Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Dinlərlə tanışlıq.doc
Скачиваний:
28
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

Konfusion ayininin əqidələri

Konfusionun əsas məşğuliyyəti cəmiyyətdə, xüsusilə də hökumətin vəziyyəti, xalq kütlələri ilə dövlət mə`murlarının əlaqələrində islahat aparmaq olmuş mə’nəvi məsələlərə daha az diqqət yetirmişdir. O, hətta dəfələrlə öz şagirdlərinin mə’nəviyyət və fövqəltəbii məsələlərə dair suallarına cavab verməkdən yayınmışdır. Misal üçün, şagirdlərindən biri ölülərə (ruhlara) xidmət barəsində soruşduqda cavabında demişdir: “ - Xalqa xidmət etməyə qadir olmadığın halda onların ruhlarına necə xidmət edə bilərsən?” Yaxud, ölüm barəsində soruşulduqda demişdir: “ - Sən həyatı dərk etmədiyin halda, ölümü necə başa düşə bilərsən?”

Bütün bunlara baxmayaraq Konfutsionun müqəddəs kitabları böyük dünyanın ali qüdrəti olaraq böyük allahı açıq şəkildə qəbul və bə’zən onu ilahi hakim mə’nasını daşıyan Şankti, bə’zən də ərş, asiman mə’nasında olan Tiyen adı ilə qeyd edir. Konfusiondan nəql olunmuşdur ki: “ - Səmavi istəkləri bilmədən ali insan olmaq mümkün deyildir. Yol qanunları ilə (Tao asiman yolu) tanış olmadan fərdi şəxsiyyətin sabitləşməsi qeyri-mümkündür.”

Bununla belə, əvvəldə qeyd olunduğu kimi, Konfusion özündən yeni ideoloji əsas yaratmamış, öz ardıcıllarını ata-babalarının ayininə də’vət və təşviq etmişdir. Onun özü də keçmişdəkilərin e’tiqad və adət-ən’ənələrinə çox ciddi şəkildə riayət edirdi. Adi camaat kimi mə’budlara sitayiş və onlara qurbanlıq hədiyyə edirdi.

Konfusionun ölümündən sonra ardıcılları onu o dərəcədə müqəddəsləşdirdilər ki, ilahilik məqamına yüksəltməkdən əlavə, onun üçün mə’bədlərdə dua mərasimi, sitayiş və qurbanlıq da geniş yayıldı. Bu qanunların əsası ilk dəfə miladdan əvvəl 195-ci ildə Çin imperatorunun onun məzarı üstündə heyvanların kəsilməsini əmr etdikdən sonra qoyuldu və tədricən genişlənib yayıldı. Artıq, 1200 ildir ki, hər il minimun iki dəfə Konfusion üçün mə’bədlərdə qurban kəsməklə müşaiyət olunan dua mərasimləri keçirilir.

Sual və tapşiriqlar

1. Li qanununun icrası cəmiyyətin islahı üçün kifayət edirmi?

2. Şu nə deməkdir?

Li qanununu izah edin.

Çun-tzo, yaxud kamil insan Konfusiona görə hansı xüsusiyyətlərə malikdir.

İyirmi doqquzuncu dərs şinto ayini

Şinto Yaponiyanın qədim ayinidir və hal-hazırda Yaponiya əhalisinin əksəriyyəti özünü bu dinin ardıcılı hesab edir. Şinto dininin keçmişi animizm, totemizm və ata-babalara gedib çıxır. Qədim yaponların inanclarına görə, ruhlar hər bir yerdə - istər ulduzlarda, bitkilərdə, istərsə də ağaclarda, həşaratlarda və heyvanlarda - mövcuddur. Onların fikrincə saysız-hesabsız mə’budlar evlərin və onların sakinləri üzərindən uçurlar. Qədim yaponlar ölülərdən qorxurdular və onların ruhlarının həyatda rola malik olmalarına, dünya işlərinin müqəddəratının onların əlində ol masına inanmışlar. Buna görə də onlara sitayiş edərək öz ehtiyaclarını onlardan diləyir və hədiyyələr verməklə özlərini onların qəzəbindən amanda saxlamağa çalışırdılar. Ölülərin qəbirlərində qiymətli əşyaların qoyulmasının səbəbi də bu idi. Kişi ölülərin qəbirlərinə qılınc, qadınların qəbrinə isə güzgü qoyurdular. Böyük bir şəxsiyyət dünyadan gedəndə, onunla əlaqədar olanları da birlikdə torpağa basdırırdılar ki, axirət səfərində onun müdafiəçisi olsunlar. Qədim yaponlar arasında ölülərə ehtiram və onların pərəstiş olunması o dərəcədə geniş yayılmışdı ölülərin ruhları tədricən tanrı məqamına çataraq, insanların xoşbəxtlik və bədbəxtliklərini tə`yin edən ilahələrə çevrildilər. Bu ruhlara yaxınlaşmaq məsələsində iş o yerə çatıb ki, onlar üçün hədiyyələr verməkdən əlavə, digər dini mərasimlər, o cümlədən ata-babaların qəbirləri önündə dua oxumaq, qurbanlıq vermək, hətta ziyanverici yağışların dəf edilməsi kimi bə’zi hacətlərin istənilməsi üçün insanın qurbanlıq kəsilməsi barədə də mə`lumatlar var.

Şinto ilk əvvəldə əcdadlara sitayişdən qaynaqlanmış və üç formada olmuşdur: ailənin əcdadına sitayiş, qəbilənin ata-babalarına sitayiş, bir qövmün mə’budlarına və sultanlarına sitayiş. Buna görə də, ata-babaların, xüsusilə sultanların ailələrinin, vəfat edənin ailə üzvləri, görkəmli şəxsiyyətlər, qəbilə və tayfa başçıları, milli qəhrəmanlar və bir sözlə öz canlarını Yaponiya naminə fədakarlıqla əldən verən hər bir şəxsin ruhuna sitayiş bu ayinin əsasını təşkil edir.