Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
5
Добавлен:
01.07.2025
Размер:
9 Мб
Скачать
☆

Sad İbn Əbu Vaqqasın  Fəziləti

حديث عَائِشَةَ قَالَتْ: كَانَ النَبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَهِرَ، فَلَمَّا قَدِمَ الْمَدِينَةَ، قَالَ لَيْتَ رَجُلاً مِنْ أَصْحَابِي صَالِحًا يَحْرُسُنِي اللَّيْلَةَ إِذْ سَمِعْنَا صَوْتَ سِلاَحٍ فَقَالَ: مَنْ هذَا فَقَالَ: أَنَا سَعْدُ بْنُ أَبِي وَقَّاصٍ، جِئْتُ لأَحْرُسَكَ وَنَامَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ

1560. Aişə  demişdir: “(Bir dəfə) Peyğəmbər  (səfərdə ikən) səhərə qədər yatmadı. Sonra Mədinəyə gəlib çatdıqda dedi: “Nə olaydı, əshabələrimdən əməlisaleh bir adam bu gecə məni mühafizə edəydi.” Bunu deyən kimi biz silah səsi eşitdik. Peyğəmbər: “Kimdir bu?” deyə soruşdu. (Gələn adam) dedi: “Mənəm – Səd İbn Əbu Vəqqas! Gəlmişəm səni mühafizə edim.” (Bundan sonra) Peyğəmbər  yatdı.” (Buxari 2885, Muslim 6383, 6384, 2410/39)

حديث عَلِيٍّ رضي الله عنه، قَالَ: مَا رَأَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُفَدِّي رَجُلاً بَعْدَ سَعْدٍ سَمِعْتُهُ يَقُولُ: ارْمِ، فِدَاكَ أَبِي وَأُمِّي

1561. Əli  demişdir: “Mən Peyğəmbərin  Səddən başqa heç kəsə: “Atam-anam sənə fəda olsun!” dediyini eşitməmişəm. Mən onun (Səd İbn Əbu Vəqqasa) belə dediyini eştmişəm: “Oxla vur (onları), atam-anam sənə fəda olsun!” (Buxari 2905, 4059, Muslim 6386, 2411/41)

حديث سَعْدٍ قَالَ: جَمَعَ لِي النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، أَبَوَيْهِ يَوْمَ أُحُدٍ

1562. Səd İbn Əbu Vəqqas  demişdir: “Uhud döyüşündə Peyğəmbər  mənə: “Atam-anam sənə qurban” demişdi.” (Buxari 3725, 4056, Muslim 6388, 2412/42)

فضائل طلحة والزبير رضي الله تعالى عنهما

Təlhə  Və Zubeyrin  Fəziləti

حديث طَلْحَةَ وَسَعْدٍ عَنْ أَبِي عُثْمَانَ، قَالَ: لَمْ يَبْق مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي بَعْضِ تِلْكَ الأَيَّامِ، الَّتِي قَاتَلَ فِيهِنَّ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، غَيْرُ طَلْحَةَ وَسَعْدِ، عَنْ حَدِيثِهِمَا

1563. Əbu Osman  demişdir: “Peyğəmbər  vuruşduğu o günlərin birində (Uhud döyüşü) onun yanında Təlhədən  və Səd (İbn Əbu Vəqqasdan) başqa heç kəs qalmamışdı.” (Buxari 3722-3723, 4060, 4061, Muslim 6395, 2414/47)

حديث جَابِرٍ رضي الله عنه، قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ يَأْتِينِي بِخَبَرِ الْقَوْمِ يَوْمَ الأَحْزَابِ قَالَ الزُّبَيْرُ: أَنَا ثُمَّ قَالَ: مَنْ يَأْتِينِي بِخَبَرِ الْقَوْمِ قَالَ الزُّبَيْرُ: أَنا فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ لِكُلِّ نَبِيٍّ حَوَارِيًّا، وَحَوَارِيَّ الزُّبَيْرُ

1564. Cabir  rəvayət edir ki, Əhzab günü (Xəndək döyüşü) Peyğəmbər  soruşdu: “Kim gedib mənə bu adamlardan xəbər gətirər?” Zubeyr: “Mən (gedərəm)!” dedi. Peyğəmbər  (bir də) soruşdu: “Kim gedib mənə bu adamlardan xəbər gətirər?” (Yenə) Zubeyr: “Mən (gedərəm)!” dedi. Onda Peyğəmbər: “Hər bir peyğəmbərin həvarisi (ən yaxın köməkçisi) olmuşdur. Mənim də həvarim, Zubeyrdir!” (Buxari 2846, 2997, Muslim 6396, 2415/48)

حديث الزُّبَيْرِ عَنْ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ، قَالَ: كُنْتُ، يَوْمَ الأَحْزَابِ، جُعِلْتُ أَنَا وَعُمَرُ بْنُ أَبِي سَلَمَةَ، فِي النِّسَاءِ فَنَظَرْتُ فَإِذَا أَنَا بالزُّبَيْرِ عَلَى فَرسِهِ، يَخْتَلِفُ إِلَى بَنِي قُرَيْظَةَ، مَرَّتَيْنِ أَوْ ثَلاَثًا فَلَمَّا رَجَعْتُ قُلْتُ: يَا أَبَتِ رَأَيْتُكَ تَخْتلِفُ، قَالَ: أَوَ هَلْ رَأيْتَنِي يَا بُنيّ قُلْتُ: نَعَمْ قَالَ: كَانَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ يَأْتِ بَنِي قُرَيْظَةَ فَيَأتِينِي بِخَبَرِهِمْ فَانْطَلَقْتُ، فَلَمَّا رجَعْتُ جَمَعَ لِي رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَبَوَيْهِ، فَقَالَ: فِدَاكَ أَبِي وَأُمِّي

1565. Abdullah İbn Zubeyr  demişdir: “Əhzab günü mən Ömər İbn Əbu Sələmə ilə birlikdə qadınların yanında idim. Bir də baxıb gördüm ki, (atam) Zubeyr  atını iki və ya üç kərə Bənu Qureyzə qəbiləsinə tərəf çapdı. (Mədinəyə) qayıtdıqda mən dedim: “Atacan, mən sənin (bir neçə dəfə Bənu Qureyzə qəbiləsinə) gedib-gəldiyini gördüm.” (Atam) soruşdu: “Doğrudan gördün, oğul bala?” Mən: “Bəli!” deyə cavab verdim. (Atam) dedi: “Pey­ğəmbər  (əshabələrinə): “Kim Bənu Qureyzəyə gedib onlar barədə mənə xəbər gətirər?” deyə müraciət etdi. Mən də ora elə buna görə getdim. Mən oradan qayıtdıqdan sonra Peyğəmbər  ata-anasını yad edib mənə: “Atam-anam sənə qurban” dedi. (Buxari 3720, Muslim 6398, 2416/49)

فضائل أبي عبيدة بن الجراح رضي الله تعالى عنه

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]