- •Seyid əhməd mahmudi
- •Müqəddimə
- •Birinci dərs
- •2. Dinin əsas dayaqları nədən ibarətdir?
- •Suallar
- •İkinci dərs dinə meylin səbəb və motivləri (1)
- •1. İnsan dinə, məzhəbə və Allaha e`tiqad bəsləməyə necə meyl göstərmişdir?
- •2. İnsanların dinə yönəlməsində cəhalət, qorxu və ictimai-əxlaqi ehtiyaclar nə kimi tə`sir göstərmişdir?
- •1. Cəhalət nəzəriyyəsi:
- •2. Qorxu nəzəriyyəsi:
- •3. Əxlaqi və ictimai ehtiyaclar nəzəriyyəsi:
- •Sual və tapşiriqlar
- •Dinə meylin səbəb və motivləri (2)
- •1. İqtisadi amillərin və cinsi ehtiyacların dinin formalaşmasında nə kimi rolu olmuşdur?
- •2. Bəxt və taleyə inamın dinə yönəlmənin səbəblərindən biri hesab etmək olarmı?
- •3. Dinə yönəlmənin əsas amilləri hansılardır?
- •4. Iqtisadi amil nəzəriyyəsi:
- •5. Cinsi nəzəriyyə: (freydizm)
- •6. Bəxt nəzəriyyəsi:
- •Sual və tapşiriqlar
- •İbtidai dinlər (1) fetişizm və animizm
- •1.Fetişizm;
- •2.Animizm;
- •3.Totemizm.
- •1. Fetişizm
- •2. Animizm
- •Animizm ilə fetişizmin fərqi
- •Ərəbistan yarimadasinda animizm
- •Sual və tapşiriqlar
- •Beşinci dərs
- •İbtidai dinlər (2)
- •3. Totemizm
- •Totemizmin əsas prinsipləri
- •V) Tabu: (Taboo)
- •Qədim və müasir totemlər
- •2. Manaya e’tiqad
- •3. Sehr və cadu
- •4. Tabuya e’tiqad
- •5. Təmizlənmə və paklandirma
- •6. Diri zənn etmə
- •7. Təbiətə sitayiş
- •8. Qurbanliq
- •9. Ölülərə hörmət qoyulmasi
- •10. Insan, təbiət və varliq ruhunun vəhdəti
- •11. Varliq aləminin mənşəyinə qovuşmaq meyli
- •12. Eşq və sitayiş
- •13. Əbədiyyətə e`tiqad
- •14. Ixtiyar və seçki
- •Sual və tapşiriqlar
- •Mütaliə üçün bir ibtidai cəmiyyətin tədqiqi
- •Yeddinci dərs
- •Veda dini (1)
- •Veda ayininin tarixi
- •Veda mə`budlari
- •1. Çoxallahlıq:
- •2. Kollektiv mə`budlar;
- •3. Monoteizm.
- •Sual və tapşiriqlar
- •Səkkizinci dərs
- •Veda ayini (2) müqəddəs kitablar - veda
- •1. Riqveda:
- •İstər çox güclü qərb fatehləri olsun və istərsə də şərqin müzəffərləri!
- •İndra xilas etməkdə güclü və kömək etməkdə bağışlayandır!
- •2. Yacurveda:
- •3. Samaveda:
- •4. Asarvaveda:
- •Sual və tapşiriqlar
- •Doqquzuncu dərs brahman ayini (1)
- •Veda ayinindəki dəyişikliklər
- •İdeoloji dəyişikliklər
- •1. Brahmana e`tiqad:
- •5. Mukşa (nicat yolu)
- •Sual və tapşiriqlar
- •3. Müqəddəs kitablar
- •Sual və tapşiriqlar
- •Caynizm ayininin banisi
- •Mə`buda e`tiqad
- •Civa və aciva
- •Karma və samsara
- •Əxlaq və rəftar prinsipləri (normalari)
- •Polemika və tədqiqat
- •Buddizm (1) budda
- •Suallar
- •Buddizm (2)
- •Karma və samsara
- •Müqəddəs kitablari
- •Həyatin dörd məqsədi
- •Nicat yollari
- •Mə`budlarin həyat yoldaşlari
- •2. Ibadət və pərəstiş
- •4. Qanqa çayi
- •5. Brahman
- •Polemika və tədqiqat
- •İyirmi üçüncü dərs siqh ayini (1)
- •Siqh ayinini formalaşdiran zəminlər
- •Nanakin təbliğat metodu
- •2. Allahi zikr etmək
- •Sual və tapşiriqlar
- •İyirmi dördüncü dərs siqh ayini (2)
- •1. Tovhid:
- •3. Insan və dünya
- •4. Ibadət
- •5. Qrant
- •Sual və tapşiriqlar
- •İyirmi beşinci dərs tao ayini (1)
- •Tao ayinin kökləri
- •B) taoizmdə sehrkarliq
- •C) taoizmin dini yönləri
- •Suallar
- •İyirmi yeddinci dərs konfusion ayini
- •Konfusion barəsində
- •Konfusion ayininin əsas mənbələri
- •Konfusion ayininin formalaşma zəmini
- •Konfusion əxlaqi
- •Konfusion ayininin əqidələri
- •Sual və tapşiriqlar
- •İyirmi doqquzuncu dərs şinto ayini
- •Şintonun mə`nasi
- •Əsaslari və e`tiqadlari
- •Dini dəyişikliklər
- •Dini ayin və mərasimlər
- •Sual və tapşiriqlar
- •Otuzuncu dərs zərdüştilik (1) müqəddimə
- •Zərdüştiliyin tarixçəsi
- •Muğan dini
- •Mehrpərəstlik, yaxud mitraizim
- •Sual və tapşiriqlar
- •Otuz birinci dərs zərdüştilik (2)
- •Peyğəmbərliyə seçilmə
- •Sual və tapşiriqlar
- •Otuz ikinci dərs zərdüştiliyin əqidələri
- •1. Tövhid, yoxsa ikilik?
- •2. Dominu:
- •3. Axirət:
- •Sual və tapşiriqlar
- •Otuz üçüncü dərs avesta
- •İkinci hissə: «Vistert»
- •Suallar
- •Otuz dördüncü dərs zərdüştiliyin dini ayinləri
- •1. Odun müqəddəs sanılması:
- •6. Ölülərin dəfn mərasimi:
- •1. Sənəviyyani Məzdai:
- •2. Məsxiyyə:
- •3. Zərvaniyyə:
- •2. Yeni dinlər
- •1. Manvi ayini:
- •2. Məzdəki ayini:
- •3. Məsihilik:
- •4. İslam dini:
- •3. Siaysi dəyişikliklər
- •Suallar
- •Otuz altinci dərs bəni-israil qövmü
- •Sual və tapşiriqlar
- •Otuz yeddinci dərs həzrət musa (ə) təvəllüdü və uşaqliq illəri
- •Cavanliği və ailə qurmasi
- •Peyğəmbərliyə çatmasi
- •Suallar
- •Otuz səkkizinci dərs
- •İman gətirib imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!
- •Seçilmiş qövm
- •Suallar
- •Qirxinci dərs yəhudi ayinləri və ixtilaflari
- •Şənbə günü mərasimi
- •Bayramlar
- •Yəhudi əxlaqi
- •Sual və tapşiriqlar
- •Qirx birinci dərs tövrat
- •Sual və tapşiriqlar
- •Qirx ikinci dərs təlmud
- •Təlmudun yazilmasi
- •Təlmud tə’limlərindən bə’zi nümunələr
- •Sual və tapşiriqlar
- •Qirx üçüncü dərs yəhudi firqələri
- •1. Fərisyun
- •2. Səduqiyyun
- •3. Samiriyyun
- •4. Isiniyyun
- •5. Qurravun, yaxud ənaniyyun
- •Sual və tapşiriqlar
- •Qirx dördüncü dərs sionizm
- •Sionizm necə yaranmişdir?
- •Sionist tərzi-təfəkkürü
- •Sabe kəlməsinin lüğət mə’nasi
- •Dini əsaslari
- •Müqəddəs kitablari
- •Firqələr
- •Ayinlər və hökmlər
- •Suallar və tapşiriqlar
- •Qirx altinci dərs məsihilik müqəddimə
- •İsanin (ə) zühur etdiyi əsr
- •Suallar
- •Qirx yeddinci dərs
- •Qur’an nöqteyi-nəzərindən həzrət məryəm (ə)
- •Qur’an nöqteyi-nəzərindən həzrət isa (ə)
- •İncil nöqteyi-nəzərindən həzrət isa (ə)
- •Pulsun ifa etdiyi rol
- •Məsihi mənbələrində tövhid və təslis
- •Tənqidlər və mülahizələr
- •Üçüncü mehvər həzrət məsihin mühakiməsi
- •Suallar
- •Əlli birinci dərs məsihiliyin əxlaqi
- •Asimani mələkut üçün hazirliq
- •İnsanlara məhəbbət
- •Riyakarliqdan uzaq olmaq
- •Suallar
- •Əlli ikinci dərs məsihiliyin dini qayda-qanunlari və mərasimləri
- •2. Qüvvəyə mindirmə:(Tənfiz)
- •3. Tövbə mərasimi:
- •4. Rəbbani gecə:
- •5. Tədhin: (yağ sürtmə).
- •6. İzdivac:
- •7. Vürud ayini:
- •Suallar
- •1. Mətta İncili:
- •2. Marqos İncili:
- •3. Luka İncili:
- •4. Yuhənna İncili:
- •5. Rəsulların əməlləri:
- •Suallar
- •Rahiblik (tərki dünyaliq) müqəddimə
- •Tarixçəsi
- •Qərbdə rahiblik
- •Suallar
- •Əlli beşinci dərs məsihi məzhəbləri (1)
- •Məsihilikdə məzhəb və firqələrin yaranma səbəbləri
- •Ortodoks (orthodox)
- •Protestant (protestant)
- •Sual və tapşiriqlar
- •Əlli yeddinci dərs məsihi firqələri (1)
- •Protestant firqələri
- •1. Kalunistlər
- •2. Anaba petistlər
- •3. Nankonfurmistlər
- •4. Piveritenlər
- •5. Kəvikirlər
- •6. Pitistlər
- •Nurmunlar
- •Yəhüvəh (şahidlər)
- •Sual və tapşiriqlar
Sual və tapşiriqlar
1. Kasta nədir?
2. Paryalar hansı təbəqədir?
3. Brahmanlar öz sinfi quruluşlarını dini baxımdan necə əsaslandırırlar?
4. Upanişad hansı mə’nanı ifadə edir?
5. Mano qanunları kitabında dörd təbəqə haqda nə deyilir?
Brahman ayininin dörd ictimai təbəqəsinin adını sayın.
İslam dininin insan və insan cəmiyyəti barəsində olan baxışları, bu ideologiya baxımından üstünlük me’yarından çıxış etməklə brahmanizmin sinifləşmə nəzəriyyəsini təhlil və analiz edin.
ON BİRİNCİ DƏRS
CAYNİZM (1)
TARİXÇƏSİ
MÜQƏDDİMƏ
Brahman ayininin bə`zi ictimai-ideoloji əsaslar, o cümlədən karma qanunu, tənasüx və kasta sinfi quruluşu sonrakı dövrlərdə onların ardıcılları tərəfindən inkar edilərək ciddi narazılıq və kəskin tənqidlə qarşılaşdı. Brahmanlar məhz bunlara əsaslanaraq açıq şəkildə bildirirdilər ki, öz təbəqələrindən olanlar istisna olmaqla, heç kəs kamil mə`nəvi mərhələləri qət edərək nicat və qurtuluş mənzilinə, yə’ni nirvanaya nail ola bilməz. Bu e’tiqad brahman ayinindəki digər e’tiqadlardan daha artıq tənqid və e’tirazlara mə’ruz qaldı.
Bu əqidənin ardıcılları üçün insanlar arasında yalnız bir təbəqənin nicat əhli olaraq nirvana kimi fəna mərhələsinə çata biləcəkləri, başqalarının isə on dəfələrlə doğulub-ölməkdən, sə`y göstərib əzab-əziyyət çəkməkdən sonra belə, nicat və qurtuluş mərhələsinə çata bilməyəcəkləri kimi e`tiqadı qəbul və həzm etmək çox dözülməz idi. Buna görə də Hindistan alimlərindən bir qrupu karma və tənasüx qanununu başqa bir yolla izah etməyə çalışaraq, onu təfsir etməyə başladılar. Bu təfsirlərin ən mühümü sonralar caynizm və buddizmin yaranıb formalaşmasına səbəb olmuşdur.
Caynizm ayininin banisi
Caynizm ayininin yaradacısı və banisi Natapute Vardmne idi və ardıcılları onu “mahavira”, yaxud böyük pəhləvan adlandırırlar. Mahavira miladdan 599 il əvvəl kşatrya təbəqəsindən olan “racelər” ailəsində dünyaya gəlmiş və sinfi vəziyyətinə görə öz inkişaf dövrünü rifah, var-dövlət, əmin-amanlıq içində keçirmişdir. Caynizmin müqəddəs kitablarında onun həyatı ilə əlaqədar deyilir:
“ - Mahavira beş nəfər dayə tərəfindən qorunurdu. Hər bir dayə ayrıca onun ayaq yoluna getməsi, təharət işləri, bədəninin paklığı, paltar geyməsi, yaxud oynayıb-əylənməsi işlərinə baxırdı. O, bir dayənin qucağından digərinin qucağına ötürülürdü.”
Mahavira öz gənclik dövrünü də atasının imperator sarayında naz-ne’mət içərisində keçirmiş, daha sonra zadəgan təbəqəsindən olan bir qızla evlənmişdir. Buna baxmayaraq, şahlara xass həyat tərzi ona çox iyrənc və dözülməz gəlirdi. O, zahidlik və rahiblik həyatına üstünlük verir və belə bir həyat tərzini daha çox sevirdi. Ata-anası həyatda ikən onun rahiblərə yaxınlaşması və həyat tərzlərinin tətbiqinin qəti əleyhinə olduğuna görə onlardan uzaq gəzirdi. Amma, təxminən 30 yaşında ikən ata-anası öldükdən sonra sarayın kübar həyat tərzindən uzaqlaşıb ona miras qalan var-dövlətin hamısını yoxsulların arasında bölüşdürdü və şəhərin kənarında rahiblərin monastırında yaşamağa başladı. Zadəgan paltarlarını çıxardıb, rahiblərin adətinə uyğun olaraq, əyninə sadə bir parça doladı və onların ayininə and içib öz cismini və bədənini unudacağına, üzləşəcəyi bütün xoşagəlməz hallara və çətinliklərə səbr edəcəyinə söz verdi.
Mahavira bir müddət rahiblərlə birgə yaşadıqdan sonra nicat və qurtuluşa nail olmaq, mukşadan nicat tapmaq üçün rahiblərin monastırını tərk etdi. Əbasını çiynindən götürdü, çılpaq şəkildə səhralara üz qoydu, evsiz-eşiksiz didərginlər kimi özünün asketik həyat dövrünü başladı. Yazırlar ki, o, öz səyahət və seyri-süluk müddətində bir gündən artıq bir kənddə və beş gündən artıq heç bir şəhər və ya qəsəbədə qalmamışdır. Belə ki, bir yerdə bundan artıq dayanmağı həmin yerlərə ürək bağlamaq kimi qiymətləndirirdi. Yalnız yağışlar mövsümündə bir yerdə qalmaq üçün yer seçir və orada mütləq sükunətə dalırdı. Bu fəsildə yer üzündə bir çox canlılar hərəkətə gəldiyindən Mahavira onları əzməmək və əzab-əziyyət verməmək üçün hərəkət etmirdi. O, nicat və qurtuluş prinsiplərindən birinin də canlılara əzab-əziyyət verməmək olmasına inanırdı. Buna görə də, yeriməyə başladıqda yumşaq bir süpürgə ilə öz yolunu təmizləyirdi ki, kiçik həşəratları, yaxud qarışqaları yolun üzərindən götürsün və onlara əzab-əziyyət verməsin.
Məhz bu səbəbdən, heç vaxt ət xörəkləri yeməzdi ki, heyvanların öldürülməsində payı olmasın. Həmişə dilənməklə başqalarının hazırladığı yeməklərdən yeyərdi. Su içən zaman nazik bir parça ilə suyun üzərini təmizləyirdi ki, onda kiçik canlılar olmasın. Hətta, həşəratların ağzına girib ölməməsi üçün danışan zaman ağzına bir dəsmal tuturdu. Yatan zaman da öz yatağını diqqətlə axtarırdı ki, hər hansı bir həşarat, yaxud həşaratın sürfələri olarsa, onlara zərər toxunmasın. Yazırlanlara görə o, başqa rahiblərin nazik paltar geydikləri və öz bədənlərini od qalamaqla qızdırdıqları soyuq fəsillərdə də çılpaq gəzər, ağaclara söykənməkdən çəkinər və heç vaxt sığınacağa girməzdi. Soyuq fəsillərdə kölgədə, isti fəsillərdə isə yandırıcı günəşin altında oturmaqla dərin düşüncə və meditasiyalara qərq olardı.
Mahavira heç vaxt rahatlıq məqsədi ilə yatmırdı. Yuxu onu üstələyəndə özünü oyadar və sutka ərzində azacıq yuxu ilə kifayətlənərdi. Heç vaxt dərman qəbul etməz, öz bədənini suya salmaz, başının tüklərini qısaltmazdı. Onun fikrinə görə ağızı və dişləri yumaq lazım deyildi. Qəlbində heç kəsə məhəbbət yaranmaması üçün kimsə il oturub-durmaz və danışmazdı. Kəndlilər ətrafına toplaşıb onunla söhbət etmək istədikdə Mahaviranın uzun-uzadı sükutundan bezərək ondan əl çəkirdilər. O, nə kimsəyə salam verir, nə də bir kəsin salamını alırdı. Ümumiyyətlə heç bir kəsə diqqət yetirmir, başqalarının onu təhqir edib söymələrinə dözür və heç vaxt onları dəf etmək fikrinə düşmürdü. Hətta insanların, yaxud ziyanverici və yırtıcıların verdikləri fiziki əzab-əziyyətlərə də dözür, heç vaxt e’tiraz və ya şikayət etmirdi. Onun barəsində hindusların müqəddəs kitablarında oxuyuruq:
“ - O, ifrazatın pis qoxusu, yaxud səndəl ağacının gözəl iyinə qarşı eyni dərəcədə e`tinasız idi. Samanla ləl-cəvahirata, zibillə qızıla, xoşluqla əzab-əziyyətə də eyni səviyyədə laqeydlik göstərirdi. Nə bu dünyaya bağlı idi, nə də ki bu dünyanın fövqündəki dünyaya. Nə həyat arzulayırdı, nə də ölüm.”
Hindusların müqəddəs kitablarında yazılanlara əsasən, Mahavira nəhayət on iki ildən sonra dözülməz ruhi məşğələlər, nicat və qurtuluşa çatmaq yolunda səbr və müqavimət nəticəsində 13-cü ilin ortalarında bir küncdə təfəkkürə qərq olduğu zaman nirvana və kamalın, yetkinliyin son mərhələsinə nail oldu ki, buna da terminologiyada “kivala” deyilir. Hinduslar ona bu vəziyyətdə “caynizmeh”, yə`ni qalib və fateh ləqəbi verdilər. Çünki, o bu mərhələdə tam fəth və qələbənin son həddinə çatmış, bütün maddi və dünyəvi bağlılıqları özündən uzaqlaşdıra bilmişdi. O, nəhayət ki, ardıcıl ölüm və doğumların, tənasüx və möhnətin əzab-əziyyətindən xilas ola bilmişdi. Bu ayindəki “caynizm” sözü də həmin məsələdən bəhs edir.
Mahavira uzun sürən asketik həyat mərhələsini keçdikdən sonra sükutu pozmuş, camaata moizə etməyə, onlara yol göstərməyə, özünün hasil etdiyi ayin və məslək yolunu davam etdirməyə başlamışdı.
O, otuz il çəkən və həyatının sonuna qədər davam edən bu dövrdə öz ətrafına çoxlu şagird toplaya bilmiş və öz ayininin qayda-qanunlarını onlara öyrətmişdi. Onun hinduslar və sadə brahmanlar arasından da saysız-hesabsız ardıcılları var idi. Beləliklə, caynizm ayini Hindistanın qədim brahman cəmiyyətində meydana gəlib yayıldı. Bu ayinin qayda-qanunları və əməlləri tarixin bütün enişli-yoxuşlu yollar keçməsinə, müxtəlif çətinliklərlə rastlaşmasına baxmayaraq mövcudluğunu qoruyub saxlamış və indiyə qədər davam etməkdədir. Müasir dövrdə də Hindistan yoqalarının əksəriyyəti özlərini bu ayinin ardıcılı hesab edir. Əlbəttə, bu ayin sadə əhali arasında çox da geniş yayılmayıb. Demoqraflar, hal-hazırda Hindistanda 12-13 milyon nəfər caynizm ayininin ardıcılının olduğunu qeyd etmişlər. Ardıcıllarının az olmasını nəzərə almasaq belə, caynizm ayininin araşdırılması iki cəhətdən əhəmiyyət kəsb edir:
1. Bu ayinin yeni hinduizm baxışlarına qoyduğu tə’sirlər;
2. Bu ayinin brahmanizmlə hinduizm ayini arasında birləşdirici halqa olması və bu dinlərin tarixi proseslər baxımından da tədqiqinin zəruriliyi.
Başqa sözlə demək olar ki, qeyd olunan üç mərhələnin (brahmanizm, caynizm və hinduizm) araşdırılması ilə bu ayinlərin ideoloji və konseptual prinsiplərinin bir çoxu öz-özünə aydınlaşacaqdır. Çünki, caynizm ayinində baş verən sonrakı dəyişikliklər ondakı bə’zi iradların, zəif nöqtələrin və çatışmazlıqların üzə çıxması kimi qiymətləndirilir. Bu ayinlərin tədqiqi həm də ona görə əhəmiyyətlidir ki, Qərbdə bir çox insanlar maddi həyatın əbəsliyindən məğlub olduqlarına görə asketik ruhlu hindus cərəyanlara üz tutmuşlar. Bu ayinləri araşdırmaqla, yanaşmaların düzgün olub-olmamasını anlamaq olar.
Caynizmin müqəddəs kitablarının tədqiqindən Mahaviranın 12 illik üzücü ruhi məşğələlərdən sonra nirvanaya, kamal və mütləq yetkinliyə (kivala) necə nail olması, bu vüsalın əlamət və nişanələrinin onda necə əks olması dəqiq aydınlaşmır. Əlbəttə, onun bu mə’nəvi məqama qovuşmasının dəqiq zamanı və məkanı bəyan olunmuşdur: “ - 13-cü ilin yay fəslinin ikinci ayının dördüncü həftəsində, əşyaların kölgəsi gün çıxan tərəfə qayıtdığı zaman Riqopalike çayının şimal sahilindəki Qrimbəhikə-qrame şəhərində, Samaqa adlı şəxsin tarlasında bir ağacın yaxınlığındakı köhnə mə’bədin şimal tərəfində dizləri üstə başını aşağı dikib, fikir və düşüncə dəryasına qərq olduğu zaman nirvanaya qovuşdu.”
Gördüyünüz kimi Mahaviranın nirvanaya qovuşmasının məkan və zamanına aid ən xırda məqamlar belə bəyan olunduğu halda, onun necə vüsala yetişməsi və əlamətləri haqda heç bir aydın söz deyilməmişdir. Bununla belə, Mahaviranın ardıcılları onu müqəddəsləşdirərək sitayiş etmiş və ilahi sifətlərə məxsus olan bir şəxs kimi anmışlar. Hindusların müqəddəs kitablarında deyilir: “ - Hikmətə nail olan Mahavira heç bir günah iş görmədi... O, günahlardan, meyllərdən uzaq qalaraq dərin təfəkkür və tərki dünyalıqla məşğul olurdu.”
Eyni zamanda onun haqqında belə də deyilir: “ - O böyük zahid heç bir yaramaz əməl törətmədi. Dünyapərəstliyin və günahkarlığın cərəyanlarını bilən o vahid kəramət sahibi ... həmişə heyvanların öldürülməsi kimi günaha batmaqdan çəkinərdi... O günaha batıracaq heç bir iş görmədi.”
Bu kitablarda Mahavira bütün günahlardan pak hesab olunduqdan, əslində ona ismət məqamı verildikdən sonra mütləq filosof və alim adı ilə sitayişə layiq görülür. Bu kitablarda deyilir: “ - O, bütün alimlərin fikirlərini bilirdi.”, “ - O, ucsuz-bucaqsız və ali bir elm sahibi idi.”, “ - Bu böyük ağıllı və zəkalı filosof imana, sonsuz elmə malik idi”.
Nəhayət, caynizmin müqəddəs kitabları Mahaviranı bəşəriyyətin 24-cü və sonuncu xilaskarı kimi qeyd edir.
Caynizm ardıcıllarının inancına görə, həmin 24 xilaskar öz tə`birləri ilə 24 cayn - bir-birinin ardınca bəşəriyyətin nicatı üçün zühur etmişlər. Onların birincisi “rəsabha” adlanır və o, çox uzaq keçmişdə yaşayırmış. Onun tarixi mə’lum deyil, yalnız caynizm ayininin dini mətnlərində olan əfsanələrin bə’zisi onunla əlaqələndirilir. Sonrakı caynlar biri digərinin ardınca bəşəriyyətin xilaskarı zühur etmiş və 23-cü caynın adı Barsəvanas olmuşdur. Qeyd olunduğu kimi, onların 24-cüsü Mahaviradır. Barsəvanas miladdan qabaq 9-cu əsrdə dünyaya gəlmiş və 8-ci əsrdə dünyadan köçmüşdür. O, bu cərəyanda çox çətin və kəskin rahiblik sisteminin əsasını qoymuş, öz ardıcıllarını ümumi və xüsusi olaraq iki dəstəyə bölmüşdür. Xüsusi şəxslər özlərini çətin ruhi məşğələlərə dözməyə vadar edən, dünyadan, ailə-uşaqdan üz döndərən, şəhər və kəndlər arasında səfil qalan rahib və mürtazlardan ibarətdir. Amma ümumilər isə bu ayini təsdiq edən, onun tərəfdarı və müridi olan sadə camaatdır. Ümumi dəstədən olanlar rahiblərin ehtiyaclarının tə’min olunması işini öhdələrinə götürür və çirkin işlərdən uzaq olmağı öz adətlərinə çevirirdilər. Ondan sonra əvvəlki caynların göstərişlərinə əsasən, eləcə də özünün 12 illik asketik həyatından və təfəkkürlərindən əldə etdiyinə əsaslanaraq bu ayinin ondan əvvəl misli görünməmiş bir nizam-intizamla sistemləşdirən Mahaviranın növbəsi gəlir. Bu ayinin ardıcıllarının inancına görə Mahaviranın zühur etməsi ilə onların nicat və qurtuluş ayini kamilləşmiş, başqa bir xilaskara ehtiyac qalmamışdır.
SUALLAR
1. Mahavira hansı təbəqədən idi və nə üçün rahat həyatı özünə haram etmişdi?
2. Kivala nə deməkdir?
3. Caynizmin mə’nası nədir?
4. Caynizm ayininə əsasən qurtuluşa nail olmağın yolu nədən keçir?
ON İKİNCİ DƏRS
CAYNİZM AYİNİ (2)
ƏQİDƏ VƏ ƏXLAQ
Ötən dərsdə qeyd olundu ki, caynizm əslində brahmanizmə (qədim hinduizmə) qarşı bir növ e’tiraz hərəkatı xarakteri daşımışdır. Bu e`tiraz “kasta” təbəqəli quruluşa, brahmanların istismarına e’tiraz olmaqla yanaşı, tənasüxdən (samsaradan) və ya ölüb yenidən başqa bir insanın, hətta xərçəng və ya bit kimi başqa alçaq varlıqların cismində zahir olmağın vəhşətindən qurtulmağa xidmət edirdi. Nəticə e`tibarı ilə caynizmin demək olar ki, bütün ideoloji və əxlaqi prinsipləri yuxarıda qeyd olunan iki əsas üzərində qurulmuşdu - istər brahman ayinindən götürülmüş prinsiplər, istər özlərinin yaratdıqları əqidəvi əsaslar, istərsə də onlar tərəfindən rədd olunan brahmanizm prinsipləri və onlara alternativ baxışlar məhz bu əhval-ruhiyyədə formalaşmışdı.
