- •Seyid əhməd mahmudi
- •Müqəddimə
- •Birinci dərs
- •2. Dinin əsas dayaqları nədən ibarətdir?
- •Suallar
- •İkinci dərs dinə meylin səbəb və motivləri (1)
- •1. İnsan dinə, məzhəbə və Allaha e`tiqad bəsləməyə necə meyl göstərmişdir?
- •2. İnsanların dinə yönəlməsində cəhalət, qorxu və ictimai-əxlaqi ehtiyaclar nə kimi tə`sir göstərmişdir?
- •1. Cəhalət nəzəriyyəsi:
- •2. Qorxu nəzəriyyəsi:
- •3. Əxlaqi və ictimai ehtiyaclar nəzəriyyəsi:
- •Sual və tapşiriqlar
- •Dinə meylin səbəb və motivləri (2)
- •1. İqtisadi amillərin və cinsi ehtiyacların dinin formalaşmasında nə kimi rolu olmuşdur?
- •2. Bəxt və taleyə inamın dinə yönəlmənin səbəblərindən biri hesab etmək olarmı?
- •3. Dinə yönəlmənin əsas amilləri hansılardır?
- •4. Iqtisadi amil nəzəriyyəsi:
- •5. Cinsi nəzəriyyə: (freydizm)
- •6. Bəxt nəzəriyyəsi:
- •Sual və tapşiriqlar
- •İbtidai dinlər (1) fetişizm və animizm
- •1.Fetişizm;
- •2.Animizm;
- •3.Totemizm.
- •1. Fetişizm
- •2. Animizm
- •Animizm ilə fetişizmin fərqi
- •Ərəbistan yarimadasinda animizm
- •Sual və tapşiriqlar
- •Beşinci dərs
- •İbtidai dinlər (2)
- •3. Totemizm
- •Totemizmin əsas prinsipləri
- •V) Tabu: (Taboo)
- •Qədim və müasir totemlər
- •2. Manaya e’tiqad
- •3. Sehr və cadu
- •4. Tabuya e’tiqad
- •5. Təmizlənmə və paklandirma
- •6. Diri zənn etmə
- •7. Təbiətə sitayiş
- •8. Qurbanliq
- •9. Ölülərə hörmət qoyulmasi
- •10. Insan, təbiət və varliq ruhunun vəhdəti
- •11. Varliq aləminin mənşəyinə qovuşmaq meyli
- •12. Eşq və sitayiş
- •13. Əbədiyyətə e`tiqad
- •14. Ixtiyar və seçki
- •Sual və tapşiriqlar
- •Mütaliə üçün bir ibtidai cəmiyyətin tədqiqi
- •Yeddinci dərs
- •Veda dini (1)
- •Veda ayininin tarixi
- •Veda mə`budlari
- •1. Çoxallahlıq:
- •2. Kollektiv mə`budlar;
- •3. Monoteizm.
- •Sual və tapşiriqlar
- •Səkkizinci dərs
- •Veda ayini (2) müqəddəs kitablar - veda
- •1. Riqveda:
- •İstər çox güclü qərb fatehləri olsun və istərsə də şərqin müzəffərləri!
- •İndra xilas etməkdə güclü və kömək etməkdə bağışlayandır!
- •2. Yacurveda:
- •3. Samaveda:
- •4. Asarvaveda:
- •Sual və tapşiriqlar
- •Doqquzuncu dərs brahman ayini (1)
- •Veda ayinindəki dəyişikliklər
- •İdeoloji dəyişikliklər
- •1. Brahmana e`tiqad:
- •5. Mukşa (nicat yolu)
- •Sual və tapşiriqlar
- •3. Müqəddəs kitablar
- •Sual və tapşiriqlar
- •Caynizm ayininin banisi
- •Mə`buda e`tiqad
- •Civa və aciva
- •Karma və samsara
- •Əxlaq və rəftar prinsipləri (normalari)
- •Polemika və tədqiqat
- •Buddizm (1) budda
- •Suallar
- •Buddizm (2)
- •Karma və samsara
- •Müqəddəs kitablari
- •Həyatin dörd məqsədi
- •Nicat yollari
- •Mə`budlarin həyat yoldaşlari
- •2. Ibadət və pərəstiş
- •4. Qanqa çayi
- •5. Brahman
- •Polemika və tədqiqat
- •İyirmi üçüncü dərs siqh ayini (1)
- •Siqh ayinini formalaşdiran zəminlər
- •Nanakin təbliğat metodu
- •2. Allahi zikr etmək
- •Sual və tapşiriqlar
- •İyirmi dördüncü dərs siqh ayini (2)
- •1. Tovhid:
- •3. Insan və dünya
- •4. Ibadət
- •5. Qrant
- •Sual və tapşiriqlar
- •İyirmi beşinci dərs tao ayini (1)
- •Tao ayinin kökləri
- •B) taoizmdə sehrkarliq
- •C) taoizmin dini yönləri
- •Suallar
- •İyirmi yeddinci dərs konfusion ayini
- •Konfusion barəsində
- •Konfusion ayininin əsas mənbələri
- •Konfusion ayininin formalaşma zəmini
- •Konfusion əxlaqi
- •Konfusion ayininin əqidələri
- •Sual və tapşiriqlar
- •İyirmi doqquzuncu dərs şinto ayini
- •Şintonun mə`nasi
- •Əsaslari və e`tiqadlari
- •Dini dəyişikliklər
- •Dini ayin və mərasimlər
- •Sual və tapşiriqlar
- •Otuzuncu dərs zərdüştilik (1) müqəddimə
- •Zərdüştiliyin tarixçəsi
- •Muğan dini
- •Mehrpərəstlik, yaxud mitraizim
- •Sual və tapşiriqlar
- •Otuz birinci dərs zərdüştilik (2)
- •Peyğəmbərliyə seçilmə
- •Sual və tapşiriqlar
- •Otuz ikinci dərs zərdüştiliyin əqidələri
- •1. Tövhid, yoxsa ikilik?
- •2. Dominu:
- •3. Axirət:
- •Sual və tapşiriqlar
- •Otuz üçüncü dərs avesta
- •İkinci hissə: «Vistert»
- •Suallar
- •Otuz dördüncü dərs zərdüştiliyin dini ayinləri
- •1. Odun müqəddəs sanılması:
- •6. Ölülərin dəfn mərasimi:
- •1. Sənəviyyani Məzdai:
- •2. Məsxiyyə:
- •3. Zərvaniyyə:
- •2. Yeni dinlər
- •1. Manvi ayini:
- •2. Məzdəki ayini:
- •3. Məsihilik:
- •4. İslam dini:
- •3. Siaysi dəyişikliklər
- •Suallar
- •Otuz altinci dərs bəni-israil qövmü
- •Sual və tapşiriqlar
- •Otuz yeddinci dərs həzrət musa (ə) təvəllüdü və uşaqliq illəri
- •Cavanliği və ailə qurmasi
- •Peyğəmbərliyə çatmasi
- •Suallar
- •Otuz səkkizinci dərs
- •İman gətirib imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!
- •Seçilmiş qövm
- •Suallar
- •Qirxinci dərs yəhudi ayinləri və ixtilaflari
- •Şənbə günü mərasimi
- •Bayramlar
- •Yəhudi əxlaqi
- •Sual və tapşiriqlar
- •Qirx birinci dərs tövrat
- •Sual və tapşiriqlar
- •Qirx ikinci dərs təlmud
- •Təlmudun yazilmasi
- •Təlmud tə’limlərindən bə’zi nümunələr
- •Sual və tapşiriqlar
- •Qirx üçüncü dərs yəhudi firqələri
- •1. Fərisyun
- •2. Səduqiyyun
- •3. Samiriyyun
- •4. Isiniyyun
- •5. Qurravun, yaxud ənaniyyun
- •Sual və tapşiriqlar
- •Qirx dördüncü dərs sionizm
- •Sionizm necə yaranmişdir?
- •Sionist tərzi-təfəkkürü
- •Sabe kəlməsinin lüğət mə’nasi
- •Dini əsaslari
- •Müqəddəs kitablari
- •Firqələr
- •Ayinlər və hökmlər
- •Suallar və tapşiriqlar
- •Qirx altinci dərs məsihilik müqəddimə
- •İsanin (ə) zühur etdiyi əsr
- •Suallar
- •Qirx yeddinci dərs
- •Qur’an nöqteyi-nəzərindən həzrət məryəm (ə)
- •Qur’an nöqteyi-nəzərindən həzrət isa (ə)
- •İncil nöqteyi-nəzərindən həzrət isa (ə)
- •Pulsun ifa etdiyi rol
- •Məsihi mənbələrində tövhid və təslis
- •Tənqidlər və mülahizələr
- •Üçüncü mehvər həzrət məsihin mühakiməsi
- •Suallar
- •Əlli birinci dərs məsihiliyin əxlaqi
- •Asimani mələkut üçün hazirliq
- •İnsanlara məhəbbət
- •Riyakarliqdan uzaq olmaq
- •Suallar
- •Əlli ikinci dərs məsihiliyin dini qayda-qanunlari və mərasimləri
- •2. Qüvvəyə mindirmə:(Tənfiz)
- •3. Tövbə mərasimi:
- •4. Rəbbani gecə:
- •5. Tədhin: (yağ sürtmə).
- •6. İzdivac:
- •7. Vürud ayini:
- •Suallar
- •1. Mətta İncili:
- •2. Marqos İncili:
- •3. Luka İncili:
- •4. Yuhənna İncili:
- •5. Rəsulların əməlləri:
- •Suallar
- •Rahiblik (tərki dünyaliq) müqəddimə
- •Tarixçəsi
- •Qərbdə rahiblik
- •Suallar
- •Əlli beşinci dərs məsihi məzhəbləri (1)
- •Məsihilikdə məzhəb və firqələrin yaranma səbəbləri
- •Ortodoks (orthodox)
- •Protestant (protestant)
- •Sual və tapşiriqlar
- •Əlli yeddinci dərs məsihi firqələri (1)
- •Protestant firqələri
- •1. Kalunistlər
- •2. Anaba petistlər
- •3. Nankonfurmistlər
- •4. Piveritenlər
- •5. Kəvikirlər
- •6. Pitistlər
- •Nurmunlar
- •Yəhüvəh (şahidlər)
- •Sual və tapşiriqlar
Karma və samsara
Karma və samsara qanunu da buddizmin ideoloji prinsiplərindəndir. Bu iki prinsip əslində brahman ayinindən götürülmüş sonradan müəyyən dəyişikliklər və əlavələr edilmişdir.
Buddanın e’tiqadına görə, insan hansı təbəqə və hansı sinifdən olmasına baxmayaraq, öz ruhunda və nəfsində elə dəyişikliklər yarada bilər ki, həyatının keçmiş dövrlərindəki çirkin əməl və günahların aqibətindən xilas olsun. Bu prinsipə əsasən, insan öz nəfsani istəklərinə və ehtiraslarına tamamilə qələbə çalıb “ərhət” (kamil insan) mərhələsinə çatarsa, karma qanunu onun üçün tə’sirini itirəcəkdir. Artıq o, bundan sonra ardıcıl doğumlar nəticəsində kastanın dörd təbəqəsi arasında enib-yüksəlməyə məhkum olmayacaqdır. Həyat və əbədiyyətə meyilli olan, öz maddi bağlılıqlarına sadiq qalan şəxslər isə öldükdən sonra öz nəfslərini kamilləşdirmək üçün yenidən dünya həyatına nazil olmağa məcbur olacaqlar.
Digər bir prinsip olan samsara (tənasüx) əsasən ruh bir cismdən digər bir cismə keçə bilər. Əlbəttə, bu yozum Buddanın nəzərincə zehni və mə’nəvi anlayışa bənzəyir. Buddist kitablarının birində deyilir: “Sultan Milində həkim Nagsinədən soruşur: - Birinci cismdən ikinci cismə heç bir şey varid olmadan, yenidən doğulub həyat sürmək mümkündürmü?
Həkim cavab verir: - Bəli.
Şah deyir: - Misal göstər.
Həkim deyir: - Kimsə şamı başqa bir şamın işığında yandırdıqda, birinci şamın işığı ikinci şamın cisminə keçirmi?
Şah deyir: - Xeyir.
Həkim deyir: - Həyatın yeniləşməsi də buna bənzəyir.
Həkim başqa bir misal göstərib deyir: -Müəllim öz şagirdinə bir şey öyrətdikdə, elm və kəlam onun cismindən şagirdin cisminə varid olurmu?
Şah deyir: - Xeyir.
Sonra həkim izah edərək deyir: - Yenidən doğulma da eynilə müəllimin dilindən şagirdin yaddaşına keçən zehni bir anlayış kimidir; bu halda müəllimin ruhu və cisminin maddəsi şagirdə nəql olunmur.”
Eyni zamanda Budda inanırdı ki, insanın ruhu və nəfsi maddi asılılıqlardan qurtarıb fəna mərhələsinə və nirvanaya çatdıqda, ruh və cismindən heç bir şey qalmır ki, ölümdən sonra insanın cismindən başqasının cisminə keçə bilsin.
“Nirvana” sanskrit dilində şamın və çırağın sönməsi kimi “sönmüş” mə’nasında işlənən sözdür. Buddizm inanclarına görə insan öz nəfsani istəklərini, dünyəvi asılılıqlarını söndürməklə dünyanın əzab-əziyyətindən və yeni doğulmalardan yaxa qurtarıb fəna mərhələsinə nail olur. Bu mərhələ buddizmdə son səadət və qurtuluş kimi təqdim olunmuşdur.
SUAL VƏ TAPŞIRIQLAR
1. Budda əzab-əziyyətdən qurtarmaq üçün intiharı düzgün yol hesab edirdimi? Nə üçün?
2. Buddanın fikrincə insan şadlığa nə zaman nail ola bilər?
3. Buddanın allah barədə fikri nədir?
4. Buddanın ardıcılları ölümündən sonra onu hansı məqamda görürdülər?
Buddanın dörd ali həqiqətini qısaca bəyan edin.
ON BEŞİNCİ DƏRS
BUDDİZM (3)
ƏXLAQ
Keçən dərslərdə buddizmin əsas məqsəd və məqamı insanı dünyanın qəm-qüssə, əzab-əziyyətlərindən xilas etmək olduğunu öyrəndik. Sonra bəyan etdik ki, Budda bu məqsədə çatmaq üçün dörd həqiqəti çıxış yolu kimi təqdim etmişdir. Bu dörd həqiqətin ortaq xüsusiyyəti vücud baxımından insanın varlıq aləminə bağlılığı onun bütün əzab-əziyyətlərinin əsas amili olmasındadır. Bu baxımdan buddizmin varlıq aləmi haqdakı baxışları müəyyən mə`nada bədbinlik və pessimizmlə qarışmışdır. Belə ki, bu ayinin əxlaqi tövsiyələrinin çoxu arzuların tərk edilməsi, istək və meyillərin cilovlanmasına dəlalət edir. Bu ayinin tə`lim və göstərişlərinin mənfi, məhrumedici xarakterinə baxmayaraq, müsbət yönlü tövsiyələr də gözə çarpır. Belə ki, bir sıra müsbət əxlaqi keyfiyyət və dəyər nəzərə alınmış, onların yerinə yetirilməsi tövsiyə olunmuşdur.
Buddanın ən mühüm əxlaqi norması eyş-işrəti tərk etmək və ehtirasdan, şəhvətdən çəkinməkdir. Belə ki, bu qəbildən olan işlər insanın sonsuz əzab-əziyyətlərinin əsas amili sayılmışdır. Buddanın özü bu barədə belə demişdir:
“Həyatda üzləşdiyimiz əzab-əziyyətlər şəhvətpərəstliyin və ləzzət axtarmağın zəruri nəticəsidir. Buna görə də, nəfsi bu buxovlardan tamamilə azad etmək və bu hissi özündən təmizləmək lazımdır. Başqa sözlə, həyacan və narahtılığa səbəb olan istənilən meyl və istəklərin tərk edilməsi vacibdir.”
Bilmək lazımdır ki, buddizm tə `limlərinin ehtirasların tərk olunması, ləzzət və şəhvətlərdən çəkinməyə aid olan hissəsinə böyük ilahi dinlər və əxlaqi məktəblərin çoxunda da diqqət yetirilmiş, kamillik və səadətə nail olmaq üçün onların tərk olunması tövsiyə edilmişdir. Ancaq, buddizmin başqa dinlərdən fərqi bu əxlaq məktəbinin həmin məsələdə ifrata varması, qadın, övlad, sərvət, elm və s. kimi digər bağlılıqlar da bəyənilməmiş, məzəmmət olunmuşdur. Bu işlər insanı məşğul etdiyindən, onların yoxluğu qəm-qüssəsinə səbəb olduğundan, bununla da səadət və xoşbəxtliyə çatmasına mane olduğundan və nəticədə sonu görünməyən ardıcıl ölüm və doğum dolanbacına düşməyə məcbur etdiyi üçün Budda onların tərk olunmasını əmr etmişdir.
Bu barədə Buddanın həyatından bir əhvalat nəql olunur: “Bir gün öz övladını itirdiyinə görə ah-nalə edən, göz yaşları axıdan bir qoca qarı Buddanın yanına gəlir. Budda bir qədər ona baxır, sakitlik və soyuqqanlılıqla soruşur: - Bu şəhərdə neçə nəfər yaşayır? Qadın ona cavab verir. Onda Budda deyir: - Ey ana! Bu şəhərin bütün sakinlərinin sənin övladların olmasını istəyirsənmi? Qadın cavab verir: - Əlbəttə ki, istərdim. Budda cavab verir: - Sənin bu qədər övladın olsa, gərək hər gün onlardan bir neçəsini itirdiyinə görə qəm-qüssəyə batasan. Çünki, hər gün bu şəhər əhalisindən neçə nəfər ölür. Qarı fikrə gedir, sonra Budda ona deyir: - Yüz nəfər yaxın, əziz adamı olan onlardan ayrıldıqda da yüz dəfə qəm-qüssə çəkməlidir. Əzizlərinin sayı doxsan nəfər olsa, doxsan dəfə, bircə əzizi olan şəxs yalnız bir dəfə ayrılıq əzabını çəkər. Nəhayət, həmin şəxs qohum-əqrəba məhəbbətini qəlbindən silsə ümumiyyətlə əzab-əziyyətdən xilas olacaqdır.”
Buddanın fikrincə, çəkiniləsi xoşagəlməz işlər həddindən artıqdır. Ancaq, onların hamısı on məsələdə toplanmışdır. Bunlara “onluq zəncirlər” deyilir. Bu zəncirlər insanın səadət və qurtuluşa nail olması yolunda maneədirlər. Onları tam qətiyyət və iradə ilə qırıb atmaq lazımdır. Həmin on zəncir aşağıdakılardır:
1. Nəfsi sevmək;
2. Şəkk-şübhə;
3. Dini ayinlərdə adətlərə inam və rəsmiyyətçilik;
4. Şəhvət;
5. Qəzəb;
6. Yenidən doğulma və ideal vəziyyətdə tənasüx arzusu;
7. Yenidən doğulub mücərrədlər aləmində yaşamaq arzusu;
8. Təkəbbür və qürur;
9. Xudbinlik və eqoizm;
10. Cəhalət və nadanlıq.
Öz nəfsini bu zəncirlərdən xilas edə bilən kimsə əslində ozünü hər arzu, təmənna, aludəçilik və asılılıq əsarətindən təmizləyib mütləq sakitlik və asayişə nail olar.
Budda bu məqama çatmaq üçün səkkiz mərhələdən ibarət olan seyr-süluk üslubunu təqdim edir:
1. Düzgün iman; Burada dördlük təşkil edən ana həqiqətə tam iman və öz həyatını ona uyğun qurmağa əzm və iradə göstərmək nəzərdə tutulur;
2. Düzgün düşüncə; Burada cismani şəhvətlərin tərk olunması məsələsində dönməz əqidə, başqalarına qarşı həqiqi məhəbbət bəsləmək, canlılara əzab-əziyyət verməmək və bədbəxtliyə səbəb olduğuna görə arzuları tərk etmək başa düşülür;
3-4. Düzgün danışıq və Düzgün rəftar; Burada əbəs və yersiz sözlərdən çəkinmək, xoşagəlməz əməlləri tərk etmək nəzərdə tutulur. Buna əsasən, insan bütün yaranmışları sevməli, sədaqətli dostluğu ilə öz rəftar və sözlərində onlara məhəbbətini göstərməlidir;
5. Düzgün yaşayış; Yə’ni hər bir şəxsin müəyyən bir məşğuliyyəti, peşəsi olmalı, öz enerjisini və vaxtını ona sərf etməlidir. Əlbəttə, bu peşə və məşğuliyyət buddizmin əsas prinsipləri ilə ziddiyyət təşkil etməməlidir. Məsələn, qəssablıq birinci əxlaqi prinsipə, yə’ni canlıları öldürməmək əqidəsi ilə uyğun gəlmir və ona görə də tərk edilməlidir;
6. Düzgün sə’y; Hər bir şəxs haqqı batildən, zərərli istəkləri faydalı məqsədlərdən ayırd etmək, xoşagəlməz meylləri bəyənilən bağlılıqlardan seçmək üçün öz fiziki və əqli gücünü işlətməlidir;
7. Düzgün düşüncə; Hər bir şəxs öz təfəkkür və düşüncə qüvvəsini davamlı müsbət vərdişlərə öyrətməli, sutkanın müəyyən saatlarını ali-insani məqsədlər barəsində düşüncə üçün ayırmalıdır;
8. Düzgün müraqibə. Bu son mərhələdir və onun əsnasında bu yolu gedən şəxs Buddanın öyrətdiyi həqiqətlər ətrafında davamlı təmərküz və müraqibə yolu ilə (dörd həqiqət) ərhət (kamil insan) adlanan məqama çatır. Bu halda salik və rahib tam fənalığa və mütləq paklığa (nirvanaya) nail olur.
Bura qədər bəyan olunanlar buddizmin əxlaq və davranış tə`limlərinin mənfi, məhrumedici xarakterli prinsipləri idi. On üçüncü dərsdə qeyd olunan on ideoloji prinsip isə bu ayinin mənfi xüsusiyyətlərinə aiddir. Ancaq bu dində müsbət əxlaq normaları da nəzərdə tutularaq tə`kid olunmuşdur. Bu xüsusiyyətlərdən biri də ərhət məqamına çatmağın əlamət və sifətlərindən sayılan yaranmışlara mərhəmət və hamıya qarşı xeyirxahlıq hissidir. Bu məqama nail olan şəxs xoş məram, daxili saflıq və pak qəlblə bütün insanlar üçün xeyir və yaxşılıq istəməlidir. Budda bu barədə belə deyir:
“Hamı səhra heyvanları kimi dolanmalı, kərkədan tək evsiş-eşiksiz, əhli-əyalsız yaşamaqla ömrünü nəfsini təkmilləşdirmək yolunda sona çatdırmalıdır. Lakin, eyni zamanda şəfqət və mərhəmət kimi bəyənilən sifətləri özündə tərbiyə etməli, ömrünü məxluqata xidmət və yaxşılığa həsr etməlidir. Elm öyrənib öyrətmək, gözəl nəsihətlərlə insanları nicat və qurtuluş yoluna yönəldib rəhbərlik etməli və öz körpəsinə mehriban olan bir ana kimi bütün insanlara qarşı mehriban olmalıdır. Ana öz körpəsini qorumaq üçün öz canını belə fəda etməyə hazır olduğu kimi, o da öz batinini insanlara qarşı o qədər məhəbbət və xeyirxahlıqla doldurmalıdır ki, yaranmışların nicatı üçün öz maddi canını əsirgəməməlidir. Hər yerdə, hər nəyi varsa pak və səfalı qəlblə, aludəlikdən, xudbinliklərdən uzaq olmaqla onlara məhəbbət göstərməlidir.”
Buddizmi qəbul edən hər bir şəxs bu məhəbbət və şəfqətin bu mərtəbəsinə çatmaq üçün öz qəlbini başqalarına qarşı kindən tamamilə təmizləməli, digərlərinə münasibətdə kin-küdurət tozunun onun qəlbinə hakim kəsilməsinə heç bir vəchlə imkan verməməlidir. Belə ki, hətta kimsə onu söysə, yaxud ona qarşı hörmətsizlik etsə belə narahat olmamalıdır. Çünki insan qəlbində “filankəs məni təhqir etdi, məni döydü, mənim malımı oğurladı, yaxud mənə zülm etdi” kimi fikirləri təlqin etsə, tədricən ürəkdə kin-küdurət tozu, pası qəlbə qalib gələr. Bu vaxt belə fikirlərin batini aləmdən təmizlənməsi, silinməsi çox çətin, bə’zən də qeyri-mümkün olar. İnsan yalnız intiqam almaq fikrinə düşər və belə olan halda da əxlaq normalarının ziddinə hərəkət etmiş olar. Buna görə də Budda öz ardıcıllarına başqalarının onlara qarşı etdiyi pislikləri hətta xəyallarından belə keçirməməyi tövsiyə etmişdir, o ki qala intiqam almağı. Buddanın həyatı barədə başqa bir hekayətdə deyilir:
“ - Bir gün Puna adlı şagirdi onun yanına gələrək və ondan meşədə yaşayan vəhşiləşmiş bir qövmə tə’lim-tərbiyə vermək üçün icazə istədi. Budda onun iman və dözümünün nə dərəcədə ciddi olduğunu yoxlamaq üçün dedi:
“ - Ey Puna, onlar çox kobud, yırtıcı xislətli və əzazildir. Sənə qəzəbləndikdə nalayiq sözlər işlədəcəklər. Bu barədə fikirləşmisənmi?” Puna dedi: “ - Qorxusu yoxdur, ey mənim ustadım! Mən öz qəlbimdə onları mehriban və yaxşı insanlar hesab edəcəyəm. Çünki söysələr də, dillə incitsələr də, mənə cismani əzab-əziyyətləri çatmayıb, daşla, çomaqla məni döyməmişlər.” Budda dedi: “ - Bu qorxu-hürküsüz qəbilə səni daşla, çomaqla döysə necə?” Puna cavab verdi: “ - Yenə də öz-özümə deyəcəyəm ki, onlar mehriban və pak qəlbli insanlardır, çünki məni xəncər və qılıncla qətlə yetirmək istəmirlər.” Budda dedi: “ - Əgər bu işi görsələr nə edəcəksən?” Puna dedi: “ - Öz-özümə deyəcəyəm ki, onlar mənə qarşı çox mehriban və xeyirxahdırlar. Çünki həqiqətdə məni bu alçaq təbiətli cismdən xilas edərək azacıq bir əzabla varlığın əzabından qurtarmışlar.” Budda bu cavabı eşitdikdə belə dedi: “ - Çox gözəl dedin ey Puna! Malik olduğun bu səbr və dözümlülük ne’məti ilə get, çalış, özün xilas olduğun kimi başqalarına da nicat ver...”
Buddanın çıxışlarından birində ona istinadən söyüş barəsində belə nəql olunur: “ - Əgər kimsə öz axmaqlığı ucbatından mənə qarşı səhv bir addım atmış olsa, bu işin müqabilində onu öz sədaqətli məhəbbətimin kölgəsinə alacağam. Mənə qarşı pisliyii artırdıqca, mən də öz yaxşılıqlarımı artıracağam.”
Buddistlərin müqəddəs kitablarından olan Damapadanın nəğmələrindən birində oxuyuruq: “ - Qoy insan öz qəzəbinə məhəbbətlə üstün gəlsin, qoy o pisliklərə yaxşılıqla qələbə çalsın, qoy o tamahkar insanın qarşısında əliaçıq, yalançının müqabilində isə düz danışan olsun.” Başqa bir yerdə isə belə deyilir: “ - Heç vaxt nifrəti nifrətlə aradan qaldırmaq olmaz. Nifrət yalnız mehr-məhəbbətlə aradan gedər.”
Yuxarıdakı cümlələrdən belə nəticə alınır ki, Budda ayininin başqalarına qarşı əxlaq və davranış normalarının əsası tam sülh və qeydsiz-şərtsiz məhəbbət üzərində qurulub. Bu ayində kobud hərəkət hər bir halda qadağandır. Bu baxımdan da buddizmlə xristianlıq arasında çox oxşarlıq vardır.
Bu ayində şəxsi əxlaqın əsasını nəfsin alçaldılması, bütün nəfsani istək və meyllərin, maddiyyat və dünyaya marağın itirilməsi təşkil edir. Buddizm bütün əxlaq və davranış prinsiplərində mö`tədil və loyal yol seçməyə çalışmasına baxmayaraq bu cəhətdən də onunla sufi firqələri arasında oxşar xüsusiyyətlər var. Qeyd etmək lazımdır ki, buddizm nəfsin təmizlənməsi, son qurtuluş məqamına nail olmaq üçün uzun illər boyu monastırlarda mümkün olan düşüncə və müraqibə ilə bütün nəfsani və dünyəvi asılılıqları qırmaq tə’kid etdiyi halda, bu ayinin öz ardıcıllarına mö’tədil mövqe seçməyi tövsiyə etdiyini necə demək olar?! Bu mö’tədilliyin yeri ifrat və təfrit arasında hardadır? Buddizm özünü caynizmdə gördüyümüz üzücü və çətin asketizm, zahidlikdə ifrata varma ilə qeydsiz-şərtsiz azadlıqda təfrit arasında yerləşən mö’tədil mövqeli hesab etdiyinə görə bu tənqid öz yerində qalır.
Əvvəla, inkar etmək olmaz ki, buddizm həmin dövr Hindistan cəmiyyətində brahmanizm və caynizmin yaratdığı ifrata və təfritə varılan ayinlərindən uzaqlaşaraq daha mö`tədil yol təqdim etmişdir. Buddizmdə tövsiyə olunan asketizmlə caynizmdəki asketizm arasında müqayisə aparsaq, buddizm zahidanə göstərişlərinin ifratçılıqdan uzaq olduğunu, bu dində brahmanizmin təbəqələşmə ilə bağlı tələbkarlığının olmadığını aydın şəkildə görərik. Qeyd olunduğu kimi, brahmanizmdə hər şeydən əvvəl insan təkrar doğulmaların dövri sistemində heç vaxt sinfi quruluşdan çıxa bilməz, yalnız insan yaxşı əməl sahibi olduqda daha yüksək təbəqələrə keçə bilər. Əks təqdirdə daha aşağıda olan təbəqələrə süqut edəcəkdir. Buddizm isə yenidən doğulmalardan tamamilə xilas olmaq üçün müəyyən bir yol təqdim etmiş və əsasən sinfi ziddiyyətləri rədd etmişdir. İkincisi, brahmanizmdə hər bir təbəqənin əxlaqi prinsipləri fərqlidir və hər bir təbəqənin özünəməxsus əxlaq normaları vardır. Bir təbəqədə çirkin, xoşagəlməz və haram sayılan bir işin digər bir təbəqə üçün yaxşı, yolverilən sayılması mümkündür. Buddizmdə isə nisbətən mö’tədil və asan bir yol təklif edilmişdir.
Digər məqam bundan ibarətdir ki, buddizmi İslam məktəbinin əxlaq normaları və davranışları ilə müqayisə etmək istəsək, şübhəsiz İslam qanunlarının mö’tədil və məntiqəuyğunluğunu, buddizmin əxlaq-rəftar prinsiplərindəki fanatizmi təsdiqləyəcəyik. Çünki, İslam dini insanın istər maddi, istərsə də mə’nəvi - bütün ehtiyaclarını haqlı sayaraq bütün hallarda loyal və mö’tədil yol seçməyi şərt qoymuşdur. Misal üçün: İslam zahidliyi dünyadan əl çəkmək və tərkidünyalıq demək deyil, maddi və dünyəvi istəklərin cilovlanması, nəzarət altına alınması deməkdir. Bu mövzu barədə “İslam əxlaqı” dərsində daha ətraflı öyrənəcəksiniz.
SUAL VƏ TAPŞIRIQLAR
1. Budda hamıya qarşı sevgi və məhəbbət bəsləmək barədə nəyi tövsiyə edir?
Buddizm nöqteyi-nəzərindən qurtuluş yolundakı maneələri izah edin.
Buddizmdə qurtuluşa nail olmağın səkkiz əsas prinsipini izah edin.
POLEMİKA VƏ ARAŞDIRMA:
İslam əxlaqına diqqət yetirmək və müəllimin köməyi ilə, buddizmin me’yarları doğrudan da onun iddia etdiyi kimi mö’tədil olub-olmadığını müəyyənləşdirin.
ON ALTINCI DƏRS
BUDDİZM (4)
AYİN VƏ MƏRASİMLƏR
Keçən dərslərdə öyrəndik ki, buddizmin Allah və mə’budlarla əlaqədar aydın, konkret bir ideoloji mövqeyi olmamış və bu barədə öz ardıcıllarına xüsusi bir göstəriş verməmişdir. Eləcə də qeyd olundu ki, buddizm brahmanizm sinfi quruluşuna və brahmanların xüsusi mövqeyinə qarşı mənfi mövqe tutmaqla onların digər e’tiqadlarına qarşı çıxmış, hətta brahman mə’budlarına e’tiqadı, onların qarşısında pərəstiş və sitayişindən uzaqlaşmışdır.
Buddanın ardıcılları bunları tə`lim edirdilər. İlk növbədə hər bir fərd nicat və qurtuluş üçün yalnız özünə arxalanmalıdır və başqalarından, hətta mə’budlardan heç bir kömək olmayacaq. İkincisi, nicat və qurtuluşa nail olmağın yeganə yolu zahidlik, təfəkkür və müraqibədir. Üçüncüsü, bə’zi əməllərin yerinə yetirilməsi, o cümlədən canlıları öldürülməsi qadağandır. Buna əsasən buddistlər brahmanların qurban kəsmək, mə’budlardan hacət diləmək və s. kimi ən mühüm ibadət ayinlərindən uzaqlaşmışlar.
Budda ayinində ibadət və sitayiş ilk növbədə “üç pənah” adlanan sadə və birbaşa təsdiq əsasında qurulmuşdur. Hər bir buddist ayırdığı müəyyən vaxtlarda diqqətini cəmləşdirərək bu üç cümləni təkrar edir: “ - Mən Buddaya pənah gətirirəm! Mən haqq şəriətə pənah gətirirəm! Mən sangəhə (Budda mə’bədinə) pənah gətirirəm!” Əlbəttə, Buddanın öz e’tiqadına görə Buddaya pənah aparmaq bu ayinə e’tiqadı olub həmin sözləri təkrar edən hər şəxsə nicat veriləcəyi demək deyil. Pənah aparmaq dedikdə məqsəd, Buddanın tə’limlərinə tam və kamil diqqət yetirməkdir. Çünki Buddanın yekun məqsədi də şagird və ardıcıllarının səadət və qurtuluşa nail olmaq üçün sə’y göstərib düşünməsi, meditasiya ilə məşğul olmaları olmuşdur. Belə bir şəraitdə, adi buddistlərin çətinlik və problemlərdən xilas olmaq üçün Buddanın özünə arxalanıb e`timad etməyin gərəkliyi barədə düşüncələrə sahib olmaları mümkün olurdu. Tarixi tədqiqatlar da Buddanın öz ardıcılları arasında xüsusi mövqe, şəxsiyyət və məqam sahibi olduğunu, mürid və ardıcıllarının rəğbətinin onu ilahiləşdirib sitayiş etmək dərəcəsinə çatdığını göstərir. Hətta belə bir e’tiqad da yaranmışdı ki, brahman mə’budları Buddanın mərhəmət və lütfünə çatmaq üçün yerə nazil olmuşlar.
Buddizmin müqəddəs kitablarından nəql olunan aşağıdakı cümlələr və ifadələr deyilənləri aydın şəkildə açıqlayır: “ - Düşüncəli və kamil nurani şəxs olan Buddada heç bir sapma yox idi.”, “ - O misilsiz bir insan, xoşxasiyyət və mehriban bir varlıq idi; elə yüksək amalları, bu dərəcədə böyük sə`yləri var idi ki, ...”, “ - Dünya padşahlarının padşahı və qalib bir fateh idi.”, “ - Allah İndraya oxşar və insanların ən fəzilətlisi idi”, “ - Səmavi varlıqlar Brahmanın (brahmanların mə’budu) başçılığı ilə şəhərə gedib ona sitayiş etmişlər ki, bəlkə onun (Buddanın) lütfünə nail olsunlar”, “ - Həm mə’budlar, həm də insanlar ona zaman hüdudlarından aşan yeganə əzəmətli şəxs kimi sitayiş edirlər”, “ -Dünyada bütün mə’budları ilə bir yerdə sənə bərabər heç bir kimsə yoxdur”.
Buddanın şagirdləri onu sadə ardıcıllarına beləcə təqdim etdikcə Buddanın özü tədricən Allahın alternativinə çevrildi. Bu gün bütün mə’bədlərdə, hətta buddistlərin evlərində qoyulan büt və heykəllər, eləcə də bu ayinə e’tiqad bəsləyən hər bir şəxsin öz dini mərasimini Buddanın heykəllərinin qarşısında yerinə yetirməsi, əslində ona pənah aparıb ondan hacət diləməsi bu e’tiqadın bariz nümunəsidir.
Buddistlərin dini mərasimləri buddist rahiblərin hər gün səhər və axşam “Puca” adlanan dua mərasimini yerinə yetirmək üçün mə’bədlərdə bir yerə toplaşaraq və “üç pənah” zikrini təkrarlamaqla həyata keçirilir. Daha sonra dini nəğmələr oxunur, mə’bəd şamla işıqlandırılır, havanı təmizləmək və ətirləndirmək üçün buxurlardan istifadə edilir. Onlar hər ayda iki dəfə - ayın çıxdığı ilk gündə və ayın ortasında (14-cü gecə) oruc tuturlar. Camaat bu iki gündə rahiblərin moizələrini, dua və zikrlərini dinləmək üçün mə’bədlərə gəlirlər. Bu mərasimdə bə’zi dini nəğmələr oxunur, rahiblər Budda ayini və hökmləri barəsində camaata moizə edib yol göstərirlər. Mərasim qurtardıqdan sonra kişilər gecəni mə’bəddə keçirə bilərlər, amma qadınlar öz evlərinə qayıtmalıdırlar. Mühüm mərasimlərdən biri hesab olunan “Puca” xüsusi münasibətlərdə qeyd olunur. “Vesak” mərasimi ayın 14-cü günü keçirilir. Buddanın doğum, nirvanaya qovuşmasının, eləcə də vəfatının ildönümü olan bu gün camaat bayram edir, monastırların və mə’bədlərin ətrafı işıqlandırılır, hər yerdə canlanma müşahidə olunur, Buddanın həyatı və onun ayini ilə əlaqədar xüsusi tədbirlər keçirilir.
Budda rahibləri arasında geniş yayılmış başqa bir mərasim rahiblərin istirahət və guşənişinlik dövrü olan yağışlar mövsümündə keçirilir. Həmin mərasim ilk yağışın yağması ilə başlanır. Bu ə’ənələrinin digər bir hissəsini təşkil edən gündəlik ibadətlər çoxsaylı buddistlərin iştirakı ilə mə’bədlərdə keçirilir. Bu ibadətlər Buddanın heykəllərinə tə’zim, çələng qoyma və mə’bədin ətirlənməsindən ibarətdir.
Buddistlərin digər bir ayini də ruhlara pərəstiş etməkdir. Bu məqsədlə inşa edilmiş “ruhlar adı” ilə məşhur olan kiçik ibadətgahlarda ruhlara tə’zim edilir. Onların inancına görə bu ruhlar yerin, təbiətin, yaxud ata-babaların ruhlarıdır. Ancaq, ruhun nirvanaya qovuşduqdan sonra tam fənalıq mərhələsinə çataraq istənilən mövcudluq formasını itirməsinə inanılan buddizmdə ruhların necə hörmət, tə`zim və sitayişə layiq görüldüyü o qədər də aydın deyildir.
Bütün bunlarla yanaşı buddist adət-ən’ənələrinin ümumi təhlilindən belə nəticə çıxır ki, bu ayin sitayiş, ibadət insandan daha yüksəkdə olan əbədi və əzəli bir həqiqətlə mə’nəvi əlaqədəki boşluqları doldura bilməmişdir. Buna görə də, bu ayinin ardıcılları bu boşluğu doldurmaq üçün ətraflarında gördükləri və mə`lumatları olduğu digər din və ayinlərdən bəhrələnməyə, öz emosional ehtiyaclarını tə’min etməyə çalışmışlar. Buna görə də buddizm hazırkı formaya düşmüşdür. Mə’budlara e’tiqad brahman ayinindən götürüldüyü kimi, ruhlara ehtiram da güman ki, animizmdən və bəlkə də brahmanizmdən əxz olunmuşdur.
Buddizmdə ən həssas və ən mühüm mə’nəvi əməl buddizmin səkkiz yönlü yolunun yeddi və səkkizinci mərhələsini təşkil edən düşüncə və meditasiyadır. Budda mə’bədləri əsas e’tibarı ilə həmin məqsədləri həyata keçirmək üçün tikilmişlər. Bu mə’bədlərdə nəzərdə tutulan xəlvət və sakit məkanlar rahiblər üçün həyatın bütün iztirab və səs-küylərindən uzaq olmaqla şəxsi həyatları, həyatın əzab-əziyyətləri, ondan xilas olma yolları barədə düşünərək qurtuluşa (nirvanaya) nail olmaq üçün, asketizm və meditasiya ilə məşğul olmaları üçün təhlükəsiz bir yerdir. Bu baxımdan Budda “Sangəh” mə’bədləri inzibati idarə quruluşuna malik olmaqla onlarda çox ciddi və ağır qanunlar hakimdir. Bu mə’bədlərə daxil olub sangəhə üzv olmaq istəyən hər şəxs aşağıdakı suallara cavab verməlidir: “ - Səndə cüzam, qotur, çiban, xora, vərəm, ürək keçmə və s. xəstəlikləri varmı? Azad bir insansanmı? Heç bir borcun yoxdurmu? Hakimiyyətə xidmət etmirsənmi? Ata və anan bu işə razıdırmı? 20 yaşın tamam olubmu? Sədəqə toplamaq üçün əldə tutduğun kasa və rahiblik üçün əyninə geyindiyin əbanın vəziyyəti münasibdirmi?...”
Qəbul olunan şəxs sangəhə daxil olduqdan sonra geniş inzibati nizamnaməyə riayət etməlidir. Bu məsələdə yol verilən qanun pozuntuları həmin şəxsin cəzalandırılmasına, hətta mə’bəddən çıxarılmasına səbəb olur. Rahib “dörd səbəbdən məğlub edilmiş” sayılır və onun rahiblikdən kənarlaşdırılması barədə qəti hökm verilir:
1. Cinsi əlaqədə olmaq;
2. Oğurluq;
3. Qəsdən törədilən qətl; (Başqalarında ölüm və intihara səbəb olan vəsvəsə yaratmağa da şamil olunur).
4. Yalandan elmli şəxs iddiasında olmaq.
Bundan əlavə digər on üç qanun və normaya da riayət edilmədikdə ruhani rəhbərliyin rəsmi iclası keçirilərək qanunu pozmuş rahib bir aylıq kənarlaşdırılma formasında cəzalandırılır. “Otuzluq” təşkil edən qanunlar pozulduqda isə tövbə edilməsi tələb olunur və rahiblik əbası, rahibə verilən dərviş kasası və palaz onun əlindən alınır. Digər bir qanun da 99-lardır. Bu qanunlar pozulduqda tövbə edilməsi tələb olunur. O cümlədən, nalayiq sözlər danışmaq, insanları təfriqəyə, ikitirəliyə təhrik etmək və s. bu qəbildəndir. Burada başqa qanunlar da mövcuddur ki, onları pozduqda qanun pozucusu kollektiv qarşısında öz səhvini e’tiraf etməlidir. Rahiblər üçün sangəhdən çıxdıqdan sonra riayət etmələri tələb olunan bir çox qanunlar qoyulmuşdur. Bu qanunlar pozulduğu təqdirdə rahiblər davamlı əzab-əziyyətə düçar olacaq, qurtuluş mənzilindən uzaqlaşacaqlar. Bu qanunlar aşağıdakılara şamil olunur:
Münasib paltarlar geymək, bədənin müvazinətini saxlamaq, baxışlarını aşağı dikmək, ucadan gülməmək, səs-küy salmamaq, əli-ayağı yellətməmək və s.
Sarı rəngli əba geymək, başın və üzün tüklərini qırxmaq, dilənçi kasası gəzdirmək də sangəhdəki adətlərdəndir. Rahiblər hər gün axşam günəş batanda öz dilənçi kasalarını əllərinə alıb buddistlərin evlərinə gedir, düyü və digər qida məhsulları alırlar. Qayıtdıqdan sonra bunları bir yerə toplayır və onlardan bir öynəlik günorta xörəyi hazırlayırlar. Adətən gün ərzində həmin bir öynəlik yeməklə kifayətlənirlər. Günortadan qeyri vaxtlarda Budda rahiblərinin birdən artıq dilənçi kasası, alt paltarı, dərviş əbası, iynə-sap və bir üzqırxan ülgücdən əlavə əşyalara malik olmağa haqları yoxdur. Hətta dini kitablar və qeydlər də onların şəxsi mülkiyyəti sayılmır və sangəhin ümumi malı hesab olunur.
Burada Budda rahiblərinin monastırı, mə’bəd və ondan xaricdə riayət etməli olduqları bə’zi adət, norma və qayda-qanunlarla tanış olduq. Qeyd etmək lazımdır ki, bütün bu qayda-qanunlara riayət etmək nirvanaya qovuşmağa zəmanət üçündür. Təbiidir ki, bu qədər ağır və üzücü qayda-qanunlar buddistlərin hamısı üçün nəzərdə tutulmamışdır və bu ayinin adi ardıcıllarının daha yüngül vəzifələri vardır. Bu vəzifələrdən bə’ziləri aşağıdakılardan ibarətdir:
Ruhani aparatına hədiyyələr vermək – gəzib dolaşan rahiblərin kasasına bir neçə düyü dənəsi tökməkdən tutmuş rahibə paltar tikilişi üçün bir parça və ya paltarın özünü verməyə qədər, mə’bəd və monastır tikmək, tə’yin olunmuş vaxtlarda dua mərasimlərində iştirak etmək və s. vəzifələr.
Diqqətəlayiq məqam bundan ibarətdir ki, buddizmin sıravi ardıcılları bu kimi vəzifələri yerinə yetirmələrinə baxmayaraq, nicat və qurtuluşa və ya nirvanaya nail olmurlar. Onlar yalnız özlərini daha layiqli bir məqama, mərhələyə yüksəldə bilər və yeni həyatda, yenidən doğulmalarda mə’nəviyyat və qurtuluşa olan şövq baxımdan daha yüksək və ali bir mövqeyə çata bilərlər. Belə olan halda rahiblər cərgəsinə qoşulmaq və qurtuluş yolunu qət etməyə daha artıq hazır ola bilərlər.
