- •Seyid əhməd mahmudi
- •Müqəddimə
- •Birinci dərs
- •2. Dinin əsas dayaqları nədən ibarətdir?
- •Suallar
- •İkinci dərs dinə meylin səbəb və motivləri (1)
- •1. İnsan dinə, məzhəbə və Allaha e`tiqad bəsləməyə necə meyl göstərmişdir?
- •2. İnsanların dinə yönəlməsində cəhalət, qorxu və ictimai-əxlaqi ehtiyaclar nə kimi tə`sir göstərmişdir?
- •1. Cəhalət nəzəriyyəsi:
- •2. Qorxu nəzəriyyəsi:
- •3. Əxlaqi və ictimai ehtiyaclar nəzəriyyəsi:
- •Sual və tapşiriqlar
- •Dinə meylin səbəb və motivləri (2)
- •1. İqtisadi amillərin və cinsi ehtiyacların dinin formalaşmasında nə kimi rolu olmuşdur?
- •2. Bəxt və taleyə inamın dinə yönəlmənin səbəblərindən biri hesab etmək olarmı?
- •3. Dinə yönəlmənin əsas amilləri hansılardır?
- •4. Iqtisadi amil nəzəriyyəsi:
- •5. Cinsi nəzəriyyə: (freydizm)
- •6. Bəxt nəzəriyyəsi:
- •Sual və tapşiriqlar
- •İbtidai dinlər (1) fetişizm və animizm
- •1.Fetişizm;
- •2.Animizm;
- •3.Totemizm.
- •1. Fetişizm
- •2. Animizm
- •Animizm ilə fetişizmin fərqi
- •Ərəbistan yarimadasinda animizm
- •Sual və tapşiriqlar
- •Beşinci dərs
- •İbtidai dinlər (2)
- •3. Totemizm
- •Totemizmin əsas prinsipləri
- •V) Tabu: (Taboo)
- •Qədim və müasir totemlər
- •2. Manaya e’tiqad
- •3. Sehr və cadu
- •4. Tabuya e’tiqad
- •5. Təmizlənmə və paklandirma
- •6. Diri zənn etmə
- •7. Təbiətə sitayiş
- •8. Qurbanliq
- •9. Ölülərə hörmət qoyulmasi
- •10. Insan, təbiət və varliq ruhunun vəhdəti
- •11. Varliq aləminin mənşəyinə qovuşmaq meyli
- •12. Eşq və sitayiş
- •13. Əbədiyyətə e`tiqad
- •14. Ixtiyar və seçki
- •Sual və tapşiriqlar
- •Mütaliə üçün bir ibtidai cəmiyyətin tədqiqi
- •Yeddinci dərs
- •Veda dini (1)
- •Veda ayininin tarixi
- •Veda mə`budlari
- •1. Çoxallahlıq:
- •2. Kollektiv mə`budlar;
- •3. Monoteizm.
- •Sual və tapşiriqlar
- •Səkkizinci dərs
- •Veda ayini (2) müqəddəs kitablar - veda
- •1. Riqveda:
- •İstər çox güclü qərb fatehləri olsun və istərsə də şərqin müzəffərləri!
- •İndra xilas etməkdə güclü və kömək etməkdə bağışlayandır!
- •2. Yacurveda:
- •3. Samaveda:
- •4. Asarvaveda:
- •Sual və tapşiriqlar
- •Doqquzuncu dərs brahman ayini (1)
- •Veda ayinindəki dəyişikliklər
- •İdeoloji dəyişikliklər
- •1. Brahmana e`tiqad:
- •5. Mukşa (nicat yolu)
- •Sual və tapşiriqlar
- •3. Müqəddəs kitablar
- •Sual və tapşiriqlar
- •Caynizm ayininin banisi
- •Mə`buda e`tiqad
- •Civa və aciva
- •Karma və samsara
- •Əxlaq və rəftar prinsipləri (normalari)
- •Polemika və tədqiqat
- •Buddizm (1) budda
- •Suallar
- •Buddizm (2)
- •Karma və samsara
- •Müqəddəs kitablari
- •Həyatin dörd məqsədi
- •Nicat yollari
- •Mə`budlarin həyat yoldaşlari
- •2. Ibadət və pərəstiş
- •4. Qanqa çayi
- •5. Brahman
- •Polemika və tədqiqat
- •İyirmi üçüncü dərs siqh ayini (1)
- •Siqh ayinini formalaşdiran zəminlər
- •Nanakin təbliğat metodu
- •2. Allahi zikr etmək
- •Sual və tapşiriqlar
- •İyirmi dördüncü dərs siqh ayini (2)
- •1. Tovhid:
- •3. Insan və dünya
- •4. Ibadət
- •5. Qrant
- •Sual və tapşiriqlar
- •İyirmi beşinci dərs tao ayini (1)
- •Tao ayinin kökləri
- •B) taoizmdə sehrkarliq
- •C) taoizmin dini yönləri
- •Suallar
- •İyirmi yeddinci dərs konfusion ayini
- •Konfusion barəsində
- •Konfusion ayininin əsas mənbələri
- •Konfusion ayininin formalaşma zəmini
- •Konfusion əxlaqi
- •Konfusion ayininin əqidələri
- •Sual və tapşiriqlar
- •İyirmi doqquzuncu dərs şinto ayini
- •Şintonun mə`nasi
- •Əsaslari və e`tiqadlari
- •Dini dəyişikliklər
- •Dini ayin və mərasimlər
- •Sual və tapşiriqlar
- •Otuzuncu dərs zərdüştilik (1) müqəddimə
- •Zərdüştiliyin tarixçəsi
- •Muğan dini
- •Mehrpərəstlik, yaxud mitraizim
- •Sual və tapşiriqlar
- •Otuz birinci dərs zərdüştilik (2)
- •Peyğəmbərliyə seçilmə
- •Sual və tapşiriqlar
- •Otuz ikinci dərs zərdüştiliyin əqidələri
- •1. Tövhid, yoxsa ikilik?
- •2. Dominu:
- •3. Axirət:
- •Sual və tapşiriqlar
- •Otuz üçüncü dərs avesta
- •İkinci hissə: «Vistert»
- •Suallar
- •Otuz dördüncü dərs zərdüştiliyin dini ayinləri
- •1. Odun müqəddəs sanılması:
- •6. Ölülərin dəfn mərasimi:
- •1. Sənəviyyani Məzdai:
- •2. Məsxiyyə:
- •3. Zərvaniyyə:
- •2. Yeni dinlər
- •1. Manvi ayini:
- •2. Məzdəki ayini:
- •3. Məsihilik:
- •4. İslam dini:
- •3. Siaysi dəyişikliklər
- •Suallar
- •Otuz altinci dərs bəni-israil qövmü
- •Sual və tapşiriqlar
- •Otuz yeddinci dərs həzrət musa (ə) təvəllüdü və uşaqliq illəri
- •Cavanliği və ailə qurmasi
- •Peyğəmbərliyə çatmasi
- •Suallar
- •Otuz səkkizinci dərs
- •İman gətirib imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!
- •Seçilmiş qövm
- •Suallar
- •Qirxinci dərs yəhudi ayinləri və ixtilaflari
- •Şənbə günü mərasimi
- •Bayramlar
- •Yəhudi əxlaqi
- •Sual və tapşiriqlar
- •Qirx birinci dərs tövrat
- •Sual və tapşiriqlar
- •Qirx ikinci dərs təlmud
- •Təlmudun yazilmasi
- •Təlmud tə’limlərindən bə’zi nümunələr
- •Sual və tapşiriqlar
- •Qirx üçüncü dərs yəhudi firqələri
- •1. Fərisyun
- •2. Səduqiyyun
- •3. Samiriyyun
- •4. Isiniyyun
- •5. Qurravun, yaxud ənaniyyun
- •Sual və tapşiriqlar
- •Qirx dördüncü dərs sionizm
- •Sionizm necə yaranmişdir?
- •Sionist tərzi-təfəkkürü
- •Sabe kəlməsinin lüğət mə’nasi
- •Dini əsaslari
- •Müqəddəs kitablari
- •Firqələr
- •Ayinlər və hökmlər
- •Suallar və tapşiriqlar
- •Qirx altinci dərs məsihilik müqəddimə
- •İsanin (ə) zühur etdiyi əsr
- •Suallar
- •Qirx yeddinci dərs
- •Qur’an nöqteyi-nəzərindən həzrət məryəm (ə)
- •Qur’an nöqteyi-nəzərindən həzrət isa (ə)
- •İncil nöqteyi-nəzərindən həzrət isa (ə)
- •Pulsun ifa etdiyi rol
- •Məsihi mənbələrində tövhid və təslis
- •Tənqidlər və mülahizələr
- •Üçüncü mehvər həzrət məsihin mühakiməsi
- •Suallar
- •Əlli birinci dərs məsihiliyin əxlaqi
- •Asimani mələkut üçün hazirliq
- •İnsanlara məhəbbət
- •Riyakarliqdan uzaq olmaq
- •Suallar
- •Əlli ikinci dərs məsihiliyin dini qayda-qanunlari və mərasimləri
- •2. Qüvvəyə mindirmə:(Tənfiz)
- •3. Tövbə mərasimi:
- •4. Rəbbani gecə:
- •5. Tədhin: (yağ sürtmə).
- •6. İzdivac:
- •7. Vürud ayini:
- •Suallar
- •1. Mətta İncili:
- •2. Marqos İncili:
- •3. Luka İncili:
- •4. Yuhənna İncili:
- •5. Rəsulların əməlləri:
- •Suallar
- •Rahiblik (tərki dünyaliq) müqəddimə
- •Tarixçəsi
- •Qərbdə rahiblik
- •Suallar
- •Əlli beşinci dərs məsihi məzhəbləri (1)
- •Məsihilikdə məzhəb və firqələrin yaranma səbəbləri
- •Ortodoks (orthodox)
- •Protestant (protestant)
- •Sual və tapşiriqlar
- •Əlli yeddinci dərs məsihi firqələri (1)
- •Protestant firqələri
- •1. Kalunistlər
- •2. Anaba petistlər
- •3. Nankonfurmistlər
- •4. Piveritenlər
- •5. Kəvikirlər
- •6. Pitistlər
- •Nurmunlar
- •Yəhüvəh (şahidlər)
- •Sual və tapşiriqlar
Otuz altinci dərs bəni-israil qövmü
Yəhudi dini Bəni-İsrail qövmünə mənsub edilir və bu qövmdən olan həzrət Musa (ə) Bəni-İsrail arasında peyğəmbərliyə seçilmişdi. Həzrət Musa (ə)-ın be’sətinin tarixi şəraitlərini və yəhudi şəriətinin tə’sis olunmasını aydınlaşdırmaq üçün bu qövmün tarixinə qısa bir nəzər salmaq zəruridir.
Bəni-İsrail İbrani və Sami irqindəndir. İbranilər ilk əvvəldə Ərəbistan yarımadasının şimalındakı səhralarda, Şam diyarının ətrafında köçəri həyat tərzi sürürdülər. Onların əqidələri sair bədəvi ərəblər kimi fetişizm və animizm olmuşdur. Həzrət İbrahim (ə) tövhid dininin əsasını qoyana qədər onlar bir neçə allaha inanırdılar.
Bə’zi tədqiqatçıların fikrincə, İbrami ləqəbini Kənanilər həzrət İbrahim (ə) Kənana daxil olduqdan sonra ona və onun ardıcıllarına vermişdilər. Çünki «İbrani» sözü «əyn», «bey» və «re» kökündən olub «keçmək» mə’nasındadır. Həzrət İbrahim (ə) Kənan diyarına çatmaq üçün Fərat çayından keçdiyinə görə ona bu ləqəb verilmişdi.
Həzrət İbrahim (ə) qoca yaşlarında iki övlad sahibi oldu; biri İsmail digəri isə İshaq. İshaqın iki ekiz oğlu oldu ki, birinə İsu (çox tüklü deməkdir) adı qoyuldu; çünki dünyaya gələndə onun bədəni tüklü idi. İkinci oğlu isə Yə’qub adlandırıldı. Yə’qub isə tə’qib edən mə’nasındadır; çünki birinci övladın ardınca doğulmuşdu.
Həzrət Yə’quba Tövratda qeyd olunan bir xurafatçı hadisə əsasında yə’ni, Allahla güləşmək (nəuzibillah) məsələsində1 İsrail ləqəbi verildi; yə’ni, qəhrəmana qalib gələn bir şəxs. Həzrət Yə’qubun on iki oğlu oldu ki, onların nəsli Bəni-İsrailin on iki tayfasını təşkil edir.
Eramızdan əvvəl, təqribən 17-ci əsrdə həzrət Yə’qub əhli-əyalı ilə birlikdə Kənanda quraqlıq olduğuna görə Misirə köçmüşdü. Misirdə Yə’qubun oğlu Yusif oranın baş vəziri olmuşdu. Buna görə də Yə’qub və onun ailəsi orada çox hörmətlə qarşılandı; onlarla layiqli tərzdə rəftar edilərək əkinçilik üçün çox yararlı, münbit torpaq sahələrini onların ixtiyarında qoydular. Məhz bu dövrlərdə Bəni-İsrail on iki tayfaya bölündü. Lavi, yaxud Levi qəbiləsi həzrət Musa, Harun, Məryəm və İsanın mənsub olduğu on iki tayfadan biridir.
Bəni-İsrail tayfaları uzun illər Misirdə çox əzizlənib firavanlıqla yaşadılar və çoxlu sərvət toplaya bildilər. Onların çoxu yüksək hökumət məqamlarında idilər. Amma Misir fir’onları istilaçı qövm olan Higzus qövmünə qələbə çaldıqdan və onları öz diyarlarından qovduqdan sonra Bəni-İsrail illə çox pis rəftar etməyə başladı; çünki, Bəni-İsrail onların nəzərində qəribə və yad sayılırdı. Onlarla higzuslarla olduğu kimi çox da qəddar rəftar etmirdi, amma hər bir halda qibtilər2 arasında yadlarla mübarizə ruhiyyəsinin icad olunması Bəni-İsraillə münasibətin dəyişməsinə səbəb oldu. Qur’ani-Kərimin bəyan etdiyi kimi, misirlilər Bəni-İsrail tayfalarına çoxlu zülmlər edir, onlara işgəncələr verirdilər. Onların oğlanlarını öldürür, qadınlarını özləri üçün saxlayır və onları qul kimi işlədirdilər.1
Bəni-İsrail qövmü uzun müddət çox ağır vəziyyətdə fir’onların amansız zülmləri altında yaşayırdılar və Fir’ona sitayiş etməyə məcbur edilirdilər. Nəhayət, Allah-taala həzrət Musanı (ə) onların arasından peyğəmbərliyə seçdi, tövhid dininə də’vət edərək, onları vahid bayraq altında birləşdirdi və Fir’ona pərəstiş etməkdən xilas etdi. Sonra onları və’də verilmiş diyara getmək üçün Misirdən çıxartdı. Amma Bəni-İsrail Sina səhrasına çatdığı zaman oraya daxil olmaqdan imtina edərək, Musaya dedilər: “Bu şəhərdə zalım bir qrup vardır. Nə qədər ki, bu qövm orada hakimdir, biz oraya daxil olmayacağıq.” Onlar Musadan istədilər ki, Allahının köməyi ilə zalımlarla müharibə etsin ki, ondan sonra oraya daxil olsunlar. Buna görə də Allah-taala onlara qəzəb etdi, müqəddəs diyara daxil olmağı qırx il müddətində onlara haram etdi və onları səhralarda sərgərdan qalmağa məhkum etdi.2
Bəni-İsrail qövmü biyabanlarda sərgərdan qaldığı qırx il müddətində öz üsyankarlıqlarını və bəhanə axtarmaqlarını davam etdirdilər; halbuki Allah-taala onlara buludlardan və dağlardan kölgələnəcək vermiş, “mənn” və “səlva” (çörək və qızardılmış toyuq) kimi xoşagələn yeməkləri onlar üçün müqəddər etmişdir. Həzrət Musa (ə) ümmətinin susuzluğu üçün Allahdan su istədikdə, Allah-taala ona öz əsasını daşa vurmağı əmr etdi. Əsanı daşa vurduqda Bəni-İsrail tayfalarının sayı qədər, yəni onlar üçün on iki çeşmə qaynadı ki, hər biri bir çeşməni öz ixtiyarlarında saxlasın və su üstündə bir-birləri ilə dava etməsinlər.3 Amma bütün bunlara baxmayaraq, Bəni-İsrail qövmü yenidən irad tutmağa başlayıb Musa (ə)-a dedilər ki, biz eyni növdən olan bir qida ilə kifayətlənə bilmərik. Allahdan istə ki, bizim üçün yerdən paxla, dənli bitkilər, xiyar, sarımsaq, mərci və soğan göyərtsin.4
Həmin dövrdə Musa (ə) Allahla qırx gecə-gündüz danşımaq üçün Tur dağına getmək qərarına gəldikdə, Harunu öz yerinə canişin qoydu. Bəni-İsrail Samirin hiylələrinə aldandılar və Musanın tövhid dinini buraxıb danaya sitayiş etməyə başladılar.5
Bəni-İsrail qövmü qırx il səhrada qaldı və həzrət Musa da orada dünyadan köçdü. Amma yəhudilər razı oldular ki, gözəl mənzərələrə, səfalı yerlərə malik olan Fələstin diyarına varid olmaq üçün öz düşmənləri ilə müharibəyə başlasınlar; nəhayət onlar zor və qüdrət işlətməklə və’də verilmiş ərazi adlanan bu diyara daxil olub, oranı öz ixtiyarlarına keçirtdilər. Bu dövrdə Bəni-İsrail peyğəmbərləri bu qövmün hidayətini öhdəsinə almış, Harun, Davud və Süleyman kimi qüdrətli hakimlərin hakimiyyəti altında yaşamışdılar. Nəhayət Babilin məşhur padşahı Buxtunnəsər miladdan təqribən 600 il əvvəl Fələstini işğal etmək üçün oraya qoşun yeritdi və Beytul-müqəddəsi fəth etdi. Yəhudi qövmü ona itaət etməkdən imtina etdikləri zaman, Buxtunnəsər onlara divan tutdu. O, həddən artıq yəhudi qətlə yetirdikdən, səltənət xəzinələrini və mə’bədlərini qarət etdikdən sonra onların sərvətlilərindən və sənətkarlarından on min nəfərdən artığını əsir edib Babilə apardı və öz tərəfindən Fələstinə bir nümayəndə tə’yin etdi. Amma on il sonra Buxtunnəsərin nümayəndəsi istiqlaliyyət əldə etmək fikrinə düşdü. Nəticədə Buxtunnəsər ikinci dəfə güclü bir qoşunla Fələstinə hücum etdi və yəhudiləri kütləvi şəkildə qırmağa başladı; şəhəri, xüsusilə mə’bədləri və yəhudilərin dini mərkəzlərini dağıtdı. Bu hadisə nəticəsində Tövratın müxtəlif nüsxələri və yəhud dininin müqəddəs kitabının saxlandığı şəhadət tabutu, yaxud müqəddəs sandıq məhv edildi.
Yəhudi qövmünün yerdə qalanları əsir olaraq Babilə aparıldı və əlli il müddətində orada əsarətdə yaşadılar. Bu dövrdə öz dini kitablarından və xüsusi mə’bədlərindən istifadə edə bilmədilər. Nəhayət miladdan 530 il qabaq İran şahı və Həxamənişiyan sülaləsinin başçısı Kuruş Kəbir Babilə həmlə edərək Kildanilər səltənətinin kökünü kəsdi; Babili fəth etdi və yəhudi əsirlərini əsarətdən xilas etdi. Yəhudilər Kuruşun gördüyü tədbirlər nəticəsində İrana və iranlıların əqidəsinə meyl göstərdilər. Onlardan bir qurupu İrana gəldi. Kuruş böyük hörmət sahibi olan, hamının diqqət yetirdiyi Üzeyir adlı yəhudi alimini yəhud qövmünə rəis tə’yin etdi və ona icazə verdi ki, yəhudilər üçün yeni bir dini kitab yazsın. Üzeyir miladdan 457 il qabaq yəhudilərdən bir qurupu ilə Fələstinə qayıtdı; orada yəhudi alimlərinin həmkarlığı ilə Əhdi-ətiqi yazmağa başladı. Yəhudilərin hal-hazırda müqəddəs kitabı adı ilə tanınan məcmuə, Üzeyir tərəfindən toplanıb bir yerə yığılan həmin kitabdır.
Əzra adlanan Üzeyir barəsində Qur’ani-kərimdə qeyd olunub. Belə ki, o, xarab olub dağılmış bir kənddən keçəndə heyrətlə sual etdi ki, Pərvərdigara! Ölüləri necə dirildəcəksən? Allah-taala onu yüz il müddətində ölü vəziyyətində saxladı və sonra dirildib buyurdu: “Nə qədər yatmışdın?” Cavab verdi: “Bir gün, yaxud yarım gün.” Allah-taala buyurdu: “Xeyir. Sən yüz il yatmısan. Sən öz yeməyinə və içməyinə bax; onlar hələ də xarab olmamışdır. Öz ulağına bax (o, ölmüşdü və sümükləri bir-birindən aralanıb dağılmışdı) ki, biz Səni camaat üçün ayə və nişanə qərar veririk. Sonra sümüklərə bax; gör ki, Biz onları bir-birinə necə yapışdırıb ətə bürüyürük.1 Qur’ani-Kərimin başqa ayələrində Allah-taala yəhudi qövmünün sözlərini nəql edir ki, onlar Üzeyiri Allahın oğlu kimi tanıtdırdılar və Allah bu işlərinə görə onları lə’nətləyir.2
