Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
3
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

Tövrat və İncildə Əhli-beyt (ə) haqqında

Qur’ani-məcid ayələrində peyğəmbər və risalətin qədim kitablarda, xüsusi ilə Tövrat və İncildə bəyan olunmuş səciyyələrindən danışılır. Yəhudilər və məsihilər be’sətdən öncə Tövrat və İncil vasitəsi ilə son peyğəmbəri tanıdıqlarından onun zühurunu gözləyirdilər. Onlar məhz son peyğəmbərə sığınmaqla düşmənlərə qalib gəlmək ümidində idilər. Qur’anda oxuyuruq: “Onlar öz Tövrat və İncillərində gördükləri dərs oxumamış peyğəmbərə itaət edərlər...”361

Əmirəl-mö’minindən (ə) nəql olunmuş rəvayətdə bildirilir ki, yəhudi bir kişi peyğəmbərin yanına gəlib dedi: “Mən sənin səciyyələrini Tövratda oxumuşam: Məhəmməd ibn Abdullah, doğum yeri Məkkə, hicrət yeri Mədinə, əxlaqlı bir şəxs. Mən şəhadət verirəm ki, Allahdan başqa mə’bud yoxdur, sən Onun rəsulusan. Buyur, bu da mənim sərvətim. Allahın nazil etdiyi əsasında hökmünü ver.”362

Qur’anda buyurulur: “(Xatırla,) bir zaman Məryəm oğlu İsa dedi: “Ey Bəni-İsrail! Şübhəsiz, mən Allahın sizə doğru göndərilmiş elçisiyəm. Özümdən öncəki Tövratı təsdiq edirəm. Sizi özümdən sonrakı adı Əhməd olan peyğəmbərlə müjdələyirəm.”363

Həzrət Məsih və Periklitusun zühuru (YuhƏnna İncili)

Yuhənnanın öz İncilinin 14, 15, 16-cı fəsillərində nəqlinə əsasən, həzrət Məsih özündən sonra “Pariqlita” (“Periklitus”) adlı bir şəxsin zühuru barədə müjdə vermişdir. Həzrət Məsih onu dünyanın rəisi kimi tanıtdırmışdır. Yuhənna İncilində deyilir: “Mən atadan istəyəcəyəm, o sizə digər bir Pariqlita verəcək. O sizinlə əbədi qalacaq.” “Yuhənna” İncilində oxuyuruq: “Mənim ata tərəfindən sizə doğru göndərəcəyim Pariqlita doğru ruhdur. O mənim haqqımda şəhadət verəcək.”364 “Pariqlita” sözü siryani mənşəlidir, yunan sözü “Periklitusdan” alınıb. Mə’nası çox adlı-sanlı, bəyənilmiş deməkdir. Ərəb dilində bu mə’nanı “Məhəmməd”, “Əhməd” sözü ifadə edir.

İdrisin kitabı

İdrisin kitabında da İslam peyğəmbəri (s) “Pariqlita” adı ilə yada salınır. Həzrət İdris İslam peyğəmbəri (s), Əli (ə), Fatimə (s.ə.), Həsən və Hüseyni kainatın mehvəri kimi tanıtdıraraq buyurur: “Bir gün sizin atanız Adəmlə övladları arasında ən şərəfli yaranmışın kimliyi barədə mübahisə düşdü. Bə’ziləri dedilər ki, bizim atamız Adəmdir, Allah onu öz qüdrət əli ilə yaratmış, öz ruhundan üfürmüş, mələklərə tə’zim əmri vermişdir. Əgər Adəm mələklərə müəllim olmuşsa hamıdan da üstün odur. Bir başqa dəstə dedi: “Mələklər atamız Adəmdən üstündür. Çünki onlar heç vaxt Allaha qarşı çıxmır. Adəm isə Allahın göstərişindən çıxdı və zövcəsi ilə birlikdə behiştdən çıxarıldı. Nəhayət, Allah ona mərhəmət buyurub tövbəsini qəbul etdi, imanlı övladlarını behiştlə müjdələdi.” Başqa bir dəstə dedi: “Yaranmışların ən şərəflisi Allahın böyük mələyi Cəbraildir.” Beləcə, onların arasında ixtilaf qızışdı. Amma danışanların hər biri Adəmin adını çəkirdi. Bu vaxt həzrət Adəm buyurdu: “Əziz övladlarım, dinləyin, sizə kimin daha şərəfli olduğunu deyim. Elə ki, Allah məni yaradıb öz ruhundan üfürdü, mən düz oturub Allahın ərşinə baxdım. Səmada beş nur gördüm. Onların işığı məni heyrətə gətirdi. Soruşdum ki, Pərvərdigara, bu əzəmətli nurlar nədir? Xitab olundu: “Onlar mənim yaratdıqlarımın şərəfliləridir, mənimlə yaratdıqlarım arasında vasitədirlər. Əgər onlar olmasaydılar, nə səni, nə göyü, nə yeri, nə behişti, nə cəhənnəmi, nə günəşi, nə də ayı yaradardım.” Ərz etdim ki, Pərvərdigara, onların adı nədir? Xitab olundu: “Ərş boyu bax.” Elə ki deyilən tərəfə boylandım, orada beş mübarək ad yazıldığını gördüm: “Parqlita” (Məhəmməd), “İlya” (Əli), “Pitə” (Fatimə), “Şippər” (Həsən), “Şuppəyr” (Hüseyn). Sonra belə yazılmışdı: “Ey mənim məxluqum mənə təsbih deyin, məndən savayı mə’bud yoxdur və Məhəmməd mənim rəsulumdur.”

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]