Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
3
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

Nəfsin paklaşdırılması ismət üçün müqəddimədir

İnsan şər’i riyazət, nəfsin paklaşdırılması yolu ilə ismət məqamına çata bilər. Demək, ismət təkcə peyğəmbərlərə və imamlara aid deyil. İsmət sadəcə peyğəmbərlik və imamlıq şərtidir.

Demək, başqaları da mə’sum ola bilər. Bəli, hər bir peyğəmbər və imam mə’sumdur, amma hər bir mə’sum peyğəmbər və imam deyil.

İnsan nəfsini tərbiyə etməklə elm və əməldə nöqsanlardan çəkinib, ismət əldə edə bilər. Bu işə yetkinlik həddindən əvvəl də başlamaq olar. Belə etdikdə yetkinlik həddinə çatdıqda insan tə’lim-tərbiyənin, nəfsi paklaşdırmanın bərəkəti ilə mə’sum ola bilər. Bundan da artıq nöqsana yol verən insanlar eyni yolla gələcəkdə ismət əldə edə bilər.

Elmi yanlışlıqdan paklıq, ismət

İlahi övliyalardan düzgün tə’lim-tərbiyə almış bir şəxs elə bir ismət məqamına çata bilər ki, elmi məsələlərdə xətaya yol verməz: “Ey iman əhli! Əgər Allahdan qorxsanız, sizin üçün haqqı batildən seçəcək tövbə qərar verər...”252 “Fürqan” dedikdə haqqı batildən seçəcək qüvvə nəzərdə tutulur. İnsan ilahi övliyaların tərbiyəsi sayəsində, təqva şərtinə riayət edərək “Faruq” – haqqı batildən seçən imtiyazı əldə edir. O düzgün anlayır, anladıqlarını qoruyur və onlara əməl edir. Əlbəttə ki, belə bir şəxsin bilmədiyi şeylər də ola bilər. Amma o bildiyini düz bilir, düz qoruyur və düz əməl edir.

Faruq şəxsin bə’zi şeyləri bilməməsi təbiidir. İsmətin də digər kamilliklər kimi müxtəlif dərəcələri var. İnsan elə bir ismət məqamına çata bilər ki, müəyyən şeyləri bilməz.

Hər halda insan cihad, riyazət, nəfsin tərbiyəsi, əzalara nəzarət, nəfsi ilə şərtləşmə, ona nəzarət, onunla hesab, onu danlama yolu ilə elm və əməldə ismət keyfiyyəti qazana bilər. Peyğəmbərlik və imamlıq məqamı inhisardadır.

Öncə deyilənlərdən aydın oldu ki, ismət səciyyəsi kiminsə inhisarında deyil və hər bir kəs çalışmaqla ismət məqamının hansısa dərəcəsinə nail ola bilər. Amma əzəmətli peyğəmbərlik və imamət məqamı adi insanlar üçün əlçatmazdır: “Allah daha yaxşı bilir ki, risalət məqamını kimə versin...”253

Rəvayətlərə əsasən yüz iyirmi dörd min peyğəmbər və peyğəmbərdən sonra on iki imam var. Bu say dəyişməzdir. İsmət məqamına isə hamı çata bilər. Xanım Fatimə (s.ə.) nə peyğəmbər idi, nə də imam. Amma bu xanım mə’sum idi. Məryəm də, Zeynəb də, Qəməri Bəni-Haşim də, Əli Əkbər də peyğəmbər və imam olmamışdır. Amma bütün bu insanlar ismət məqamına ucalmışlar.

İsmət adlandırılan mə’sumluq məqamı hamıya müyəssərdir. İsmət ilahi ne’mətlərdən olsa da, insan özü özündə bu sifətin təcəllası üçün zəmin yaradır. Belə ki, bağışlayan Allah insanın iste’dadı müqabilində ona ismət əta edir: “İstədiyiniz hər şeydən sizə əta etdi...”254

İnsan istedadına uyğun dua etməlidir. Allah heç vaxt istedadı cavabsız buraxmır. İnsan istəyi onun istedadına uyğun olsa hökmən bəhrələnəsidir.

İsmət təhsili

Unutmamalıyıq ki, ixtiyari şəkildə seçilən ismət səciyyəsinin elmi və əmli mərhələləri var. İsmət təbii deyil, qazanılma fəzilətdir. Bu fəzlət Allahın xüsusi tövfiqi sayəsində əldə olunur. Demək olmaz ki, mə’sum şəxs üçün günahdan uzaq qaldığına görə savab yoxdur. Qur’ani-məciddə buyurulduğu kimi, mə’sum şəxs daim Allahın dəlilləri ilə silahlanmışdır. Bu dəlillər onda xarakter şəklini almışdır. O bu yolla iç və çöl düşmənini yerində oturdur. Onun nəfs istəkləri əbədilik təqva zindanına məhkum edilmişdir. Nəfs günahdan ləzzət almaq istəsə də, ram olunmamış düşüncə günaha yol vermir. Çünki batini nuraniyyət işin sonunu ona göstərir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]