- •Əhli-beyt (ə) (yerə enmiş göy əhli)
- •Əhli-beyt (ə) şəxsiyyəti Əhli-beytlə (ə) tanışlığın zəruriliyi
- •Əhli-beytin (ə) nümunə və məfhumu
- •Təthir ayəsində “Əhli-beyt (ə)” ifadəsi
- •Rəvayətlərdə “Əhli-beyt (ə)” tə’birinin mə’nası
- •Birinci rəvayət:
- •İkinci rəvayət:
- •Ən üstün məkanlar
- •Kə’bə və onun torpağı
- •Rəvayətlərdə Əhli-beyti (ə) tanımağın zərurliyi
- •Əhli-beyt (ə) ən üstün kəslərdir
- •Ən üstün zamanlar
- •“Əyyamullah” (“Allahın günləri”)
- •Ən üstün insanlar
- •İman əhli
- •Ən üstün yaranmış Əhli-Beytdir (ə)
- •Əhli-beytin (ə) vücud həqiqəti
- •Vilayət risalətin batini və sirridir
- •On iki imamın vahid varlıq həqiqəti
- •“Ülul-əmr” kimlərdir?
- •Əhli-beyt (ə) pak-pakizə şəcərədir
- •Əhli-beytin (ə) nurani şəxsiyyəti Peyğəmbərlik həqiqəti
- •Əhli-beyt (ə) mütləq nurdur
- •Əhli-beyt (ə) və onun ardıcılları
- •Qayıtmağa gəlməmişəm
- •Əhli-Beytə (ə) bey’ət Allaha bey’ətdir
- •Görüş üçün paklıq
- •Peyğəmbərsayağı həyat
- •Əhli-beytin (ə) vücud mərtəbələri
- •İnsanın eniş və yüksəliş yolu
- •İnsanın eniş mərhələləri
- •İnsanın xaricən mövcudluğundan öncə elmi mövcudluğu
- •Ayrılma yox, təcəlla
- •Əhli-beytin (ə) vücud üstünlüyü
- •Bariz nümunə
- •Əhli-beytin (ə)vücud tutumu
- •Əhli-beyt (ə) Qur’an mislidir
- •Əhli-beyt (ə) və elm
- •Əhli-beyt (ə) və bəndəlik
- •İbadətin məfhumu
- •Bəndəlik kamalına çatmağın mərhələləri
- •Birinci mərhələ
- •İkinci mərhələ
- •Beşinci mərhələ
- •Əhli-beyt (ə) və bəndəlik yanĞısı
- •Əhli-beyt (ə) və fəna məqamı
- •Əmirəl-mö’minin (ə)
- •İmam Həsən Müctəba (ə)
- •İmam Səccad (ə)
- •İmam Musa ibn Cə’fər (ə)
- •İmam Həsən Əsgəri (ə)
- •Əhli-beyt (ə) həqiqətlərin kamil cilvəsidir
- •Həqiqətlər Əhli-beyt (ə) üfüqündən doğur
- •Peyğəmbərlər İslam peyğəmbəri (s) həqiqətinin tülusu üçün zəmin yaradır
- •Məhəmməd nurunun doğuşu ilə Qiyamət sübhü
- •Əhli-beyt (ə) nicat gəmisidir
- •Adəm və nicat gəmisini çağırış
- •Əhli-beyt (ə) qurtuluş vasitəsidir
- •Rəvayətlərdə Əhli-beytin (ə) məsəli
- •Aşiqanə seçim
- •Aşiqanə cavab
- •“Sirati-mustəqim”
- •“Sirati-mustəqimin” mə’nası
- •“Sirati-mustəqim”in həqiqi məfhumu
- •Allaha doğru düz yol
- •Doğru yol yolçuları
- •Əhli-beyt (ə) və ilahi xilafət məqamı
- •Yaranış nizamının xəlifəyə ehtiyacı
- •Allah xəlifəsinin sifətləri
- •Xəlifəliyə layiq olanlar
- •Əhli-beyt (ə) kamil xəlifələrdir
- •Vilayət risalətin batinidir
- •Həqiqi xəlifələr və feyz vasitəsi
- •Tövhid, risalət və vilayətə şəhadət
- •Vilayət məqamı feyz səbəbidir
- •Rəvayətlər və ilahi xilafət məqamı
- •Əhli-beyt (ə) peyğəmbər canişinləridir
- •Peyğəmbərlərin canişinləri kimdir?
- •Peyğəmbər canişinləri pak sifətlərin güzgüsüdür
- •Peyğəmbər canişinləri peyğəmbər sifətlərinin daşıyıcısıdır
- •İmam Rizanın (ə) nəzərincə peyğəmbər canişinliyi
- •Əhli-beyt (ə) və riza məqamı
- •Əhli-beytin (ə) ilahi razılıqda fəna olmuş razılığı
- •Əhli-beyt (ə) və təslim məqamı
- •Əhli-beyt (ə) və ismət məqamı
- •Elmi və əməli ismət
- •Əhli-beytin (ə) isməti
- •Mə’suma ehtiyac
- •İnsanın elm və əməli
- •Həzrət haqqın elm və əməli
- •Əhli-beytin (ə) elmi və əməli isməti
- •İsmət təqvanın ən ali dərəcəsidir
- •Əhli-beytin (ə) bütün yönümlərdə isməti
- •Mə’sumun gücü və şEytanın acizliyi
- •Mə’sumların ismət yönümləri
- •Mə’sumların təvəlla və təbərra məqamı
- •İsmət kiminsə inhisarında deyil
- •Allah həqiqi səbəbdir
- •Elmi yanlışlıqdan paklıq, ismət
- •İsmət təhsili
- •Nəfsin paklaşdırılması ismət üçün müqəddimədir
- •Mə’sum şəxsin günaha baxışı
- •Şahid qəflətə düçar olmur
- •Mə’sumda günaha batmaq gücü
- •Əhli-beyt (ə) ismət zirvəsində
- •Əhli-beyt (ə) haqqın məhbubudur Sevimlilik səbəbi zati paklıqdır
- •Peyğəmbərə (s) ən sevimli kəslər
- •Əhli-beytə (ə) itaət insanı sevimli edir
- •Allaha sevimlilik me’yarı
- •Allahın razılığı Əhli-beytin (ə) razılığındadır
- •Əhli-beyt (ə) mərhəmət ocağı
- •Qur’ani-kərimdə rəhmət
- •Əhli-beyt (ə) mərhəmətinin cilvələri
- •Heyrətamiz vaqiə
- •Nə üçün şiə oldum?
- •Əhli-beyt (ə) yerin və göyün sütunudur
- •İnsan tərbiyə edən rəhbərlər
- •İnsanlar üçün nümunə
- •Dünyapərəstlər Əhli-beyti (ə) dərk etməz
- •Haqq gizli deyil
- •Əhli-beyt (ə) təkamül vasitəsidir
- •Əhli-beyt (ə) vasitəçiliyi
- •İnsanı Allaha bağlayan ip
- •Səmavi kitablarda Əhli-beyt (ə) mövzusu Qur’an baxımından Əhli-beyt (ə)
- •Qur’anda peyğəmbər şəxsiyyəti
- •Allah və onun peyğəmbərinə itaət
- •Əhli-beyt (ə) Qur’anda
- •Tövrat və İncildə Əhli-beyt (ə) haqqında
- •Həzrət Məsih və Periklitusun zühuru (YuhƏnna İncili)
- •İdrisin kitabı
- •Barnaba incili
- •İbrahimə ilahi və’d
- •Çox mühüm vaqiə
- •Zəburda Əhli-beyt (ə) haqqında Həzrət Mehdinin (əc.) dövləti
- •Zəburda “ilahi məktub” dedikdə nə nəzərdə tutulur?
- •Əhli-beyt (ə) ariflərin nəzərində Ariflərin rəvayətlərində Əhli-beytin (ə) məqamı
- •Əbülfəzl Yəbdi və Xacə Abdullah Ənsari
- •Əttar Nişapuri Cə’fər Sadiq (ə) haqqında
- •İmam Məhəmməd Baqir (ə)
- •Əbul Qasim Qeysəri
- •Qəzzali
- •Əbu Səid Əbülxeyr
- •Mustəmli Buxari
- •Əbül Həsən Mücəvviri Qəznəvi
- •Seyyid Heydər Amili və Şeyx Mühyiddin Ərəbi
- •Paklıq həqiqi bəndənin ruzisidir
- •Əhli-beyt (ə) eynən paklıqdır
- •Əhli-beytə (ə) məhəbbət peyğəmbərin istəyidir
- •Əhli-beyt (ə) məhəbbəti Allah və peyğəmbər məhəbbətini göstərir
- •Əhli-beytin (ə) sirri və bə’zi səciyyələri
- •Əhli-beyt (ə) maarifi Qeyd
- •Əhli-beytin (ə) əxlaqı
- •Peyğəmbər əxlaqından nümunələr
- •Peyğəmbərdən (s) beş əxlaq proqramı
- •Peyğəmbər (s) əxlaqına xatir İslamı qəbul edən yəhudi
- •Yoxsulun ehtiyacını ödəmək üçün qazancsız borc
- •Yoxsullarla bir süfrədə
- •Heyrətamiz təvazö
- •Xalqa görə pərişanlıq
- •Xalqın naşükürlüyü müqabilində daha çox yaxşılıq
- •Bəndəlik zirvəsi
- •Əsilzadələrə hörmət
- •Heyrətamiz səbr
- •Ümmətlə xoş rəftar və müdara
- •Qonağa hörmət
- •Xeyir əmələ görə ehtiram
- •Din qardaşlığında bərabərlik
- •Acıdil kişinin əfvi
- •Münafiqlərin rəisi ilə gözlənilməz rəftar
- •Peyğəmbərin öz yoldaşları ilə rəftarı
- •Ayrılığa qadağa
- •Mülayimlik zirvəsi
- •Xalq arasında kin-küdurət yaratmayın
- •Ədalətli qiymət istəyi
- •“Çırpını mən yığaram”
- •Əmirəl-mö’minin (ə) əxlaqı haqqında Əmirəl-mö’mininin (ə) orta həddi gözləməsi
- •İ’sar (ehtiyac duyduğun şeydən bağışlamaq) zirvəsi
- •Böyük alicənablıq
- •Yetimlərə sevgi
- •Çəkişən tərəflərin məhkəmədə bərabərliyi
- •Dolanışıqda qənaət
- •Dünya malına rəğbətsizlik
- •Ədalət və insaf
- •Beytul-malın xərclənməsində diqqət
- •Köhnə libas
- •İlk çılpağa yardım
- •Dörd yerə bölünmüş dörd dirhəm
- •Üç yüz dirhəm sədəqə
- •Başqalarını üstün saymaq
- •Başqaları ilə mehribanlıq
- •Cəməl savaşı
- •Sİffeyn savaşı
- •Nəhrəvan savaşı
- •Arpa çörəyi və turş qatıq
- •Qızdırılmış dəmir
- •Misilsiz zöhd
- •Quru çörək və turş qatıq
- •Kəramət və isar zirvəsi
- •Günah əhlinin abrının qorunması
- •Pisliyə yaxşılıqla cavab
- •Gəncin halı nəzərə alındı
- •Hökumət mə’murlarına mühüm göstəriş
- •Məzlumun müdafiəsi
- •Həzrət Zəhranın (s.Ə) əxlaqi səciyyələri Bir qeyd
- •1. Maddi yönüm
- •Maddi çətinliklər qarşısında səbr
- •Allah yolunda infaq
- •İstədiyin qədər soruş!
- •Qur’anla ünsiyyət
- •Bərəkətli boyunbağı
- •Həzrət Zəhranın (s.Ə.) vəqfləri
- •Alimlərin həzrət Zəhra (s.Ə.) barədə sözləri
- •İmam Həsən Müctəbanın (ə) rəftar qaydaları Dəryadan bir damla
- •Heyrətamiz təvazö
- •İstəyini yaz!
- •İnsanların ən kərimi
- •Azadlığın sonu
- •Daha üstün salam
- •İnsanın dəyəri
- •İmam Zeynəlabidinin (ə) əxlaqi səciyyələrindən Təhqirə cavab
- •Karvanda tanınmayan şəxs
- •Heyvanla əxlaqlı rəftar
- •İftar bəxşişİ
- •Möhtaclara kömək
- •Üzüm əhvalatı
- •Kiçik yaşlarında böyük əzəmət
- •Bağışlanma istəyi
- •Ananın haqqı
- •Borca görə zəmanət
- •Misilsiz qardaşlıq
- •Qeybətə münasibət
- •Bilmədən qətl
- •İxlasın zirvəsi
- •İmam Məhəmməd Baqirin (ə) əxlaqından bir görüntü
- •Böyük infaq
- •Xeirxahlıqdan yorulmayan kəs
- •Məsihiyə münasibətdə səbr
- •Aşiqanə qonaqpərvərlik
- •Zövcənin haqqı
- •Cəm halda dua
- •Allah qarşısında təslimçilik
- •Bir qamçı müqabilində azadlıq
- •Gecə minacatı
- •İmam Cə’fər Sadiqin (ə) əxlaqi səciyyələrindən
- •Şiə olmayana kömək
- •Qohumlara yardım
- •Əxlaq nümunəsi
- •İstəyini söylə!
- •Misilsiz mehribanlıq
- •Hər dərdi camaata demə!
- •Qonağa hörmət
- •Yoxsulla rəftar
- •Müsibət zamanı səbr
- •İmam Musa ibn Cə’fərin əxlaqi səciyyələrindən Allaha ibadət və xalqa xidmət
- •Müxaliflərə yardım və sevgi
- •Misilsiz bəxşiş
- •İamam Əli ibn Musa Rizanın (ə) əxlaqi səciyyələrindən
- •İlahi əxlaq
- •Aclar üçün təam
- •İnsana ehtiram
- •Yoldan qalana yardım
- •Fəhlənin haqqı
- •Tövhiddə ixlas
- •Kərimanə məktub
- •Ağır borcun ödənməsi
- •İmam Cavadın (ə) əxlaqi səciyyələrindən
- •Bərəkətli məktub
- •Məzluma himayədarlıq
- •İmam Cavadın (ə) vüqar və mətanəti
- •Batil əhlinin hiyləsi
- •İmam Cavad (ə) haqqında Şafeinin nəzəri
- •İmam Hadinin (ə) əxlaqi xüsusiyyətlərindən
- •İlahi ne’mətlərə diqqət
- •Hava və suyun saflığına diqqət
- •Şiələrə xüsusi məhəbbət və lütf
- •Xəstəyə diqqət və onun müalicəsi
- •Qohumlara yaxşılıq
- •Heyrətamiz kəramət
- •Övlada ad qoyulması
- •İmam Həsən Əskərinin (ə) əxlaqı haqqında Şiələrə diqqət
- •Yaxşılığa çağırış və pisliyə qadağanın ən gözəl yolu
- •Qeyri-adi infaq
- •İmam Mehdinin (əc.) əxlaqi səciyyələrİ
- •Xarakter baxımından peyğəmbərin oxşarı
- •Ədalətin bərpası
- •Sülh və əmin-amanlıq
- •Hər yerdə rifah
- •Əhli-beyt (ə) şiələrinin vəziyyətindən
- •Əqli təkamül, elmi və əxlaqi yüksəliş
- •Son dəyərləndirmə
- •İmam Mehdiyə (əc.) necə salam verməli?
- •Əhli-beytin (ə) isar və güzəşti
- •Misilsiz isar
- •Ən çətin şəraitdə isar
- •Günahkarın əfvi
- •Məni Həsən (ə)- Hüseynə (ə) bağışla!”
- •Fəsad əhlİnin əfvi
- •Əhli-beyt (ə) və təvazö
- •Əhli-beytdən (ə) qabağa keçməyib, arxada qalmamaq!
- •Əhli-beyt (ə) və Qur’an Əhli-beyt (ə) Qur’an müəllimidir
- •“Allah əhli” ifadəsinin mə’nası
- •Axirətdə korluq!
- •“Əl” tə’birinin “elmdə sabitqədəmlər” mə’nası
- •Qəlb gözünün müşahidəsi
- •Əhli-beytin (ə) dünya və axirət sə’yləri
- •Əhli-beyt (ə) və insan tərbiyə edən tə’limləri
- •Əhli-beytin (ə) həqiqi şiəsi
- •Əhli-beytə (ə) məhəbbət Məhəbbət vasitəsi
- •MəhƏbbətin müqəddiməsi mə’rifətdir
- •Məhəbbət risalət muzdudur
- •Əhli-beytə (ə) məhəbbət haqqında rəvayətlər
- •Əhli-beytə (ə) məhəbbətin nişanələri
- •1. Allahın insana məhəbbəti
- •4. İman və əməlin qəbulu
- •Əhli-beyt (ə) məhəbbətinin şərtləri və tə’sirləri
- •Ağır sınaq
- •İmam Məhəmməd Baqirin (ə) Məhəmməd ibn Müslümlə görüşü
- •6. Əhli-beyt (ə) məhəbbəti ölüm zamanı şadlıq vasitəsidir.
- •Şiə necə can verir?
- •Əbuzər necə can verdi?
- •7.Məhəbbət və məhbubun hüzuru
- •Ölüm məqamında imam Hüseynin (ə) hüzuru
- •İmam Rizanın (ə) rəbbani alimlə görüşü
- •Hacı Şeyx Abbas Qummi və imam Hüseyn (ə)
- •Ayətullah Hacı Mirzə Əli ağa Şirazi və imam Hüseyn (ə)
- •Ayətullah Aştiyaninin kəraməti
- •8. Əzabdan qurtuluş
- •Xanım Fatimənin (s.Ə.) istəyi
- •İlahi müjdə
- •9. Sirat körpüsündə sabitqədəmlik
- •10. Məhəbbət və bağışlanma
- •11. Əhli-beytlə (ə) tanınmaq
- •Behişt əhlindən bir şəxs
- •12. Əhli-beyt (ə) məhəbbəti behiştə giriş amilidir.
- •13. Əhli-beyt (ə) məhəbbəti əbədi həyat səbəbidir.
- •Bizdən ayrılmayın!
- •14. Məhəbbət qəlb aramlığı səbəbidir.
- •Əhli-beytə (ə) təvəssül (bağışlanma üçün onların vasitə seçilməsi)
- •İmam Mehdinin (ə) qeyri-adi diqqəti
- •Əhli-beytin (ə) aşiqlərdə elmi təcəllası
- •Əhli-beyt (ə) bərəkətindən xalis şiələrin kəraməti
- •İmam Rizanın (ə) diqqəti
- •İmam Rizanın (ə) hərəmində duanın qəbulu
- •İmam Rizaya (ə) təvəssül məni xilas etdi!
- •İmam Rizanın (ə) hərəmində qulamın istəyi
- •Əhli-beyt (ə) üçün qurulan məclis
- •Əhli-beyt (ə) üçün göz yaşı Göz yaşının mahiyyəti
- •Göz yaşı mö’minin nişanəsidir
- •Əhli-beytin (ə) müsibətlərinə görə ağlamaq
- •Qur’anda çevrilmə məsələsi
- •1. Maddiyyat sahəsində
- •2. Mə’nəviyyat sahəsində
- •Əhli-beytin (ə) ziyarəti
- •Mə’sum imamların ziyarətinin savabı
- •İmam Hüseyni (ə) ziyarətin savabı
- •Ziyarət tozu
- •Süleyman əQməşin maraqlı əhvalatı
- •İmam Rizanın (ə) ziyarətinin ikinci Həcdən üstünlüyü
- •Əhli-beyt (ə) və bu ne’mətin şükrü
- •Valideyn ne’mətinə görə şükür
- •Əhli-beyt (ə) ne’mətinə görə şükür
- •Əhli-beytdən (ə) uzaqLaşmağın nəticəsi
- •Əhli-beyt (ə) haqqında dəyərli bir hədis
- •İfratçılıq iman üçün təhlükədir
- •Mündəricat
Maddi çətinliklər qarşısında səbr
İmam Sadiq (ə) buyurur: “Bir gün həzrət Peyğəmbər (s) xanım Fatimənin evinə daxil oldu. Qızının əynində cod bir paltar vardı. Xanım əl dəyirmanı fırlada-fırlada övladına süd verirdi. Peyğəmbər (s) xanımın bu vəziyyətini görüb kövrəldi. Buyurdu: “Əziz qızım! Dünya çətinliklərinə döz ki, axirət şirinliyinə çatasan.” Fatimə dedi: “Ya Rəsuləllah, ne’mətlərinə görə Allaha şükr edirəm. Şükr edirəm kəramətlərinə xatir!” Bu vaxt ayə nazil oldu: “Rəbbin tezliklə razı qalasan deyə, sənə bəxşiş verəcək.”479
Allah yolunda infaq
Salman Farsi bir gün peyğəmbərin göstərişi ilə yenicə müsəlman olmuş ərəbi yedirtmək üçün xanım Zəhranın (s.ə.) qapısına gəldi. Xanım Fatimə (s.ə.) məsələni bilib buyurdu: “And olsun Allaha, Həsən və Hüseyn aclıqdan titrəyə-titrəyə yatdılar. Amma mən xeyiri əldən çıxarmaq istəmirəm. Ey Salman! Bu köynəyi apar yəhudi Şəm’unun yanına, xurma və arpa al gətir!” Salman köynəyi yəhudinin yanına apardı və əhvalatı danışdı. Şəm’unun gözündən yaş gəldi. Dedi: “Budur dünyada zöhd! Budur Musanın Tövratda xəbər verdiyi!” Yəhudi şəhadət kəlmələrini deyib İslamı qəbul etdi.
Yəhudi iman gətirdikdən sonra Salmana xurma və arpa verdi. Salman yəhudidən aldıqlarını Zəhranın evinə apardı. Xanım öz əli ilə arpanı üyüdüb, çörək bişirdi. Salman dedi: “Ey peyğəmbər qızı! Bu çörək və xurmadan Həsən və Hüseyn üçün bir qədər götür.” Xanım buyurdu: “Allah yolunda verdiyimizdən istifadə etmərik!”480
İstədiyin qədər soruş!
Bir qadın xanım Zəhranın (s.ə.) görüşünə gəlib dedi: “Qoca anam var, namazda çox səhvə yol verir. Məni yanınıza göndərdi ki, bu barədə soruşum. Xanım buyurdu: “İstədiyini soruş.” Qadın xanım Zəhraya (s.ə.) on sual verdi və hər bir sualına cavab aldı. O çox sual verdiyindən utandı və dedi: “Sizə bundan artıq əziyyət vermək istəmirəm!” Xanım buyurdu: “İstədiyin qədər soruş. Əgər bir şəxsə ağır yükü aparmağı müqabilində min dinar versələr, yorğunluq hiss edərmi? Qadın dedi: “Xeyr.” Xanım buyurdu: “Mən hər cavabıma görə Allahdan qat-qat artıq mükafat alıram və yorulmuram. Atam peyğəmbərdən eşitmişəm ki, Qiyamət günü İslam alimləri xalqın təhsil və hidayəti yolunda nə qədər təlaş göstəriblərsə, qat-qat artıq mükafat alacaqlar.”481
Öncə qonşu üçün dua!
Bə’zən xanım Fatimənin (s.ə.) gecə ibadətləri və hönkürtüləri övladlarını yuxudan oyadırdı. İmam Həsən (ə) deyir: “Cümə axşamı anam ibadət mehrabında dayanıb sübhədək rüku və səcdədə qaldı. Özündən savayı hamı üçün dua etdi. Soruşdum ki, anacan, nə üçün özünə bir şey istəmirsən?” Buyurdu ki, oğulcan, öncə qonşu, sonra özün!”
Xanım Zəhra (s.ə.) övladlarına tez-tez peyğəmbəri xatırladırdı. Atasının tövsiyəsi ilə övladlarını gül dəstəsi bilir, onları Qur’an və dua öyrənmək üçün peyğəmbərin (s) yanına göndərirdi.482
Qur’anla ünsiyyət
Peyğəmbərin (s) əziz qızı Qur’ani-məcidlə sıx ünsiyyətdə idi. Salman deyir: “Peyğəmbər (s) məni iş ardınca Fatimənin evinə göndərdi. Bir qədər qapıda dayandım ki, salam verim. Xanım Fatimə (s.ə.) Qur’an oxuya-oxuya dəyirman daşı fırladırdı...”483
Bərəkətli boyunbağı
Cabir ibn Abdullah Ənsaridən rəvayət olunur: Həzrət Peyğəmbər (s) əsr namazını başa vurub camaatla üzbəüz əyləşdi. Əynində köhnə libas olan bir ərəb içəri daxil oldu. O zəiflikdən ayaq üstə dura bilmirdi. Həzrət ondan hal-əhval tutub xoş dindirdi. Kişi dedi: “Acam, məni doyur, çılpağam mənə libas ver, yoxsulam mənə əta et.” Həzrət buyurdu: “Özümün bir şeyim yoxdur. Amma xeyirə çağıran, xeyir iş görən kimidir. Get o adamın evinə ki, Allahı və peyğəmbəri sevir, Allah və peyğəmbər də onu dost tutur. Get Fatimənin (s.ə.) evinə!” Sonra Bilala tapşırdı ki, bu şəxsi Fatimənin evinə aparsın. Qoca kişi Bilalla birlikdə yola düşdü. Fatimənin evinə çatanda uca səslə dedi: “Salam olsun sizə ey peyğəmbər əhli-beyti! Ey mələklərin gəliş-gediş yeri, Cəbrailin nazil olduğu məqam...” Xanım Fatimə (s.ə.) onun salamını aldı, kimliyini soruşdu. Dedi: “Bədəvi ərəbəm. Atanın yanına uzaq yol gəlmişəm. Ey peyğəmbər qızı! Mən çılpaq və acam. Mənə lütf göstər. Allah sizin hamınıza mərhəmət buyursun!” Amma bir neçə gün idi ki, bu evdə yeməyə bir şey yox idi. Peyğəmbər (s) bu məsələdən xəbərdar idi. Xanım Fatimə (s.ə.) Həsən və Hüseynin üzərində yatdığı qoyun dərisini götürüb buyurdu: “Ey qonaq! Bu dərini al, get. Ümid var ki, Allah sənə daha yaxşısını nəsib etsin.” Ərəb dedi: “Ey peyğəmbər qızı! Mən aclıqdan sənə pənah gətirdim, sən mənə qoyun dərisi verirsən! Mən ac vəziyyətdə bu qoyun dərisini nə edim?! Xanım Fatimə (s.ə.) onun bu sözlərini eşidib əmisi qızının ona hədiyyə etdiyi boyunbağını açdı və ərəbə verdi. Buyurdu: “Al bu boyunbağını sat! Ümid var ki, Allah bundan yaxşısını sənə nəsib etsin.” Ərəb boyunbağını alıb peyğəmbərin yanına gəldi. Həzrət hələ də yaxınları ilə əyləşmişdi. Ərəb dedi: “Ey Peyğəmbər (s)! Bu boyunbağını qızın Fatimə verdi. Dedi ki, sat Allah işini sahmana salar. Peyğəmbər (s) ağladı və buyurdu: “Peyğəmbər qızı Fatimə (s.ə.), Adəm qızlarının xanımı sənə boyunbağı veribsə, işin necə sahmana düşməz?!
Əmmar Yasir ayağa qalxıb dedi: “Ey Allahın rəsulu! İcazə verirsinizmi o boyunbağını mən alım?” Həzrət buyurdu: “Al! Əgər cin və ins bunu almaqda şərik olsalar, Allah onlara cəhənnəm odunu daddırmaz.” Əmmar dedi: “Ey ərəb! Onu neçəyə satırsan?” Ərəb dedi: “Qarın doyuracaq çörək və ət, libas ala biləcəyim Yəmən daşı, məni evimə çatdıracaq bir dinar pul.” Əmmar Xeybər savaşında əldə etdiyi qəniməti satmışdı. Onun pulunu kişiyə vermək qərarına gəldi. Dedi: “İyirmi dinar, iki yüz dirhəm, bir Yəmən daşı və öz miniyimi sənə verirəm. Qarnını da çörək və ətlə doyururam.” Ərəb dedi: “Sən çox səxavətlisən.” O Əmmara qoşulub getdi. Əmmar və’d etdiklərini ona verdi.
Ərəb peyğəmbərin yanına qayıtdı. Həzrət soruşdu: “Qarnın doydumu, libasın düzəldimi?” Ərəb dedi: “Bəli, atam-anam sənə fəda olsun, ehtiyacım ödəndi.” Həzrət buyurdu: “Fatiməni gördüyü işə görə mükafatlandır.” Ərəb dedi: “Pərvərdigara! Sən bizim Rəbbimizsən. Səndən başqa mə’buda pərəstiş etmirik. İstənilən vəziyyətdə bizə ruzi verənsən. Pərvərdigara! Fatiməyə (s.ə.) görünməmiş və eşidilməmiş bir şey əta buyur.” Peyğəmbər (s) onun duasına amin deyirdi. Sonra ətrafındakılara üz tutub buyurdu: “Allah həmin şeyi dünyada Fatiməyə (s.ə.) əta edib. Onun atası mənəm, dünyada kimsə mənim kimi deyil. Əli (ə) onun əridir, Əli olmasaydı Fatiməyə tay tapılmazdı. Ona Həsən və Hüseyn əta olunub. Bu peyğəmbər nəvələrinə tay yoxdur, onlar behişt əhli cavanlarının ağasıdırlar.
Miqdad, Əmmar və Salman peyğəmbərin hüzurunda əyləşmişdi. Həzrət buyurdu: “Zəhranın fəziləti haqqında bundan da artıq danışaq? Dedilər: “Bəli, ey Allahın rəsulu!” Həzrət buyurdu: “Ruhul-əmin Cəbrail yanıma gəlib dedi: “Fatimənin ruhu çıxarılıb dəfn olunanda qəbirdə iki mələk ondan soruşar: “Rəbbin kimdir?” deyər: “Allah mənim Rəbbimdir.” Sonra soruşarlar: “Peyğəmbərin kimdir?” Deyər: “Peyğəmbərim atamdır.” Sonra soruşarlar: “İmamın kimdir?” Deyər: “Qəbrimin kənarında dayanmış Əli ibn Əbi Talib mənim imamımdır.”
Eşidin, Fatimənin fəziləti haqqında bundan da artıq danışım. Həqiqətən Allah-təala mələklərdən bir dəstəsinə əmr edər ki, onu öndən, sağdan və soldan hifz etsinlər. Bu mələklər həyat boyu, qəbirdə və dünyasını dəyişən zaman onunladırlar. Daim ona, atasına, ərinə və övladlarına salam göndərirlər. Vəfatımdan sonra kim mənim ziyarətimə gəlsə həyatımda gəlmiş kimidir. Hər kəs Fatiməni ziyarət etsə, məni ziyarət etmiş kimidir. Hər kəs Əli ibn Əbi Talibi (ə) ziyarət etsə, Fatiməni ziyarət etmiş kimidir. Hər kəs Həsən və Hüseyni ziyarət etsə sanki Əlini ziyarət etmişdir. Hər kəs onların övladlarını ziyarət etsə sanki onların özünü ziyarət etmişdir.”
Əmmar bu fəzilətləri eşitdikdən sonra boyunbağını götürdü, onu müşklə ətirləyib Yəmən cəvahirinə bükdü və qulamına verib dedi: “Bu boyunbağını peyğəmbərə apar, özün də bundan belə onun ixtiyarındasan.” Qulam boyunbağını peyğəmbərin yanına aparıb Əmmarın dediklərini çatdırdı. Allahın Peyğəmbəri (s) buyurdu: “Get Fatimənin yanına, boyunbağını ona ver və özün də onun ixtiyarında ol.”
Qulam boyunbağını həzrət Zəhranın yanına aparıb Peyğəmbərin (s) buyuruqlarını ona çatdırdı. Fatimə (s.ə.) boyunbağını götürüb qulamı azad etdi. Qulam gülümsündü. Həzrət buyurdu: “Nə üçün gülürsən?” Qulam dedi: “Mən bu boyunbağının bərəkətinə təəccüb edirəm. Acı doyurdu, çılpağı geyindirdi, yoxsulun ehtiyacını ödədi, qulu azad etdi, sonda da öz sahibinə qayıtdı!”484
