Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
3
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

İmam Hadinin (ə) əxlaqi xüsusiyyətlərindən

İlahi ne’mətlərə diqqət

Əbu Haşim Cə’fəri deyir: Əlim çox aşağı idi. Əbu Həsən Əli ibn Məhəmmədin yanına getdim. Mənə daxil olmaq üçün icazə verdi. Həzrət buyurdu: “Ey Əba Haşim! Allahın hansı ne’mətinə şükr edirsən?” Dilim tutuldu, bilmədim nə cavab verim? İmam sözünə davam edib buyurdu: “(Mehriban Allah) İmanı sənə ruzi etdi və nəticədə cismin cəhənnəm odundan qurtuldu. Sənə sağlamlıq əta etdi. Bununla ibadət və itaətdə yardım göstərmiş oldu. Sənə qənaəti ruzi buyurdu. Nəticədə səni israfçılıqdan qorudu. Ey Əba Haşim! Mən söhbətə ona görə bu mövzuda başladım ki, sənə böyük lütf göstərmiş kəsdən şikayət etmək istədiyini düşündüm. Göstəriş vermişəm ki, sənə yüz dinar versinlər.”567

Hava və suyun saflığına diqqət

Fəhham Mənsuri atasının əmisindən belə rəvayət edir: “Bir gün imam Hadi (ə) buyurdu: “Məni məcburi şəkildə Reyin Sur şəhərinə gətirdilər. Əgər bu şəhərdən çıxarsalar narazı qalacağam.” Səbəbini soruşdum. Həzrət buyurdu: “Saf havası və şirin suyuna görə. Burada xəstəlik azdır.”568

Şiələrə xüsusi məhəbbət və lütf

İsfahan əhlindən bir dəstəsi, o cümlədən Əbül-Əbbas Əhməd ibn Nəzr və Əbu-Cə’fər Məhəmməd ibn Ələviyyə deyir: İsfahanda Əbdürrəhman adlı bir şiə vardı. Ona dedilər: “Nə üçün bir başqasına yox, məhz Əliyyən Nəqinin (ə) imamətinə e’tiqadı özünə vacib sayırsan?” Dedi: “Şahid olduğum bir səhnə bunu zəruri etdi. Mən yoxsul bir adam idim. İti dilim vardı. Bir gün İsfahan əhli məni bir dəstə adamla kömək istəmək üçün Mütəvəkkilin yanına göndərdi. Mütəvəkkilin sarayında olduğumuz vaxt Əli ibn Məhəmməd ibn Rizanın (ə) oraya gətirilməsi barədə göstəriş verildi. Oradakılara dedim: Buraya gətiriləsi şəxs kimdir?” Dedilər: “Ələvi bir şəxsdir, rafizilər onun imamətinə inanır. Olsun ki, Mütəvəkkil onu qətlə yetirmək üçün tələb edir.” Qərara gəldim ki, onu görənədək sarayı tərk etməyim. Bir qədər ötdü və deyilən şəxs süvari halda saraya yaxınlaşdı. Xalq onu dövrəyə alıb maraqla tamaşa edirdi. Onun görkəmi qəlbimi riqqətə gətirdi və dua etdim ki, Allah onu Mütəvəkkilin şərindən qorusun. Bu şəxs insanların arasından keçərkən yalnız atının yalına baxırdı. Mən fasilə vermədən ona dua edirdim. Yanından keçəndə üzünü mənə tutub buyurdu: “Allah duanı qəbul etdi, ömrün uzandı, sərvətin və malın artdı.” Bütün vücudum həyəcandan əsirdi. Ətrafımdakılar mənə nə olduğunu soruşdular. Məsələni açıqlamayıb “xeyirdir” söylədim. Bu hadisədən sonra İsfahana qayıtdım. Üzümə var-dövlət qapısı açıldı. Təkcə evimdə milyon dirhəmlik avadanlığım var. Allah mənə on övlad əta etdi. Yaşım yetmişi keçib. İndi də həzrətin imamətinə e’tiqadlıyam. O mənim qəlbimdə olanı oxudu, Allah onun mənim haqqımda dualarını qəbul etdi.569

Xəstəyə diqqət və onun müalicəsi

Əbu Haşim Cə’fəri deyir: Sur əhlindən bir şəxs qorxulu xəstəliyə tutulmuşdu. Həyat onun üçün zəhərə dönmüşdü. Bir gün Əbu Əliyə öz vəziyyətindən şikayətləndi. Əbu Əli dedi: “Nə vaxt Əbül Həsən Əli ibn Mühəmməd ibn Rizanı (ə) görsən, ondan dua istə. Ümid edirəm ki, xəstəliyin sağalar.”

Həmin şəxs imamın yolu üstə əyləşib onu uzaqdan görən kimi ayağa qalxdı və həzrətə yaxınlaşdı. O həzrətdən özü üçün dua istədi. Həzrət üç dəfə buyurdu: “Allah sənə şəfa versin.” Əbu Əli həmin xəstə şəxslə rastlaşdı və o öz əhvalatını danışdı. Əbu Əli dedi: “O sənə istədiyindən artıq dua etdi. Narahat olma, tezliklə sağalacaqsan.” Xəstə şəxs evinə qayıtdı. Sübh yatağından qalxanda özündə həmin xəstəlikdən əsər-əlamət görmədi!570

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]