Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
5
Добавлен:
01.07.2025
Размер:
9 Мб
Скачать
☆

Məğrib Namazından Qabaq İki Rükət Qılmağın Müstəhəb Olması

حديث أَنَسِ بْنِ مَالِكٍ قَالَ: كَانَ الْمُؤذِّنُ إِذَا أَذَّنَ، قَامَ نَاسٌ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَبْتَدِرُونَ السَّوَارِيَ حَتَّى يَخْرُجَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُمْ كَذلِكَ يُصَلُّونَ الرَّكْعَتَيْنِ قَبْلَ الْمَغْرِبِ، وَلَمْ يَكُنْ بَيْنَ الأَذَانِ وَالإِقَامَةِ شَيْءٌ

479. Ənəs İbn Məlik  rəvayət edir ki, Müəzzin azan verdiyi zaman Peyğəmbərin  səhabələrindən bir qrup insanlar tələsərək dirəklərə doğru durub namaz qılardılar. Peyğəmbər  çıxdığı zaman isə onları Məğrib namazından əvvəl iki rükət namaz qıldıqlarını görərdi. Beləki azan ilə iqamə arasında elə də (böyük bir vaxt) yox idi”. (Buxari 625, Mmuslim 1975, 1976)

بين كل أذانين صلاة

Azan Və İqamə Arası Namazın Qılınması

حديث عَبْدِ اللهِ بْنِ مُغَفَّلٍ، قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: بَيْنَ كلِّ أَذَانَيْنِ صَلاَةٌ، بَيْنَ كُلِّ أَذَانَيْنِ صَلاَةٌ ثُمَّ قَالَ فِي الثَّالِثَةِ: لِمَنْ شَاءَ

480. Abdullah İbn Müğəffəl əl-Müzəni  rəvayət edir ki, Peyğəmbər  üç dəfə dedi: “Hər iki azan arasında namaz vardır”, (sonra da əlavə etdi): “(Bunu) istəyənlər üçün.”Digər rəvayətdə deyilir ki, (Peyğəmbər): “Hər iki azan arasında namaz vardır, hər iki azan arasında namaz vardır” demiş və üçüncü dəfə: “(Bunu) istəyənlər üçün” deyə əlavə etmişdir. (Buxari 624, 627, 1977, Muslim 1977, 1978, 838/304)

صلاة الخوف

Qorxu Namazı

حديث ابْنِ عُمَرَ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى بِإِحْدَى الطَّائِفَتَيْنِ، وَالطَّائِفَةُ الأُخْرَى مُوَاجِهَةَ الْعَدُوِّ، ثُمَّ انْصَرَفُوا، فَقَامُوا فِي مَقَامِ أَصْحَابِهِمْ، فَجَاءَ أُولئِكَ فَصَلَّى بِهِمْ رَكْعَةً، ثُمَّ سَلَّمَ عَلَيْهِمْ، ثُمَّ قَامَ هؤلاَءِ فَقَضَوْا رَكْعَتَهُمْ، وَقَامَ هؤلاَءِ فَقَضَوْا رَكْعَتَهُمْ

481. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İki dəstədən birinə qorxu namazını qıdırdı. Bu vaxt digər dəstə üzü düşmənə tərəf çevrilmiş haldaydı. Sonra Rəsulullahın  namaz qıldırdığı kimsələr çəkilib dostlarının yerində durdular. Bu dəfə düşmənə tərəf yönələn onlar oldular. Rəsulullah  onlara bir rükət namaz qıldırdı. Sonra salam verdi. Birinci dəstə qalxıb əskik rükətlərini qıldılar, sonra da digər dəstə qalxıb rükətlərini əda etdilər”. (Buxari 4133, Muslim 1979, 839/305)

حديث سَهْلِ بْنِ أَبِي حَثْمَةَ، قَالَ: يَقُومُ الإِمَامُ مُسْتَقْبِلَ الْقِبْلَةِ، وَطَائِفَةٌ مِنْهُمْ مَعَهُ، وَطَائِفَةٌ مِنْ قِبَلِ الْعَدُوِّ، وُجُوهُهُمْ إِلَى الْعَدُوِّ، فَيُصَلِّي بِالَّذِينَ مَعَهُ رَكْعَةً، ثُمَّ يَقُومُونَ فَيَرْكَعُونَ لأَنْفُسِهِمْ رَكْعَةً، وَيَسْجُدُونَ سَجْدَتَيْنِ فِي مَكَانِهِمْ، ثُمَّ يَذْهَبُ هؤلاَءِ إِلَى مَقَامِ أُولئِكَ فَيَرْكَعُ بِهِمْ رَكْعَةً، فَلَهُ ثِنْتَانِ، ثُمَّ يَرْكَعُونَ وَيَسْجُدُونَ سَجْدَتَيْنِ

482. Səhl İbn Əbi Həsmə  rəvayət edir ki, İmam qorxu namazında qibləyə yönələrək namaza durur. (səhabələrdən) bir dəstə də (Peyğəmbərlə) bərabər namaza dururlar, digər dəstə isə üzü düşmənə tərəf dururlar. (Peyğəmbər) arxasında onlarla birlikdə bir rükət qılar, sonra onlar ayağa qalxaraq özləri bir rükət qılar və olduqları yerdə iki dəfə səcdə edərlər. Sonra namazı qılmış olanlar düşmənlə üzbəüz olanların yerinə keçərlər, düşmənlə üzbəüz olanlar isə Peyğəmbərin  yanına gələrək onunla birlikdə bir rükət qılarlar. Sonra onlar da özləri bir rükət qılar və iki dəfə səcdə edərlər”. (Buxari 4131, Muslim 1984, 841/309)

حديث خَوَّاتِ بْنِ جُبَيْرٍ عَنْ صَالِحِ بْنِ خَوَّاتٍ عَمَّنْ شَهِدَ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ ذَاتِ الرِّقَاعِ صَلَّى صَلاَةَ الْخَوْفِ؛ أَنَّ طَائِفَةً صَفَّتْ مَعَهُ، وَطَائِفَةٌ وُجَاهَ الْعَدُوِّ، فَصَلَّى بِالَّتِي مَعَهُ رَكْعَةً، ثُمَّ ثَبَتَ قَائمًا، وَأَتَمُّوا لأَنْفُسِهِمْ، ثُمَّ انْصَرَفُوا فَصَفُّوا وُجَاهَ الْعَدُوِّ، وَجَاءَتِ الطَّائِفَةُ الأُخْرَى فَصَلَّى بِهِمِ الرَّكْعَةَ الَّتِي بَقِيَتْ مِنْ صَلاَتِهِ، ثُمَّ ثَبَتَ جَالِسًا وَأَتَمُّوا لأَنْفُسِهِمْ، ثُمَّ سَلَّمَ بِهِمْ

483. Peyğəmbərlə  birlikdə Zatur-Riqa döyüşündə qorxu namazını qılmış Səhl İbn Əbu Həsmə  rəvayət etmişdir ki, (əshabələrdən) bir dəstə Peyğəmbərin  arxasında cərgələrə düzüldü, digəri isə düşmənə qarşı üz tutdu. Peyğəmbər  arxasında namaza durmuş dəstəyə bir rükət qıldırdıqdan sonra ayağa qalxıb yerində durdu, arxasındakılar isə (ayrı-ayrılıqda) ikinci rükəti tamamladılar. Onlar namazlarını bitirdikdən sonra gedib düşmənə tərəf səf-səf düzüldülər. Sonra o biri dəstə (gəlib Peyğəmbərə  qoşuldu və Peyğəmbər ) onlara özünün qalan bir rükətini qıldırdı və oturub gözlədi. Onlar ayağa qalxıb ikinci rükəti tamamladıqdan sonra Peyğəmbər  salam verib onlarla birlikdə (namazını bitirdi)”. (Buxari 4129, Muslim 1985, 842/310).

حديث جَابِرٍ، قَالَ: كُنَّا مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِذَاتِ الرِّقَاعِ، فَإِذَا أَتَيْنَا عَلَى شَجَرَةٍ ظَلِيلَةٍ تَرَكْنَاهَا لِلنَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَجَاءَ رَجُلٌ مِنَ الْمُشْرِكِينَ وَسَيْفُ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مُعَلَّقٌ بِالشَّجَرَةِ، فَاخْتَرَطَهُ، فَقَالَ: تَخَافُنِي قَالَ: لاَ قَالَ: فَمَنْ يَمْنَعُكَ مِنِّي قَالَ: اللهُ فَتَهَدَّدَهُ أَصْحَابُ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَأُقِيمَتِ الصَّلاَةُ، فَصَلَّى بِطَائِفَةٍ رَكْعَتَيْنِ ثُمَّ تَأَخَّرُوا، وَصَلَّى بِالطَّائِفَةِ الأُخْرَى رَكْعَتَيْنِ؛ وَكَانَ لِلنَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَرْبَعٌ، وَلِلْقَوْمِ رَكْعَتَانِ

484. Cabir  rəvayət edir ki, Peyğəmbər  ilə bərabər Zətir Riqa səfərində idik. Kölgəli bir ağaca çatdığımız zaman bizlər o kölgəli ağacı Peyğəmbər  üçün buraxdıq. (Onun altına uzandı) qılıncını da ağacdan asdı. (yuxuya getdikdən sonra) müşriklərdən biri gəlib Peyğəmbərin  qılıncı qınından çıxararaq Peyğəmbərə: “İndi məndən qorxursanmı?” dedi. Peyğəmbər: “Xeyr qorxmuram” dedi. O: “İndi səni mənim əlimdən kim qurtara bilər?” dedi. Peyğəmbər: “Allah qoruyar” deyə buyurdu. (Həmən müşrikin əlindən qılınc qorxudan düşür). Səhabələr o, müşriki təhdid edərək qorxudurlar. (Peyğəmbər  onu cəzalandırmadan buraxır). Bu vaxt namaz üçün iqamə verilir. Peyğəmbər  səhabələri (iki dəstəyə bölür). Bir dəstəyə iki rükət namaz qıldırır. (iki rükətdən) sonra bu dəstə düşmən tərəfə keçir, düşmən tərəfdə olan dəstə isə Peyğəmbərin  arxasına namaza gəlirlər. O, dəstəyə də iki rükət qıldırır. Beləcə Peyğəmbər dörd rükət namaz qılmış olur, cəmaat isə iki rükət fərz qılmış olurlar”. (Buxari 4136, Muslim 1986, 843/311)





كتاب الجمعة

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]