Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
3
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

Qızdırılmış dəmir

Müaviyə Əqildən qızdırılmış dəmir əhvalatı haqqında soruşdu. Əqil dedi: “Əlim çox aşağı idi. Aclıq tamam haldan salmışdı. Uşaqlarımı yığıb qardaşım Əlinin (ə) yanına getdim. Buyurdu ki, axşam gələrsən bir şey verərəm. Oğlanlarımdan biri əlimdən tutub axşam vaxtı onun yanına apardı. Oğlumu bayıra çıxarıb mənə dedi: “Al bunu!” Mənə pul kisəsi uzatdığını düşünüb, dərhal əlimi uzatdım. Mənə uzatdığı qızmış dəmir parçasını əlimə alan kimi yerə atdım. İnək qəssabın əlində nərildədiyi kimi nərildədim. Əli (ə) dedi: “Anan əzanda ağlasın! Bu dəmiri dünya odu qızdırıb. Bəs Qiyamət günü məni cəhənnəm zənciri ilə buxovlasalar, halım necə olacaq!” Sonra “Ğafir” surəsinin 71-ci ayəsini oxudu. Əlavə etdi: “Məndə Allahın vacib buyurduğundan artıq haqqın yoxdur!” Müaviyə heyrətə gələrək dedi: “Qadınlar dünyaya belə oğul gətirməyib.”

Misilsiz zöhd

Müaviyə ibn Əmmar nəql edir ki, İmam Sadiq (ə) həzrətin dilindən belə buyurdu: “Nə vaxt Əlinin (ə) qarşısına ikisi çıxdısa, onlardan çətinini seçdi. Ey Kufə əhli! Bilirsinizmi ki, şəhərinizdə hakim olduğu vaxt Mədinədəki qazancından yeyər, arpa çörəyini yumşaltmasınlar deyə kisəyə qoyub ağzını möhürləyərdi. Dünyada Əlidən zahidi kimi olub.”

Quru çörək və turş qatıq

Nəzr ibn Mənsur Əqəbə ibn Əl-Qəmə’dən belə rəvayət edir: Kufədə Əlinin (ə) evinə getmişdim. Süfrəsindəki turş qatığın qoxusu mənə əziyyət verirdi. Nə üçün belə qidalandığını soruşdum? Həzrət buyurdu: “Peyğəmbər (s) bundan da quru çörək yeyər, bundan da cod paltar geyərdi. Qorxuram ki, onun kimi rəftar etməsəi ondan ayrı düşəm!”467

Kəramət və isar zirvəsi

Cəməl savaşında həzrətlə birlikdə on iki min döyüşçü vardı. Savaş başa çatdıqdan sonra həzrət göstəriş verdi ki, Bəsrə malı döyüşçülər arasında bölüşdürülsün. İmam özü də adi bir döyüşçü kimi beş yüz dirhəm götürdü. Döyüşdən qayıdarkən bir şəxs onun qarşısını kəsib dedi: “Ya Əmirəl-mö’minin (ə), döyüşdə iştirak edə bilməsəm də qəlbim sizinlə olub. Mənə də bir pay ver.” Həzrət öz payını həmin şəxsə verib evə əliboş döndü.468

Güzəşt

Bir gün Əmirəl-mö’minin (ə) yaxınları ilə birlikdə əyləşmişdi. Onların arasında təəssübkeş bir xəvaric də vardı. Həzrət yaxınlarına öyüd-nəsihət verirdi. Hətta xəvaric də həzrətin yaxınlarının tə’siri altına düşmüşdü. Bununla belə qəlbindəki kin-küdurət səbəbindən dedi: “Çox düşüncəli və biliklidir. Allah küfrünə görə onu öldürsün!” Həzrətin yaxınları bu şəxsi yol verdiyi təhqirə görə öldürmək istədilər. Həzrət buyurdu: “Möhlət verin, sakitləşin. Təhqirin cavabı təhqir, ya da güzəştdir.”469

Günah əhlinin abrının qorunması

Əmirəl-mö’minin (ə) bütün dövlət imkanlarından faydalandığı vaxt çalışırdı ki, təklikdə günahını e’tiraf edəni adam arasında cəzalandırıb rüsvay etməsin, tövbə yolu ilə keçilsin.

Bir gün hamilə bir qadın həzrətin hüzuruna gəlib dedi: “Ya Əmirəl-mö’minin (ə)! Mən zinaya yol vermişəm. Məni cəzalandırıb paka çıxar. Dünya cəzası Qiyamət cəzasından yüngüldür.” Həzrət buyurdu: “Bu işi görəndə ərin vardı, yoxsa yox? Qadın dedi: “Bəli, ərim vardı.” Əli (ə) buyurdu: “Ərin yanında idi, yoxsa səfərdə?” Qadın dedi: “Yanımda.” “Həzrət buyurdu: “Get bətnindəkini doğandan sonra gəl, səni cəzalandırım.” Qadın gedəndən sonra imam dedi: “Pərvərdigara! Bu şəhadətdir!” Bir müddət sonra qadın yenidən gəlib dedi: “Bətnimdəkini doğdum, indi məni cəzalandırıb paka çıxar.” Həzrət özünü bilməməzliyə vurub buyurdu: “Ey kəniz! Nədən danışırsan?” Qadın birinci görüşdə dediklərini təkrarladı. Həzrət buyurdu: “Get, iki il övladına süd ver, sonra gələrsən.” Qadın getdi. İmam dedi: “Pərvərdigara, bu ikinci şəhadətdir.” İki il ötdü, qadın üçüncü dəfə həzrətin görüşünə gəldi. Həzrət yenə özünü bilməməzliyə vurdu. Qadın öncə dediklərini yenidən təkrarladı. Həzrət buyurdu: “Get övladını böyüt. Nə vaxt özü yeyə bilsə, yıxılıb quyuya düşəcək yaşı ötsə, gələrsən.” Qadın ağladı. Həzrət dedi: “Pərvərdigara! Bu üçüncü şəhadət oldu.” Qadın həzrətin yanından çıxarkən Əmr ibn Haris Məxzumi onunla rastlaşdı. Qadından nə üçün ağladığını soruşdu. Qadın başına gələnləri danışdı. Qadın dedi: “Qorxuram ölümüm çata, paklanmamış dünyadan gedəm.” Əmr ibn Haris ona dedi: “Get Əliyə (ə) de ki, övladımı himayəyə götürən var.” Qadın dördüncü dəfə Əmirəl-mö’mininin (ə) görüşünə gəldi. Əhvalatı ona danışdı. İmam özünü bilməməzliyə vurdu. Qadın dördüncü dəfə bütün baş verənləri təkrarladı. Həzrət üzünü göyə tutub dedi: “Pərvərdigara! Bu qadın dörd dəfə özünə qarşı şəhadət verdi. Sən öz peyğəmbərinə buyurmusan ki, cəzanı saxlayan səninlə düşməndir. Mən sənin hökmünü pozmuram, sənə və peyğəmbərinə itaət edirəm.” Əmr ibn Haris narahatçılıqdan imamın çöhrəsinin qızardığını gördü. Əmr dedi: “Ya Əmirəl-mö’minin (ə)! Mən yalnız körpəyə himayədarlıq etmək istədim. Elə düşündüm ki, bu sizə xoşdur. Əgər istəmirsinizsə bu işi görməyim.” İmam buyurdu: “Dörd şəhadətdən sonra ?! İmam qadını cəzalandırmaq üçün əhalini Kufədən kənara də’vət etdi. Qadın cəza yerinə gətirildi. Əmirəl-mö’minin (ə) hökmü yerinə yetirdi.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]