Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
3
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

İsmət təqvanın ən ali dərəcəsidir

İsmət həqiqətən də nəzəri və əməli əqlin nuraniyyətidir. Mə’sum insanda boş təxəyyülə müqavimət gücü var. O şəhvət və qəzəbin nüfuzuna mane ola bilir, günahdan çəkinir və ixtiyari şəkildə fəzilətlərə doğru hərəkət edir.

Əməli ismət təqvanın ən ali dərəcəsidir. Təqvanın müxtəlif mərtəbə və mərhələləri var. Onun son mərtəbəsi rəftarla bağlıdır. Bu rəftar özü əməli ismətdir. Bə’zən elmi isməti də təqva adlandırmaq olursa, amma əməli təqva insanın könüllü hərəkəti və əməli əql məsələlərindəndir.

Əhli-beytin (ə) bütün yönümlərdə isməti

Bütün mə’sumlarımız elmi məsələlərdə, ilahi təlqində, batinin qorunmasında, tə’lim-tərbiyədə və təbliğdə xətadan uzaqdır. Onlar insanların hidayəti ilə bağlı bütün məsələləri Allahdan tam şəkildə qəbul edirlər. Əldə etdiklərini düzgün anlayır, onu yaxşıca qoruyur, lazımı həddə əməl edir və başqalarına çatdırıblar.

Elm və mə’rifətlə bağlı bu sifət hökmən gerçəkləşməlidir. İnsan öz xəyalında toxuduqlarını əqli mə’lumatları ilə tutuşdurur. Onları bir-birinə qatıb cəhl və xəta qatqılı düşüncəyə gəlir. Beləcə yolunu azır və başqalarını da azdırır. Qur’anda oxuyuruq: “Allahın ne’mətini nankorluqla əvəz edən, öz qövmünü fəlakətə aparan kəsləri görmədinmi?”242

Mə’sumun gücü və şEytanın acizliyi

Əgər insan həqiqi ağıl fəzasında hərəkət edib təxəyyüldən uzaq olarsa, xəta və unutqanlıqdan kənar bir məqama çatar. Bu halda günah və üsyan ona hücum çəkməz, daimi ismət fəzasında qalar. Çünki həqiqi ağıl fəzasına nə təxəyyül kimi daxili şeytan, nə də İblis kimi xarici şeytan yol tapa bilir. Çünki təxəyyül saf ağıldan aşağıdır və heç vaxt ağıl məqamına qalxa bilmir. Tam ağıl fəzasının yolları təxəyyül və İblisin üzünə bağlıdır. İblis sirati-mustəqim kənarında pusqudadır. Qur’anda oxuyuruq: “Şübhəsiz, sənin düzgün yolunun kənarında onların pusqusunda duracağam.”243

Amma azdırıcı gücə malik olan İblis özü eynən sirati-mustəqim olmuş kəsə yaxınlaşa bilmir. Sirat özü nəhayətsiz qüdrət təcəssümü olaraq Allah kimi hücum və vəsvəslərdən amandadır.

Hal əhli, doğru yol yolçuları yaxşı bilirlər ki, sirat yolçunun özüdür, yolçu eynən siratdır. Yol və yolçu birdir. Şeytan siratın ortasında və axırında yox, başlanğıcında pusqu qurur. Bu səbəbdən də şər’i riyazət və ibadətlə bu yolun ilk mühüm hissəsini adlayıb ixlas məqamına çatanlar üçün təhlükə yoxdur. Qur’anda buyurulur: “Mən şübhəsiz yer üzündə onların pis işini bəzəyərəm və hamısını azdıraram; yalnız ixlasa çatan bəndələrdən savayı!”244

Mə’sumların ismət yönümləri

Elmi və əməli ixlas məqamına çatan şəxs yanlış qavrayışdan, şəkk-şübhədən uzaqdır, ixlasa çatıb və ona həqiqəti anladan mütləq elm sahibi Allahdır. Mə’sum həqiqəti heç vaxt yanlış anlamır. O həqiqətə münasibətdə şəkk-şübhəyə düşmür. Əmirəl-mö’minin (ə) öz elmi ismət yönümləri haqqında buyurur: “Həqiqət mənə çatdırılan vaxtdan ona şəkk-şübhəm qalmadı.”245

Həzrətin buyuruğundan aydın olur ki, o elmi baxımdan əməli yolla Allaha yaxınlığın son mərhələsinə çatmışdır. O mə’sumlardan qeyrisinə müyəssər olmayan həqiqətləri dərk etmişdir. Bu səbəbdən də həzrət “ona şəkk yoxdur” ayəsinin bəyanı nümunəsi sayılmışdır.

Əməli ismətlə bağlı deyə bilərik ki, bu məqam yalnız ixlasa çatanlara aiddir. Belə birində şəhvət, qəzəb, həsəd, qürur, riyanın nüfuzuna yol yoxdur. Mə’sum şəxs bütün bu qüvvələri cilovlayıb özünə tabe etmişdir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]