Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
3
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

Heyrətamiz təvazö

İmam Həsən (ə) misilsiz təvazöyə malik idi. Bir gün imam yoldan ötərkən yoxsulların yerə əyləşib quru çörək yediyini gördü. Onlar imamı süfrəyə də’vət etdilər. İmam tələsik minikdən düşdü və dedi: “Allah təkəbbür əhlini sevmir.” Həzrət onlarla əyləşib çörək kəsdi. Sonra onları hamılıqla qonaq çağırıb, yedirtdi və geyindirdi.489

İstəyini yaz!

Bir şəxs öz istəyi ilə imam Həsənə (ə) müraciət etdi. İmam buyurdu: “İstədiyini yaz və mənə ver.” Kişinin yazdığını oxuyub, istədiyindən iki qat artıq ona əta etdi.

Oradakılardan biri dedi: “Bu məktub onun üçün çox bərəkətli oldu!” O bizim üçün daha bərəkətli idi. Çünki bizi xeyir əhli etdi. Bilmirsənmi ki, istənilmədən yerinə yetirilən iş yaxşılıqdır. Ağız açıldıqdan sonra istəyin yerinə yetirilməsi ağız açanın abır-həyası müqabilində bir şey deyil. Bir şəxs iztirab keçirib, istəyinin yerinə yetib-yetməyəcəyini bilmədiyi halda titrəyə-titrəyə sənə ağız açırsa, ona istədiyi həddə əta etməyin qarşında əskilməyi ilə müqayisədə bir şey deyil!”490

Səxavət zirvəsi

Bir şəxs imama ağız açdı. İmam ona əlli min dirhəm beş yüz dinar əta etdi. Sonra buyurdu: “Bu yükü aparmaq üçün bir adam tap.” Yükü daşıyacaq kəsə ridasını bağışladı.491

Ehtiyatın bağışlanması

Bir ərəb imam Həsənin (ə) görüşünə gəldi. İmam buyurdu: “Qalan ehtiyatımızı ona verin.” Ehtiyatda iyirmi min dirhəm vardı. Hamısını ərəbə verdilər. Ərəb dedi: “Ey mənim mövlam! İcazə verəydin ki, istəyimi dilə gətirim, şə’nində bir mədh söyləyim.” İmam onun cavabında bir şe’r oxudu:

İstəyənin abrı getməsin deyə

O ağız açmamış verrik hədiyyə.

Misilsiz bəxşiş

İmam Həsən (ə), imam Hüseyn (ə) və Abdullah ibn Cə’fər həccə gedirdilər. Yolda azuqələri itdi. Ac-susuz halda bir xeyməyə çatdılar. Bu xeymədə bir qarı yaşayırdı. Onlar qarıdan içməyə su və yemək istədilər. Qarı olanını onlara əta etdi. Bu hadisədən bir müddət keçdi. Qarı mə’sum imamların qapısından keçərkən onu görüb tanıdılar və ona min qoyun və min dinar bağışladılar.

Ac heyvana xidmət

Bir gün imam Həsən (ə) yoldan ötərkən yol kənarında oturub çörək yeyən qulam gördü. Qulam bir tikə öz ağzına qoyur, bir tikə yanındakı itə verirdi. İmam bu işin səbəbini soruşdu. Qulam dedi: “Utanıram ki, özüm yeyəm, ona verməyəm.” İmam buyurdu: “Burada gözlə gəlirəm.” İmam qulamın yanına gedib qulamı və yaşadığı bağı aldı. Qulamı azad edib bağı ona bağışladı.492

İmam Hüseynin (ə) əxlaqından bir neçə nöqtə

Mö’mini sevindirmək

İmam Hüseyndən (ə) belə nəql olunur: “Həzrət Peyğəmbər (s) buyurdu: “Namazdan sonra ən üstün iş mö’minin qəlbini şad etməkdir. Əlbəttə günah işlə yox!”

Bir gün imam itlə oturub çörək yeyən qulam gördü. Səbəbini soruşdu. Qulam dedi: “Ey peyğəmbər oğlu, pərişanlığım var, istəyirəm bu iti sevindirib, qəmdən qurtaram. Dərdim budur ki, yəhudi ağamın əsarətindən qurtarmaq istəyirəm.” İmam Hüseyn (ə) qulamın ağasına iki yüz dinar verib onu azad etmək istədi. Qulamın ağası dedi: “Qulam sənə fəda olsun, bu bağı da ona bağışladım.” Sonra pulları həzrətə qaytarmaq istədi. İmam da buyurdu ki, mən də bu malı sənə bağışladım.” Ağa dedi: “Hədiyyəni qəbul etdim və onu da qulama verirəm.” Hüseyn (ə) də buyurdu ki, mən də qulamı azad edir və bu malları ona bağışlayıram.” Ağanın zövcəsi gördüyü səhnənin tə’siri altında İslamı qəbul etdi və dedi: “Mən də öz mehriyyəmi ərimə bağışladım.” Zövcəsinin ardınca ağa da İslamı qəbul etdi və evini zövcəsinə bağışladı.

Bəli, bir addım atmaqla qul azad oldu, ehtiyacı ödəndi, kafir İslamı qəbul etdi, ərlə arvad arasında səmimiyyət yarandı!493

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]