Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Dinlərlə tanışlıq.doc
Скачиваний:
28
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

Qirx üçüncü dərs yəhudi firqələri

Yəhudilər sair xalqlar kimi müxtəlif firqə və quruplara bölünmüşdür. Yəhudi qövmü arasında təfriqənin ən ümdə amili yəhudi dininin şifahi tə’limlərinə (Təlmuda), eləcə də Əhdi-qədimə (Ətiqə) artırılan risalələrə e’tiqad bəsləyib-bəsləməməklə əlaqədardır. Eləcə də axirət aləminə e’tiqad bəsləmək və ya bəsləməmək yəhudilərin firqələrə ayrılmasının digər bir amili hesab olunur.

Bu dərsdə yəhudi firqələrinin ən mühümlərini bəyan edəcəyik.

1. Fərisyun

«Fərisyun» kənara çəkilənlər, ayrılanlar mə’nasındadır. Bu ad həmin firqəyə müxaliflər tərəfindən verilmişdir. Amma bu firqənin ardıcılları özlərini «Əhbar» yə’ni, rəfiqlər və dostlar, yaxud Rəbbanilər adlandırırlar.

Bu firqənin ardıcılları inanırlar ki, Tövratın hamısı əzəl gündən xəlq olunmuş və Musaya nazil olan müqəddəs lövhələrdə yazılmışdı. Buna əsasən, həzrət Musanın əsrindən sonra Tövratın yenidən yazılması həmin yazıların təkrar olunması kimidir. Fərisyunların nəzərinə görə, Tövrat təklikdə müqəddəs kitabın hamısı deyil, əksinə Təlmud da müqəddəs kitabın bir hissəsidir. Fərisyunun nəzərincə, yəhudi xaxamları mə’nəvi hakimiyyətə və ismət məqamına sahibdirlər; onların danışıqları Allah tərəfindən ilham olunur. Həmçinin deyirlər ki, hər bir mö’min xaxamların kəlamını şəriət hökmü kimi qiymətləndirməlidir. Çünki onların sözləri Allahın buyuruğudur. Buna əsasən, əgər xaxam sağ əlim sol əlimdirsə desə, yaxud bunun əksinə söyləsə, onu təsdiq et və onunla mübahisə etmə.

Fərisyun axirət aləminə, məhşərə, ölülərin dirilməsinə və qiyamət gününə e’tiqad bəsləyir. Onlar inanırlar ki, ölüb dünyadan getmiş saleh şəxslər də Məsihanın qiyamı zamanı diriləcəklər ki, o həzrətin xidmətində olsunlar. Fərisyunlar qurbanlıq ayinlərinə inanmırlar və onların əksəriyyəti zöhd və sufilik halında yaşayır, izdivacdan qaçırlar.

Fərisyun İncildə həzrət İsa (ə)-ın ən qatı düşmənləri kimi təqdim olunaraq, Qeysərin yanında bədbinlik icad edən amil və İsa (ə)-ın dara çəkilməsi ilə nəticələnən bütün məkrli planların səbəbkarı hesab olunurlar.

2. Səduqiyyun

Bu firqə həzrət Süleymanın zamanında böyük kahin olan Səduq, yaxud eramızdan əvvəl üçüncü əsrdə yaşamış həmin adda başqa bir kahinə mənsub edilir. Deyirlər ki, Səduq, Üzeyiri Allahın oğlu kimi təqdim edən şəxsdir ki, Qur’anda da buna işarə edilir.1

Səduqiyyun şifahi tə’limlər olan Təlmuda e’tiqad bəsləmir və inanırlar ki, bu kitab Fərisiyyun alimləri tərəfindən yazılmışdır və müqəddəs kitab deyildir. Səduqiyyunun Fərisiyyunla olan ixtilaflarından digəri səduqilərin qiyamətə, axirət həyatına, qiyamət gününün hesab-kitabına, behişt və cəhənnəmə e’tiqad bəsləməməsidir; onlar inanırlar ki, insanlar bütün işlərin mükafat və cəzasını məhz bu dünyada görəcəkdir. Əgər yaxşı iş sahibi olarsa, xeyir və bərəkətlə bu həyatdan mükafat alır, əgər çirkin işlər görərsə, müsibətlərə, acınacaqlı hallara giriftar olar. Səduqiyyun mələklərin və şeytanın varlığına, ilahi qəza və qədərə, və’də verilən Məsihaya da inanmırlar.

Səduqiyyun ictimai rəftarda da Fərisiyyunla fərqlənirlər. Çünki Səduqiyyun müxtəlif millətlər və sair din ardıcılları ilə dostluq rabitələrinin bərqərar edilməsinə inanırlar. Halbuki, Fərisiyyun yəhudilərdən başqasına düşmən gözü ilə baxır, hətta sair yəhudi firqələrinin ardıcıllarına da mənfi hisslərlə yanaşırlar.