Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Irevanskoe_hanstvo_-1747-1828.doc
Скачиваний:
4
Добавлен:
01.07.2025
Размер:
5 Мб
Скачать
☆

İstifadə olunmuş pul, çəki, ölçü və uzunluq vahidləri

Abbasi- I şah Abbasın (1587-1629) dövründə dövriyyə buraxılmış gümüş pul vahidi. 1 abbasi 200 dinara bərabərdir.

Ağac- uzunluq ölçüsü, 7 km-ə bərabərdir.

Arşın- ölçü vahidi. 1 arşın bərabərdi 96,4 sm-ə.

Batman- çəki vahidi. Batmanın çəkisi ayrı- ayrı bölgələrdə müxtəlif idi. Səfəvilər dövründə çəki vahidi kimi qəbul edilmiş və məşhur olan «Təbriz batman»ı 3.000 qrama və yaxud 3 kq-a bərabər idi. İrəvan xanlığında 1 batman 4.500 qrama və yaxud 4,5 kq-a bərabərdir

Bisti- pul vahidi, 20 dinara bərabərdir.

Çetvet- dörddə bir çəki və ölçü vahidi.

Darülxliaf- Osmanlı pul vahidi, 1 rubl 34 qəpiyə bərabərdi.

Dinar- kiçik pul vahidi, erməni mənbələrində «dean» və yaxud «dian» adlandırılır. 1 dinar 0,1 qəpiyə bərabərdir.

Gürcü abbası- pul vahidi, 10 şahı və yaxud 500 dinara bərabərdi.

Xalvar və yaxud xarvar- fars sözü olub, iki- «xar» (eşşək), və «bar» (yük) sözlərindən əmələ gəlmişdi. Xalvar həm iri çəki vahidi, həm də sahə ölçüsü idi. 1 xalvar 100 batmana bərabər idi. Təbriz batmanı ilə 1 xalvar 300 kq, İrəvan batmanı ilə isə 450 kq-a bərabər idi. Sahə vahidi kimi 1 xalvar 1,5 desyatinə bərabərdir.

İmperial- rus qızıl pulu, 10 manatlıq.

Kuruş- Osmanlı pul vahidi, 1000 dinara bərabərdi.

Qroş- rus pul vahidi, 0,5 qəpik.

Lider-çəki vahidi, 10 funt.

Litr- çəki vahidi. Litr ayrı-ayrı bölgələrdə müxtəlif çəkiyə malik idi. İranda 1 litr 6,95 kq-a, Tiflisdə 3,5 kq-a, İrəvanda isə 4,8 kq-a bərabər idi.

Mahmudi- pul vahidi. 1 mahmudi 100 dinara bərabərdir.

Mil- uzunluq ölçüsü, 2 km-ə bərabərdir.

Misqal- çəki vahidi, 4,6 qram.

Para- pul vahidi. 1 para 10 dinara bərabərdir.

Pənahabad- Qarabağ xanlığının pul vahidi. 1 pənahabad 10 şahı və yaxud 500 dinara bərabər idi.

Piastr- osmanlı pul vahidi.

Pud- çəki vahidi. 1 pud 16 kq-a bərabərdi.

Real- pul vahidi, 50 qəpiyə bərabərdir.

Rusiya imperialı- rus pul vahidi, 10 gümüş rubla bərabərdi.

Sahibqran və yaxud minaltun- pul vahidi, 35 gümüş qəpik.

Sajen- 3 arşına və yaxud 2,134 metrə bərabər uzunluq ölçüsü.

Somar- həm çəki, həm də sahə ölçüsü vahidi. Çəki vahidi kimi 1 somar 3 puda bərabərdi. Sahə ölçüsü kimi isə 3 pud taxılın səpildiyi əkin sahəsinə bərabər idi.

Stil- çəki vahidi. 1 stil 800 qrama bərabərdi.

Şahı- pul vahidi, 50 dinara bərabərdir.

Taçkir- çəki vahidi, 10 batman və yaxud 45 kq-a bərabərdir

Tümən- iri pul vahidi, 10.000 dinara bərabərdir.

Verst- uzunluq ölçüsü, 1,06 km-ə bərabərdir.

Mündəricat giriş………………………………….……………….........…………3

FƏSİL 1. XVIII YÜZİLLİYİN İKİNCİ YARISINDA İRƏVAN

XANLIĞININ SİYASİ VƏZİYYƏTİ……….……..………23

1.1. İrəvan xanlığının yaranması…....…….……...………..…. 23

1.2. XVIII yüzilliyin 50-80-ci illərində İrəvan xanlığının siyasi

vəziyyəti…………..………………………..………….… 33

1.3. İrəvan xanlığı Ağa Məhəmməd şah Qacarın yürüşləri

dövründə ……………………………………….……….…76

1.4. XVIII yüzilliyin axırlarında İrəvan xanlığının siyasi

vəziyyəti……………………………………….…………. 87

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]