Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
3
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

Ədalətin bərpası

Əli ibn Musaya (ə) deyilir: “Ey peyğəmbər oğlu, siz Əhli-beytin (ə) qaimi kimdir?” Buyurur: “Mənim dördüncü oğlum, kənizlər xanımının övladı! Allah zülm-sitəmi onun vasitəsi ilə yer üzündən götürər, hər zalımdan təmizləyər... Elə ki zühur etdi, yer üzü Allah nuruna boyanar, insanlar arasında ədalət bərpa olunar, biri o birinə zülm etməz.”583

Əli ibn Əqəbə atasından belə nəql edir: Elə ki Mehdi qiyam qaldırdı, ədalətlə hökm verər, zülm-sitəm aradan qalxar. Hər kəsin haqqı sahibinə qaytarılar.”584

Əmirəl-mö’minindən (ə) nəql olunur ki, Peyğəmbər (s) buyurdu: “Onların sonuncusunun adı mənim adımdandır. Yer üzü zülmə büründükdən sonra o qiyam qaldırıb ədaləti bərpa edər...”585

Həzrət Əli (ə) nəql edir ki, həzrət Peyğəmbər (s) buyurdu: “Nida çəkilər ki, bu, Allahın xəlifəsi Mehdidir (əc.), ona tabe olun; yer üzü zülmə büründükdən sonra ədaləti bərpa edər; bir vaxt ki, hərc-mərclik dünyanı ağuşuna alar, bir zümrə o birini qətliam edər; nə böyüklər kiçiyə, nə də güclülər zəiflərə rəhm edər; belə bir vaxtda Allah ona zühur izni verər.”586

İmam Cə’fər ibn Məhəmməd Sadiq (ə) buyurur: “Qaimin ədalətindən görünən ilk şey nida çəkənin onun tərəfindən nidasıdır...”587

İmam Mehdinin (əc.) yer üzündə ədaləti bərpa etməsini təsdiqləyən yüz iyirmi rəvayət var.

Sülh və əmin-amanlıq

Əmirəl-mö’minin buyurur: “Bizim Qaim qiyam edən vaxt... Bəndələrin qəlbindəki düşmənçilik aradan qalxar.”588

İmam Baqir (ə) buyurur: “(İmamın köməkçilərindən 300 neçəsi yer üzünə hakim olan vaxt) əldən düşmüş qarı heç bir maneəsiz şərqdən qərbə gedər...”589

Əli ibn Üqbə atasından belə nəql edir: “Qaim (əc.) qiyam edən vaxt yollar əmin-aman olar.”590

Hər yerdə rifah

İmam Baqir (ə) buyurur: “Əhli-beytimin Qaimini (ə) görən zərər çəkənlər şəfa tapar, zəiflər qüdrətə çatar.”591

İmam Sadiq (ə) buyurur: “Bizim Qaim (ə) qiyam edəndə sizlər əl tutmağa, zəkat verməyə adam axtararsınız, amma tapmazsınız. İnsanlar Allahın fəzli ilə ehtiyacsız olur.592

Əmirəl-mö’minin (ə) Peyğəmbərin (s) dilindən belə nəql edir: “İnsanlar var-dövlət üst-üstə qalaqlandığı halda ona üz tutub deyər: “Ey Mehdi (əc.), mənə əta et.” Həzrət deyər: “İstədiyini götür!”593

İmam Məhəmməd Baqir (ə) buyurur: “Qaim (əc.) zühur edəndə ildə iki dəfə insanlara əta edər. Ayda iki dəfə ərzaq verər, xalq arasında bərabərlik yaradar. Belə ki, zəkata ehtiyac duyan tapılmaz. Zəkat ödəmək istəyənlər ehtiyaclı şiələrin sorağına gəlsələr də, onlar qəbul etməz. Zəkat pulları kisələrə yığılıb şiələrin evinə aparılar. Onlar bayıra çıxıb deyərlər: “Sizin pulunuza ehtiyacımız yoxdur.” İmam sözünün davamında buyurur: “Bütün dünya əhlinin var-dövləti İran xaricindən və daxilindən Mehdi (əc.) üçün toplanar. Ardınca insanlara deyilər: “Qohumluq əlaqələrinizi kəsməyinizə, haram qan tökməyinizə, müxtəlif günahlara batmağınıza səbəb olan şeyə üz tutun.” Həmin vaxt imam Mehdi (əc.) kimsədən görünməyən həddə bəxşiş verər.”594

Allahın rəsulu buyurmuşdur: “Axır zamanda var-dövləti hesablamadan əta edən xəlifə olar.”595

Həzrət Peyğəmbər (s) buyurur: “Allah (Mehdinin (əc.) zamanında) Məhəmməd ümmətinin qəlbini ehtiyacsız edər.”596

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]