Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Muasir proq dil C++.doc
Скачиваний:
15
Добавлен:
01.05.2025
Размер:
7 Мб
Скачать
☆

4.3.3. Seçmə (variant) operatoru

Əgər proqramda çoxlu sayda variantdan birini seçmək la­zım­ gələrsə, onda mürəkkəb if əvəzinə switch seçmə opera­to­run­dan isifadə etmək məqsədəuyğundur. Onun sintak­sisi:

switch (ifadə){

case qiymət1: operator 1;

break;

case qiymət 2: operator 2;

break;

case qiymət 3: operator 3;

break;

default : }

Burada qiyməti ifadənin qiyməti ilə üst-üstə düşən vari­ant (operatorlar qrupu) yerinə yetirilir. Həm ifadə, həm də nişan (qiy­mət) tam və ya simvol tip olmalıdırlar.

break operatoru hər bir case blokunda switch opera­to­run­dan çıxışı təmin edir.

Əgər break operatoru yoxdursa, yəni switch operatoru

switch (ifadə) {

case qiymət 1: operator 1;

case qiymət 2: operator 2;

case qiymət 3: operator 3;

} // end switch (ifadə),

şəklində yazılarsa, onda nəticə “doğru” qiyməti verən ilk­ mü­qa­yisə halı olar.

Misal 4.4. Ilin fəsillərini cap edən proqram:

scanf("%d", &ay);

switch (ay) {

case 3:

case 4:

case 5: printf("yaz"); break;

case 6:

case 7:

case 8: printf("yay"); break;

case 9:

case 10:

case 11: printf("payız"); break;

case 12:

case 1:

case 2: printf("qış"); break;

}

Qeyd edək ki, switch operatoru əvəzinə if operatoru isti­fa­­də edilə bilər. Ancaq switch operatoru proqramı daha oxu­naq­lı etdiyi üçün lazım olduğu hallarda istifadə edil­mə­si məslə­hət­dir.

4.3.4. Goto operatoru

goto operatoru nə şərt, nə də dövr operatorlarına aiddir, la­kin o da operatorların yerinə yetirilimə ardıcıllığının dəyişə və idarəetməni nişanla qeyd olumuş operatora verə bilər. goto opera­to­run­dan çox istifadə etməmək məsləhətdir!

- - - -

goto nn;

- - -

nn: a[i] ==b[j]

­4.3.5. Proqramın exit operatoru ilə dayandırılması

Proqramı dayandırmaq üçün exit() funkiyasından istifadə etmək olar.

exit (0)- operatorunun yerinə yetirilməsi proqramı dərhal dayandrır, bütün açıq faylları bağlayır və bəzi digər yekun­laş­dı­rıcı əməlləri yerinə yetirir. () - mötərizəsi daxilində olan qiy­mət DOS - a və ya digər proqrama qaytarılır.

Müstəqil işləmək üçün tapşırıqlar

  1. ax+b=0 xətti tənliyinin həll proqramını qurmalı.

  2. A(x1,y1) və B(x2,y2) nöqtələri verilir. |AB| məsafəsini he­sab­layan proqram yazmalı.

  3. x+yi kompleks ədədini triqonometrik şəkildə göstərməli (x, y - həqiqidir).

  4. Üçbucağın təpələri verilir: (x1,y1), (x2,y2), (x3,y3). Onun sahəsini və perimetrini tapmalı.

  5. X həqiqi ədədi verilir. Vurma, toplama və çıxma əməl­lə­rin­dən istifadə etməklə minimum sayda əməllə

2x4-3x3+4x2-5x+6

ifadəsinin qiymətini hesablayın.

xətti tənliklər sisteminin həlli üçün proqram yazmalı.

  1. a,b,c ədədlərini elə nizamlamalı ki, a hər­fi­nə ən kiçik ədəd, b hərfinə orta, c- yə isə ən böyük ədəd uyğun olsun.

  2. A(x1,y1) və B(x2,y2) nöqtələri verilir. Onlardan hansı­nı­n koordinat başlanğıcına yaxın olduğunu təyin etməli.

  3. Üçbucağın iki bucağı verilir (dərəcə ilə). Belə üçbuca­ğı­n olduğunu təyin etməli, əgər varsa, onda o düzbucaqlı üç­bu­­caq­dırmı?

  4. funksiyasının qrafikinin (m, n) nöqtə­sin­­­dən keç­məsini yoxlayan proqram qurmalı.

  5. Klaviaturadan a, b, c və d parçalarının uzunluqları da­xil­ edi­lir (məs. 3, 5, 9, 10). Onların üçbucaq qurmaq üçün­­ is­ti­fa­də imkanlarını qiymətləndirməli.

  6. max {min (a,b), min(c,d)} – ni tapmalı.

  7. Tərəfləri a, b, c olan üçbucağın bərabərtərəfli oldu­ğu­nu təyin etməli. “Hə ” olduqda onun sahəsini hesablamalı.

  8. A(x,y) nöqtəsi verilir. Onun təpələri (x1,y1), (x2,y2), (x3,y3) nöqtəsində olan üçbucağa aid olmasını təyin etməli.

  9. a1x+b1y=0 və a2x+b2y=0 düz xətlərinin per­pen­di­kul­yar olduğunu yoxlayan proqram yazmalı.

  10. və düz xətlərinin kə­siş­mə nöq­­tə­si­nin koordinatlarını ­təyin edən alqoritmin proq­ra­mı­nı yazmalı.

  11. Müstəvidə R, S, T nöqtələrinin R(a, b), S(c, d), T(e, f) koor­­di­­natları olan həqiqi a, b, c, d, e, f ədədləri veril­mişdir. Bu nöq­tələrin bir düz xətt üzərində yerləşməsini müəy­­yə­n­­­ləş­­­di­rən alqoritmin proqramını yazın. Şərt ödə­nilərsə, on­da “hə” mə­lumatı, əks halda “yox” məlumatı ekrana çıxa­rıl­sın.

Göstəriş: Iki nöqtədən keçən düz xəttin

tənliyindən istifadə etməli.

  1. Aşağıdakı cədvəldə verilmiş funksiyaların qiymətlərini EHM-də hesablayın. Giriş və çıxış parametrlərini və on­la­rın ədədi qiymətlərini çap edən proqram tərtib edin.

№

Funksiya

Giriş para­metrləri

a=-0.5

b=2

a=1.5

a=2.8

b=-0.3

c=4

a=1.56

a=2.5

a=2.5

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]