Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
3
Добавлен:
01.05.2025
Размер:
4 Мб
Скачать
☆

Pisliyə yaxşılıqla cavab

Ayişə Əmirəl-mö’minin (ə) və Əhli-beytin ən qatı düşmənlərindən idi. Belə ki, həzrət onun düşmənçiliyini dəmirçi qazanının qaynamasına oxşadırdı.470

Həzrət Bəsrə savaşını alovlandıranların hücumunu dəf etmək üçün Zi-qara çatanda Ayişə Ömərin qızı Həfsəyə Əliyə (ə) təhqirlər ünvanlanmış məktublar göndərdi: “Əli (ə) Zi-qara çatdı. Böyük qorxu içindədir. Qoşunumuzun çoxu bundan xəbərdardır. İndi o qırmızı-ağ at kimi qalıb. Önə gəlsə əsir düşəcək, geri çəkilsə öldürüləcək.” Məktub Həfsəyə çatanda o kənizləri başına yığıb çalıb-oxumağa başladı. Əmirəl-mö’mininə (ə) həcvlər ünvanlandı. İslam düşmənlərinin qadın-qızları da onlara tamaşa edirdi. Əmirəl-mö’mininin qızı Ümmü-Gülsüm əhvalatdan xəbər tutdu. Həmin məclisə gəlib dedi: “Əgər bu gün atama qarşı qiyam qaldırmısınızsa, bir gün də onun qardaşı peyğəmbəri incidirdiniz!” Həfsə pərt olub kənara çəkildi və məclis dağıldı.471

Ayişə nəhayət Əmirəl-mö’mininlə düşmənçiliyini üzə çıxardı. O öz əlaltılarına ən çirkin göstərişləri verirdi. Əmirəl-mö’mininin (ə) varisi Osman ibn Hünəyfi ağır işgəncələrə mə’ruz qoyub, başının və saqqalının tüklərini yoldurdu. Ayişənin əmri ilə Əmirəl-mö’minini (ə) əyalətdəki beytül-malı qoruyan əsgərlərinin başı kəsildi.472

Savaş alovu yatdıqdan sonra Ayişənin şeytani arzuları puça çıxdı. Amma Əmirəl-mö’minin (ə) ondan əvəz çıxmayıb, qırx nəfər qadının müşayiəti ilə Ayişəni Mədinəyə göndərdi. Məhəmməd ibn Əbu Bəkrə əmr etdi ki, bacısını tək buraxmasın.

Ayişə yol boyu Əmirəl-mö’mininin (ə) ünvanına təhqirlər yağdırdı: “Əli məni kişi döyüşçülərə təhvil verdi!” Amma Mədinəyə çatdığı vaxt Ayişə gördü ki, onu müşayiət edən qırx döyüşçü əslində kişi paltarı geymiş qadınlar idi. Bəli, Əli (ə) Ayişənin bütün pisliklərinə yaxşılıqla cavab verdi!

İbn Əbil-Hədid Mö’təzili tanınmış sünni alimlərindəndir. O Əmirəl-mö’minin Əlini (ə) Ömərlə müqayisə edərək deyir: “Əli (ə) Cəməl savaşı başa çatdıqdan sonra Ayişəyə ehtiram göstərdi, onun məqamını qorudu. Əlinin (ə) yerinə Ömər olsaydı və Ayişədən belə bir münasibət görsəydi, onu həbs edər, öldürər, cəsədini parçalayardı. Amma Əli (ə) səbirli və böyük idi!”473

Kəramətlərin təcəssümü

Dərdli bir yoxsul Əlinin (ə) hüzuruna gəlib dedi: “Mənim üç xəstəliyim var: cismani xəstəlik, yoxsulluq və cəhalət.” Həzrət buyurdu: “Ey ərəb qardaş! Bədəninin xəstəliyini görə təbibə, cəhalətə görə alimə, yoxsulluğa görə varlı birinə müraciət etməlisən.” Ərəb dedi: “Sən həm təbibsən, həm alimsən, həm də səxavətlisən!” Əmirəl-mö’minin (ə) göstəriş verdi ki, ona beytül-maldan üç min dirhəm pul versinlər.” Ona dedi: “Min dirhəm xəstəliyin üçün, min dirhəm yoxsulluğun üçün, min dirhəm də cəhalətin üçün!”474

Gəncin halı nəzərə alındı

Əmirəl-mö’minin böyük İslam məmləkətinə rəhbərlik etdiyi vaxt Qəmbərlə birlikdə parça satan gəncin yanına gəldi. Soruşdu: “Sizdə beş dirhəmə iki ədəd köynək olarmı?” Cavan dedi: “Bəli, onlardan biri o birindən yaxşıdır. Biri üç dirhəmədir, o biri iki dirhəmə.” Həzrət buyurdu: “Hər iki köynəyi ver.” Gənc oğlan köynəkləri gətirəndən sonra Qəmbərə buyurdu: “Üç dirhəmlik köynəyi götür!” Qəmbər dedi: “Ya Əmirəl-mö’minin (ə)! Siz minbərə çıxırsınız, xalq üçün xütbə oxuyursunuz.” Həzrət buyurdu: “Ey Qəmbər! Sən cavansan. Cavanlıq həvəsin var. Mən Allahdan utanıram ki, özümü səndən üstün tutum! Peyğəmbər (s) buyurub ki, nə geyirsinizsə, qulamlarınıza da geyindirin, nə yeyirsinizsə qulamlarınıza da yedirin. Sonra həzrət iki dirhəmlik köynəyi geyindi. Gördü ki, köynəyin qolu uzundur. Gənc satıcıya buyurdu: “Bunun artığını kəs.” Satıcı onun artığını kəsdi...475

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]