Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Muasir proq dil C++.doc
Скачиваний:
15
Добавлен:
01.05.2025
Размер:
7 Мб
Скачать
☆
    1. Sətirlərlə işləyən funksiyalar

  1. strcat

Sintaksisi: char*strcat (char* sətir1, const char* sətir2);

Funksiyası: sətir1 və sətir2 sətirlərini birləşdirir və nəticəni sətir1-ə yazır.

  1. strcpy

Sintaksisi: char*strcpy(char*sətir1, const char*sətir2);

Funksiyası: sətir1-i sətir2-yə köçürür.

Başlıq fayl: <string.h>.

  1. strlen

Sintaksisi: int strlen(const char*sətir);

Funksiyası: sətrin sonunu qaytarır. Sıfır simvol nəzərə alınmır.

Başlıq fayl: <string.h>.

  1. strcmp

Sintaksisi: int strcmp(const char*sətir1, const char*s­ətir2);

Funksiyası: sətir1 və sətir2-ni müqayisə edir. Əgər sətirlər bə­ra­bər­dir­sə, onda sıfır qiyməti qaytarır, əgər sətir1<sətir2 olarsa, sıfır­dan kiçik ədəd, əgər sətir1>sətir2 olarsa, sıfırdan böyük ədəd qaytarır. Başlıq fayl: <string.h>.

  1. strlwr

Sintaksisi: char* strlwr(char*sətir);

Funksiyası: sətrin böyük hərflərini kiçik hərflərə çevirir (yalnız latın hərflərini emal edir).

Başlıq fayl: <string.h>.

  1. strupr

Sintaksisi: char*strupr(char*sətir);

Funksiyası: sətrin kiçik hərflərini böyük hərflərə çevirir (yal­nız latın hərflərini emal edir).

Başlıq fayl: <string.h>.

  1. strset

Sintaksisi: char*strupr(char*sətir);

Funksiyası: funksiya çağrılarkən sətri göstərilən simvolla ta­mam­layır.

Başlıq fayl: <string.h>.

  1. strchr

Sintaksisi: char*(strchr(const char*sətir, int simvol); Funksiyası: sətirdə simvolun axtarışını yerinə yetirir və gös­tə­ri­cini ilk tapılmış simvolun üzərinə qaytarır və ya əgər simvol tapılıb­sa, NULL qaytarır.

Başlıq fayl: <string.h>.

Müstəqil işləmək üçün tapşırıqlar

1-11 saylı tapşırıqlarda s1, s2 və s3 sətir tipli dəyişənləri verilmişdir. Onlar aşağıdakı qiymətləri alırlar:

s1= ” Azərbaycan Dövlət Neft Akademiyası”;

s2= ” Tətbiqi Riyaziyyat” kafedrası;

s3=” Alqoritmik dillər və proqramlaşdırma”.

  1. s1, s2, s3 sətirlərindən hər birinin uzunluğunu tapın. Bu sətirlərdən hansının ən uzun qiymətə malik olduğunu tə­yin edin.

  2. s1sətrindəki kiçik hərfləri böyük hərflərlə əvəz edin.

  3. s2 sətrindəki simvollar s1 sətrindəki simvolların neçə fa­i­zi­ni təşkil etdiyini təyin edin.

  4. s1 sətri ilə s2 sətrini birləşdirin.

  5. s1, s2, s3 sətirlərinin hər birində “a” hərfinin neçə dəfə iştirak etdiyini təyin edin.

  6. s2 sətrində “R” hərfi ilə başlayan sözü tapın.

  7. s3 sətrində saitlərin sayı ən çox olan sözü tapın.

  8. s1 sətrindəki böyük hərfləri yeni bir s4 sətrinə yazın.

  9. s3 sətrində ardıcıl iki eyni hərfin olmasını müəyyən­ləş­di­rin.

  10. s3 sətrinin əvvəlinə “Müasir” sözünü əlavə edin.

  11. Klaviaturadan daxil olunmuş məlumatı nöqtə və tire­lər ar­dı­­cıllığına (Morze əlifbasına) çevirən “teleqraf” proq­­ra­mı yazın. Morze əlifbası üçün nümunə aşağıda veril­miş­dir:

A

.-

B

..-

C

.--

D

-.

E

...-

F

..--

G

...-

H

--.-

İ

--.

J

-..

K

-.-

L

-.--

M

--.-

N

---.

O

-..-

P

.-.

Q

--..

R

-.-.-

S

--.-

T

-..

U

-...

V

-.-..

X

---..

Y

-.-..

Z

-.--.

  1. Klaviaturadan daxil edilən sətrin ikilik kodda olmasını yox­layan proqram yazın.

  2. Klaviaturadan daxil edilən ifadəsi­nin qiymətini hesablayan proqram yazın. Burada Ni – b­ir­rə­qəmli tam ədəddir, Oi – isə (+) toplama və (-) çıxma əməllərindən biridir (məsələn, 4+3-2+5+6-1).

  3. Klaviaturadan daxil edilmiş sətrin tam ədədlərdən təşkil edil­diyini yoxlayan proqram yazın. Məlumatı ekrana çı­xa­­­rın.

  4. Klaviaturadan daxil edilmiş sətrin onaltılıq kodda olmasını yoxlayan proqram yazın.

  5. Klaviaturadan daxil edilmiş sətri aşağıdakı kimi çapa verən proqram yazın:

    t ə h s i l

    ə

    h

    s

    i

    i

    s

    h

    ə

    l i s h ə t

  6. Verilmiş sətirdə saitlərin sayını təyin edən proqram yazın.

  7. Verilmiş simvol sətrinin polindrom olmasını yoxlayan proqram tərtib edin.

  8. Əhalisinin sayı göstərilməklə səhərlərin siyahısı veril­miş­dir. Əhalisinin sayı ən az olan şəhərin adını çapa verən proq­ram tərtib edin.

  9. Imtahan sessiyasının nəticələrinə görə aşağıdakı qaydada tələbələrə təqaüd təyin edilməsi üçün proqram yazın:

  • əgər bütün qiymətlər “5”-dirsə, onda ən yüksək təqaüd təyin edilsin;

  • əgər bütün qiymətlər “4” və “5”-dirsə, onda adi təqaüd təyin edilsin;

  • əgər hər hansı fəndən “3” qiymət olarsa, onda təqaüd təyin edilməsin.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]