Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
3
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

Əhli-beyt (ə) mərhəmətinin cilvələri

Əhli-beyt (ə) rəhmət mə’dənidir. Bu mə’dənə mə’rifət və agahlıqla üz tutan, onları sevməklə göstərişlərinə itaət edən, heç şübhəsiz, həyatında, ölən zaman, bərzəxdə və Qiyamətdə Allahın rəhmət və diqqətindən bəhrələnəcək.

İmam Məhəmməd Baqir (ə) buyurur: “Yalnız siz şiələrin canı boğazına çatanda ölüm mələyi ona yetişər və deyər: “Ümid etdiyin sənə əta olundu, qorxduğun şeydən amanda qaldın.” Sonra behişt qapısını onun üzünə açılar və ona deyilər: “Behiştdəki məskəninə bax, bu Alahın rəsulu, Əli, Həsən və Hüseyn-sənin dostlarındır.” Allahın sözü budur: “İman gətirib Allahdan qorxanlara dünya və axirət həyatında müjdə var. (Dünyada vəh,y axirətdə Allahın xitabı və mələklərin müraciəti vasitəsi ilə)”299

Haris Həmdani deyir: Əmirəl-mö’mininin (ə) yanına getdim. Həzrət buyurdu: “Gəlişinin səbəbi nədir?” Dedim: “Gəlişimin səbəbi sənə məhəbbətimdir, ey Əmirəl-mö’minin (ə)!” Həzrət buyurdu: “Ey Haris! Mənəmi aşiqsən?” Dedim bəli, and olsun Allaha ki, belədir!” Buyurdu: “Agah ol, nəfəsin boğazına çatanda məni sevdiyin halda görərsən. Görərsən ki, bə’zilərini kövsər hovuzundan biganə dəvə tək qovuram. Həqiqətən, məni sevdiyin kimi görərsən. Görərsən ki, həmd zümzüməsi ilə peyğəmbərin qarşısında siratdan keçirəm. Şübhəsiz, məni sevdiyin kimi görərsən.”300

İmam Baqir (ə) buyurur: “Təqva yolunu tutun. Haqq ayin olan şiəliyinizi qorumaqla Allah yolunda təqva və təlaşdan faydalanın. Sizə rifah və xoşluq gətirən ən üstün şey haqq ayindir. Axirət sərhəddində dayananda, dünya arxada qalanda anlayar ki, Allah tərəfindən ne’mət və kəramət, behiştlə müjdə qarşısındadır. Qorxduğundan amanda qalar, inanar ki, tabe olduğu ayin haqdır. Dini Əhli-beyt (ə) ayinlərinə müxalif olan kəs batildir və həlak olasıdır.”301

Allahın rəsulu buyurmuşdur: “And olsun canım əlində olan kəsə! İnsan behişt meyvəsindən və ya zəqqum ağacından yeməmiş onun ruhu bədənindən ayrılmaz. Ölüm mələyi ilə rastlaşanda məni, Əlini, Fatiməni, Həsən və Hüseyni görər. Bizə məhəbbəti olsa ölüm mələyinə deyərəm: “Onunla müdara et, çünki o məni və Əhli-beytimi (ə) sevib. Bizə düşmən olsa ölüm mələyinə deyərəm: “Onunla sərt davran, çünki mənə və Əhli-beytimə (ə) düşmən olub.”302

Sudeyr Sirfi mühüm bir hədisdə nəql edir ki, imam Sadiqdən soruşdum: “Sənə fəda olum, mö’minin ruhu çıxanda narahat olurmu?” İmam buyurdu: “And olsun Allah ki, yox! Ölüm mələyi onun ruhunu çıxarmağa gələndə o narahat olar. Ölüm mələyi deyər: “Ey Allah dostu narahat olma! And olsun Məhəmmədi risalətlə göndərənə, mən sənə yatağın kənarında dayanmış mehriban atadan xeyirxaham. İki gözünü aç və bax!” Həzrət sözünə belə davam edir: Allahın rəsulu (s), Əmirəl-mö’minin (ə), Fatimə (s.ə.), Həsən və Hüseyn, onların nəslindən olan imamlar görünər və ona deyərlər: “Bunlar Allahın rəsulu, Əmirəl-mö’minin (ə), Fatimə (s.ə.) Həsən və Hüseyn, sənin dostlarındır. İki gözünü açar və baxar. Ruha Allah tərəfindən nida edilər: “Ey Məhəmməd və onun Əhli-beyti (ə) ilə aramlıq tapan! Onların vilayətinə xoşhal olmuş, mükafatları ilə sevinmiş halda Rəbbinə doğru dön. Bəndələrimə, Məhəmməd (s) və onun Əhli-beytinə (ə) və behiştimə daxil ol.” Belə ki, onun üçün ruhunun aramlıqla çıxıb, haqq dərgaha qatılmasından xoş bir iş olmaz.”303

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]