Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Dinlərlə tanışlıq.doc
Скачиваний:
28
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

Tənqidlər və mülahizələr

Aydın oldu ki, Məsihi əqidəsinə görə, Allah ədalət və rəhmət kimi iki sifəti bir yerə cəm etməyə riayət olunsun deyə, Öz yeganə oğlunun bəşər günahlarının kəffarəsi kimi ilə dara çəkilməsinə razı oldu. İndi bu nəzəri araşdırarkən yalnız iki sualı irəli çəkməklə kifayətlənirik:

1. Allahın ədaləti necə tələb edir ki, İsa kimi günahsız və mə’sum bir insan başqalarının günahının xatirinə ən şiddətli vəziyyətdə əzaba düçar olsun?

2. Əgər Məsih Allahın oğludursa, onda atalıq məhəbbəti bunu tələb etmirmi ki, Allahın rəhmət sifəti onun da halına şamil olsun və yeganə oğlunu heç bir günah iş görmədiyi halda əzab-əziyyətə, məsxərəyə düçar olmasına və nəhayətdə dara çəkilib əllərinə mıx çalınmasına razı olsun?

3. Kim Allaha, Onun ədalət və rəhmət sifətinin bir yerə toplanmasına qeyd və şərt qoya bilər?

4. Adəm övladlarını Adəmin törətdiyi xətaya görə necə günahkar hesab etmək olar, halbuki heç bir şəriətdə övlad atasının günahına görə cəzalandırılmır. O cümlədən, Əhdi-ətiqdə belə deyilir: «Atalar övladların və oğullar da atalarının əvəzində öldürülməzlər. Hər kəs öz günahı səbəbilə öldürülər.»3

5. Əgər Məsihin dara çəkilməsi Allah tərəfindən qəbul edilirsə, onda nə üçün məsihilər yəhudilərin İsanı dara çəkməsindən bizarlıq edərək onları günahkar sayırlar?

6. Bəşər günahlarının kəffarəsi üçün Allahın oğlunun dara çəkilməsindən başqa bir yol yoxdurmu? Məsələn, Nuhun tufanı hadisəsində bütün günahların suya qərq olması, Bəni Adəmin günahkarlarının paklanması üçün kifayət deyildimi? Əgər cavab mənfidirsə, bunu necə qəbul etmək olar ki, Məsihin dara çəkilməsi də bütün əsrlərdə və nəsillərdə olan bəşərin günahlarının paklanması üçündür?

Üçüncü mehvər həzrət məsihin mühakiməsi

Məsihilər inanırlar ki, həzrət Məsih dara çəkildikdən və vəfat etdikdən sonra onu qəbirdə dəfn etdilər, amma iki gündən sonra qəbirdən qalxıb dirildi və asimanlara yüksəldi. Hal-hazırda Allahın sağ tərəfindədir.1

Allah da bütün varlıq aləminin padşahlığını, qüdrətini və iqtidarını ona bağışladı: «....Bu Allahın istifadə etdiyi məhz həmin əzəmətli qüdrətdir. Həzrət Məsihi öldürdükdən sonra diriltdi və Özünün sağ əlində səmavi məkanlarda yerləşdirdi. Onu zikr olunması mümkün olan hər bir qüdrət, iqtidar, padşahlıq və ümumiyyətlə bütün qüvvələrin fövqündə qərar verdi. Ona bu məqamları təkcə bu dünyada deyil, o biri dünyada da əta etmişdir. Allah hər bir şeyi Məsihin ayaqları altında qoymuş və onu bütün kilsələrin başında qoymuşdur; o kilsələr onun bədənidir və onun vücudunun hər bir yerini əhatə edir. Bununla eyni zamanda bütün kainatı öz hüzuru ilə doldurar.2 Allah tərəfindən hamının barəsində mühakimə yürütmək İsaya həvalə edilmişdir: «Ata heç kəsi mühakimə etmir, O, bütün mühakimələri oğula tapşırmışdır».3

Suallar

1. Məsihilərin əqidəsinə görə həzrət Məsih necə təcəlli tapmışdır?

2. Həzrət Məsih hansı iş üçün təcəlli etmişdir?

3. ”Çal si dun” e’tiqadnaməsinin möhtəvasından nə kimi nəticə alınır?

4. Məsihilərin əqidəsinə görə həzrət İsa (ə) nə üçün dara çəkildi?

5. Fəda əqidəsini necə aydınlaşdırmaq olar?

6. Həzrət Məsih me’rac etdikdən sonra hansı məqama nail oldu?