Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Dinlərlə tanışlıq.doc
Скачиваний:
28
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

Suallar

1. Fir’onun ətrafındakılar Musanın qoyulduğu sandığı tapdıqda nə etdilər?

2. Həzrət Musa hansı şəraitdə anasına qaytarıldı?

3. Həzrət Musa necə oldu ki, Şüeybin kürəkəni oldu?

4. Həzrət Musa nə vaxt və necə peyğəmbərliyə seçildi?

5. Həzrət Musanın mö’cüzələri hansılardır?

6. Həzrət Musanın ilk peyğəmbərlik vəzifəsi nə idi?

Otuz səkkizinci dərs

YƏHÜVƏH

Həzrət Musadan əvvəl və sonra olan ilahi peyğəmbərlərin hamısında olduğu kimi, həzrət Musanın da risalət və tə’limlərinin sərlövhəsində tövhid və yeganə Allaha pərəstiş məsələsi dayanır. Həzrət Musa (ə)-ın risaləti ondan əvvəlki peyğəmbərlərin davamında və İbrahim (ə)-ın tövhid ayininin əsasında bərqərar olmuşdur. Allah-taala Qur’ani-Kərimdə buyurur:

«(Ya Məhəmməd!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İshaqa, Yə’quba və onun övladlarına, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik».1

Buna əsasən nübüvvət və peyğəmbərlik bir-biri ilə bağlı olan bir silsilədir və bütün peyğəmbərlər insanları tövhidə də’vət etmişdir.

Musanın də’vəti də tövhidə və yeganə Allaha pərəstiş etməkdən ibarətdir. Qur’ani-Kərim İbrahimin dilindən onun tövhid əqidəsində olduğunu bəyan etdikdən sonra, onun nəslinin və övladlarının hidayət olunması ne’mətini də (o cümlədən Muasanın) şərh edir. Allah-taala buyurur:

«Mən həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allah) şərik qoşanlardan deyiləm!

Tayfası İbrahimlə mübahisəyə girişdi. İbrahim dedi: «Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi öz elmi ilə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsinizmi?

Allah sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda mən niyə sizin şərik qoşduqlarınızdan qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstdən hansı (qiyamət əzabından) əmin olmağa daha haqlıdır?

İman gətirib imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!

Bu, Bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi mərtəbə-mərtəbə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət və elm sahibidir.

Biz İshaqı və Yə’qubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurduq...

Zəkəriyyanı, İsanı, İlyası da hidayətə çatdırdıq. Onların hamısı əməli-salehlərdən idi.

Biz həmçinin İsmaili, Ələysə’i, Yunusu və Lutu da hidayətə qovuşdurduq və onları (özləri ilə bir dövrdə yaşayan bütün) insanlardan üstün etdik.»1

Bu ayələr gözəl şəkildə bəyan edir ki, İbrahimin dini tövhid ayinidir və ondan sonra gələn peyğəmbərlərin hamısı onun ayinində olmuşlar; risalət dövranında insanları tövhidə və yeganə Allahın müqabilində təslim olmağa də’vət etmişlər.

Qur’ani-kərim buyurur:

«(Ya Məhəmməd!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən Biz onu dünyada (peyğəmbərlik və Kə’bəni tə’mir etmək üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməli-saleh olanlardandır.

Rəbbi İbrahimə: «(Əmrimə) təslim ol!» - dedikdə, İbrahim də: «Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum!») – deyə cavab vermişdi.

İbrahim və (sonra da) Yə’qub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib, hər bir dedi: «Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!

(Ey yəhudilər!) Yoxsa Yə’qubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O, «Məndən sonra nəyə ibadət edəcəksiniz?» - deyə oğlanlarından soruşduğu zaman, onlar «Sənin Allahına və ataların: İbrahim, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olub, ona ibadət edəcəyik!» - dedilər.»2

Buna əsasən bütün ilahi peyğəmbərlər İbrahimin dinindədir və həmişə öz ailə-övladlarına bu dinə tabe olmağı tövsiyə etmişlər. Qur’an həzrət Musa (ə)-ın dilindən, Fir’onun ondan öz Allahı barədə soruşduğu zaman cavabında belə buyurur:

«Musa belə cavab verdi: Rəbbimiz hər şeyə öz surətini və şəklini verən, sonra da ona doğru yol göstərən Allahdır.»3

Bəni-İsrail qövmü Musanın bir neçə gün olmadığı dövrdə danaya pərəstiş etməyə başladılar. Musa qayıdıb vəziyyətdən xəbərdar olduqdan sonra onlarla çox qətiyyətli və ciddi davranaraq öz qövmünə xitabən buyurdu:

«Sizin Tanrınız ancaq o Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elmi ilə hər şeyi ehtiva etmişdir.»4

Yəhudilərin asimani və müqəddəs kitabı olan Tövrat da bu məsələyə tə’kid edir ki, Musanın Allahı elə ata-babaları Yə’qub, İshaq və İbrahimin Allahıdır. «Dedi: Mənəm sənin atanın Allahı – İbrahimin, İshaqın və Yə’qubun Allahı»5

Tövratın başqa bir ayəsində belə oxuyuruq:

«Musa Allaha dedi: İndi mən Bəni-İsrailin yanına gedib onlara desəm ki, sizin ata-babalarınızın Allahı məni sizin yanına göndərmişdir. Məndən onun adının nə olduğunu soruşsalar, onların cavabında nə deyim? Allah Musaya dedi: «Mən varam və o kəsəm ki, varam.» Bəni-İsrailə belə de: «İhyət (varam) məni sizin yanınıza göndərdi.» Allah Musaya yenə dedi: «Bəni-İsrailə belə de: Yəhuvə, sizin ata-babalarınızın Allahı – İbrahimin, İshaqın və Yə’qubun Allahı məni sizin yanınıza göndərmişdir. Bu əbədi olaraq Mənim adımdır və ardıcıl nəsillərə olan yadigardır.1

Buna əsasən, Musanın bəyan etdiyi Allahın məhz İbrahim tərəfindən təqdim olunan yeganə Allah olması barədə heç bir ixtilaf nəzərə çarpmır. Amma əsas məsələ bundan ibarətdir ki, görəsən Tövratda «Yəhuva» adlandırılan Allah, Qur’anda Əhəd və Səməd kimi vəsf olunan yeganə Allahdırmı? «Yəhuvə» kəlməsinin kökü və onun necə tələffüz olunması barədə din tarixçiləri və tədqiqatçılar arasında çoxlu mübahislər baş vermişdir. Bə’ziləri aşkar şəkildə demişlər ki, onun əsil və düzgün tələffüzü «Yəhüvəh» kimidir. Çünki həzrət Musa Bəni-İsrailə öyrətmişdir ki, tə’zim və ehtiram əlaməti olaraq, Allahın həqiqi adını işlətməsinlər; Allahın adını çəkmək lazım olduqda, kinayə və işarədən istifadə etsinlər. Bu tə’bir sonralar dəyişilərək «yəhvəh» formasına düşmüşdür. Əlbəttə, hazırda müqəddəs kitabda bu kəlmə «yəhuvə» kimi yazılıb tələffüz edilir. Alimlərdən bə’ziləri isə onun «həyat» kökündən alındığını və «o kəs ki, vardır» mə’nasına yozulduğunu deyirlər; bu ehtimalın düzgün olmasının əlaməti «ehyəh» (varam) və «ehyəh işrahiyəh» (varam o kəsəm ki, varam) tə’biridir ki, Tövratın müxtəlif ayələrində «Ləfzi Cəlalə»nin əvəzində işlədilmişdir. Ümumiyyətlə, hər yerdə «yəhuvəh» Musanın və Bəni-İsrailin Allahı kimi işlədilmişdir. Amma burada iki məsələni xatırlatmaq yerinə düşərdi:

Birincisi budur ki, Tövrat aşkar şəkildə deyir ki, yeganə Allah yalnız Musanın yanında «yəhuvəh» adı ilə tanınan varlıqdır; bundan əvvəl İbrahimin, İshaqın və Yə’qubun yanında mütləq qadir adı ilə tanınan Allahdır. «Və Allah Musaya xitab etdi, ona dedi: Mən Yəhuvəhəm. İbrahim, İshaq və Yə’quba mütləq Allah adı ilə zahir oldum. Amma Yəhuvəh adımla onların nəzərində tanınmadım.»2

İkincisi bundan ibarətdir ki, Tövrat müəyyən sifət və xüsusiyyətləri Yəhuvəhə mənsub edir ki, Allah bu kimi xüsusiyyətlərdən pak və münəzzəhdir. Onlardan bə’ziləri bəşər sifətləridir ki, Allaha aid edilir:

«Musa, Harun, Nadab, Əbihu və İsrailin məşhur şəxsiyyətlərindən 70 nəfərlə birlikdə yuxarı çıxdı və İsrailin Allahını gördülər. Onun ayaqlarının altı göy yaqut kimi şəffaf və asimanın zatı kimi saf idi; Bəni-İsrail sərvərlərinə öz əlini qoymadı, onlar Allahı gördülər, yedilər-içdilər.3

Başqa yerlərdə isə Allah Musaya xitab edib deyir: “Bəni-İsrailə əmr et ki, Onun (Allah) üçün müxtəlif hədiyyələr gətirsinlər. (O cümlədən qızıl, gümüş, düyü, lil, ərğəvan, nazik kətan, xəz dəri və s.) Sonra buyurur: «Mənim üçün müqəddəs bir məqam düzəltsinlər ki, onların arasında olum».4

Yəhuvəh digər bir yerdə xətakar şəxs kimi tanıtdırılır. Guya o, öz əməllərindən peşiman olur:

«Allah “Öz qövmünə çatdır” deyə - buyurduğu pislikdən qayıtdı».1 Başqa bir yerdə oxuyuruq: «Allahın kəlamı Səmuilə nazil oldu: «Mən peşiman oldum ki, Şaiulu (tağutu) padşah etdim. Çünki mənə tabe olmaqdan üz çevirmiş, mənim kəlamımı yerinə yetirməmişdir».2 Buna əsasən aydın olur ki, müqəddəs kitab təhrif olunan zaman ilahi həqiqət müəyyən dəyişikliklərə mə’ruz qalıbdır.

Əlbəttə, bu məsələ Bəni-İsrail qövmünün tövhiddə törətdikləri inhirafçı keçmişə diqqət yetirməklə də aydın olur. Çünki, Musa qısa müddətli qeybə çəkildiyi zaman, bu qövm dərhal danaya pərəstiş etməyə başladılar. Bəni-İsrail peyğəmbərlərinin çoxluğu da göstərir ki, bu qövm tövhid yolundan azmağa və şirk bataqlığında qərq olmağa daha çox meyilli olmuşdur.

SUALLAR

1. Qur’ani-kərim İbrahimin və onun övladlarının dinini necə təqdim edir?

2. Qur’ani-Kərim nöqteyi-nəzərindən hansı kəslər İbrahimin dinindən üz döndərər?

3. Tövrat insanları yeganəpərəstliyə də’vət edirmi?

4. Yəhuvəh nə deməkdir?

5. Yəhuvəh yeganə Allahdırmı?

OTUZ DOQQUZUNCU DƏRS

YƏHUDİ TƏFƏKKÜRÜ

Keçən dərsdən məlum oldu ki, Həzrət Musanın (ə) əsas ilahi vəzifəsi insanları tövhidə, yeganəpərəstliyə də’vət etmək olmuşdur. İndi isə Bəni-İsrail əqidəsinin nədən ibarət olmasını araşdırırıq. Aydınlaşdırmalıyıq ki, görəsən onlar öz peyğəmbərlərinin tövhid əqidəsində qaldılar, yoxsa şirkə düçar oldular. Həmçinin bunu da araşdırmalıyıq ki, bu qövmün alimləri öz dinlərini necə təqdim edirlər?

TÖVHİD VƏ ŞİRK

Yəhudi qövmü həmişə özlərinin yeganəpərəst olmasına tə’kid edərək, tövhidi həzrət Musanın on fərmanından biri kimi qəbul etmələrinə baxmayaraq, daimi olaraq bütpərəstliyə və şirkə meyl göstərmiş və bütpərəstlər kimi gözləri ilə görə bilmələri mümkün olan Allah qarşısında ibadət etmək istəmişlər. Qur’ani-Kərim onların Musadan etdikləri istəyi belə bəyan edir:

«Və yadınıza salın ki, siz: «Ya Musa Allahı aşkarsurətdə görməyincə, heç vaxt sənə inanmayacağıq» - dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu.»1

Başqa bir yerdə buyurulur:

«...Dedilər: [Ya Musa] Allahı bizə aşkar şəkildə göstər...!»2

Bəni-İsrailin bütpərəstliyə meylli olmaqlarının ən aşkar dəlili onların danaya sitayiş etmələridir. Musa (ə) qısa müddətli qeybə çəkildiyi dövrdə Allahla otuz günlük görüş üçün öz qövmündən uzaqlaşdı və Tur dağına getdi. Orada həmin otuz günə on gündə əlavə edildi. Bu müddət ərzində Harun qövmə rəhbərliyi öz öhdəsinə almışdı.3

Amma Bəni-İsrail qövmü Musanın gecikdiyini gördükdə, Samirinin hiyləsi ilə danaya pərəstiş etməyə başladılar. Qur’an Harunun dilindən nəql edir ki, o (yə’ni, Harun) camaatın şirkə düşməyinə mane olmaq istədikdə, onu öldürmək qərarına gəlmişdilər.4

Yəhudilərin müqəddəs kitabı olan Tövrat bu hadisəni belə nəql edir: «Qövm, Musanın dağdan gec enməsini gördükdə Harunun yanına toplaşıb dedilər: “Qalx ayağa və bizim üçün gözlərimiz önündə olan bir Allah düzəlt. Çünki bu kişinin (Musa), bizi Misir ölkəsindən çıxaran bu kişinin başına nə iş gəldiyini bilmirik.” Harun onlara dedi: “Qadınlarınızın, oğlanlarınızın və qızlarınızın qulaqlarında olan qızıl sırğaları çıxarın və mənim yanıma gətirin.” Bütün qövm ailə-uşaqlarının boyun-qulaqlarındakı qızılları çıxarıb Harunun yanına gətirdilər. Harun qızılları alıb qələmlə naxışladı, ondan bir dana qəlibi hazırladı və onlara dedi: “Ey İsrail, bu allahınızdır ki, sizi Misir ölkəsindən çıxarmışdır. Harun bunu gördükdə onun qarşısında bir qurbangah düzəltdi və dedi: Sabah Yəhuvə bayramıdır. Sübh tezdən qalxıb yandırma qurbanlığını keçirib, salamat qalan hədiyyələri gətirdilər. Qövm yeyib-içmək üçün oturdu və oynamaq üçün ayağa qalxdılar. Allah Musaya dedi: “Yola düş, dağdan aşağı en. Çünki sənin Misirdən çıxardığın bu qövm yolunu azmışdır. Onlara əmr etdiyim yoldan azıb özləri üçün dana düzəltmişlər və onun yanında səcdə edir, qurbanlıq kəsirlər. Deyirlər ki, ey İsrail! Bu həmin allahdır ki, səni Misir ölkəsindən çıxarmışdır.” Allah Musaya dedi: “Bu qövmü gördüm. İndi bu çox inadkar bir qövmüdür.”1

Diqqət yetirilməli məsələ budur ki, Qur’ani-Kərimin nəql etdiyinə əsasən, Bəni-İsrail qövmünün danaya sitayiş etməsinin banisi Samiri adlı bir şəxs olmuşdur. Halbuki təhrif olunmuş Tövratda bu çirkin və şirk əməl Haruna aid edilir. Həqiqətdə isə bu şəxs Harun olmamışdır; o, müqəddəs insan olduğundan heç vaxt şirkə əl atmazdı. Amma necə olursa-olsun, bu tarixi məlumatdan aydın olur ki, Bəni-İsrail qövmü ən kiçik bəhanə ilə bütpərəstliyə meyl göstərirdilər. Qeyd olunan axırıncı ayədən belə aydın olur ki, bu qövmün Allaha şərik qoşmaqda təcrübəsi var idi; Allah da onları inadkar adlandırmışdır.

Həzrət Musa (ə) qayıdan zaman dana bütünü sındırıb ona sitayiş mərasimini ləğv etdi və öz qövmünü yenidən tövhidə qaytardı. Amma onlar Musadan sonra da bütpərəstliyə, danapərəstliyə üz tutdular. O cümlədən, Bəni-İsrail Fələstinə daxil olub bu diyarda yerləşdikdən sonra Kənanın şimal nahiyələrində yaşayan on iki tayfadan onu kənanilərlə qarışmaq nəticəsində Yəhuvəyə e’tiqad və pərəstişlə eyni zamanda Kənanın Bə’l bütü, eləcə də onun həyat yoldaşı olan Əştaruta pərəstiş etməyə başladılar. Amma köçəri həyat tərzi keçirən iki tayfa isə öz Yəhuvə əqidəsində qalmışdılar.2

Qur’ani-Kərim bu hadisəyə işarə edərək buyurur:

«Həqiqətən İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir.

Bir zaman o öz tayfasına belə demişdi: Məgər (bütlərə ibadət etməklə) Allahdan qorxmursunuz?

Məgər siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bə’lə (Bə’l adlı bütə) ibadət edirsiniz?»3

Tövrat bir çox yerdə Bəni-İsrailin üsyankarlıq, şirk və bütpərəstliklərindən danışır. Aşağıdakı misallara diqqət yetirin:

«Ey Yə’qub övladları və İsrail övladlarının bütün qəbilələri! Allahın kəlamını eşidin, Allah belə buyurur: Sizin atalarınız Məndə nə insafsızlıq görüblər ki, məndən uzaqlaşıb batillərə tabe olublar, batil olublar və...»4

«Və siz deyirsiniz ki, bizim Allahımız olan Yəhüvəh nə üçün bu qədər bəlaları bizə göndərmişdir? Bu zaman sən onlara de: Ona görə ki, siz Məni tərk edib başqa mə’budlara ibadət etdiniz. Belə isə qəriblərə nökər və qul olacaqsınız»1

«Və Yərub’am öz qəlbində fikirləşirdi ki, indi səltənət Davud sülaləsinə qayıdacaqdır. Əgər bu qövm qurbanlıq etmək üçün Allahın evi Yerusəlimə getsələr, həqiqətən bu qövmün qəlbi öz ağaları Rəhübam – yəhudi padşahına qayıdacaqdır və məni qətlə yetirib Yəhudanın padşahı Rəhübamın yanına qayıdacaqlar. Belə isə padşahla məşvərət etdi, iki qızıl dana heykəli düzəltdi və ona dedi ki, sizin üçün Yerusəlimə getmək çətindir. Ey İsrail! (Bunlar) səni Misir diyarından çıxaran mə’budlardır və birini “Beyti-il”də qoydu, digərini “Dan”da qərar verdi. Və bu məsələ də günaha səbəb oldu; qövm o bir dənə “Dan”ın yanına getdilər, uca məkanlarda evlər tikdilər və Bəni Lavidən olmayan qövmün hamısından kahinlər tə’yin etdilər. Yərub’am səkkizinci ayın 15-də yəhudi bayramına oxşar bir bayram təşkil etdi və o qurbangaha getdi; “Beyti-il”də həmin cür əməl etdi, düzəltdiyi danalar üçün qurbanlıq kəsdi, düzəltdiyi uca yerlərin kahinləri Beyti-ildə kahinlərini qərar verdi, səkkizinci ayın 15-də yə’ni, öz qəlbindən ixtira etdiyi bir ayda Beyti-ildə düzəltdiyi qurbangahın yanına gedirdi və Bəni-İsrail üçün bayramlıq təşkil edirdi; qurbangahın yanına gəldi və buxur yandırırdı.2