Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
5
Добавлен:
01.07.2025
Размер:
9 Мб
Скачать
☆

İki İşdən Daha Mühüm Olanını Önə Almaq

حديث ابْنِ عُمَرَ، قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَنَا، لَمَّا رَجَعَ مِنَ الأَحْزَابِ: لاَ يُصَلِّيَنَّ أَحَدٌ الْعَصْرَ إِلاَّ فِي بَنِي قُرَيْظَةَ فَأَدْرَكَ بَعْضُهُمُ الْعَصْرَ فِي الطَّرِيقِ فَقَالَ بَعْضُهُمْ: لاَ نُصَلِّي حَتَّى نَأْتِيَهَا وقَالَ بَعْضُهُمْ: بَلْ نُصَلِّي، لَمْ يُرَدْ مِنَّا ذلِكَ فَذُكِرَ لِلنَبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَلَمْ يُعَنِّفْ وَاحِدًا مِنْهُمْ

1158. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  Əhzab döyüşündən sonra (Mədinəyə) qayıtdıqda bizə dedi: “Qoy hər kəs əsr namazını ancaq Bəni Qureyzə qəbiləsində qılsın.” Bəziləri əsr namazına yolda yetişdi. Onlardan bəziləri dedilər: “Biz oraya çatanadək namaz qılmayacağıq.” Digərləri isə dedilər: “Yox, namazı (burada) qılaq, çünki Peyğəmbər  bizdən bunu tələb etmirdi.” Sonra bu haqda Peyğəmbərə  xəbər verdilər və o, (buna görə) onların heç birini qınamadı. (Buxari 946, Muslim 4701, 1770/69)

رد المهاجرين إِلى الأنصار منائحهم من الشجر والثمر حين استغنوا عنها بالفتوح

Fəthlər Nəticəsində Ehtiyac Qalmadığı Üçün Mühacirlərin Ənsarlara Verdikləri Ağac Və Meyvədən İbarət Olan Şeylərin Geri Qaytarılması

حديث أنَسِ بْنِ مَالِكٍ رضي الله عنه، قَالَ: لَمَّا قَدِمَ الْمُهَاجِرُونَ الْمَدِينَةَ مِنْ مَكَّةَ، وَلَيْسَ بِأَيْدِيهِمْ، يَعْني شَيْئًا؛ وَكَانَتِ الأَنْصَارُ أَهْلَ الأَرْضِ وَالْعَقَارِ فَقَاسَمَهُمُ الأَنْصَارُ عَلَى أَنْ يُعْطُوهُمْ ثِمَارَ أَمْوَالِهِمْ كُلَّ عَامٍ، وَيَكْفُوهُمُ الْعَمَلَ وَالْمَئُونَةَ؛ وَكَانَتْ أُمُّهُ، أُمُّ أَنَسٍ، أُمُّ سُلَيْمٍ، كَانَتْ أُمَّ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ، فَكَانَتْ أَعْطَتْ أُمُّ أَنَسٍ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عِذَاقًا، فَأَعْطَاهُنَّ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أُمَّ أَيْمَنَ مَوْلاَتَهُ، أُمَّ أُسَامَةَ بْنِ زَيْدٍ وَأَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا فَرَغَ مِنْ قَتْلِ أَهْلِ خَيْبَرَ، فَانْصَرَفَ إِلَى الْمَدِينَةِ، رَدَّ الْمُهَاجِرُونَ إِلَى الأَنْصَارِ مَنَائِحَهُمُ الَّتِي كَانُوا مَنَحُوهُمْ مِنْ ثِمَارِهِمْ، فَرَدَّ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى أُمِّهِ عِذَاقَهَا، وَأَعْطَى رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أُمَّ أَيْمَنَ مَكَانَهُنَّ مِنْ حَائِطِهِ

1159. Ənəs İbn Malik  demişdir: “Mühacirlər Məkkədən Mədinəyə gəldikdə onların heç nəyi yox idi. Ənsarın isə əkin sahələri və mülkləri var idi. Onda ənsar öz əkin sahələrini mühacirlərlə bölüşdü və bu sahələri onlara o şərtlə verdi ki, onlar bu əkin sahələrində işləyib ağaclara qulluq etsin, ənsar da hər il götürdüyü məhsulun yarısını onlara versin.”Ənəsin anası Ummu Suleym, Əbu Təlhənin oğlu Abdullahın da anası idi. O vaxt Ummu Suleym Peyğəmbərə  bir neçə xurma ağacı verdi. Peyğəmbər  də onu azad etdiyi cariyəsinə – Usamə İbn Zeydin anası Ummu Əymənə verdi. Ənəs: “Peyğəmbər  xeybərlilərlə döyüşü başa çatdırıb Mədinəyə qayıtdıqdan sonra mühacirlər ənsarın verdikləri ağacları özlərinə qaytardılar. Həmçinin Peyğəmbər  Ummu Suleymin ağaclarını özünə qaytardı. Bunların yerinə Peyğəmbər  öz xurma bağının bir hissəsini Ummu Əymənə verdi” (Buxari 2630, 4702, Muslim 4702, 1771/70)

حديث أَنَسٍ رضي الله عنه، قَالَ: كَانَ الرَجُلُ يَجْعَلُ لِلنَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ النَّخَلاَتِ، حَتَّى افْتَتَحَ قُرَيْظَةَ وَالنَّضِيرَ وَإِنَّ أَهْلِي أَمَرُونِي أَنْ آتِيَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَسْأَلَهُ الَّذِينَ كَانُوا أَعْطَوْهُ أَوْ بَعْضَهُ؛ وَكَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ أَعْطَاهُ أُمَّ أَيْمَنَ؛ فَجَاءَتْ أُمُّ أَيْمَنَ فَجَعَلتِ الثَّوْبَ فِي عُنُقِي، تَقُولُ: كَلاَّ وَالَّذِي لا إِلهَ إِلاَّ هُوَ لاَ يُعْطِيكَهُمْ وَقَدْ أَعْطَانِيَها أَوْ كَمَا قَالَتْ وَالنَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: لَكِ كَذَا وَتَقُولُ: كَلاَّ وَاللهِ حَتَّى أَعْطَاهَا عَشَرَةَ أَمْثَالِهِ، أَوْ كَمَا قَالَ

1160. Ənəs İbn Məlik  rəvayət edir ki, Ənsardan olan bəzi insanlar bəzi xurma ağaclarının məhsulunu Peyğəmbərə  təsis edirdilər. Bu hal Qureyzə və ən-Nədr fəth edilənə qədər davam etdi. Mənim ailəmdə mənə Peyğəmbərin  yanına gedib və ondan vaxtıyla verdikləri xurmaları və ya bir qismini geri verməsini istədilər. Peyğəmbər  isə bizim vaxtıyla verdiyimiz xurmaları Ummu Əymənə vermişdi. Peyğəmbər  xurma ağaclarını mənə verdi. Bu vaxtı Ummu Əymən libasını boynuna dolamış halda gəldi: (Xurmalığın mülkiyyəti ona verilmiş olduğunu zənn edərək) Belə olmaz! Ondan başqa İlah olmayan Allaha and olsun Peyğəmbər  onları mənə verdiyi halda mən onları sizə geri vermərəm” dedi və ya buna bənzər sözlər dedi. Peyğəmbər: “Mənim bu malım onun yerinə sənin olsun” deyə buyurdu. Ummu Əymən yenə də: “Belə olmaz!“ deyirdi. Nəhayət Peyğəmbər  Ummu Əymənə on mislini və ya buna bənzər sözlər dedi (o, da razı olub getdi)”. (Buxari 4120, Muslim 4703, 1771/71)

أخذ الطعام من أرض العدو

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]