Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
5
Добавлен:
01.07.2025
Размер:
9 Мб
Скачать
☆

Şəhidliyin Bəyanı

حديث أَبِي هُرَيْرَةَ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: بَيْنَمَا رَجُلٌ يَمْشِي بِطَرِيقٍ وَجَدَ غُصْنَ شَوْكٍ عَلَى الطَّرِيقِ، فَأَخَّرَهُ فَشَكَرَ اللهُ لَهُ، فَغَفَرَ لَهُ ثُمَّ قَالَ: الشُّهَدَاءُ خَمْسَةٌ: الْمَطْعُونُ وَالْمَبْطُونُ وَالْغَرِيقُ وَصَاحِبُ الْهَدْمِ وَالشَّهِيدُ فِي سَبِيلِ اللهِ وَقَالَ لَوْ يَعْلَمُ النَّاسُ مَا فِي النِّدَاءِ وَالصَّفِّ الأَوَّلِ ثُمَّ لَمْ يَجِدُوا إِلاَّ أَنْ يَسْتَهِمُوا لاَسْتَهَمُوا عَلَيْهِ.

1247. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bir nəfər yolla gedərkən yolun üstündə tikanlı bir budaq gördü və onu götürüb kənara atdı. Allah da onun (əməlini) bəyəndi və onun (günahlarını) bağışladı.”Sonra buyurdu: “Beş nəfər şəhid sayılır: taundan ölənlər, qarın xəstəliklərindən ölənlər, suda böğulanlar, uçqunlar altında qalıb ölənlər və Allah yolunda (vuruşub) şəhid olanlar. Əgər insanlar azan və birinci səffdə olmağın fəzilətini bilsəydilər püşk atmaqdan başqa bir çarələri qalmasaydı onu da edərdilər”. (Buxari 652-653, Muslim 5049, 1914/164)

حديث أَنَسِ بْنِ مَالِكٍ رضي الله عنه، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: الطَّاعُونُ شَهَادَةٌ لِكُلِّ مُسْلِمٍ

1248. Ənəs İbn Malik  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Taun xəstəliyindən (ölən) hər bir müsəlman şəhiddir.” (Buxari, 2830, 5732, Muslim 5033, 1916/166)

حديث الْمُغِيرَةِ بْنِ شُعْبَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: لاَ يَزَالُ نَاسٌ مِنْ أُمَّتِي ظَاهِرِينَ حَتَّى يَأْتِيَهُمْ أَمْرُ اللهِ وَهُمْ ظَاهِرُونَ

1249. Muğira İbn Şöbə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Ümmətimdən bir qrup insanlar qalib gəlməkdə davam edəcəklər. Onlar bu qalib halda olduqları zaman Allahın əmri onlara gələcəkdir”. (Buxari 3640, Muslim 5060, 1921/171)

حديث مُعَاوِيَةَ، قَالَ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: لاَ يَزَالُ مِنْ أُمَّتِي أُمَّةٌ قَائِمَةٌ بِأَمْرِ اللهِ لاَ يَضُرُّهُمْ مَنْ خَذَلَهُمْ وَلاَ مَنْ خَالَفَهُمْ حَتَّى يَأْتِيَهُمْ أَمْرُ اللهِ وَهُمْ عَلَى ذلِكَ

1250. Muaviyə  rəvayət edir ki, Peyğəmbərin  belə buyurduğunu eşitdim: “Mənim ümmətimdən bir topluluq Allahın əmrini yerinə yetirməyə davam edəcəkdir. Onlara kömək etməkdən imtina edənlər və müxalif olanlar bu tayfaya zərər vrməyəcəkdir. Allahın əmri onlara gələnə qədər onlar (qalib və zəffər üzərədilər)”. (Buxari 3641, Muslim 5064, 1923/173)

السفر قطعة من العذاب واستحباب تعجيل المسافر إِلى أهله بعد قضاء شغله

Səfərin Əzabdan Bir Parça Olması Və Müsafirin İşini Bitirdikdən Sonra Tələsik Özünü Evinə Yetirməsinin Müstəhəb Olması

حديث أَبِي هُرَيْرَةَ رضي الله عنه، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: السَّفَرُ قِطْعَةٌ مِنَ الْعَذَابِ، يَمْنَعُ أَحَدَكُمْ طَعَامَهُ وَشَرَابَهُ وَنَوْمَهُ، فَإِذَا قَضى نَهْمَتَهُ فَلْيُعَجِّلْ إِلَى أَهْلِهِ

1251. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Səfər əzabın bir parçasıdır. O, hər birinizi yeməyindən, içməyindən və yatmağından qoyur. Hər kim öz tələbatını ödəmişdirsə, ailəsinin yanına tələssin!” (Buxari, 1804, Muslim 5070, 1927/179)

كراهة الطروق وهو الدخول ليلاً لمن ورد من سفر

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]