üçün funksiyalar- conio.H faylı
- •Xüsusi funksiyalar
- •Mündəricat
4.2. Giriş/çıxış operatorları
Standart C-də giriş/ çıxış üçün printf və scanf işlədilir. C++-da isə uyğun olaraq cout və cin işlədilir.
printf funksiyasının sintaksisi belədir:
printf ( “idarəedici sətir”, [arqumentlərin siyahisi])
Arqumentlərin siyahısı – sabitlər, dəyişənlər və ya ifadələr ardıcıllığıdır; onların qiymətləri displeyin ekranına çıxarılır (idarəedici sətrin formatı ilə). Məsələn,
printf (“ i=%d, \n j=%d, a=% 6.2 f.\n” , i , j, a);
Əgər
i=1234, j=127, a= 86.531 olarsa, ekranda
i=1234,
j=127, a= 86.53
görərik.
Idarəedici sətir 3 növ obyektə malikdir:
adi simvollar ( ekrana dəyişdirilmədən çıxarılır);
çevrilmə spesifikatorları (bunlardan hər birisi arqumentlərin sonrakı siyahısından ekrana növbəti arqumentin qiymətinin çıxarılmasını yaradır);
idarəedici simvol sabitlər.
Hər bir çevrilmə spesifikası % simvolu ilə başlayır və çevrilmə simvolu ilə qurtarır. Onların arasında aşağıdakılar yazıla bilər:
“minus” işarəsi, onu göstərir ki, çıxarılan mətn sol sərhədlə bərabərləşir (susmaya görə sağ sərhədlə bərabərləşir);
çıxarış sahəsinin minimal ölçüsünü verən rəqəmlər sətri;
bölgü işarəsi olan nöqtə;
çıxışın dəqiqliyini verən rəqəmlər sətri.
Çevrilmə simvolları aşağıdakılardır:
d- arqument onluq göstərilişə çevrilir;
o- arqument səkkizlik göstərilişə çevrilir;
x- arqument 16-lığa çevrilir;
c- arqumentin qiyməti simvoldur;
s- arqumentin qiyməti simvollar sətridir;
e- arqumentin qiyməti sürüşkən vergüllü formada float və ya double tipdir;
f- arqumentin qiyməti sabit vergüllü formada float və ya double tipdir;
g- f və ya e formatlarından biridir;
u- arqumentin qiyməti işarəsiz tam ədəddir;
p- arqumentin qiyməti göstəricidir (ünvan).
Məsələn, onluq tam ədədləri aşağıdakı üsullarla ekrana çıxara bilərik:
programın fraqmenti nəticə:
i = 5 ;
printf("%d",i) ; 5
printf("'i=%d",i) ; i=5
printf("i=") ;
printf("%d",i) ; i=5
printf("i=\n") ; i=
printf("%d",i) ; 5 alt sətrə keçir
printf('i=%d\n",i) ; i=5 alt sətrə keçir
printf("%d - %d",i, 5*i); 5 - 25
Simvolları ekrana çıxarmaq üçün:
s = "ABCDEF"
printf("%10s ",s); . . . . A B C D E F
printf("%10.3s ",s); . . . . . . . A B C
Həqiqi ədədləri isə belə formatla verə bilərik:
x = 128.5 ;
printf("%6.2f",x) ; 128.50
x = 85.47 ;
printf("%6.3f",x) ; 85.470
printf("%4.1f",x) ; 85.5
Beləliklə, “idarəedici sətir” arqumentin sayını və tipini təyin edir. Aşağıdakı cədvəldə verilmiş idarəedici simvollar tez-tez istifadə olunur:
Cədvəl 4.2.
|
“16”-lıqda |
“8”-likdə |
|
ASCII |
'\0' |
'\x0' |
'\0' |
NULL simvolu |
0 |
'\a' |
'\x7' |
'\07' |
səs siqnalı (alert) |
7 |
'\b' |
'\x8' |
'\010' |
kursoru bir addım dala qaytarmaq (back space) |
8 |
'\t' |
'\x9' |
'\011' |
üfüqi cədvəlqurma (tab) |
9 |
'\n' |
'\xA' |
'\012' |
aşağı sətir (new line) |
10 |
'\v' |
'\xB' |
'\013' |
Şaquli cədvəlqurma (vertical tab) |
11 |
'\f' |
'\xC' |
'\014' |
Səhifə (form feed) |
12 |
'\r' |
'\xD' |
'\015' |
Sətir başı (carriage return) |
13 |
'\"' |
'\x22' |
'\042' |
qoşa dırnaq (double quote) |
34 |
'\\' |
'\x5C' |
'\134' |
əks sleş (back slash) |
92 |
scanf funksiyası da printf funksiyası kimi təsvir olunur.
scanf (“ idarəedici_ sətir”,arqumentlər_siyahısı);
Arqumentlər üyğun qiymətlərə göstəricilər olmalıdır, bunun üçün dəyişənin adının qarşısında & simvolu yazılır. İdarəedici sətir çevrilmə spesifikasiyalarına malikdir və arqumentlərin tipləri və sayların təyini üçün istifadə olunur (printf - ə anoloji olaraq).
scanf(“ % d % f % c % s” , &i, &a, &ch, r);
Burada r - simvollar sətridir, onun özü göstərici olduğundan qarşısında & (ampersand) işarəsi qoyulmur.
İdarədəedici sətirdə probel, cədvəlqurma və yeni sətrə keçmə simvolları istifadə etmək olar. Çıxışda onlar inkar edilir.
Əgər klaviaturadan daxil edilərkən verilənlər bölgü işarələri (məsələn, vergül) ilə ayrılırsa, onda idarəedici sətirdə də çevirmə spesifikaları bu işarə ilə ayrılmalıdır.
C++ -da giriş/çıxış baytların axını kimi icra olunur. Giriş/çıxışın geniş spektrdə emalı üçün iostream kitabxanasında çoxlu sayda funksiyalar və siniflər təyin olunmuşdur. Çıxış üçün istifadə olunan cout (the standard output stream - standart çıxış axını, si-aut kimi oxunur) funksiyası aşağıdakı kimi təsvir olunur:
cout<<dəyişən<<endl;
burada << - axına yerləşdirmə əməliyyatı adlanır. endl (end line –“sətrin sonu” söz birləşməsinin abbreviaturasıdır)- axının manipulyatoru adlanır. “ ; “ isə operatorun sonunu ifadə edir.
Giriş üçün cin (the standard input stream - standart giriş axını, si-in kimi oxunur) operatoru aşağıdakı kimi təsvir olunur:
cin >>dəyişən;
>> - axından götürmə əməliyyatı adlanır.
Misal
4.1.
ifadələrini hesablayan proqram.
#include <stdio.h>
#include<conio.h>
#define a 3.1
void main()
{
double s,v;
float R,r;
printf("R ve r- i daxil edin:\n");
scanf ("%f%f",&R,&r);
s=4*a*(R*R+r);
v=4*a*(R*R*R-r*r)/3;
printf("s=%4.3f\nv= %3.2f ",s,v);
getch();
}
Alınmış nəticə:
