Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Dinlərlə tanışlıq.doc
Скачиваний:
28
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

Mə`budlarin həyat yoldaşlari

Hinduizm e`tiqadlarından başqa biri də dəyişiklik baş verdikdən sonra mə`budların özlərinə həyat yoldaşı seçməsidir. Hinduizmdə mə`budlar üçün yaradıcı qüvvəsi qismində üç həyat yoldaşı nəzərdə tutulmuşdur və onlar aşağıdakılardır:

1. Vaç, yaxud Sarasvati - bu Brahmanın həyat yoldaşıdır;

2. Şrilakşmi, yaxud Radha - bu Vişnunun həyat yoldaşıdır;

3. Uma, Durqa, yaxud Kali - bu isə Şivanın həyat yoldaşı hesab olunur.

Hinduslar bir müddətdən sonra mə’budların “Şakti” adlandırılan həyat yoldaşlarına da mə`budlara olduğu kimi pərəstiş etməyə başladılar. Əslində Şivanın özünə nə dərəcədə xüsusi diqqət yetirilirsə, onun həyat yoldaşları da e`tiqad baxımdan hinduslar tərəfindən həmin xüsusi məqama layiq görülürlər. Bu iki həyat yoldaşına sitayiş tədricən xüsusi forma kəsb etmiş və hətta Hindistanın şimal-şərq bölgələrində şaknizm adlı firqə də yaranmışdır.

Ümumiyyətlə, hinduizm e’tiqadları arasında mə’budların xeyir və yaradılmışlar kimi qiymətləndirilənlər erkək və dişi mə’budların izdivacının səmərəsidir. Əslində varlıqların təvəllüdü bu üç mə’buddan hər birinin öz həyat yoldaşları ilə izdivacının təzahürüdür. Başqa sözlə desək, üç mə’buddan hər biri öz vəzifə və məs’uliyyətlərini həyat yoldaşlarının həmkarlığı ilə yerinə yetirirlər.

POLEMİKA VƏ TƏDQİQAT

Əqaid dərsində öyrəndiklərinizi nəzərə almaqla hinduizmdəki trimurti e`tiqadını təkallahlıq arqumentlərinə əsasən təhlil edin.

İYİRMİ BİRİNCİ DƏRS

HİNDUİZM (4)

DİGƏR ƏQİDƏLƏR

Keçən dərs hinduizm ideologiyasının ən mühüm əsaslarının, yə’ni üç mə’bud e’tiqadının (Brahma, Vişnu və Şiva) araşdırılmasına həsr olunmuşdu. Hindus cəmiyyətlərində mövcud olan digər e’tiqadların ən mühümləri ilə aşağıda tanış olacağıq:

1. SAYSIZ-HESABSIZ TANRILAR

Keçən dərsdə qeyd olundu ki, brahmanizm ayinində baş verən və hinduizmin formalaşmasına gətirib çıxaran dəyişikliklərdən biri də çoxallahlığın üçlük təşkil edən trimurti mə’budlarına sitayişlə əvəz edilməsi olmuşdur. Ancaq, bu dəyişiklik və məhdudiyyət təkcə ideoloji strukturda və hinduizmin müqəddəs kitablarının nəzəri əsasları səviyyəsində təqdim olunur, onların ümumi inanclarında isə hələlik saysız–hesabsız tanrılara inam qalmaqdadır. Bunun səbəbi hinduizmdə - keçən dərsdə qeyd olunduğu kimi üçlük mə’budlar üçün müxtəlif zühurlar, təcəlli və simvollar nəzərdə tutulmasındadır. Bundan əlavə, onlara coxsaylı həyat yoldaşları da ayrılmışdır. Belə ki, həm mə’bud və həm də onun simvolu sayılan Krişnanın 16000 arvadı vardır ki, bu həyat yoldaşlarından hər biri ilahə (Şakti) qismində pərəstiş olunur. Nəticədə bu dinin sıravi ardıcılları öz istəklərinə uyğun olaraq təbii fenomenlərin və varlıq aləmindəki dəyişikliklərin, eləcə də həyatdakı hər bir iş üçün xüsusi bir mə’bud nəzərdə tutmuşlar. Onlara belə öyrədilmişdir ki, mə’budlar, onların təzahür və təcəllisi üçün heykəl və bütlər düzəldilməklə onlar müqəddəs sanılsın. Belə bir əqidə əsasında onlar bütün mə’budların simvolları üçün heykəl düzəltməyə başladılar. Bu heykəllər tədricən ayrıca büt və mə’buda çevrilmiş, onların simvol olmaları unudulmuşdur. Bu mə’budların sayı təxminən 330 milyona çatır. Belə ki, hər bir hindus özünün hər bir istək və ehtiyacını tə`min etmək üçün bu mə’budlardan birinə sığınır. Misal üçün, onun işində müəyyən bir çətinlik, yaxud onun irəliləyişində bir durğunluq, və ya maneə yaranarsa “Qaneşa”ya təvəssül etməlidir. Zəifliyə, gücsüzlüyə mübtəla olarsa “Hanuman” mə’buduna pənah aparmalıdır. Bu ardıcıllıqla çətinlik, sonsuzluq, özünün, ailəsinin, yaxud heyvanların xəstəliyi, təhlükəli səfərlər və bütün bu kimi çətin məsələlərdə mə’budlardan birinə pənah aparmalıdırlar. Bu tanrılar təkcə mə’bədlərdə və mənzillərdə deyil, hər bir yerdə, o cümlədən çayların sahilindən tutmuş ağacların altına, dağların ətəyindən başlayaraq ucsuz-bucaqsız çöllərə qədər büt, heykəl, yaxud müəyyən əlamət şəklində qoyularaq sitayiş və ibadət olunurlar.

Keçən dərslərdə qeyd olundu ki, ümumiyyətlə hinduizm məktəbi kompromis və güzəşt ayinidir. Çünki bu ayin camaatla qarşıdurmaya icazə vermir və bu zəmində hamı ilə mülayim davranmağı öz devizinə çevirmişdir. Buna əsasən də, məzhəbin ardıcıllarının hər biri öz hiss, zövq və istəklərinə uyğun mə’budlarla əlaqə yarada bilmişlər. İnsanların təfəkkür tərzi, hissləri adətən bir-birindən fərqləndiyinə görə həyatdakı hər bir iş, xilqət aləmindəki təbii dəyişikliklər və fenomenlərin hər biri üçün tədricən müəyyən bir mə’bud nəzərdə tutmuşlar. Sadə hindusların e`tiqadlarında saysız-hesabsız mə’budların yaranmasınin səbəbi, rəmz və sirri də bundadır.