Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Komp elmlerinin aktual problemleri.docx
Скачиваний:
0
Добавлен:
01.07.2025
Размер:
212 Кб
Скачать
☆
  • Rəqəm imzası asanlıqla yoxlanılan olmalı

  • Hər bir şəxs məxfi açara mmüaciət etmədən imzanı yoxlaya bilməlidir.

  • Imzalayan şəxs imzalma faktından boyun qaçıra bilməməlidir.

Rəqəm imzası əl imzası ilə bir sıra ümumi xüsusiyyətlərə malikdir. Əl imzası da yuxarıda göstərilən funksiyanı yerinə yetirir. Lakin bunların arasında mühüm fərqlər var. Məsələn, əl imzası mətndən asılı deyil və həmişə eyni olur, lakin rəqəm imzası mətndən asılı olur və həmişə fərqli olur. Əl imzası imzalayan şəxslə əlaqədardır və onun psixoloji durumundan asılıdır. Rəqəm imzasında imza məxfi açarla müəyyən olunur. Əl imzası daşıyıcıdan, yəni kağızdan ayrılmazdır, ona görə sənədin hər bir vərəqi imzalanır, lakin rəqəm imzası sənəddən asanlıqla ayrılır. Əl imzası realizə olunmaq üçün əlavə mexanizmlər tələb etmir, rəqəm imzası isə imzanın hesablanması və yoxlanəılması üçün əlavə mexanizmlər tələb edir. Əl imzası xüsusi infrastrukturun yaradılmasını tələb etmir, rəqəm imzasında bu cür müəyyən infrastrukturun yaradılması tələb olunur.

Hər hansı bi abonent müəyyən informasiyanı imzalamalıdır. Unun üçün o aşağıdakı əməliyyatları yerinə yetirməlidir:

  1. Heş funksiyas adlanan xüsusi riyazi funksiyanın köməyi ilə bu informasiyanın Heş qiymətini hesablayır.

  2. Informasiyanın Heş qiymətini özünün məxfi açarı ilə şifrələyir

  3. Şifrələnmiş Heş qiymət informasiyaya birləşdirilir və informasiyanın rəqəm imzası olur. Bu informasiyanı alan abonent isə aşağıdakıları yerinə yetirir:

  1. Alınan informasiyanın Heş qiymətini Heş funksiyanın köməyi ilə hesablayır.

  2. Informasiyaya birləşdirilmiş və şifrələnmiş Heş qiyməti A abonentinin açıq açarı ilə deşifrələyir.

  3. Alınmış deşfirələnmiş Heş qiyməti özünün hesabladığıı Heş qiymətlə müqayisə edilir.

  4. Onlar üst-üstə düşərlərsə, onda imza həqiqi hesab olunur, əks halda informasiya qəbul edilmir.

Rəqəm imzasının yaradılmasının bir üsulu belə ola bilər:

33--Elektron hökumət

Elektron hökumət ölkə vətəndaşlarına, biznesə, dövlət strukturlarına, dövlət məmurlarına göstərilən idmətlərin və informasiyanın verilməsi üsuludur. bu zaman hökumətlə müraciət edən arasında şəxsi əlaqə minimuma endirilməli və informasiya texnologiyalarından maksimum istifadə edilməlidir. Deməli, elektron hökumət dövlət idarəsinin sənəd dövriyyəsinin elektron variantının yaradılmasından, bütün idarəetmə prosesinin avtomatlaşdırılmasından ibarətdir. Elektron hökumətin qurulması dövlət idarəçiliyinin səmərəsini yüksəltməli, cəmiyyətin hər bir üzvünün sosial məsələlərlə bağlı itkisinin minimuma endirilməsi deməkdir. Göründüyü kimi elektron hökumətin yaradılması elektron sənədlərin dövriyyəsini və onların emalını təşkil etməsini tələb edir. Elektron hökumətin əsas funksiyaları aşağıdakılardır:

  1. Əhaliyə və biznesə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması

  2. Vətəndaşların özünəxidmət imkanlarını genişləndirmək

  3. Vətəndaşların informasiya, kommunikasiya texnologiyaları sahəsində klassifikasiyasını artırmaq

  4. Əhalinin əksəriyyətinin ölkənin idarə edilməsində fəallığını yüksəltmək.

Elektron hökumət dövlətin adminstratik işlərə sərf etdiyi xərclərin azalmasına gətirib çıxarır. Hakimiyyətin əhali qarşısında məsuliyyətini artırır. Cəmiyyətlə hökumət arasında qarşılıqlı əlaqəni kökündən dəyişir. Hökumət strukturlarının fəaliyyətinin elektron forması mülkiyyət formasından asılı olmayaraq bütün sahələrdə zəruriyyətə çevrilir. Sosial, elm və mədəniyyət, tibb, bələdiyyə elektron sənəd dövriyyəsinin yaradılması xüsusilə aktualdır. Elektron hökumət ənənəvi hökumətin analoqu və ya onu tamamlayan vasitə deyil. Bu dövlətin idarə edilməsində göstərilən dövlət xidmətlərinin səmərəsinin yüksəldilməsində informasiya kommunikasiya texnologiyasından istifadə edilməsinə əsaslanır. Müasir dövrdə elektron hökumətin səmərəli variantlarından biri hesab edilən birpəncərə üsulu geniş istifadə edilməkdədir. Amma elektron hökumət qurulmasının vahid konsepsiyası yoxdur. Dünyada çox az sayda ölkələrdə elektron hökumət bəzi strukturları qurulmuş və fəaliyyət göstərir(Estoniya və s.). hər bir qurulan elektron hökumət dövlətin effektiv idarə ediləsini,az xərc tələb edilməsini, hökumətlə cəmiyyət arasında qarşılıqlı əlaqəni dəyişməlidir. Əgər elektron hökumət bu funksiyaları yerinə yetirmirsə, deməli, onun faydası yoxdur.