Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
3
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

Qeyri-adi infaq

Məhəmməd ibn Əli ibn İbrahim deyir: “Dolanışıq çətinləşdi, yoxsulluq bizə üz tutdu. Atam mənə dedi ki, bizi imam Əskərinin (ə) yanına apar, onun səxavəti haqqında çox danışırlar. Atamdan imamı tanıyıb-tanımadığını soruşdum. Cavab verdi: “Onu tanımıram. Heç vaxt görməmişəm. İmamla görüşmək üçün yola düşdük. Yol arası atam dedi: “Çox ehtiyacımız var ki, bizə 500 dirhəm əta etsin. 200 dirhəm geyimə, 200 dirhəm buğdaya, 100 dirhəm də başqa ehtiyaclara xərcləyərik. Mən öz-özümə düşündüm ki, ey kaş mənə 300 dirhəm verəydi. 100 dirhəminə minik alar, 100 dirhəmini dolanışığa xərcləyər, 100 dirhəminə libas alıb Cəbəl məntəqəsinə gedərdim.

Qapısına çatdığımız vaxt qulamı bayıra çıxıb dedi: “Əli ibn İbrahim və övladı Məhəmməd, daxil olun.” İçəri daxil olub salam verdik. Atama buyurdu: “Nə səbəbdən bu vaxtadək ziyarətimizə gəlməmisən? Atam dedi: “Ey mənim ağam, mövcud halımda səninlə görüşməyə həya etdim.” Həzrətin hüzurundan çıxdığımız vaxt onun qulamı çıxıb atama bir pul kisəsi uzatdı və dedi: “Burada 500 dirhəm var. 200 dirhəmi libas, 200 dirhəmi buğda, 100 dirhəmi dolanışıq üçün!” Sonra mənə başqa bir kisə verib dedi: “Burada 300 dirhəm var. 100 dirhəmi minik, 100 dirhəmi libas, 100 dirhəmi dolanışıq üçün. Sonra Cəbəl məntəqəsinə get, İraq ərazisində olan Səvra torpağına hərəkət et.”576

İmam Mehdinin (əc.) əxlaqi səciyyələrİ

Əhli-beyt imamları onları dörd bir yandan əhatə etmiş məhdudiyyətlər səbəbindən öz əzəmətlərini göstərməyə fürsət tapmamışlar. İmam Mehdi (əc.) Allah-təalanın lütfü ilə öz hər tərəfli iste’dadlarını izhar etmək fürsəti əldə edəsidir. Bəli, sadalanmış xüsusiyyətlər digər Əhli-beyt imamlarında müşahidə olunduğundan daha əhatəli şəkildə özünü göstərəsidir.

Bir çox rəvayətlərdə bildirilir ki, imam Mehdinin (əc.) dövrü problemli və qanlı bir dövrdür. Hətta bə’zi rəvayətlərdə bildirilir ki, Allah-təala imamın qəlbindən düşmənlərə məhəbbəti götürər. Belə ki, insanlar deyər: “Bu şəxs Məhəmməd ailəsindən deyil. Əgər həmin ailədən olsaydı rəhm edərdi.”577

Amma unutmamalıyıq ki, həzrətin zühur dövründə bütün yer üzünün hakimiyyətini əlinə almış düşmən həzrətə ciddi müqavimət göstərər. İmam Sadiq (ə) buyurur: “Bizim Qaim zühur edəndə nadan insanlardan peyğəmbərin görmədiyi pislikləri görər...”

Belə bir şəraitdə imam Mehdinin (əc.) savaşa qalxmaqdan başqa yolu qalmaz. Andlı düşmənin müqaviməti qırıldıqdan sonra isə bütün yer üzünə ədalət, rifah, sülh və əmin-amanlıq hakim olar.

Xarakter baxımından peyğəmbərin oxşarı

Əmirəl-mö’minin Əli (ə) həzrət Həsənə (ə) baxıb buyurdu: “Mənim bu övladım sizin ağanızdır. Çünki Allahın rəsulu onu ağa adlandırıb. Ondan bir şəxs dünyaya gələr ki, adı peyğəmbərin adından olar, xasiyyətcə ona bənzəyər.”578

Abdullah ibn Əta deyir: İmam Sadiqdən (ə) həzrət Mehdinin (ə) xasiyyəti haqqında soruşdum. Buyurdu: “Eynən peyğəmbər kimi rəftar edər...”579

İbn Abbas peyğəmbərin dilindən nəql edir: “Onların doqquzuncusu Əhli-beytimin (ə) qaimi, ümmətimin Mehdisidir. Sima, danışıq, əməl baxımından mənə ən çox oxşayan odur...”580

Əhməd ibn İshaq ibn Səiddən rəvayət olunur ki, Əba Məhəmməd Həsən ibn Əli Əskəri (ə) buyurmuşdur: “Allaha şükür olsun ki, məni dünyaya gətirməzdən canişinimi göstərdi. O xasiyyətcə peyğəmbərə ən çox oxşayan kəsdir.”581

Kə’bül-Əxbar Qutabənin dilindən deyir: “Mehdi insanların ən üstünüdür... O insanların sevimlisidir.”582

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]