Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Dinlərlə tanışlıq.doc
Скачиваний:
28
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

3. Samiriyyun

Bu yəhudi qurupu Fələstinin şimalında yerləşən Samirə şəhərində məskunlaşmış və hal-hazırda da Nablos şəhərində yaşayırlar. Onlar bu şəhəri müqəddəs şəhər və Süleymanın mə’bədinin yeri hesab edir, öz qiblələrini o istiqamətdə qərar verirlər. Samiriyyun Allah-taalanın vəhdətinə, Musanın nübüvvətinə və axirət aləminə e’tiqad bəsləyirlər. Onlar müqəddəs kitabın məcmusundan yalnız Tövrata (beşlik təşkil edən sifrlərə) Yuşenin səhifəsinə, davərlər kitabına inanır, Əhdi-ətiqin qalan hissəsini və Təlmudu rəsmi olaraq qəbul etmirlər. Bu firqə Musadan sonrakı peyğəmbərlərin nübüvvətini və Yuşeni qəbul etmir, özlərini Yə’qub övladlarının varisləri və Tövratın himayədarları adlandırırlar.

4. Isiniyyun

Bu firqə miladdan dörd əsr qabaq yaranmış, e’tiqad və adət-ən’ənlərində sair yəhudi firqələri ilə əsaslı fərqlərə malikdir. Onların sair yəhudi firqələri ilə olan ixtilaflarından biri də qurbanlığı, hədiyyələri və nəzrləri haram hesab etmələridir; halbuki bu məsələ sair yəhudi firqələrinin ən mühüm ibadətidir və Lavinyan sifri əsas e’tibarı ilə bu mövzuya məxsusdur. Amma digər tərəfdən qüsl və paklanmağa çox tə’kid edirlər. Buna görə də onlar İsiniyyun adlandırılmışdır; onun mə’nası pakizələr və qüsl edənlər deməkdir.

Bu firqənin ardıcılları bir qövmün başqa bir qövmə üstün olması və irqli fərqlərə inanmırlar və bütün qövmlər arasında bərabərliyə qaildilər. Onlar inanırlar ki, insanlar daimi sülhdə olmalı, zülm, təcavüzkarlıq və müharibədən uzaq yaşamalıdır; bu firqənin fərdi və xüsusi mülkiyyətə də e’tiqadı yoxdur.

5. Qurravun, yaxud ənaniyyun

Bu firqə miladın səkkizinci əsrində Bağdad alimlərindən olan Ənan ibni Davudun vasitəsilə yaradılmışdır. Bu firqənin adı da onun banisinə mənsub edilərək Ənaniyyun adlandırılmışdır. Amma Qurravun adlandırılmalarının səbəbi də yalnız Əhdi-ətiqin əsfarına inanmalarıdır. Qurravun məqra kökündəndir ki, yəhudilərin arasında Əhdi-ətiqin əsfarına deyilən “yazılı” mə’nasındadır. Buna əsasən Qurravun, yaxud Ənaniyyun Təlmudun hökmlərinə, Rəbbanilərin və xaxamların tə’limlərinə, onun müqəddəs kitab olmasına və şəriət hökmü daşımasına inanmırlar; yalnız Əhdi-ətiqi müqəddəs kitab kimi öz əqidə və əməllərinin bünövrəsi qərar verirlər.

Bu firqə ardıcılları Fərisiyyunların əksinə olaraq, yəhudi alim və xaxamların sözlərinə əməl etmirlər və onları mə’sum saymırlar. Buna görə də onlar şəriətdə dərk, təhqiq və ictihad qapısını açıq hesab edirlər. Həmin səbəbə görə də çoxlu şəriət hökmlərində sair yəhudi firqələri ilə ixtilaflıdırlar.

6. QƏBALƏT

Bu firqə Təlmud düşüncələrinin əsasında, Əflatun, Hindistan fəlsəfəsi və Zərdüşt təfəkkürünün tə’sirindən yaranmışdır. Onlar Təlmuddan təsirlənərək, batini təfsir və tə’villə formalaşmış, məxfi hikmət adı ilə məşhurlaşmış, daha sonra isə Qəbalə adı ilə tanınmışlar. Arami lüğəti olan Qəbalə «qəbul» mə’nasındadır ki, bu da Təlmudun şifahi rəvayətlərinin qəbul edilməsinə işarədir. Bu firqə xaxam Sə’nan ibni Yuşanın vasitəsi ilə yaradılmışdır. Onun ardıcılları inanırdılar ki, o, 13 il Fələstin mağaralarında təklikdə və məxfi şəkildə yaşamış, daha sonra isə kəşf, ilham və işraqla bütün yerlər və asimanlar onun üçün aşikar olmuşdur.