Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Dinlərlə tanışlıq.doc
Скачиваний:
28
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

Cavanliği və ailə qurmasi

Musa (ə) cavanlıq dövründə bir gün Misir əhalisindən xəbərsiz şəhərə daxil oldu. Şəhərin bir yerində iki nəfərin bir-birilə dava etdiyini gördü. Onlardan biri Bəni-İsraildən, digəri isə Musanın düşmənlərindən idi. Bəni-İsraildən olan şəxs Musadan kömək istədi; Musa onun köməyinə tələsdi və ona elə bir güclü zərbə vurdu ki, həmin şəxs yıxılıb öldü. Musa (ə) qorxuya düşdü və düşməndən ehtiyatlanmağa başladı ki, qətl işinə görə tutub onu öldürməsinlər. Bəni-İsraildən olan həmin kişi yenidən Musanı köməyə çağırdı. Musa onu vurmaq istəyəndə Fir’onun qəbiləsindən olan qibti kişi dedi: “Məni də dünənki kişi kimi vurub öldürmək istəyirsənmi?” Musa başa düşdü ki, hamı onun qatil olduğunu anlamışdır. Bu zaman bir kişi gəlib dedi: “Fir’onun ətrafındakılar şura təşkil edərək, səni qətlə yetirmək qərarına gəliblər. Tez bir zamanda şəhərdən çıx. Musa bunu qəbul etdi və canını qorumaq üçün Misiri tərk etdi; Mədyən şəhərinə doğru yola düşdü. Mədyən şəhərinin kənarında bir quyu vardı; camaat oradan həm qoyunlarını suvarmaq üçün və həm də özləri istifadə edirdilər. Musa həmin quyunun yanında istirahət etdiyi zaman görür ki, camaat su çıxarmaq üçün izdiham yaratmışlar; suyun kənarında iki qız uşağı da dayanmışdı. Musa onlardan soruşdu: “Burada nə edirsiniz?” Dedilər: “Buraya qoyunlarımızı suvarmaq üçün gəlmişik; gözləyirik ki, camaat qayıtsın, ara sakitləşsin və biz də irəli gedək. Atamız qoca kişidir, ona görə də bu işi biz özümüz görürük.”

Musa irəli gəlib qızların qoyunlarını suvardı və istirahət üçün kölgəyə çəkildi; bu zaman Allahdan kömək və yardım istədi.

Musa istirahətə məşğul olduğu zaman gördü ki, o qızlardan biri tam həya və vüqarla qayıdıb dedi: “Atamız istəyir ki, qoyunlarımızı suvardığına görə sənə mükafat versin.” Musa onların atasının yanına gəldikdə - yə’ni, həzrət Şüeybin yanına – başına gələn əhvalatı nəql etdi.” Şüeyb (ə) da ona toxtaqlıq verib dedi: “Mən iki qızımdan birini sənə ərə vermək istəyirəm və sən də əvəzində (mehriyyə olaraq) səkkiz il (əgər istəsən on il) işlərimdə mənə yardımçı olarsan.”

Musa bu işi böyük məmuniyyətlə qəbul etdi və on il Şüeyb (ə)-ın yanında xidmətçi oldu.1

Peyğəmbərliyə çatmasi

Musa (ə)-ın Şüeybə on illik xidmət vaxtı sona çatdıqdan sonra öz ailəsini götürüb ana vətəninə qayıtmaq fikrinə düşdü; bu məqsədlə Tur dağına tərəf yollandı. Tur dağına yaxınlaşan zaman dağdan şö’lənən bir od gördü. Həyat yoldaşına dedi: “Sən burada qal, mən baxım görüm orada şölənən od nədir?! Bəlkə ondan bir az gətirim, yaxud onun nə olduğunu öyrənim?

Lakin Eymən vadisinə çatanda, o mübarək vadiyə yetişdikdə müqəddəs ağacdan belə bir səda eşitdi:

“Ey Musa! Mənəm yeganə olan Allah, aləmlərin Pərvərdigarı!”

Qeybdən gələn həmin səs Musaya əsanı yerə atmağı əmr etdi! Musa əsasını yerə atdıqda dəhşətli bir əjdahaya çevrildi ki, hər tərəfə hərəkət edirdi. Sonra Allah-taala ona xitabən buyurdu: “Qorxma, onu tut! Əvvəlki halına qayıdacaqdır.”

Sonra Allah-taala ona əlini qoltuğuna salıb çıxarmağı əmr etdi. Bu zaman o, əlinin çıraq kimi parladığını gördü.

Allah-taala iki mö’cüzəni Musanın ixtiyarına verdikdən sonra, onun peyğəmbərliyə seçildiyini buyurdu. Daha sonra ona tüğyançılıq yolunu tutan Fir’ona doğru getməsini əmr etdi. Musa Allahdan səbr, hövsələ, işlərdə asanlıq və dilindəki düyünlərin götürülməsini istədi. Həmçinin qardaşı Harunu ona vəzir və köməkçi tə’yin etməsini istədi. Allah-taala Musanın istəklərini qəbul etdi. Bu dəfə Musa və Harun birlikdə Fir’onun yanına getmək istədilər. Çünki o, tüğyançılıq edirdi.

Qur’ani-kərimdə oxuyuruq:

«Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!»2