Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
5
Добавлен:
01.07.2025
Размер:
9 Мб
Скачать
☆

Bismilləhin Səslə Deyilməməsini Söyləyənlərin Dəlili

عَنْ أَنَسٍ ، أَنَّ النَّبِىَّ  وَأَبَا بَكْرٍ وَعُمَرَ  كَانُوا يَفْتَتِحُونَ الصَّلاَةَ بِـ «الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ»

225. Ənəs  demişdir: “Peyğəmbər , Əbu Bəkr və Ömər  namazı “Əlhəmdulillahi Rabbil Aləmin” kəlməsi ilə başlayardılar. (Buxari 743, Muslim 606, 918)

التشهد في الصلاة

Namazda Təşəhhüd

حديث عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ، قَالَ: كُنَّا إِذَا صَلَّيْنَا مَعَ النَّبِيِّ صلى الله عليه وسلم قُلْنَا السَّلاَمُ عَلَى اللهِ قَبْلَ عِبَادِهِ، السَّلاَمُ عَلَى جِبْرِيلَ، السَّلاَمُ عَلَى مِيكَائِيلَ، السَّلاَمُ عَلَى فُلاَنٍ؛ فَلَمَّا انْصَرَفَ النَّبِيُّ صلى الله عليه وسلم أَقْبَلَ عَلَيْنَا بِوَجْهِهِ، فَقَالَ: إِنَّ اللهَ هَوَ السَّلاَمُ، فَإِذَا جَلَسَ أَحَدُكُمْ فِي الصَّلاَةِ فَلْيَقُلِ التَّحِيَّاتُ للهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ؛ فَإِنَّهُ إِذَا قَالَ ذَلِكَ أَصَابَ كُلَّ عَبْدٍ صَالِحٍ في السَّمَاءِ والأَرْضِ؛ أَشْهَدُ أَنْ لاَ إِلهَ إِلاَّ اللهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ، ثُمَّ يَتَخَيَّرُ بَعْدُ مِنَ الْكَلاَم مَا شَاءَ

226. Abdullah İbn Məsud  rəvayət edir ki, biz Peyğəmbər  ilə bərabər namaz qılarkən: “Qullarından öncə Allaha salam olsun, Cəbrailə və Mikailə salam olsun, filankəsə salam olsun” deyərdik. (Bir dəfə) Peyğəmbər  namazı bitirdikdən sonra bizə tərəf üzünü döndərib buyurdu: “Həqiqətən, Salam Allahın Özüdür. Qoy sizlərdən biri namazda təşəhüddə oturduqda belə desin: “Ət-Təhiyyətu Lilləhi, Vəs-Səlavatu Vət-Tay­yibat, Əs-Səlamu Aleykə Əyyuhən-Nəbiyyu Və Rahmətullahi Və Bərəkatuhu, Əs-Səlamu Aleynə Və Alə Ibadillahis-Salihin - Salam­lar, dualar və gözəl şeylər Allaha məxsusdur. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (yetişsin)! Bizə və Allahın əməlisaleh qullarına salam olsun!” Əgər siz bu sözləri desəniz, bunlar Allahın göylərdə və yerdə olan hər bir əməlisaleh quluna yetişər. (Sonra desin:) “Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Sonra istədiyi xeyirli sözləri söyləyə bilər (Yəni, dua etmək)” (Buxari 831, 6230, Muslim 402, 609, 924)

الصلاة على النبي بعد التشهد

Təşəhhüdən Sonra Peyğəmbərə  Salavat Gətirmək

حديث كَعْبِ بْنِ عُجْرَةَ عَنْ عَبْدِ الرَّحْمنِ ابْنِ أَبِي لَيْلَى، قَالَ: لَقِيَنِي كَعْبُ بْن عُجْرَةَ؛ فَقَالَ: أَلاَ أُهْدِي لَكَ هَدِيَّةً سَمِعْتُهَا مِنَ النَّبِيِّ صلى الله عليه وسلم فَقُلْتُ: بَلَى فَأَهْدِهَا لِي فَقَالَ: سَأَلْنَا رَسُولَ اللهِ صلى الله عليه وسلم فَقُلْنَا: يَا رَسُولَ اللهِ كَيْفَ الصَّلاَةُ عَلَيْكُمْ أَهْلَ الْبَيْتِ فَإِنَّ اللهَ قَدْ عَلَّمَنَا كَيْفَ نُسَلِّمُ عَلَيْكُمْ، قَالَ: قُولُوا اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ، اللَّهُمَّ بَارِكْ عَلى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ

227. AbdurRahman İbn Əbi Leylə deyir ki, Kəb İbn Ucra  ilə qarşılaşdım. Mənə dedi: “Peyğəmbərdən  eşitdiyim bir hədiyyəni sənə hədiyyə etməyimi istəyirsənmi?”. Mən: “Bəli, mənə hədiyyə et!” dedim. Biz: “Ya Rəsulullah! Sizin Əhli Beytinizə slavat necə olmalıdır? Həqiqətən Aallah sizə necə salavat deməyi bizə öyrətmişdir”. Peyğəmbər: “Deyin Allahummə Salli Alə Muhəmmədin Və Alə Əli Muhəmməd Kəmə Salleytə Alə İbrhimə Və Alə Əli İbrahim İnnəkə Həmidun Məcid, Allahummə Bərik Alə Muhəmmədin Və Alə Əli Muhəmmədin Kəmə Bəraktə Alə İbrahimə Və Alə Əli İbrahim İnnəkə Həmidun Məcid”. (Buxari 3370, 6357, Muslim 406, 614, 935)

عَنْ أَبِي حُمَيْدٍ السَّاعِدِىُّ  أَنَّهُمْ قَالُوا: يَا رَسُولَ اللَّهِ كَيْفَ نُصَلِّى عَلَيْكَ فَقَالَ رَسُولُ اللَّهِ : «قُولُوا اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَأَزْوَاجِهِ وَذُرِّيَّتِهِ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَأَزْوَاجِهِ وَذُرِّيَّتِهِ، كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ».

228. Əbu Humeyd əs-Saidi  rəvayət edir ki, (bir dəfə) əshabələr soruşdular: “Ya Rəsulullah, salavatı sənə necə gətirməliyik?”. Peyğəmbər: “Deyin: “Allahummə Salli Alə Muhəmmədin Və Əzvacihi Və Zurriyyətihi, Kəmə Sal­ley­tə Alə Ali Ibrahim, Və Barik Alə Muhəmmədin Və Əzvacihi Və Zurriyyətihi, Kə­mə Barəktə Alə Ali Ib­ra­him. İnnəkə Hə­midun Məcid” (Buxari 3369, 6360; Muslim 407, 615, 938)

التسميع والتحميد والتأمين

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]