Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
5
Добавлен:
01.07.2025
Размер:
9 Мб
Скачать
☆

Səhabələrin Fəziləti Kitabı





من فضائل أبي بكر الصديق رضي الله عنه

Əbu Bəkr əs-Sıddıqın  Fəziləti

حديث أَبِي بَكْرٍ رضي الله عنه، قَالَ: قُلْتُ لِلنَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَأَنَا فِي الْغَارِ، لَوْ أَنَّ أَحَدَهُمْ نَظَرَ تَحْتَ قَدَمَيْهِ لأَبْصَرَنَا فَقَالَ: مَا ظَنُّكَ، يَا أَبَا بَكْرٍ بِاثْنَيْنِ اللهُ ثَالِثُهُمَا

1540. Əbu Bəkr  rəvayət edir ki, biz Peyğəmbərlə  mağarada olduğumuz zaman mən: “Ya Rəsulullah! Onlardan (müşriklərdən) biri əyilib ayağının altına baxdğı zaman bizi mütləq görəcəkdir”. Peyğəmbər: “Ey Əbu Bəkr! Üçüncüləri Allah olan iki kimsə barəsində sən nə zənn edirsən” deyə buyurdu. (Buxari 3653, Muslim 6319, 2381/1)

حديث أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رضي الله عنه، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، جَلَسَ عَلَى الْمِنْبَرِ، فَقَالَ: إِنَّ عَبْدًا خَيَّرَهُ اللهُ بَيْنَ أَنْ يُؤْتِيَهُ مِنْ زَهْرَهِ الدُّنْيَا مَا شَاءَ، وَبَيْنَ مَا عِنْدَهُ، فَاخْتَارَ مَا عِنْدَهُ فَبَكَى أَبُو بَكْرٍ، وَقَالَ: فَدَيْنَاكَ بِآبَائِنَا وَأُمَّهَاتِنَا فَعَجِبْنَا لَهُ وَقَالَ النَّاسُ: انْظُرُوا إِلَى هذَا الشَّيْخِ، يُخْبِرُ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، عَنْ عَبْدٍ خَيَّرَهُ اللهُ بَيْنَ أَنْ يُؤْتِيَهُ مِنْ زَهْرَةِ الدُّنْيَا وَبَيْنَ مَا عِنْدَهُ، وَهُوَ يَقُولُ: فَدَيْنَاكَ بِآبَائِنَا وَأُمَّهَاتِنَا فَكَانَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ هُوَ الْمُخَيّرَ، وَكَانَ أَبُو بَكْرٍ هُوَ أَعْلَمَنَا بِه وَقَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ مِنْ أَمَنِّ النَّاسِ عَلَيَّ فِي صُحْبَتِهِ وَمَالِهِ أَبَا بَكْرٍ، وَلَوْ كُنْتُ مُتَّخِذًا خَلِيلاً مِنْ أُمَّتِي لاَتَّخَذْتُ أَبَا بَكْرٍ، إِلاَّ خُلَّةَ الإِسْلاَمِ لا يَبْقَيَنَّ فِي الْمَسْجِد خَوْخَةٌ إِلاَّ خَوْخَةُ أَبِي بَكْرٍ

1541. Əbu Səid əl-Xudri  rəvayət edir ki, Peyğəmbər  minbərin üzərinə oturdu və buyurdu: “Allah bir bəndəyə dünya naz-nemətləri ilə onun dərgahında olan şeylər arasında seçim verdi, o da Allah dərgahında olanları seçdi”. Əbu Bəkr  ağladı və: “Ata, analarımızı sənə fəda edək”. Biz Əbu Bəkrin  sözlərinə heyrət etdik. İnsanlar da heyrət edib: “Şeyxə baxın! Seçim qarşısında qalan Peyğəmbər idi və bizdən bunu ən yaxşı bilən Əbu Bəkr  idi. Peyğəmbər: “Həqiqətən malı və yoldaşlığı xüsusunda mənə ən comərd olan Əbu Bəkrdir. Əgər mən xəlil (dost, yoldaş) götürsəydim, Əbu Bəkri  xəlil götürərdim. Lakin din qardaşlığı (əfzəldir.) Məsciddə Əbu Bəkrin  qapısından başqa bir açıq qapı qalmasın!” deyə buyurdu. (Buxari 3904, Muslim 6320, 2382/2)

حديث عَمْرِو بْنِ الْعَاصِ رضي الله عنه، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، بَعَثَهُ عَلَى جَيْشِ ذَاتِ السَّلاَسِلِ فَأَتَيْتُهُ فَقُلْتُ: أَيُّ النَّاسِ أَحَبُّ إِلَيْكَ قَالَ: عَائِشَةُ فَقُلْتُ: مِنَ الرِّجَالِ قَالَ: أَبُوهَا، قُلْتُ: ثُمَّ مَنْ قَالَ: ثُمَّ عُمَرُ بْنُ الْخَطَّابِ فَعَدَّ رِجَالاً

1542. Amr İbn əl-As  rəvayət etmişdir ki, Peyğəmbər  onu Zatus Sələsil ordusuna başçı təyin edib döyüşə göndərdi. (Amr dedi: “Mən Peyğəmbərin  yanına gəlib soruşdum: “Sənin ən çox sevdiyin adam kimdir?” O: “Aişədir” dedi. Dedim: “Bəs kişilərdən kimdir?” Dedi: “Atası!” Soruşdum: “Sonra kim?” O: “Ömər İbn Xəttabdır ” dedi və (başqa) bir neçə adamın adını çək­di. (Buxari 3662, Muslim 6328, 2384/8)

حديث جُبَيْرِ بْنِ مُطْعِمِ، قَالَ: أَتَتِ امْرَأَةٌ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَمَرَهَا أَنْ تَرْجِع إِلَيْهِ قَالَتْ: أَرَأَيْتَ إِنْ جِئْتُ وَلَمْ أَجِدْكَ كَأَنَّهَا تَقولُ: الْمَوْتَ قَالَ عَلَيْهِ السَّلاَمُ: إِنْ لَمْ تَجِدِيني فَأْتِي أَبَا بَكْرٍ

1543. Cubeyr İbn Mutim  demişdir: “(Bir dəfə) bir qadın Peyğəmbərin  yanına gəldi və o, qadına (bir müddətdən sonra) gəlməyi buyurdu. Qadın: “Bəs gəlib səni tapmasam necə olsun?” deyə soruşdu. Sanki o, Peyğəmbərin  vəfat edəcəyini qəsd edirdi. Peyğəmbər: “Məni tapmasan, Əbu Bəkrin yanına gedərsən!” (Buxari 3659, 7220, 7360, Muslim 6330, 2386/10)

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، قَالَ: صَلَّى رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، صَلاَةَ الصُّبْحِ ثُمَّ أَقْبَلَ عَلَى النَّاسِ، فَقَالَ: بَيْنَا رَجُلٌ يَسُوقُ بَقَرَةً إِذْ رَكِبهَا فَضَرَبَهَا فَقَالَتْ: إِنَّا لَمْ نُخْلَقْ لِهذَا؛ إِنَّمَا خُلِقْنَا لِلْحَرْثِ فَقَالَ النَّاسُ: سُبْحَانَ اللهِ بَقَرَةٌ تَكَلَّمُ فَقَالَ: فَإِنِّي أُومِنُ بِهذَا، أَنَا وَأَبُو بَكْرٍ وَعُمَرُ وَمَا هُمَا ثَمَّ وَبَيْنَمَا رَجُلٌ فِي غَنَمِهِ إِذْ عَدَا الذِّئْبُ فَذَهَبَ مِنْهَا بَشَاةٍ، فَطَلَبَ حَتَّى كَأَنَّهُ اسْتَنْقَذَهَا مِنْهُ، فَقَالَ لَهُ الذِّئْبُ: هذَا، اسْتَنْقَذْتَهَا مِنِّي، فَمَنْ لَهَا يَوْمَ السَّبُعِ، يَوْمَ لاَ رَاعِيَ لَهَا غَيْرِي فَقَالَ النَّاسُ: سُبْحَانَ اللهِ ذِئْبٌ يَتَكَلَّمُ قَالَ: فَإِنِّي أُومِنُ بِهذَا أَنَا وَأَبُو بَكْرٍ وَعُمَرُ وَمَا هُمَا ثَمَّ

1544. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  sübh namazını qıldıqdan sonra insanlara tərəf yönələrək buyurdu: «Bir nəfər inəyin üzərinə minir. İnək insana baxaraq dilə gəlir və: «Mən bunun üçün yaradılmadım. Lakin mən əkinçilik üçün yaradıldım». İnsanlar heyrətlə: «Subhənəllah! Danışan bir inək» dedilər. Peyğəmbər: «Mən (onun danışmasına) inanıram. Əbu Bəkr  və Ömər  də inanırlar» deyə buyurdu. (Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  bu sözləri söylədiyi zaman onlar orada yox idilər). Peyğəmbər: «Bir çoban qoyun sürüsü içərisində olduğu vaxt bir canavar sürüyə hücum edib qoyunlardan birini götürür. Çoban da canavarı təqib edərək qoyunu ondan alır. Bunun üzərinə qurd çobana: «Mənim onların arasında qalacağım gün, qocaldığından dolayı onların məndən başqa bir çobanı da olmayacağı gün, onları məndən kim qurtarır?» dedi. İnsanlar: «Subhənəllah! Danışan qurd» dedilər. Peyğəmbər: «Mən (onun danışımasına) inanıram. Əbu Bəkr  və Ömər  inanırlar (Halbuki Əbu Bəkr  və Ömər  orada yox idilər)» deyə buyurdu. (Buxari 3471, Muslim 6336, 2388/13)

من فضائل عمر رضي الله تعالى عنه

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]