Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
3
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

Əhli-beytin (ə) isməti

Ayə və rəvayətlərə əsasən Əhli-beyt (ə) nəzəri və əməli əql mərhələsində mə’sumdur. Yə’ni onların biliyi də, əməli də düzgündür. Onlar həm elm və biliyi xalqa düzgün çatdırır, həm də əməldə nöqsana yol vermir. Qur’an Əhli-beytin (ə) isməti haqqında buyurur: “Allah hər növ pisliyi siz Əhli-beytdən (ə) (şiə və sünni rəvayətlərinə əsasən həzrət Məhəmməd (s), Əli (ə), Fatimə (s.ə.) Həsən (ə) və Hüseyndən (ə)) uzaqlaşdırmaq, sizi layiqincə paklamaq istəyir.”237

Allahın bu iradəsi Əhli-beytin həm elm və mə’rifətini, həm də əməlini əhatə edir. Allah bu zümrəni elm və əməl baxımından mə’sum qərar vermişdir.

Mə’suma ehtiyac

Tə’kidli şəkildə göstəriş verilir ki, Qur’an və İslam maarifinə Əhli-beytsiz (ə) yaxınlaşmayın. Çünki peyğəmbərlər və mə’sumlardan savayı kimsə düşüncə xətasından sığortalanmamışdır. Mə’sum olmayan şəxs nə vaxtsa yanlış düşüncəyə düçar olasıdır. Yanlış düşüncə isə insanı günah və xətaya aparır.

Bir çoxları məhz yetərsiz baxış və düşüncə zəifliyi səbəbindən büdrəmələrə yol vermişlər. Həqiqətlərin düzgün qavranılmaması səbəbindən bə’ziləri Allaha yaxınlaşmaq məqsədi ilə övliyaların üzərinə qılınc çəkmişlər!

Xəvaric zümrəsinin əksəriyyəti bu qəbildəndir. Əmirəl-mö’minin onları ürək ağrısı ilə xatırlayır. İbadət sahəsində təlaş göstərən, günahdan çəkinmək üçün çalışan xəvaric yanlış düşüncə sayəsində həddi aşmış, nəticədə Əmirəl-mö’mininin hədəfinə çevrilmişlər!

İnsanın elm və əməli

Adi insanlarda elm və əməl arasında fərq böyük olur. Uca insanlıq məqamından tənəzzül etdikcə, ilahi şəxsiyyət alçaldıqca elm və əməl arasındakı məsafə də artır. Adətən, onların biri o birindən güclü olur.

İnsan inkişaf edib kamillik mərtəbələrini adladıqca bu iki yönüm bir-birinə yaxınlaşır. Nəhayətdə elm və əməl vəhdətə çatır. Mələklərdə və digər ali mücərrəd varlıqlarda elm və əməl bir-birindən ayrı deyil. İlkin olaraq zühur edən Məhəmməd həqiqətində bu vəhdət zirvə həddindədir.

Həzrət haqqın elm və əməli

Həzrət Haqda elm eynən əməldir və onların hər ikisi eynən qüdrətdir...Qur’anda oxuyuruq: “Yerdə və göydə zərrə ağırlığında bir şey Rəbbinə məxfi deyil...”238 Beləcə, həzrət Haqq, cəhalət, nöqsan, səhv və unutqanlıqdan uzaqdır: “Rəbbin heç vaxt unutqan deyil.”239

Həzrət Haqq əməldə də istənilən pislik və nöqsandan uzaqdır. Çirkin əməllərdən biri zülm-sitəmdir. Allah bu sifəti belə rədd edir: “Rəbbin kimsəyə sitəm qılmaz.”240 Allah istənilən həddə çirkinliyi pis sayır və özünü bu sifətdən uzaq tanıtdırır: “Bütün bu göstərişlər və əmrlərə qarşı çıxmağın günahı Rəbbinin yanında pisdir.”241Həzrətin elm və əməldə istənilən bir pislikdən uzaq olmasının səbəbi onun elminin eynən əməl və qüdrət olması, əməl və qüdrətinin eynən elm olmasıdır. Hansı ki tələffüzdə bu həqiqətlər bir-birindən ayrı görünür.

Əhli-beytin (ə) elmi və əməli isməti

Deyilənlərdən belə qənaətə gəlirik ki, ismət xasiyyəti mütləq əməli və ya elmi deyil. Çünki şəxsiyyəti həqiqətin təcəllası olan peyğəmbərlər və imamlar həm elmdə, həm də əməldə mə’sumdurlar. Buna görə də onların elm və əməli Qiyamətədək istənilən bir rütbə və məqamda olanlar üçün dəlildir. Elm və əməlin dəlil olması üçün nəzərdə tutulan zümrə hər iki cəhətdən mə’sum olmalıdır. Bu halda olanlar həqiqət me’yarı, Haqqın batildən seçilməsi üçün ölçü olurlar.

Bəli, onlar elmi və əməli ismətləri ilə kamil dəlil ola bilərlər. Haqqı olduğu kimi bəyan etmək yalnız onların şənindədir. Onlar həmin həqiqətə əməl etməklə xalqı də’vət və cəzb edirlər.

Məhəmməd ibn Əli ibn Babəveyh dəyərli “Zəxirətul-ibad” kitabında ibn Əmirdən belə rəvayət edir: Hişam ibn Həkəmdən dəyərli söz eşitdim. Ondan soruşdum ki, imamın ismət məqamı varmı? Dedi: “Bəli.” Soruşdum ki, dəlil nədir? Dedi: “Bütün günahlar dörd günahdan qaynaqlanır: tamah, həsəd, qəzəb, şəhvət.”

Bütün dünya imamın əmrinə tabe olduğu halda onun müqəddəs nəfsi dünyaya həris ola bilərmi? Daşı gövhərə döndərə bilən bir şəxs dünya matahına necə tamah salar?!

Bütün məxluqlar onun sayəsində dolandığı bir vaxt o kimə həsəd aparmalıdır?! Yalnız Allah yolunda qəzəblənən biri kimə qəzəblənəsidir?!

Kəşf-kəramət yolu ilə ən üstün behişt ne’mətlərindən, ali və gözəl simalardan xəbərdar bir şəxs şəhvətə əsir ola bilərmi?

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]